Məhkəmə qərarları › İş №2-1(102)-1091/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1091/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1091/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X6 cavabdeh X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13 Muzeyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X6 cavabdeh X12 Komitəsinin yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13 Muzeyinin iştirakı ilə) qarşı mülkiyyət hüquqlarınn mərhumun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-73/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X11 cavabdeh X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən xx xxxxxxx 1961ci il tarixdə verilmiş evə sahiblik üzrə texniki inventarlaşdırma pasportu üzrə istifadəsinə verilmiş “A”, “B” və “V” tikililəri n yeni texniki pasportu tərtib edilməklə, həmin tikililərin istifadə etiyi torpaq sahələrinə xüsusi mülkiyyət hüququ əsasında reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhəri, aa doğulmuş, atası X9 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı və digər qardaş, bacıları həmin evdə miras əmlakı faktiki qəbul edərək, orada hal-hazıra kimi yaşayır. Hazırda yaşadığı Bakı şəhəri aaa atası X3 məxsus olub, onun mülkiyyətindədir. İddiaçının atası rəhmətə gedəndən sonra o qanuni vərəsə kimi ünvan 2 fakt üzrə qəbul etmiş və bir vərəsə kimi onu qoruyaraq istifadə etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının həmin mülkə qanuni vərəsəlik hüququ tanınmışdır. ünvan 2 ünvanda yerləşən, atası X1 miras qalmış fərdi yaşayış evinə yenidən texniki pasportun tərtib edilməsi, həmin evə və torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi barədə xx.xx.2018-ci il tarixli əzirəsinə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli məktububla imtina verilərək, lazımı sənədlərin tərtib edilməməsi əsas göstərilmişdir. Qeyd olunanıara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu madd ələrinə istinad edərək ünvan 1 ünvanda yerləşən xx xxxxxxx 1961-ci il tarixdə verilmiş evə sahiblik üzrə texniki inventarlaşdırma pasportu üzrə istifadəsinə verilmiş “A”, “B” və “V” tikililərin yeni texniki pasportu tərtib edilməklə, həmin tikililərin istifadə etiyi torpaq sahələrinə xüsusi mülkiyyət əsasında reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-285/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən, xx.xx.1961-ci il tarixdə verilmiş evə sahiblik üzrə texniki invnetarlaşdırma pasportu üzrə istifadəyə verilmiş A, B və V tikilər üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı aaa oğlunun mərhum atası X2 adına qeydiyyata alınmaqla, buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2-1(103)-2522/19 nömrəli (hakimlər V.Baxışova - sədrlik ed ən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərardadı ilə X13 Muzeyinin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-73/20 nömrəli(hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-285/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının qismən- ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisinə aid hissəsində ləğv edilməsi, iddia tələbinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisi və onun həyətyanı sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X2 adına qeydiyyata alınmaqla, buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu əsasında ünvan 3 ünvanında yerləşən «A», «B» və «V» tikililərindən ibarət fərdi yaşayış evinin sahibi X4r. X7 xx xxxx 1977-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X2 oğlu və vərəsəsidir.Azərbaycan Respublikası Prezidentini n 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin» Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Be ləliklə, mərhum X2 adına tərtib edilmiş «Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsi» Pasportunun Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin» Siyahısının 1-ci bəndi və 1.11-ci yarımbəndi əsasında həmin Pasportda göstərilmiş ünvan 3 ünvanında yerləşən «A», «B» və «V» tikililərindən ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinin üzərində mərhum X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunun mü bahisəsiz olduğu müəyyən edilmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsinin cavabdehin imtinasının bir hissəsini əsaslı hesab etməsi də qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının atasına məxsus olan daşınmaz əmlak «A», «B» və «V» tikililərindən və onların həyətyanı sahələrindən ibarət olmaqla hamısı birlikdə bir (bütöv) daşınmaz əmlakı təşkil edir. Həmin daşınmaz əmlakın «A» və «V» tikililərinə, onların həyətyanı sahələri ilə birlikdə iddiaçının atasının hüququnun tanınmalı olması qənaətinə gəldiyi halda, apelyasiya instansiyası məhkəməsi digər tərəfdən həmin daşınmaz əmlakın digər hissəsinə, yəni, «B» tikilisinə həyətyanı sahəsi ilə birlikdə iddiaçının atasının hüquqlarının tanınmalı olmamasına qənaətinə gəlmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Bütün yuxarıda göstə rilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-73/2020 saylı qərarını ləğv edib, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-285/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı aaa oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Bakı şəhəri, aa doğulmuş, atası X7 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı və digər qardaş, bacıları həmin evdə miras əmlakı faktiki qəbul edərək, orada hal-hazıra kimi yaşayır.İddiaçı aaa oğlu müvafiq fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə idarəyə xx xxx 2018-ci il t arixdə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən ünvanda yerləşən torpaq sahəsinin 114,0 kvadrat metr hissəsi X5, X8 və X10 paylı mülkiyyətində olan fərdi yaşayış evinin (reyestr nömrəsi **********40-10301) yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür.Bundan əlavə, həyətyanı torpaq sahəsinin bir hissəsi və «B» saylı yaşayış evi Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinə aid olan S.Bəhlulzadənin ev muzeyi kimi fəaliyyət göstərdiyindən həmin hissələrə texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır.Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-73/2020 saylı qərarının tam ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-73/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası X12 Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-285/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı qismən- ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisinə aid hissəsində ləğv edilməsi, iddia tələbi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisi və onun həyətyanı sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X2 adına qeydiyyata alınmaqla, buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən «Mədəniyyət haqqında» Qanunun 32.1, 32.3, 33.1, 33.2, 33.3-cü maddələrinə, «Muzeylər haqqında» 23-cü maddəsinə, İnzibati Prosessual Məcəllənin 87.6-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin kasasiya şikayətlərindəki dəlillər əsassızdır. Belə ki, iddiaçının kasasiya şikayətindəki dəlillərinin əsas məğzi ondan ibarətdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu əsasında ünvan 3 ünvanında yerləşən «A», «B» və «V» tikililərdən ibarət fərdi yaşayış evinin sahibi iddiaçının mərhum atası aaah Bəhlulov olmuş, iddiaçı məhkəmə qətnaməsinə əsasən onun qanuni vərəsəsidir, sözügedən texniki pasport bütövlükdə 3 tikili olmaqla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranm ış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi iddiaçının mərhum atasının adına olması işin mübahisəsiz halıdır. Lakin apelyasiya məhkəməsi bunları nəzərə almamışdır. Cavabdehin kasasiya şikayətindəki faktiki olaraq yeganə dəlili isə ondan ibarətdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin 114,0 kvadrat metr hissəsi X5, X8 və X10 paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həyətyanı torpaq sahəsinin bir hissəsi və «B» saylı yaşayış evi Mədəniyyət və Turizm Nazirliyinə aid olan S.Bəhlulzadənin ev muzeyi kimi fəaliyyət göstərdiyindən həmin hissələrə texniki baxışının keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətindəki göstərdiyi həmin dəlillər apelya siya şikayətindəki yazdığı dəlillərlə eynilik təşkil edir. Məhkəmə kollegiyası həm iddiaçının və həm də cavabdehin kasasiya şikayətlərindəki sözügedən dəlillərlə əlaqədar qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən X8 və digərlərinin paylı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportuna əsasən həmin evin «A» və «B» tikililəri, o cümlədən tikililərin yerləşdiyi torpaq sahəsi öz hasarı daxilindədir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən iddiaçının istifadəsində olan 37 saylı evin tikililəri də digər tikililərdən hasarla ayrıldığından 37 və 39 saylı evlərin həyətyanı sahələrinin bir-birindən təcrid olunduğu və üst-üstə düşməsinin mümkün olmadığı müəyyən olu nur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqan 39 saylı fərdi yaşayış evinin torpaq sahəsinin 114 kvadrat metr hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlara əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə sorğu göndərilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 131 nömrəli xx xxxxxxx 1994-cü il tarixli «Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyi haqqında» Sərəncamında Əmircan qəsəbəsində S.Bəhlulzadənin yaşadığı evdə muzeyin yaradılması nəzərdə tutulmuşdur. Daha sonra Nazirlər Kabinetinin 132 saylı xx xxx 1995-ci il tarixli Qərarına əsasən aaa yaşadığı mənzilində ev muzeyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı xx xxx 1995-ci il tarixli Qərarı sorğuya əlavə edilmişdir. X13 Muzeyinin iş materiallarına əlavə edilmiş Əsasnaməsindən görünür ki, muzey hüquqi şəxsdir, təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, hüquqi ünvanı ünvan 5zadə küçəsi, 5 a-dır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisi və onun həyətyanı sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X2 adına qeydiyyata alınması hissəsində iddia tələbi nin təmin edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən milli mədəni irsə muzey, incəsənət, audiovizual, (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativtətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Həmin Qanunun 32.2-ci maddəsinə görə Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qanunun 33.1, 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda qorunur. Daşınar mədəni sərvətlərin qorun ması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aiddir. Həmin Qanunun 33.3-cü maddəsinə görə daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. «Muzeylər haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə müvafiq olaraq muzeylərin yerləşdiyi binalar və onların tutduğu sahələr muzeylərin balansına verilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının üzərində mərhum atasının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisində hazırda X13 Muzeyi fəaliyyət göstərir. Məhkəmə yuxarıda istinad edilən normalara əsasən hesab edir ki, Azərbaycan Respublikasının daşınmaz mədəni irsi olan muzeylərin yerləşdiyi binalar muzeylərin balansına verilməli olduğundan həmin binaların özəlləşdirilməsi və başqa şəxslərin mülkiyyətinə verilməsi həyata keçirilə bilməz. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 1999-cu il tarixli « C.Bəhlulzadənin ev muzeyinin yaradılması ilə əlaqədar ailələrin köçürülməsi haqqında» sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı xx xxx 1995-ci il tarixli Qərarına əsasən C.Bəhlulzadənin ev muzeyinin yaradılması nəzərdə tutulmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində 4 nəfər ailə üzvü ilə R.Abdinovun, 2 nəfər ailə üzvü ilə R.Babayevanın yaşadığı müəyyən edilmiş, bununla əlaqədar R.Abdinova 4 nəfər ailə üzvü ilə aaa evin yaşayış sahəsi 40,63 kvadrat metr olan 10 saylı 3 otaqlı mənzil verilməsinə, R.Babayevanın ailəsi ilə birlikdə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ayrılacaq mənzilə köçürülməsinə sərəncam verilmişdir. Bu baxımdan apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 19 99-cu il tarixli sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin «B» tikilisində yaşayan və həmin evə hüququ olan şəxslər müəyyən edilərək binanın dövlət tərəfindən alınması ilə əlaqədar mənzillər təqdim edilmişdir, iddiaçı tərəfindən hal-hazıradək qeyd edilən inzibati akt mübahisələndirməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının və cavabdehin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiya sının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-73/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar