Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1127/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər ƏMDK-nın X1 Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” ASC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən iba rət tərkibdə, İddiaçı cavabdeh X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər ƏMDK-nın X1 Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” ASC-nin iştirakı ilə) qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İKnın xx xxxxxx 2020-ci il tarixli 2-1(107)-11/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İK- nin xx.xx.1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun “X5” tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 179 nömrəli qərarı ilə Çınqıl-Beton Zavodunda yaradılmış “Kür” X2 Nizamnaməsi təsdiq edilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən Mingəçevir Çınqıl-Beton Zavodunda işləmiş, ona Mingəçevir Çınqıl-Beton Zavodunun “Kür” X3 tərəfindən xx.xx.1991-ci il tarixdə 600 kv.m bağ torpaq sahəsi verilmiş və adına Bağçılıq Təsərrüfatının pasportu hazırlanmışdır. İddiaçı Mingəçevir Çınqıl-Beton Zavodunun “Kür” X3 tərəfindən ona ayrılmış 600 kv.m bağ torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli **********49 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya ayrılmış 0,06 ha bağ torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətindədir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-671/2019 nömrəli (sədrlik edən hakim R.Məcidov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS İK-nin xx.x x.1980-cı il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun “X5” tərəfindən ayrılmış 0,06 ha sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli,2-1(107)-429/19 nömrəli (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərardadı ilə Azərbaycan Respublikası X4 Komitəsinin X1 Təşkili üzrə Dövlət Agentliyinin və “xxxx” ASC-nin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(107)-11/20 nömrəli (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, G.Abbasov və M.Hüseynov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-671/2019 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 K omitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «Mingəçevir şəhər XDS İK-nin xx xxx 1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun «X5» tərəfindən ayrılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,mübahisədən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1980-cı il tarixli 179 nömrəli qərarı əsasında verilmişdir. Həmin torpaq sahəsinə dair həyətyanı torpaq sahəsinin pasportu hazırlanıb verilmişdir. Həmin pasport hazırda qüvvədədir və ləğv edilməmişdir. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi həmin torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olduğunu qeyd etməklə iddia tələbini rədd etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, Mingəçevir şəhərində yerləşən Çınqıl-Beton Zavodunda fəhlə işləmişdir. Həmin zavodda işlədiyi üçün ona 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Onunla yanaşı digər iş yoldaşlarına həmin ərazidən torpaq sahəsi ayrılıb verilmişdir. Həmin şəxslər özlərinə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək yaşayırlar. Ona məxsus torpaq sahəsinin ətrafında yerləşən iş yoldaşları daşınmaz əmlakın dövlət reyestrindən öz torpaq sahələrinə mülkiyyət sənədi əldə etmişlər. İşə baxan apelyasiya instansiyası heç bir araşdırma aparmadan ədalətsiz qərar qəbul etmişdir. Cavabdeh orqan isə həmin torpaq sahəsinin dövlət torpaq sahələrinə aid olduğunu heç bir sənədlə sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-11/2020 saylı qərarının ləğv edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-671/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəf indən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-11/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-671/2019 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddia çı cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «Mingəçevir şəhər XDS İK-nin xx xxx 1980-ci il tarixli 179 nömrəli qərarına əsasən Mingəçevir şəhərində yerləşən xxxx Zavodunun «X5» tərəfindən ayrılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən x xxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57, 59-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 10-cu maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, İnzibati Prosessual Məcəllə nin 14.2, 34.1, 68.1, 68.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-11/2020 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq bu mübahisədə ilk öncə cavabdehin həm iddiaçının cavabdehə məhkəmədən əvvəl yazdığı ərizəsinə imtina cavabında, həm də apelyasiya şikayətində eyni məzmunda olan hüquqi mövqeyini xatırlatmağı zəruri hesab edir. Belə ki, cavabdehin sözügedən hər iki sənədinin toplu olaraq xülasəsi ondan ibarətdir ki, «sözügedən torpaq sahəsində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilmiş, ərazidə inven tarlaşdırma işləri aparılmış və onun sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi şərti sərhədlərlə əhatələnmiş «xxxx» ASC-yə məxsus ərazidə yerləşir. Müayinə baxışı zamanı «xxxx» ASC-nin nümayəndəsinin dediyinə görə həmin ərazi onlara məxsusdur və müvafiq emissiya prospekti mövcuddur. Səhmlərin 70%-i ASC-yə, qalan 30%-i dövlətə məxsusdur. Həmçinin, idarənin arxiv materiallarına istinadən, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş xxxx zavodunun «Kür» kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd olunmamış, həmçinin torpaq sahəsinə dair ayrıc aktı, onun yerini və ölçülərini əks etdirən yerqur uluşu planı mövcud deyildir. Odur ki, inzibati işə Azərbaycan Respublikası X4 Komitəsinin X1 Təşkili üzrə Dövlət Agentliyinin və «xxxx» ASC-nin üçüncü şəxs qismində cəlb olunmasını və işə onların nümayəndələrinin iştirakı ilə baxılması zəruridir». Eyni zamanda apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarının «Əsaslandırma hissəsi»ndə yazır ki, «Cavabdeh inzibati orqan apelyasiya şikayətində göstərmişdir ki, torpaq sahəsi şərti sərhədlərlə əhatələnmiş «xxxx» ASC-yə məxsus ərazidə yerləşir və «xxxx» ASC-nə məxsusdur və müvafiq emissiya prospekti mövcuddur. Səhmlərin 70%-i ASC-yə, qalan 30%-i dövlətə məxsusdur. İşə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin sxeminə əsasən, həmin mübahisə predmeti olan torpaq sahəsi «xxxx» ASC-yə məxsus ərazidə yerləş ir». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətindəki bu yazılarının doğruluğunu araşdırmamış, ən azından cavabdehin istinad etdiyi rəqəmlərin yoxlanılması üçün «xxxx» ASC-nin emissiya prospektini İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə müvafiq olaraq tələb edib araşdırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi cavabdeh apelyasiya şikayətində yazır ki, «Həmçinin idarənin arxiv materiallarına istinadən ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixli akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş xxxx zavodunun «Kür» kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd olunmamış». Lakin apelyasiya instansiyası məhkəməsi işin bu halını da İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbləri baxımından araşdırmamış, yəni, sözügedən siyahını tələb etməmiş, ona baxış keçirməmiş, yalnız cavabdehin apelyasiya şikayətində yazdıqlarını əsas götürməklə kifayətlənmişdir. Halbuki işin 9-cu vərəqində iddiaçıya mübahisə predmeti olan 600 kvadrat metr torpaq sahəsinin verilməsini təsdiq edən «Kür» bağçılıq təsərrüfatının xx xxxxxx 1991-ci il tarixli rəsmi kitabçası (pasport) da mövcuddur. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1980-ci il tarixli 179 nömrəli qərarı ilə Çınqıl-Beton Zavodunda yaradılmış «Kür» X2 Nizamnaməsi təsdiq edilmişdir. İddiaçı xx xxxx 1979-cu il tarixdən Mingəçevir Çınqıl-Beton Zavodunda işl əmiş, ona Mingəçevir Çınqıl-Beton Zavodunun «Kür» X3 tərəfindən xx xxxxxx 1991-ci il tarixdə 600 kvadrat metr bağ torpaq sahəsi verilmiş və adına Bağçılıq Təsərrüfatının pasportu hazırlanmışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx xxx 2007-ci il tarixli sərəncamının müddəalarını da, xüsusi ilə sərəncamın 2.2-ci bəndinin tələblərini də nəzərə almamış və bu istiqamətdə araşdırma aparmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkra r baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(107)-11/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1127/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1127/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver