Məhkəmə qərarları › İş №2-1(102)-115/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-115/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-115/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” tətbiq edilməklə yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızını n katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1248/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci ilə qədər ədliyyə polisi vəzifəsində xidmət etmişdir. Ona xx.xx.2000-ci il tarixdən pensiya təyin olunmuşdur.

2. İddiaçı cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın müddəalarının ona şamil edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi tənzimləndiy indən sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsi mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qəbul olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixdən ona şamil edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nəzarətçi qismində xidmət etmiş və xx.xx.2000-ci ildən pensiya alır. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 123 saylı xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallarda ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Qərara uyğun olaraq qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəticəsində qulluq illərinin sayı artdığına görə, bu qulluq illərinə görə ödəniş faizi də artmış olur və ödəniş faizinin təyin edilməsi, həmin qərarın 3-cü bölməsində əlavə haqqın da hesablanması və verilməsi qaydasına uyğun olaraq qulluq illərinin sayına görə aparılır. Qulluq illərinin güzəştli şərtlərlə hesablanmasından asılı olaraq qulluq illərinə görə ödəniş faizi yüksəlmiş olur və nəticədə təminat xərcliyində artım baş verir ki, bu halda «Əmək pensiyaları haqqında» Qanunun 29.3-cü maddəsinə əsasən onun pensiyası yenidən hesablanmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xususi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçu larının hərbi rütbələrinə bərabər tutulurlar. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5, 12.2, 17.2 və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.7, 20.19 və 20.20 maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçular ədliyyə orqanlarının işçiləri hesab olunmadığına görə, «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesabla nması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-220/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qəbul olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixdən İddiaçı şamil edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qanunun, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun, habelə «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın müvafiq bəndləri ilə əsaslandırmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1248/2020 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-220/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 13.1. Kassasiya şikayətində göstərilir ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın tələblərini pozmuşdur. 13.2. Belə ki, sözügedən Qaydada nəzərdə tutulmuş əlavələr heç də bütün işçilərə şamil edilmir. Həmin əlavələrin hansı şəxslərə ödənilməsi komissiyanın qərarı əsasında müəyyən edilir və həmin qərarlar inzibati akt olmaqla onlardan şikayət verilməsi mümkündür. Yəni əlavənin ödənil məsinin əsasında Qayda deyil, müvafiq komissiyanın qərarı dayanır. 13.3. İddiaçı xx.xx.2000-ci ildə ehtiyata buraxılmışdır, əlavələrin ödənilməsi barədə Qaydalar isə 2008-ci ildə təsdiqlənmişdir. Bu halda iddiaçının həmin əlavələri alması obyektiv olaraq mümkün deyildi. Məhkəmə iddiaçının almadığı əlavələrin hansı səbəbdən onun pensiyasının yenidən hesablanmasına əsas verdiyini öz qərarında göstərə bilməyib. İddiaçıya pensiya, təminat xərcliyi əsasında hesablanır. Qaydalarda göstərilmiş əlavələr isə iddiaçıya heç vaxt ödənilmədiyi üçün təminat xərcliyinə daxil deyildir. 13.4. Həmin əlavələr təminat xərcliyindəki sonrakı artım hesab edilə bilməz. Çünki ödənilməsi yalnız komissiya qərarı əsasında həyata keçirilir. Bu hal Konstitusiya Məhkəməsi Plenumunun «“Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2020-ci il tarixli Qərarında da açıq qeyd edilmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə kollegiyasının əvvəlki iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sı ğotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlav ədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qull uq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tən zimləyir. 3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:... - 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz; - 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;... 3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır. 4.2. Əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir. 4.3. Ədliyyə orqanları işçilərinin q ulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. 4.4. Əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir. 20. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun 37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. 37.2. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir.

21. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»

2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması 2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. 22. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hər bi qulluqçulara - … Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, … xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, … orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsəd i ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli Qərarı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödən clərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

24. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətd ə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9 4.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Buna gör ə də qərar ləğv edilərək, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

29. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 1983-2000-ci illərdə DİN-də ədliyyə polisi işləmiş, 2000-ci ildə işdən azad edilmiş və həmin ildən ona pensiya təyin olunmuşdur. İddiaçı hazırda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın ona şamil edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir.

30. Adı çəkilən Qayda ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaş ından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq faiz nisbətində müəyyən olunur. Həmin əlavələr ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır və əlavə haqq verilməsi üçün qulluq illəri, habelə əlavə haqq bunun üçün yaradılmış komissiyalar tərəfindən müəyyən edilir. Əlavə haqqın ödənilməsi barədə komissiya tərəfindən qərar qəbul olunur.

31. Adı çəkilən Qaydanın müddəalarının baxılan işə tətbiqi zamanı ilk növbədə qeyd olunmalıdır ki, əlavə haqqın hesablanması DSMF orqanının vəzifəsi deyildir və şəxsin qulluq yeri üzrə yaradılmış komissiyalar tərəfindən hesablanır.

32. Çünki “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 37.1-ci maddəsi və «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ə mək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.4-cü bəndi baxımından, iddiaçının pensiyasının yenidən hesablanması üçün təminat xərcliyi barədə məlumatlar onun xidmət etdiyi orqan tərəfindən tərtib olunmalıdır.

33. Bundan başqa, iddia tələbindən göründüyü kimi iddiaçı işlədiyi müddətdə ona verilməmiş əmək haqqına əlavənin (haqqın) pensiya hesablanması zamanı ona da aid edilməsinə nail olmaq istəyir.

34. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddianın əsaslılığı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli Qərarına uyğun təhlil e dilməlidir.

35. Həmin qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələ rinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bel ə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan məsələyə yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.

36. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. 37. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

38. Məhkəmə kollegiyası göstərir ki, iddiaçı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda nəzərdə tutulmuş əlavələri almamış, müvafiq olaraq həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır.

39. Ona görə də iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə iddia olunan əlavə iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin imtinası “qanunçuluq” prinsipinə uyğun olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövc ud olsun.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İddia əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin olunmamalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1248/2020 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar