Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1153/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 dekabr tarixli 2-1(103)-2920/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıd akı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 2006-cı il 1 yanvar tarixdən ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 14 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2006-cı il 1 yanvar tarixdə prokuror kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Onun prokurorluq orqanlarında qulluq stajı 29 il təşkil etmişdir. Pensiyasının miqdarı Azərbaycan Respublikası Yasamal rayon prokurorunun köməkçisi vəzifəsinə uyğun olaraq vəzifə maaşı 900 manat, xidmət illərinə görə əlavə (45%) 405 manat, mükafat 915.5 mana t, xüsusi rütbəyə görə 134 manat olmaqla cəmi 2,354.50 manat dövlət məvacibinin 80%-i həcmində 1,883.60 manat məbləğində 2018-ci il 1 mart tarixdən yenidən hesablanmış və ödənilmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Yuxarıda qeyd edilmiş əlavələrin xidmət keçdiyi dövr ərzində iddiaçıya hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyasının hesablanması zamanı dövlət məvacibinin də nəzərə alınması qanuni ziddir. İddiaçı 2018-ci il 20 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2006-cı il 1 yanvar tarixdən hal-hazıra kimi, pensiyasının düzgün hesablanmaması nəticəsində ona vurulmuş maddi ziyanların hesablanıb pensiyaya əlavə edilməsi, prokurorluq orqanları işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən maddi yardım və Azərbaycan Respublikası Baş Prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bay ramı, Respublika günü və Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə bayramı günü münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatlarını nəzərə alınmaqla ona əmək pensiyası təyin edildiyi tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1993-1998-ci illər üzrə 5 illik orta aylıq əmək haqqı, prokurorluq orqanları işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən m addi yardım və Azərbaycan Respublikası Baş Prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə bayramı günü və Yeni il bayramı münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatları nəzərə alınmaqla iddiaçının əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanması və yenidən hesablanma zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası prokurorluğu orqanlarında 35 il işlədikdən sonra 2006-ci ilin yanvar ayından pensiyaya çıxmışdır. Uzun illər ağır xəstəliklərdən müalicə olunmuşdur. Ona görə də pensiyanın düzgün təyin edilib-edi lməməsi barədə məlumatı olmamışdır. O, 2006-cı ilin oktyabr ayında xidməti illəri əsasında əmək pensiyasına çıxanda, iddiaçıya 1988-1993-cü illər əsasında orta aylıq əmək haqqı üzrə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1993-cü il 16 aprel tarixdən 1993-cü il 27 noyabr tarixədək Bakı şəhər prokurorluğunda prokuror, 1993-cü il 27 noyabr tarixdən 1998-ci il 11 iyun tarixədək isə Respublika Prokurorluğunda böyük prokuror vəzifələrində çalışmışdır. Hesab edir ki, pensiyasının hesablanması zamanı həmin dövr üzrə vəzifə maaşının yüksək olması ilə əlaqədar olaraq qanunvericiliyə uyğun qaydada 1993-1998-ci illərin 5 illik orta aylıq əmək haqqına əsasən pensiyasının yenidən hesablanması aparılmalıdır. Eyni zamanda, 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə h aqqında” Qanunun 20.8-ci maddəsində prokurorluq işçiləri hər il məzuniyyətə çıxanda onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 20.0-cı maddəsində prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilməsi, 21.4-cü maddəsində hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli 2-1(82)3859/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, 1993-1998-ci illər üzrə 5 illik orta aylıq əmək haqqı, prokurorluq orqanları işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat məbləğindən az olmayaraq verilən maddi yardım və Azərbaycan Respublikası Baş Prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə bayramı günü və Yeni il bayramı münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatları nəzərə alınmaqla iddiaçının əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanması və yenidən hesablanma zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya prokurorluq işçisi olaraq yaşa görə əmək pensiyası 2006-cı il 1 yanvar tarixdə təyin edildiyindən, onun pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanununun həmin vaxt qüvvədə olan normaları tətbiq edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 dekabr tarixli 2-1(103)-2920/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 10 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 6 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsaslanmışdır. Halbuki, həmin Qanunun tətbiq sahəsini müəyyənləşdirən 3.1ci maddədə göstərilir ki, b u Qanun “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. “Prokurorluq haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokurormetodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokurorkriminalistləri; müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçıAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qar şı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri-prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. Göründüyü kimi, istinad olunan maddədə sadalanan subyektlər arasında pensiyaya çıxmış prokuror işçiləri göstərilməmişdir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsində “pensiyaya çıxmış işçilər də daxil olmaqla” ifadəsindən istifadə olunması da bir daha göstərir ki, qanunverici müəyyən etdiyi müddəaların “Prokurorluq haqqında” Qanunun 1-ci maddəsində göstərilənlərdən əlavə subyektlərə aid edildiyi halları həmin m addələrdə xüsusilə vurğulamışdır. Buna görə də, cavabdeh hesab edir ki, məhkəmə mübahisəli işə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 21.4-cü maddələrini tətbiq etməkdə səhvə yol vermiş, həmin maddələrin aid edildiyi subyekt dairəsindən kənara çıxmış, bununla da göstərilən maddi hüquq normalarını düzgün şəkildə təfsir etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxı lmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqq ında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan d igər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdim etdiyi 2018-ci il 3 avqust tarixli, 17/566 №-li arayışla təsdiq olunur ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə mart, oktyabr və dekabr aylarında ümumilikdə üçqat əmək haqqı həcmində maddi yardım verilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pens iyaları haqqında” Qanunun (burada və bundan sonra mətndə Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri... Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonrad an artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi: - prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; - prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haq qının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir; - həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Cavabdeh bəyan edir ki, iddiaçının işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd edilmiş müavinət və maddi yardımlar hesablanmamışdır. Ona görə də artımlar ona şamil edilə bilməz. Digər tərəfdən, məhkəmə mübahisəli işə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 21.4-cü maddələrini tətbiq etməkdə səhvə yol vermiş, həmin maddələrin aid edildiyi subyektlərin dairəsindən kənara çıxmış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, həmin normalar yalnız işləyən prokuror luq işçilərinə aiddir. Cavabdehin həmin dəlilləri “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 29.3-cü maddələrinin yuxarıda qeyd olunan (əmək haqqındakı sonrakı artımların nəzərə alınması) tələblərinə zidd olduğundan əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın Qanunda imperativ olaraq nəzərdə tutulduğuna, bu səbəbdən də həmin normanın iddiaçıya münasibətdə də tətbiq edilməli olduğuna dair düzgün nəticəyə gəlsə də, həmin Qanunun 23.1.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün əsaslar olmamışdır (həm in normaya görə, xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə pul mükafatı kimi həvəsləndirmə tədbirləri tətbiq oluna bilər). Belə ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 2018-ci il 3 avqust tarixli, 17/566 №-li arayışda mükafat deyil, Azərbaycan Respublikası Baş prokurorunun ümumi əmri ilə mart, oktyabr və dekabr aylarında ümumilikdə üçqat əmək haqqı həcmində maddi yardım verildiyi qeyd olunmuşdur. Başqa sözlə, burada, söhbət “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.4-cü maddəsinin tələbinin təmin olunmasından gedir ki, Qanunun maddi yardımla bağlı həmin tələbi iddiaçıya münasibətdə hazırkı işdə nəzərə alınmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbin in “Azərbaycan Respublikası Baş prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə bayramı günü və Yeni il bayramı münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatları”na aid hissədə təmin olunması barədə birinci instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlamaqda haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə rədd edilməli, iddianın digər hissələrinə münasibətdə şikayət əsaslı olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 dekabr tarixli 2-1(103)-2920/2018 nömrəli qərarı “Azərbaycan Respublikası Baş prokurorunun əmrlərinə əsasən prokurorluq işçilərinə hər il Novruz bayramı, Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Peşə bayramı günü və Yeni il bayramı münasibətilə bir aylıq vəzifə maaşı həcmində verilən pul mükafatlarının nəzərə alınması” hissəsində ləğv edilir. İddia həmin hissədə rədd edilir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1153/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1153/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver