Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1163/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-551/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 30 avqust 1973-cü il tarixli və 21 iyun 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçaları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.2014-cü il tarixli, 060043 nömrəli əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1989-xx.xx.20 03cü, xx.xx.2005-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2020-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. 15 noyabr 1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Avtomobil X11 "xxxx" MMC tərəfindən verilmiş 9 yanvar 2020-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, İddiaçı 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisində yol ustası vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan XXVİİ bölməsinin “b” bəndinə əsasən gü zəştli şərtlərlə pensiya almaq hüququ verir. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, İddiaçı 21 noyabr 1988-ci ildən 01 mart 1989-cu ilədək SŞZ-nin 1 nömrəli İstehsalat sahəsində bort nəzarətçisi vəzifəsində işləmişdir və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XVİİİ bölməsinin 2190100a-16397 şifri üzrə ona güzəştli şərtlə pensiya hüququ verir.
5. Azərbaycan Respublikası «Xəzər» Gənclərin X5 tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş 30 aprel 2021-ci il tarixli, 30-04-008/2021 nömrəli məktubda qeyd edilmişdir ki, “Xəzər” Gənclərin X5 1993-cü ildən yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu işlərin aparılması üçün şirkətdə n 2012-ci ilədək heç bir xüsusi lisenziya tələb olunmamışdır. Bina və qurğuların inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işlərini aparmaq üçün xüsusi lisenziya FHN tərəfindən “Xəzər” Gənclərin X1 2012-ci ildə tələb olunmuş və 2012-ci ildən də həmin lisenziya alınmışdır. 2012-ci ildən sonrakı dövr üçün lisenziyaların surətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə təqdim olunmuşdur. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci ildən xx.xx.2019-cu ilədək “Xəzər” GETYM-də iş icraçısı vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXVİİ bəndinin 2290000 b-24441 koduna əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən təqdim olunmuş 08 may 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarışı üzrə fəaliyyət növlərinə dair xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmuşdur. Tikinti-quraşdırma işlərinə isə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli, 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavələr və dəyişiklik edilmiş, tikinti-quraşdırma işləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. “Xəzər” Gənclərin X5 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci ildə müraciət etmiş və ona tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli, 073345 nömrəli lisenziya verilmişdir.
7. Azərbaycan Avtomobil X11 "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli, 43 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı-Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sa həsinin tikintisində yol ustası vəzifəsində işləmişdir. 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışda qeyd etdikləri kimi, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsinin “b” bəndinin 2290000b-23419 koduna əsasən güzəştli şərtlə pensiya almaq hüququ verir.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh 7 may 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” (mütəxəssislər) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən 31 mart 2014-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçı “Xəzər” Gənclərin X2 iş icraçısı vəzifəsində işləmişdir. Lakin təqdim etdiyi sənədlərdən göründüyü kimi, işlədiyi müəssisə yuxarıda qeyd edilən sahədə 10 iyul 2012-ci il tarixdən fəaliyyət göstərir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 15 oktyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2015-ci ildən güzəştli şərtlərlə pensiya hüququ mövcud olmuşdur. Lakin xx.xx.2020-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 7 may 2020-ci il tarixli məktubunda onun ərizəsinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. İdarəyə təqdim etdiyi 31 mart 2014-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.2005xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Xəzər” Gənclərin X2 iş icraçısı vəzifəsin də işləmişdir. “Xəzər” Gənclərin X3 21 fevral 2020-ci il tarixli arayışında onun işlədiyi “Xəzər” Gənclərin X5 Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 001003 nömrəli, 20 iyul 2004-cü il tarixli, qeydiyyat nömrəsi LA-04-038 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 089878 nömrəli, 20 iyun 2016-cı il tarixli qeydiyyat nömrəsi İN/L-1476/2016 lisenziyaları əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmişdir.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehə təqdim etdiyi 31 mart 2014-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2005-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Xəzər” Gənclərin X2 iş icraçısı vəzifəsində işləmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, işlədiyi müəssisə 10 iyul 2012-ci il tarixindən yuxarıda qeyd edilən sahədə fəaliyyət göstərmişdir. Belə ki, “Xəzər” Gənclərin X4 aid 30 iyul 2004cü il tarixli lisenziyada həmin müəssisənin İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirməsinə və mühəndis-axtarışı işlərini həyata keçirməsinə icazə verilmişdir. Sözügedən Mərkəzin 24 sentyabr 2009-cu il tarixli lisenziyasında müəssisənin “dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növünü həyata keçirməyə icazə verilmişdir. Qeyd olunan müəssisənin yalnız 10 iyul 2012-ci il tarixli lisenziyasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsul iyyət səviyyəli bina və qurğuların tikintiquraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahının 29-cu bölməsində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər bəndinin (b) təsnifatında iş icraçıları vəzifəsi daxil edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Çünki belə olan təqdirdə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hes abın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada yuxarıda sadalanan hər üç şərtin olması vacibdir. Lakin qeyd olunanları nəzərə alaraq onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
13. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2153/2021 nömrəli qərarı (hakim X15) ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövrlər üzrə pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçının 57 yaşı tamam olan tarixə güzəştli iş stajı tamamlanmadığı üçün ona xx.xx.2012-ci ildən güzəştli şərtlərlə pensiya təyini qanunvericiliyin tələblərinə uyğun deyil. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Həmçinin iddiaçının ilkin müraciəti xx.xx.2020-ci il tarixdə olmuşdur. Belə olan halda xx.xx.2017-ci ildən pensiya fərqi məbləği qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-551/2022 nömrəli qərarı (hakimlər X16 (sədrlik edən və məruzəçi), X13 və X14) ilə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixədək olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsi ndə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı 29-cu bölmə. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” “b” (mütəxəssislər) iş icraçıları
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin əsas dəlilinə görə, iddiaçının işlədiyi «Xəzər» Gənclərin X5 tərəfindən dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin (65 metr hündürlüyədək) həyata keçirilməsinə icazə barədə lisenziya həmin müəssisəyə yalnız 10 iyul 2012-ci il tarixdə verilmişdir. Həmin tarixə qədər isə «Xəzər» Gənclərin X4 İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsinə və mühəndis-axtarış işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Güzəştli pensiya hüququna müvafiq siyahıya əsasən bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində işləyən iş icraçıları malikdir. Başqa sözlə, cavabdehin əsas dəlili yalnız iddiaçının xüsusi iş stajı ilə bağlıdır. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması isə işin mübahisələndirilməyən halıdır.
35. Cavabdehin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2019-ci il tarixədək «Xəzər» Gənclərin X2 iş icraçısı vəzifəsində işlədiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin “b” (mütəxəssislər) bəndində nəzərdə tutulmuş iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə sayılır.
36. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 8 may 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarış işləri üzrə fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunurdu. Həmin dövrdə tikintiquraşdırma işlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi isə tələb olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli, 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavə və dəyişikliklər edilmiş, tikinti-quraşdırma iş ləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan qismində Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. “Xəzər” Gənclərin X5 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci il tarixdə müraciət etmiş və həmin müəssisəyə tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli, 073345 nömrəli lisenziya verilmişdir.
37. Həmçinin, «Xəzər» Gənclərin X3 6 sentyabr 2021-ci il tarixli, 06091 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2005-2019-cu illər ərzində tikintisi “Xəzər” Gənclərin X5 tərəfindən həyata keçilmiş 25 mərtəbəyə qədər binaların, o cümlədən 2005-2008-ci illərdə “Unibank”ın 10 mərtəbəli və 2008-2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankının 12 mərtəbəli binalarının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir.
38. Göründüyü kimi, iddiaçının iş icraçısı vəzifəsində işlədiyi “Xəzər” Gənclərin X3 bina, qurğu və digər obyektlərin inşası ilə bağlı fəaliyyət növü ilə də məşğul olduğu iş üzrə materiallarla təsdiq olunur.
39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
40. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-551/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.