Məhkəmə qərarları › İş №2-1(102)-1098/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1098/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1098/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müəyyən dövr üzrə pensiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə əmək pensiyasının ödənilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3633/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. 2. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi (indiki Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) tərəfindən "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi” ilə təmin edilib. Həmin vəs iqənin etibarlılıq müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir.

3. İddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 4. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.

5. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdə vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 6. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılıb.

7. İddiaçı 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vasitəs i ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün vəsatət verib. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

8. Şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib və pensiya ödənişi xx.xx.2023-cü il tarixdən bərpa edilib.

9. İddiaçı 3.04.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsinin təmin edilməsini xahiş etm işdir.

10. Cavabdeh 26 aprel 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə daimi yaşamaq üçün icazə vəsiqəsi və ya şəxsiyyət vəsiqə olmadığı üçün ona həmin dövrlər üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiya sının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, onun hüquqlarını kobud şəkildə pozur. İş materialları ilə təsdiq olunur ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər o, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olub. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan onlar əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar. O, Azərbaycan Respublikası vət əndaşının şəxsiyyət vəsiqəsi ilə 26 yanvar 2023-cü il tarixdə təmin edilsə də, bu, onun həmin tarixdən əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmadığı anlamına gəlmir. Azərbaycan Respublikası Prezidenti onu, məhz Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün Azərbaycan Respublikası vətəndaşlığına qəbul edib. Göründüyü kimi, onun həm Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər, həm də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi 16 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi 26 yanvar 2023-cü il tarixə qədər əmək pensiyası təminatı hüququ olub.

13. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir. 1

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-11101/2023 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına yönəlmişdir.

17. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “pensiyanın bərpa tarixinin xx.xx.2020-ci il tarixdən qeyd edilməklə xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3633/2023 nömrəli iş üzrə 16 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X2 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-11101/2023 saylı qərarı dəyişdirilmiş, İddiaçı əmək pensiyasının xx.xx.2020-ci ildən bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və dəqiqləşdirilmiş iddia tələbi ilə əlaqədar olaraq isə qeyd etmişdir ki, iddiaçıya ilkin olaraq pensiya xx.xx.2008-ci il tarixdən təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün ona əmək pensiyasının ödənilməsi dayandırılmış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra pensiyası bərpa edilmişdir. Hazırkı işdə də söhbət faktiki olaraq iddiaçıya pensiyanın dayandırıldığı xx.xx.2020-ci il tarixdən təyin edilməsindən yox, bərpa edilməsindən gedir. Odur ki, İddiaçı əmək pensiyasının xx.xx.2020-ci ildən bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq on a ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

22. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 37.8.3-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

24. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçının daimi yaşamaq üçün icazəsi bitdiyi halda müvafiq orqana 3 ay ərzində müraciəti olmamış, hər əkətsizlik etmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).

25. Göründüyü kimi, pensiya ödənişinin həyata keçirilməsinin mümkün olmadığı müvafiq dövrdə iddiaçının daimi yaşamaq üçün icazə vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün nə Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs, nə də Azərbaycan Respublikası vətəndaşı hüquqi statusunda olmuşdur. Lakin məhkəmə yalnız “Azərbay can Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi onun həmin tarixdən əvvəl Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşamasının təsdiqidir, cavabdehin aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir. Lakin qeyd etmək lazımdır ki, daimi yaşama qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verilməsi ilə şərtləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüq uqu vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdı rılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 29. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə

14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habel ə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç ayda n çox olmayan müddətə tərk etmiş olsun.

30. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə

3. Əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs;... 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Az ərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;... Maddə

54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

31. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüqu qi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Cavabdehin verdiyi kassasiya şikayətində mövqeyi ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşaması qanuni əsaslara söykənmədiyindən onun iddia tələbi əsassızdır.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara istinad etməklə cavabdehin mövqeyinin əsassız olması qənaətindədir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası hüququna təminat verir.

40. Digər tərəfdən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14 -cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

41. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər A zərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

42. İddiaçı məhz bu tələblərə cavab verdiyindən, yəni Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib.

43. Başqa sözlə iddiaçı ən az 2017-ci ildən başaqlayaraq respublika ərazisində fasiləsiz olaraq qanuni əsaslarla yaşadığından o Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir.

44. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya Azərbaycan Respublikası vətəndaşl ığının verilməsi ilə aradan qalxmışdır. İddiaçı isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı ona ödənilməyən dövrlər pensiyanını ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Buna baxmayaraq cavabdehin eyni əsasa istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir.

45. Odur ki, iddiaçının əvvəllər təyin olunan əmək pensiyasının xx.xx.2020-ci ildən bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilmə sini tələb etməkdə haqlıdır.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3633/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar