Məhkəmə qərarları › İş №2-1(102)-1147/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1147/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1147/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta ödənişlərinin fərdi hesabda qeyd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fon du publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-39/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-584 kod 40100048 nömrəli Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, İddiaçı, X8, X7, X9 və X6 verilmişdir. 2. 820520 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. 3. "xxxx" ASC-nin Balakən rayon filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Kapital Bank ASC-nin Balakən filialında qeyd olunmuş hesaba (h/h ********************; VÖEN 380063541; kod 200695) DSMF Torpağın MDSS təyinatı üzrə 24,5 AZN (x/h 1 AZN) vəsait ödəniş etmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlar ının fərdi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

5. Cavabdeh inzibati orqanın imtinaları onunla əsaslandırılmışdır ki, “Vətəndaşların müraciəti haqqında” Qanunun 12.3.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər onlara ünvanlanmış məsələlərin həlli üçün lazımi sənədləri tələb etməlidirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində qaldırılan məsələnin araşdırılması üçün lazımi sənədləri (şəxsiyyət vəsiqəsi, pay torpaq mülkiyyətinin olması barədə sənədlər (mülkiyyətində torpaq sahəsinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və s.)) əlavə edib ona yenidən Filiala müraciət etməsi tövsiyə olunmuşdur.

6. Bundan başqa iddiaçı mülkiyyətində kənd təsərrüfatı təyinatına yararlı tor paq sahəsi olan şəxs kimi 2013-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödəməsinə baxmayaraq X1 Sisteminin Pensiya altsistemində pensiya kapitalı əks olunmamışdır. Müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Qeyd olunan sorğu nəticələndikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yara ndığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin ödənişlər onun fərdi şəxsi hesabında qeydiyyata alınmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

9. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sos ial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı X1 sisteminin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və ya pay torpaq mükiyyətçisi kimi uçota alınmadığından, ödənilmiş məcburi dövlət sosial sığortası haqları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır. İş materiallarına əsasən iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxs olduğunu iddia edir. Təqdim olunan ödəniş qəbzlərinin 2013-2018-ci illərə aid olduğunu nəzərə olaraq Mülki P rosessual Məcəllənin 217.2-ci maddəsinin “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” tələbinə əsasən qanunvericilik aktlarının həmin dövrə məxsus redaksiyası nəzərə alınmalıdır. 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial sığorta haqqında” Qanunun 13-cü və 14-cü maddələrinin tələbləri nəzərə alınmalıdır.

10. Bundan başqa, iddia tələbinə qarşı digər etirazda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN584-KOD ********) əsasən, X3 torpaq mülkiyyətçisi, İddiaçı isə onun ailə üzvü kimi qeyd olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü m addəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur.Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır.Həmin Qanunun 13.2-ci bəndinə əsasən Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında; Göründüyü kimi Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortası nın məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin, torpaq mülkiyyətçisi Ç.Qıstarova Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını 24 mart 1999-cu il tarixdə almasına baxmayaraq Fondun yerli orqanında uçota durmamışdır. Mülkiyyətçi Ç.Qıstarovanın ailə üzvü (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən) olan İddiaçı isə X13 filialına 2013-2018-ci illərdə ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 128 manat ödəniş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 4 sentyabr 2021-ci il tarixdə 128 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması barədə Filiala müraciət etmişdir. Filial tərəfindən 20 oktyabr 2021-c i il tarixli **********6 nömrəli cavab məktubu ilə qaldırılan məsələnin araşdırılması üçün lazımi sənədləri (şəxsiyyət vəsiqəsi, pay torpaq mülkiyyətinin olması barədə sənədlər (mülkiyyətində torpaq sahəsinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və s.)) əlavə edib yenidən Filiala müraciət edilməsi tövsiyə olunmuş, lakin iddiaçı yuxarda qeyd olunan sənədləri təqdim etməmiş və Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin 15 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi isə Filialın səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ü zrə Mərkəzi filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı 2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyul ması qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur.Cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-39/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi ş, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 21(116)-459/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti imtina məktubunun, iddia tələbinə qarşı etirazların və apelyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişd ir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Sosial sığorta haqqında" Qanun: Maddə

8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə

13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra ha kimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı 14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: 14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında; 14.5.6. çıxarılıb əvvəlki redaksiya 14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaq lar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 20. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun: Maddə

5. Sığortaolunanın fərdi şəxsi hesabı 5.1. Çıxarılıb 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: 5.2.1. sosial sığorta nömrəsi (SSN); 5.2.2. adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir); 5.2.3. doğulduğu il, ay, gün; 5.2.4. doğulduğu yer; 5.2.5. cinsi; 5.2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; 5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı; 5.2.7-1. fərdi identifikasiya nömrəsi (FİN); 5.2.8. vətəndaşlığı; 5.2.9. telefon nömrəsi; 5.2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; 5.2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi ha qqında məlumat. 5.2.16. sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat; 5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.17-1. xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumat; 5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat; 5.2.19. vəfat etdiyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi hallarda sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat. 5.2-1. Sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsin dən imtina olunması üçün əsas deyil. 5.3. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir. 5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. 5.5. çıxarılıb 5.6. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır. Maddə

8. Sığortaolunanın hüquq və vəzifələri 8.1. Sığortaolunan aşağıdakı hüquqlara m alikdir: 8.1.1. fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sistemi vasitəsilə tanış olmaq və ya sığortaçıdan həmin məlumatları almaq; 8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq; 8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etm ək; 8.1.4. fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək. 8.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 8.2.1. sığortaedənə bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları təqdim etmək; 8.2.2. bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək. Maddə

9. Sığortaedənin hüquq və vəzifələri 9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir: 9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin ara dan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək; 9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərin də yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sistemində qeydiyyata alınması zamanı; 2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində; 3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində. Maddə

10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəx sin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablard a qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir n övündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan t orpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə məcburi dövlət so sial sığorta haqqı ödəmiş, həmin ödənişlər onun fərdi şəxsi hesabında qeydiyyata alınmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

27. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək sığortaçının hüququ, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərd i şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifəsidir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur. Cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, qanunverici tərəfindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının minimal məbləği müəyyən edilməmiş, sadəcə olaraq hər-hansı pensiya kapitalının qeydə alınması tələbi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən isə xx.xx.2018-ci il tarixədək müxtəlif dövlərdə fərqli məbləğlərdə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş, bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuş, ödənişlər arayışlarla təsdiqini tapmışdır.

30. Eyni zamanda, iddiaçının adına Dövlət Sosial Sığorta Şəhadətnaməsinin açıldığı və iddiaçıya təqdim olunduğu müəyyən edilmişdir. Odur ki, ödənilmiş məbləğlərin şəxsin fərdi şəxsi hesabında qeydə alınmaması onun hüquqlarını məhdudlaşdırıcı amil kimi nəzərə alına bilməz. Şəxs tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı ödənilən məbləğin fərdi şəxsi hesabda qeydə alınıb-alınmamasına nəzarət etmək onun imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.

31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur.

32. Cavabdeh hesab edir ki, mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan iddiaçının ödədiyi məcburi dövlət sosial sığortanın məbləği “Sosial sığorta haqqında” Qanunun 13 və 14-cü maddələrinin tələbləriə uyğun olmamışdır.

33. Cavabdehin şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını ödədiyi vaxt, həmin məbləğlər aidiyyəti dövlət orqanı tərəfindən qəbul edilmiş və iddiaçıya ödənilən məbləğin “Sosial sığorta haqqında” Qanunun 13 və 14-cü maddələrinin tələblərinə uyğun olmadığı barədə heç vaxt etiraz edilməmişdir. Ən azından belə etirazın olmasını cavabdeh bildirməmişdir.

34. Odur ki, cavabdeh orqan, iddiaçının 2013-2018-ci ill ər ərzində torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərini onun fərdi hesabında qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 21(107)-39/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar