Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1163/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə haqqında qərarın ləğvi, bazar qiymətlərinin tətbiqinin qanuna uyğun olmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyov Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayənd ə4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə vergi, maliyyə sanksiyası və faiz borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2813/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyatdan keçmişdir və qanuni təmsilçisi Nümayəndə1dur. Cavabdeh inzibati orqanın xx xxx 2017-ci il tarixli qərarına əsasən, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər (o cümlədən ƏDV üzrə aprel 2014-mart 2017-ci illər) və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx xxx 2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2018-ci il tarixli, **********155768 saylı qərara əsasən, İddiaçı MMC-yə 1.309.630,08 manat məbləğində əlavə dəyər vergisi hesa blanmış və 351.435,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin bu qənaəti ona əsaslanmışdır ki, yoxlanılan dövr ərzində müəssisə tərəfindən 2014-cü il ərzində ümumi sahəsi 1242.0 kv.metr təşkil edən 1 kv.m. satış qiyməti 2360 manat, ümumi dəyəri 2.931.592,00 manat 8 ədəd mənzilin, 2015-ci il ərzində ümumi sahəsi 432.5 kv.metr təşkil edən 1 kv.metr satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 1.020.700,00 manat 3 ədəd mənzilin və 2016-cı il ərzində ümumi sahəsi 1204.2 kv.metr təşkil edən 1 kv.metr satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 2.841.912,00 manat 8 ədəd mənzilin, cəmi ümumi sahəsi 2878.9 kv.metr təşkil edən 1 kv.metr satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 6.794.204,00 manat 19 ədəd mənzilin satışı həyata keçirilmişdir. Binanın satışa yararlı sahələrinin 1 kv.m-ni n bazar qiymətinin müəyyən edilməsi məqsədilə xx.xx.2017-ci il tarixli, **********106131 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin eksperti X1 cəlb edilmişdir. Ekspert tərəfindən xx.xx.2018-ci il tarixli rəy təqdim edilmişdir. Təqdim olunmuş rəyə əsasən, “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə satılmış mənzillərin 1 kv.metrinin real bazar qiyməti 5.600,00 manat, 2015-ci ildə satılmış mənzillərin 1 kv.metrinin real bazar qiyməti 5.400,00 manat, 2016-cı ildə satılmış mənzillərin 1 kv.metrinin real bazar qiyməti 5.100,00 manat və 2017-ci ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.000,00 manat müəyyənləşdirilmişdir. Nəticədə büdcəyə çatası ƏDV 1.309.630,08 manat azaldılmışdır. Yoxlama “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli rəyində qeyd olunan bazar qiymətlərinə əsasən aparılmışdır. Bundan sonra, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin vergi qanunvericiliyinin pozulmasına görə İddiaçı MMC-nin məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********155768 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında “xxxx” MMC-yə hesablanmış 1.309.630,08 manat əlavə vergi, 351. 435,16 manat maliyyə sanksiyası və 309.955,54 manat gecikməyə görə faiz borcunun silinməsi və həmin Departament tərəfindən iddiaçıdan əsassız olaraq tutulmuş 675.132,42 manat pul vəsaitinin iddiaçıya geri qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamenti İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********155768 saylı qərar qəbul etmiş və bu qərara əsasən 2014-2016-cı illəri əhatə edən dövr üçün ona 1.309.630,08 manat əlavə vergi və 351.435,16 manat maliyyə sanksiyası hesablamışdır. Cavabdehin qərarını və 118.023,00 manat pul vəsaitinin müəssisənin hesabından silinməsini düzgün hesab etmirlər. İlk növbədə i nzibati orqanın müvafiq qərarının qəbul edilməsi üçün istinad etdiyi “Azərekspertiza” Birliyinin ekspertinin təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli rəy qanunvericiliklə müəyyən olunan tələblərə cavab vermir. Belə ki, həmin rəydə müvafiq dövr üçün malın bazar qiymətini müəyyən etməyə imkan verən real, səhih və rəsmi məlumat mənbəyinə istinad olunmur. Bunun əvəzində rəydə bina.az saytında olan 3 müxtəlif analoqa - mənzillərin satış təklifinə dair elana istinad edilir. Qeyd olunan məlumat mənbəyi internet saytı rəsmi mənbə deyil və onun məlumatları səhih hesab oluna bilməz. Bundan başqa, həmin internet saytında mənzillərin yalnız göstərilən qiymətə təklif olunması əks olunur və real olaraq göstərilən qiymətə faktiki satılması ilə bağlı hər hansı sənədə, məsələn hər hansı konkret alqı-satq ı müqaviləsinə istinad olunmur. Halbuki, Vergi Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Cavabdeh inzibati orqanın öz qərarının əsası kimi istinad etdiyi “Azərekspertiza” Birliyinin ekspertinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli rəy faktiki olaraq mütəxəssis rəyidir və heç bir halda ekspert rəyi hesab oluna bilməz. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinə əsasən, məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərma nının 2-ci hissəsində göstərilir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəməpsixiatriya) ekspertizası sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmədaktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi həyata keçirir. Göründüyü kimi, “Azərekspertiza” Birliyinin adı ekspertiza aparmaq səlahiyyəti olan orqanların adları sırasında göstərilməyib. Bundan başqa, ekspert rəylərinin verilməsi üçün müh üm olan məsələlərdən biri ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar edilməsi və bu barədə iltizamın onun tərəfindən imzalanmasıdır. Lakin təqdim olunan sənəddən görünür ki, qeyd olunan rəydə bu cür məsuliyyət barədə məlumatlandırma və imzalanmış iltizam yoxdur. Bu isə həmin sənədin açıq aşkar mütəxəssis rəyi olduğunu təsdiq edir. Qüvvədə olan qanunvericilik mütəxəssis rəyini hətta sübutlar sırasına belə aid etməyib. “Azərekspertiza” Birliyinin rəyi mahiyyət etibarilə mütəxəssis rəyi olmaqla sübuti əhəmiyyətə malik deyil. Qanunvericiliyin tələbinə əsasən, inzibati orqan qəbul etdiyi inzibati akt üzrə konkret alqı-satqı müqavilələrinə və ya digər sənədlərə əsasən sübut etməlidir ki, qeyd olunan mənzillərin real bazar qiyməti müvafiq dövr üçün iddiaçının istinad etdiyi satış qiymətlərindən əhəmiyyətli dərəcədə yüksək olub. Lakin həmin qərardan aydın görünür ki, hər hansı fakta istinad etməyən aşkar mübahisəli ekspert rəyindən başqa inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməyib. Həmçinin, inzibati orqanın mübahisələndirilən qərarı “Tənzimlənən qiymətlər haqqında” xx xxx 2003cü il tarixli Azərbaycan Respublikası Qanununa açıq-aşkar ziddir. Belə ki, həmin Qanunun 3.3, 3.4, 2.1.5-ci maddələrindən göründüyü kimi, qanunverici bazar qiyməti dedikdə ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. İnzibati orqanın mübahisələndirilən qərarı həmçinin Mülki Məcəllənin 390.1, 390.5, 390.6 və 390.7-ci maddəsinə də ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqaviləazadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında r əsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Mübahisələndirilən inzibati akt olan qərarda Vergi Məcəlləsinin 14.3.3-cü bəndinə istinad edilməsi düzgün olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 14.1, 14.2 və 14.3.3-cü maddələrinin məzmunundan göründüyü kimi, qanunverici müxtəlif vergi ödəyicilərinin deyil, eyni vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsinin 30 faizdən çox dəyişməsi halında bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması imkanını nəzərdə tutub. Halbuki, iddiaçının təqdim etdiyi mənzillərin satış qiymətin də hər hansı dəyişiklik olmayıb və onların hamısı hər kv.m üçün 2.000 manat+18% ƏDV məbləğində satılıb. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası -mənzillərin satıldığı gündən 30 gün ərzində hansı oxşar mənzilin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməyib. Halbuki, Vergi Məcəlləsinin 14.4-cü maddəsində aydın surətdə qeyd olunur ki, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. İddiaçı ərizəsində həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, “İnzibati icraat ha qqında” qanunun 24.1-ci maddəsinə, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)152/2019 saylı qərardadı ilə (hakim: E.Q.Məmmədov) cavabdeh tərəfindən iddiaçıdan əsassız olaraq tutulmuş 675.132,42 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması hissəsində iddia mümkün sayılmamışdır. Məhkəmənin eyni tarixli və saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə İddiaçı MMC-nin məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2018-ci il tarixli, **********155768 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında “xxxx” MMC-yə hesablanmış 1.309.630,08 manat əlavə vergi, 351.435,16 manat maliyyə sanksiyası və 309.955,54 manat gecikməyə görə faiz borcunun silinməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının satışa yararlı sahələrinin 1 kv.metrinin bazar qiymətinin həmin dövr üçün mövcud olan bazar qiymətinin 30%-dən az olması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2813/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-152/2019 sa ylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi" haqqında xx.xx.2017-ci il tarixli **********095391 nömrəli qərarı ilə İddiaçı MMC-də səyyar vergi yoxlaması (yoxlanılan dövr aprel 2014 - mart 2017) təyin edilmiş, yoxlamanın nəticəsi xx xxx 2018-ci il tarixli **********101701 saylı aktla rəsmiləşdirilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx xxxx 2018-ci il tarixli **********155768 saylı qərarı ilə vergi ödəyicisinə 1.309.630,08 manat əlavə vergi məbləği hesablanmış, 351.435,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, yoxlanılan dövr ərzində müəssisə tərəfindən 2014-cü il ərzində ümumi sahəsi 1242.2 kv.m təşkil edən, 1 kv. m. satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 2.931.592,00 manat 8 ədəd mənzilin, 2015-ci il ərzində ümumi sahəsi 432.5 kv.m təşkil edən, 1 kv. m. satış qiyməti 2360 manat, ümumi dəyəri 1.020.700 manat 3 ədəd mənzilin və 2016-cı il ərzində ümumi sahəsi 1204.2 kv.m təşkil edən, 1 kv. m. satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 2.841.912,00 manat 8 ədəd mənzilin, cəmi ümumi sahəsi 2878.9 kv.m təşkil edən, 1 kv. m. satış qiyməti 2.360,00 manat, ümumi dəyəri 6.794.204,00 manat olan 19 ədəd mənzilin satışı həyata keçirilmişdir. Daha sonra qeyd edilir ki, binanın satışa yararlı sahələrinin 1 kv.m-nin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli **********106131 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, ekspert tərəfindən xx.xx.2018-ci il tarixli rəy təqdim edilmişdir. Təqdim olunmuş rəyə əsasən, “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında (Hilton Hotel) xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiymə ti 5.600,00 manat, 2015-ci ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.400,00 manat, 2016-cı ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.100,00 manat və 2017-ci il ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.000,00 manat müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ekspert rəyinə əsasən müəssisə tərəfindən 2014-cü il ərzində (5.600,00 – 2.360,00) x 1242.20 kv.m.) 4.024.728,00 manat (ƏDV-siz 3.410.786,44 manat), 2015-ci il ərzində (5.400,00 – 2.360,00) x 432.50 kv.m.) 1.314.800,00 manat (ƏDV-siz 1.114.237,28 manat), 2016-cı il ərzində (5.100,00 – 2.360,00) x 1204.20 kv.m.) 3.299.508,00 manat (ƏDV-siz 2.796.193,22 manat), cəmi 8.639.036,00 manat (ƏDV-siz 7.321.216,95 manat) dövriyyənin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxan) dəyişdikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmin Məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən tətbiq olunan qiymətlərin bazar qiymətlərindən 2 dəfə və daha çox aşağı olması yuxarıda göstərilən rəyə əsasən sübuta yetirilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx xxxx 2012-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət olunmaqla müəyyən edilməlidir. Eyni zamanda məhkəmə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin tələblərinin vergi orqanı tərəfindən pozulduğunu və ekspertin müqavilə əsasında cəlb edilmədiyini qeyd etmişdir. Lakin iş materiallarından da görünür ki, vergi orqanı Vergi Məcəlləsinin 14- cü maddəsinə göstərilmiş tələblərə və mərhələlərə tam əməl etmişdir. Vergi orqanı tərəfindən bazar qiymətinin müəyyən edilməsi nəticə vermədiyindən bazar qiyməti Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Həmin iclasda iştirak edən iddiaçının direktoru, nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının də yişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. O na görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, vergi orqanın Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli, **********095391 nömrəli qərarından göründüyü kimi, İddiaçı MMC-də səyyar vergi yoxlaması (yoxlanılan dövr aprel 2014 - mart 2017) təyin edilmiş, yoxlamanın nəticəsi xx xxx 2018-ci il tarixli **********101701 saylı aktla rəsmiləşdirilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx xxxx 2018-ci il tarixli **********155768 saylı qərarı ilə vergi ödəyicisinə 1.309.630,08 manat əlavə vergi məbləği hesablanmış, 351.435,16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Binanın satışa yararlı sahələrinin 1 kv.m-nin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixli **********106131 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmiş, ekspert tərəfindən xx.xx.2018-ci il tarixli rəy təqdim edilmişdir. Təqdim olunmuş rəyə əsasən, “xxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında (Hilton Hotel) xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.600,00 manat, 2015-ci ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.400,00 manat, 2016-cı ildə satılmış mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.100,00 manat və 2017-ci il ildə satılmı ş mənzillərin 1 kvadrat metrinin real bazar qiyməti 5.000,00 manat müəyyənləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi əsassız hesab etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, «Ekspertizanın təyin edilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli qərarda yalnız ünvan 2 ünvanında inşa edilmiş binada mənzillərin, zirzəminin və qeyri - yaşayış sahəsinin 1 kv.m-nin orta bazar qiymətinin müəyyən edilməsi qərara alınmış, səyyar vergi yoxlaması zamanı təqdim edilmiş alqı-satqı, icarə müqavilələrində təsbit edilən qiymətlərin müəyyən ediləcək orta bazar qiymətlərindən neçə faiz fərqlənməsinin öyrənilməsi isə ekspertə tapşırılmamışdır. Mübahisə üzrə SVY aktında yoxlayıcı, iddiaçının tətbiq etdiyi qiymətlərin bazar qiymətlərindən 30 faizdən çox aşağı olduğunu qeyd etsə də, alqı-sat qı müqavilələri üzrə tətbiq edilən qiymətləri və ekspert rəyi ilə müəyyən edilən bazar qiymətlərini müqayisəli tədqiq etməmiş, bazar qiyməti tətbiq edilməklə əlavə dəyər vergisi hesablasa da, qiymət fərqinin 30% olmasını açıqlamamışdır. Bu baxımdan cavabdehin apelyasiya şikayətində qeyd olunan “qiymətlərin 30% fərqlənməsinin ekspert rəyində ehtiva edildiyi”nə dair dəlil əsassızdır. Belə ki, ekspert rəyində bu cür tədqiqat aparılmamış, yalnız yaşayış sahəsinin xx.xx.2014 - xx.xx.2017-ci illər üzrə 1kv.m sahəsinin qiyməti göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə vergi orqanı tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının satışa yararlı sahələrinin 1 kv.metrinin bazar qiymətinin həmin dövr üçün mövcud olan bazar qiymətinin 3 0%-dən az olması barədədir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş mövqeyini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu təsbit edən 29-cu maddəsinin İİİ hissəsində və Mülki Məcəllənin 152.1-ci maddəsində bu hüququn mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu göstərilir. Hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəll ənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Həmçinin, “Tənzimlənən qiymətlər haqqında” xx xxx 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2-ci maddəsinə görə, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiymət i tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3-cü maddəsinə görə isə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1.); təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2.); 30 gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3.); müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4.); bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaq la) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5). (14.3.5-ci maddə Vergi Məcəlləsinə xx xxxxxx 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və xx xxxxxx 2013-cü il tarixdən qüvvəyə minmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertay a) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2017-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, xx.xx.2017-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək mənzillərin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin mü əyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni parametrlərlə bina tikən, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-mənzillərin satıldığı gündən 30 gün ərzində hansı oxşar mənzilin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini n əsassız olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutl arı mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməməkdə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ekspert rəyində müqayisəli məhsullar kimi seçilən malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, həmin rəyə istinad etməklə vergi orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Verg i Məcəlləsinin: 53.3-cü maddəsinin tələblərinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericili yinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxxx 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, s übutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsa sən, hazırkı işdə cavabdeh – mübahisələndirilən inzibati aktı qəbul edən vergi orqanı tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, iddiaçıya ələvə vergi hesablanarkən bazar qiymətlərinin tətbiqi qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. İddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2813/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1163/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1163/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver