Məhkəmə qərarları › İş №2-1(102)-1118/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1118/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1118/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, əsaslandırılmış qərar, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi, kassasiya məhkəməsinin hüquqi mövqeyinin məcburiliyi, iddia tələbindən kənara çıxma, apelyasiya instansiyası mərhələsində iddia tələblərinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 21 yanvar tarixli 21(103)-229/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1955-ci il təvəllüdlü iddiaçı xx xxxxxx 1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1973-cü ildən xx xxxxx 1974-cü ilədək X1 3-cü dərəcəli qazmaçı köməkçisi və Alət meydançasının yükləyicisi vəzifəsində işləmiş, may 1974-cü il tarixdən iyun 1976- cı il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1976- xx.xx.1976-cı illərdə X1 İdarəsində Alət meydançasının yükləyicisi işləmiş, xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək “xxxx” ASC-də süpürgəçi, çilingər şagirdi, 1-ci dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli çilingər təmirçi, 3-cü dərəcəli çilingər təmirçi, 2-ci dərəcəli quraşdırıcı-çilingər, 3-cü dərəcəli quraşdırıcı-çilingər, 1-ci qrup usta, sahə rəisi, 10cu dərəcəli sahə rəisi, 11-ci dərəcəli sahə rəisi vəzifələrində çalışmışdır.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı 55 yaşdan güzəştli şərtlər lə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli ********** saylı məktubla güzəştli əmək stajını təsdiq edən arayışın təqdim edilməməsinə əsaslanaraq müraciəti təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 04 fevral tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona xx xxxxxx 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 22 ildən çox zərərli əmək şəraitində sığorta stajı olduğundan cavabdehin imtinası qanunsuzdur.

6. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hikamiyyəti orqanı tərəfindnə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlar; kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış penisya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 may tarixli 2-1(82)1262/2019 nömrəli qərarı ilə (hakim – E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçıya xx xxxxxx 2010-cu il tarixdən 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2010-cu il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixə qanunla tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğundan onun pensiya hüququ xx.xx.2010-ci il tarixdən – 55 yaşdan yaranır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1661/19 nömrəli 2019-cu il 09 avqust tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.S.Seyidova, hakimlər - V.M.Məmmədov və İ.B.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx xxxxxx 1976cı ildən xx xxxxxx 1998-ci ilə qədər Bakı “xxxx” (sonradan xxxx ASC) zavodunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək p ensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bəndində (metal emalı) nəzərdə tutulmuş müxtəlif peşələrdə işləmişdir. İddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 21(102)-3142/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - N.İ.Rəsulbəyova, hakimlər - Z.M.Quliyev və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2-1(103)-1661/19 nömrəli 2019-cu il 09 avqust tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifə lərin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Apelyasiya instansiya məhkəməsi “xxxx” ASC-də iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etdiyini qeyd etsə də, bu dəlilini əsaslandırmamışdır. Belə ki, metal emalı dedikdə metalların metallurgiya istehsalatında xammal kimi istifadə üçün hazırlanması başa düşülür. Belə olan halda, apelyasiya instansiya məhkəməsi iddiaçının “xxxx” ASC-də fəaliyyəti zamanı tutduğu peşə və vəzifələrin xar akterinin metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edib-etməməsi istiqamətində araşdırma aparmalı idi. d. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)229/20 nömrəli 2020-ci il 21 yanvar tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya xx xxxxxx 2011-ci il tarixdən 56 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2011-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

16. Apelyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, iddiaçının işlədiyi peşə və vəzifələri araşdırılmış və aydın olmuşdur ki, iddiaçının tutduğu vəzifə elektrik motorları korpuslarının tökülməsi ilə bağlıdır ki, bu da metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edir.

17. Məhkəmənin qərarı iddiaçıya və cavabdehə 2020-ci il 10 fevral tarixdə təqdim edilmişdir.

18. Cavabdeh həmin qərardan 2020-ci il 26 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini tələb edir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikay ətinin dəlillərinə görə, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməz. İddiaçının güzəştli iş stajı barədə araşdırılma aparılmamışdır. Ali Məhkəmənin birbaşa göstərişi olsa da, iddiaçının güzəştli stajı yoxlanılmamışdır. Apelyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının tutduğu vəzifə elektrik motorları korpuslarının tökülməsi ilə bağlıdır ki, bu da metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edir. Məhkəmə bu qənaətə necə gəlmiş olduğunu heç bir şəkildə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə iddiaçı tərəfindən verilmiş etirazın dəlillərinə görə, “xxxx” ASC tərəfindən verilmiş arayışla onun zərərli iş şəraitində işləməsi təsdiqlənir. Bund an əlavə, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci bölməsində ( Metal emalı/Tökmə istehsalı) nəzərdə tutulmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildiriş lərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığort a hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24.

24. Qüvvədən düşmüş “ Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəriclərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəl i siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

52. M əhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarı: “...Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apelyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2

7. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasına və faktiki halların düzgün müəyyənləşdirilməsinə dair vəzifələrini yerinə yetirməmiş, eləcə də kassasiya məhkəməsinin əvvəlki qərarındakı hüquqi mövqeyi ni və ondan irəli gələn zəruri araşdırmanı aparmamışdır. Mübahisəni həll etmək üçün müəyyənləşdirilməli olan zəruri faktiki hallar sonadək dəqiq aydınlaşdırılmadığından maddi hüquq normalarının düzgün tətbiqi ilə bağlı məsələ də açıq qalmışdır.

30. İşə birinci dəfə baxmış kassasiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi “xxxx” ASC-də iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci - Metal emalı bölməsində nəzərdə tutulmuş peşə və vəzifələrlə eynilik təşkil etdiyini qeyd etsə də, bu dəlilini əsaslandırmamışdır.

31. Kassasiya məhkəməsinin göstərişləri ilə bağlı olaraq ikinci dəfə işə baxarkən apelyasiya məhkəməsi özünün qərarında qeyd etmişdir ki, Ali Mə hkəmənin göstərişlərini nəzərə alaraq, iddiaçının işlədiyi peşə və vəzifələri araşdırılmış və aydın olmuşdur ki, iddiaçının tutduğu vəzifə elektrik motorları korpuslarının tökülməsi ilə bağlıdır ki, bu da metal emalı ilə məşğul olan müəssisələrdə oxşar peşə və vəzifələrdə işləyən şəxslərlə eynilik təşkil edir.

32. Lakin iş materiallarından apelyasiya məhkəməsinin hansı qaydada araşdırma apardığı bəlli olmur. Bunun üçün həm iddiaçının işlədiyi peşələrin, həm də həmin peşələrin aid olduğu sahələrin güzəştli şərtlərlə pensiyaya çıxmağa hüquq verən Siyahıya uyğunluğu dəqiq müəyyən olunmalıdır. Apelyasiya məhkəməsi də məhz bu qaydada araşdırma aparmaqla müvafiq mötəbər sübutlara istinadla əvvəlcə iddiaçının işlədiyi müəssisələrin hansı istehsalat sahəsinə aid olduğunu dəqiq müəyyən etməli, bund an sonra isə müvafiq olaraq peşələrin Siyahıdakı kodlarla uyğunluğunu yoxlamalıdır.

33. Kollegiya qeyd edir ki, sadəcə bir sıra qanunvericilik normalarının və işdəki sənədlərin sadalanması ilə çıxarılmış məhkəmə qərarı, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə də imkan vermir.

34. Beləliklə, sözügedən qaydada araşdırma aparılmadan iş üzrə nəticəyə gəlinməsi doğru olmamış, məh kəmə bu zaman iş üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifəsinin tələblərini yerinə yetirməmiş, eləcə də kassasiya məhkəməsinin məcburi olan hüquqi mövqeyini də nəzərə almamışdır. Odur ki, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, xüsusi stajın mövcudluğu ilə bağlı zəruri araşdırmalar aparılmalı, nəticədə müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə qərarı çıxarılmalıdır.

35. Kollegiya həmçinin hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının dəyişidirilərək iddiaçıya 56 yaşdan pensiyanın təyin edilməsi İPM-in 52-ci maddəsinin (bax 25-ci bənd) tələblərinin pozulması ilə nəticələnmiş, məhkəmə bu zaman iddia tələbindən kənara çıxmışdır.

36. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbi ona 55 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən ibarətdir. Bu halda, məhkəmə ilk növbədə həmin tələb üzrə araşdırmasını aparmalı, bununla bağlı işin hallarını iddiaçı ilə müzakirə edərək zəruri hesab etdikdə ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım etməlidir. Sözügedən qaydada işin halı müzakirə aparılmadan və iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım edilmədən iddiaçının tələb etmədiyi qaydada iddianın təmin edilməsi məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməlidir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında (bax 26-cı bənd) göstərilmiş hüquqi mövqeləri nəzərə almaqla kollegiya hesab edir ki, təkrar apelyasiya baxışı zamanı məhkəmə, tam və hərtərəfli araşdırma apardıqdan sonra yenə də iddiaçının tələb etdiyi yaşdan pensiyaya hüququnun yaranmadığı nəticəsinə gələrsə, bu halda, ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım göstərə bilər. Öz növbəsində, iddiaçı məhkəmənin yardımı ilə razılaşarsa, iddia tələblərini dəqiqləşdirə bilər. İddiaçı bununla razılaşmadıqda məhkəmə yalnız verilmiş tələblər üzrə qərar çıxarmalıdır.

38. Kollegiyanın qənaətinə görə iddia tələbinin sözügedən qaydada dəqiqləşdirilməsi inzibati məhkəmə icraatının apelyasiya instansiyası mərhələsində yol verilə ndir. Çünki iddia tələbinin bu qaydada dəqiqləşdirilməsi mahiyyət etibarilə iddianın predmetinin dəyişdirilməsi və iddia üzrə yeni cavabdehin yaranması ilə nəticələnmir. Bununla bağlı olaraq xüsusilə nəzərə almaq lazımdır ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. Hazırkı halda, iddiaçı ümumən cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyə dair iddia ilə çıxış etmişdir. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir.

39. Beləliklə, iddiaçıya pensiyanın təyin edilməsi iddianın predmetini təşkil edir, pensiyanın hansı yaşdan və hansı qaydada təyin edilməsi məsələsi isə iddia t ələbi kimi çıxış etsə də, ümumən iddia predmetinin tərkibinə aid olan məsələdir. Odur ki, pensiyanın hansı yaşdan və hansı qaydada təyin edilməsi məsələsi ilə bağlı iddia tələblərinin dəyişdirilməsi bütövlükdə iddianın predmetinin dəyişdirilməsi nəticəsini doğurmur. Məhz buna görə də, sözügedən qaydada iddia tələblərinin dəyişdirilməsi inzibati məhkəmə icraatının apelyasiya instansiyası mərhələsində yol veriləndir.

40. Digər tərəfdən isə sözügedən qaydada dəqiqləşdirmə mübahisəyə baxılmasının ağlabatan müddətlərdə yekunlaşması və prosessual qənaətə nail olmaq baxımından da yolveriləndir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tər əflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

41. İddia tələblərinin dəqiqləşdirilməsi baxımından nəzərə alınmalı mühüm bir məqam da, dəqiqləşdirilmiş tələbə münasibətdə cavabdeh inzibati orqana müraciət edilibedilmədiyi və bununla bağlı onun mövqeyidir. Bu məsələyə münasibətdə hazırkı işin halları baxımından qeyd olunmalıdır ki, cavabdeh imtinasında və şikayətlərində ümumiyyətlə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsinin qanunvericilik baxımından yolverilməz olduğunu bildirmişdir. Digər tərəfdən isə məhkəmə dəqiqləşdirilmiş tələbə münasibətdə onun mövqeyini öyrənə bilər, zərurət yaranarsa İPM-in 33.3 və 33.4-cü maddədə nəzərdə tutulmuş imkanlardan istifadə edə bilər.

42. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddələsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il 21 yanvar tarixli 2-1(103)-229/20 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar