Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1098/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialı) qarşı “iş illərini n sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(107)-135/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 22 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmasını təsdiq edən hərbi bilet və 1966-1996-cı illərdə “X” adına kolxozda işləməsi barədə X2 tərəfindən verilmi ş 2020-ci il 19 iyun tarixli, 42 saylı arayış təqdim etmişdir. Lakin həmin arayışda iddiaçıya əmək qabiliyyətli hesab olunduğu 15 yaşının tamam olmadığı 1966-ci ildən 1969-cu ilədək olan dövrdə işləməsi qeyd olunmuşdur. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunan 1966-1996-cı illərdə “X" adına kolxozda işlədiyi illər, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başaq növünə keçirilməsi və ödənilməsi qaydaları"nın 3.2.1-ci maddəsinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün, ümumi iş stajına aid edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İd diaçının təqdim etdiyi arayışda isə, 15 yaşı tamam olmadığı 1966-1969-cu illərdə işləməsi qeyd olunmuşdur ki, həmin dövrün iş stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 1966-cı ildən 1974-cü və 1976cı ildən 1996-cı ilə kimi keçmiş “X” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və 2019-cu il 25 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, iddiaçı 1955-ci il 25 fevral tarixdə Qəbələ rayon, Əmirvan kəndində anadan olmuşdur. O, 1966-cı ildən 1969-cu ilə kimi Qutqaşen (indiki Qəbələ) rayonu, Əmirvan kəndindəki keçmiş “X” adına kolxozda malqaraya baxan çoban vəzifəsində, 1969-cu ildən 1974-cü ilə kimi isə mexanizatorçu vəzifəsində işləmiş və əmək haqqı almışdır. 1974-cü il 29 may tarixindən 1976-ci il 08 iyun tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin kolxozda 1976-cı ildən 1996-cı ildə daxil “X” adına kolxoz ləğv edilənə kimi vəzifəsi üzrə mexanizatorçu işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “X” adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən onun adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdiklərinə ba xmayaraq müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən 2020-ci il 19 iyun tarixli arxiv arayışına əsasən onun “X” adına kolxozda illər üzrə 1966-ci ildən 1974-cü ilə və 1976-cı ildən 1996-cı ilə kimi iş günləri öz əksini tapmışdır. Həmçinin, onun keçmiş “X” adına kolxozda 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları tərəfindən təsdiq edilə bilər. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 11 noyabr tarixli, 2-1(116)-1191/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 1 966-cı ildən 1974-cü və 1976cı ildən 1996-cı ilə kimi keçmiş “X” adına kolxozda işlədiyi 23 il 5 ayı müddətin sosial sığorta stajına daxil edilməsi və 25 fevral 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Ə sasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin, məhkəməyə təqdim olunmuş arxiv arayışının qarşılıqlı yoxlama aktında da həmin dövrlərdə (1966 və 1967) iddiaçının adının qarşısında şagird sözünün qeyd edildiyi yazılıb. Həqiqətən də iddiaçının həmin dövrdə 15 yaşına çatmaması müəyy ən olunur. Lakin onun əmək hüququnun 15 yaşdan sonra yaranması əsası ilə həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməli olması barədə cavabdehin dəlilini məhkəmə ədalətsiz hesab etməklə qanunsuz olduğu qənaətinə gəlir. İddiaçının əmək hüququ olmadan əmək fəaliyyətinə cəlb olunması əsası ilə onu işə götürən məsuliyyət daşıya bilər, iddiaçının işləməsini, həmin dövrdə ona müvafiq staj qazanmasını isə inkar etmək olmaz.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(107)-135/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 11 noya br tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 1955-ci il 25 fevral təvəllüdlü bir şəxsin əmək fəaliyyətinə başlaması mümkün deyildir. Qeyd olunan tarixdə iddiaçı 11 yaşına çatmışdır. Məhz bu səbəbdən iddiaçının işə daxilolma və işdən azad olunma barədə əmrləri mövcud deyildir. Çünki qanunvericiliklə əmək fəaliyyətli yaş həddinə çatmayan şəxslərin belə fəaliyyət növləri ilə məşğul olması qadağan edilir. Eyni zamanda arxiv arayışında təqdim edilən əməkhaqqı aldığı aylar barədə cədvəl də belə olan halda şübhə doğurmaya bilməz. İşin qanunvericilik baxımından əsaslandırmasına gəldikdə isə “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 nömrəli Konvensiya mövcuddur ki, burada adından da məlum olduğu kimi işə qəbulun yaş həddi müxtəlif kriteriyalar gözlənilmək şərti ilə müəyyən edilmişdir. Konvensiyanın birinci maddəsi qeyd edilir ki, Bu Konvensiyanın qüvvədə olduğu müddətdə, hər bir üzv dövlət, uşaq əməyinin istismarını və işə qəbul üçün minimum yaş səviyyəsinin yeniyetmələrin fiziki və əqli inkişafına uyğun bir səviyyəyə qədər tədricən artırılmasını təmin etmək üçün milli siyasət həyata keçirməyi öhdəsinə götürür. Bu o deməkdir ki, həm Azərbaycan SSR-i, həm də müstəqilliyini bərpa etdikdən sonra müstəqil Azərbaycan Respublikası üzərinə konvensiyadakı müddəalara riayət edəcəyinə dair öhdəlik götürmüşdür. X1 əvvəllər SSRİ tərəfindən qəbul olunmuş konvensiyalarının qüvvəsinin Azərbaycan Respublikası ərazisinə şamil edilməsi barədə Azərbaycan Milli Məclisinin 1993-cü il 03 iyul tarixli, 637 nömrəli qərarında “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 nömrəli Konvensiya da yer almışdır. Konvensiyanın birinci maddəsinə əsasən müəyyən edilmiş minimum yaş, icbari təhsil yaşından aşağı, heç bir halda isə, on beş yaşdan aşağı olmamalıdır. İddiaçının isə təqdim edilən arxiv arayışında işlədiyi illər nəinki 15 deyil, 13-14 yaş aralığını özündə ehtiva edir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının 1966; 1967; 1968; 1969-cu illərdə işləməsi ilə bağlı iş materiallarında olan arxiv arayışındakı illər qanunvericiliyə zidd olduğu üçün sosial sığorta stajına daxil edilə bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdu r (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulu n 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövl ükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İddiaçının 1955-ci il fevralın 25-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 25 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
21. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
22. İddiaçının 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “X” adına kolxozda işlədiyi arxiv arayışları ilə təsdiq edilir.
23. İddiaçının hərbi xidmət dövrü, arayışda qeyd edilən iş dövrləri nəzərə alındıqda, iddiaçının 64 yaşının tamam olduğu 2019-cu il 25 fevral tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
24. Cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edili r.
25. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqinin mötəbərliyini qanunda təsbit etmişdir.
26. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.
27. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
28. İddiaçının təqdim etdiyi arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
29. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
30. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş arxiv arayışının q arşılıqlı yoxlama aktında da həmin dövrlərdə (1966 və 1967) iddiaçının adının qarşısında şagird sözünün qeyd edildiyi yazılıb. Həqiqətən də iddiaçının həmin dövrdə 15 yaşına çatmaması müəyyən olunur. Lakin onun əmək hüququnun 15 yaşdan sonra yaranması əsası ilə həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Belə ki, ərizəçinin 1966-1969-cu illərdə icazə verilən yaş həddinə çatmaması həmin vaxtadək onun kolxozda işləməsi faktına təsir etməli deyil.
31. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2021-ci il 01 mart tarixli, 21(107)-135/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.