Məhkəmə qərarları › İş №2-1(102)-1174/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1174/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1174/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının X2 və İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə İddiaçılar X2 və İddiaçı1 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-556/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadından iddiaçıların verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıqlarına bir başa ziyan vuran cavabdehin qeyri-hüquqi əməllərinin mülki hüquq pozuntusu kimi tanıyıb günahkar şəxslərin mülki məsuliyyətə cəlb edilməsi, sağlamlıqlarına dəymiş ziyana görə hər birinə ayrı-ayrılıqda manat ekvivalentində 15.000 Avro miqdarında təzminat ödəməklə onlara dəymiş bütün növ zərərlərin və ziyanların əvəzinin ödənilməsi, müalicə alacaqları mülki həkimlərin məsrəflərinin ödənilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2-1(112)-1202/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Ş.Həsənova).

3. Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti vermişlər və bildirmişlər ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçılar apelyasiya məhkəməsinin qərardadını 31 mart 2021-ci il tarixdə almış, 13 aprel 2021-ci il tarixdə həmin q ərardaddan kasasiya şikayəti vermişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə: Maddə

16. Məhkəmə baxışının şifahiliyi prinsipi (-). 16.3. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilir. Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamla rı (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müd afiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

31. Prosessual nümayəndəlik 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə

65. Şifahi məhkəmə baxışının protokolu İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instan siyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Mülki Prosessual Məcəllə (MPM): Maddə

273. Protokola dair qeydlər İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

9. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qəra rlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

10. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin veri lməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

11. İddiaçılar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət Həbsxanada cəza çəkirlər. İşdə sənəd olmasa da, demələrinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası çəkirlər.

12. Apelyasiya məhkəməsi qərardadının surəti iddiaçılara göndərilmiş, iddiaçılar 31 mart 2021-ci il tarixdə qərardadı almışdır (səh.173).

13. İddiaçıların vəkilsiz tərtib edilmiş kasasiya şikayəti 19 aprel 2021-ci il tarixdə Ali Məhkəməyə daxil olmuşdur. (səh.175). Kasasiya məhkəməsinin mövqeyi

14. İddiaçılar kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən və şikayət vəkil tərəfindən imzalanmadığından şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 14 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş iddiaçılara məhkəmə bildirişi göndərilmişdir.

15. İddiaçılar Ali Məhkəməyə göndərdikləri ərizədə kasasiya şikayəti üzrə müddətin buraxılmadığını bildirmiş, digər vəsatətlərində həbsxanada cəza çəkdiklərinə görə maddi imkanları olmadığından dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişlər.

16. Apelyasiya məhkəməsinin qərardadının surətini iddiaçılar 31 mart 2021-ci il tarixdə almışlar.

17. İddiaçılar Ali Məhkəməyə göndərdikləri ərizələrində bildirmişlər ki, kasasiya şikayətini 9 aprel 2021-ci il tarixdə imzalayaraq həbsxananın cəzaçəkmə müəssisəsinin səlahiyyətli şəxslərinə təqdim etmişlər.

18. İddiaçılar ərizələrində həmçinin bildirmişlər ki, 2021-ci ilin 9 apreli həftənin beşinci gününə təsadüf edir, ona görə də kasasiya şikayəti poçta birinci günü, yəni 12 aprel 2021-ci il tarixdə təqdim edilmiş, ona görə də göndəriş qəbzi 13 aprel 2021-ci il tarixidir. Bəhs olunanlara görə prosessual müddətin onlar tərəfindən ötürülmədiyi bəllidir. Elə bu səbəbdən kasasiya şikayətini prosessual müddətin çərçivəsində təqdim etdiyimizi hesab edirik.

19. İddiaçıların ərizələrinə əlavə etdiyi poçt qəbzində qəbul edilmə tarixi 13 aprel 2021 -ci il qeyd edilmişdir.

20. İddiaçıların kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti 9 aprel 2021-ci il tarixdə bitmişdir. Onlar özləri də ərizələrində təsdiq etmişlər ki, kasasiya şikayətini 13 aprel 2021-ci il tarixdə poçta təqdim etmişlər. İddiaçıların kasasiya şikayətini 9 aprel 2021-ci il tarixdə həbsxananın səlahiyyətli şəxslərinə təqdim etmələri hər hansı sübutla təsdiq edilmir.

21. Əksinə, iddiaçıların ərizələrinin Ali Məhkəməyə göndərilməsi barədə həbsxananın 23 iyun 2021-ci il tarixli məktubunda həbsxana rəhbərliyi bildirmişdir ki, məhkumların kasasiya şikayətləri 13 aprel 2021-ci il tarixdə həbsxanadan müşayiətedici məktubla deyil, poçt vasitəsilə göndərilmişdir.

22. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar kasasiya şikayətini şikayət müddətinin s onuncu günü olan 9 aprel 2021-ci il tarixdə təqdim etmədiklərindən kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddəti ötürmüşlər.

23. İddiaçılar məhkəmədə vəkilin iştirakının təmin edilməsi barədə ərizələrini 16 iyun 2021-ci il tarixdə imzalamışlar.

24. Kasasiya şikayətinin tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə iddiaçılar tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulan 10 gün müddət daxilində təqdim edilməmişdir.

25. Kasasiya şikayətinin tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə vaxtında verilmədiyindən, iddiaçılar tərəfindən kasasiya şikayəti vaxtında təqdim edilmədiyindən, yuxarıda qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün say ılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

26. İddiaçılar Ali Məhkəməyə göndərdikləri digər ərizələrində məhkəmə iclasında iştiraklarının təmin edilməsini, məhkəmə iclasının protokolları və iş materialları ilə tanış olmaq istəmələrini bildirmişlər.

27. Məhkəmə kollegiyası vurğulayır ki, İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edildiyindən, kasasiya şikayətinin mümkünlüyünə baxılması mübahisənin mahiyyəti ilə bağlı olmadığından, kasasiya şikayətinin mümkünlüyü ilə bağlı iddiaçıların məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatəti təmin edilə bilməz.

28. MPM-in 273-cü maddəsinə əsasən, iddiaçıların və nümayəndələrinin protokolun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bildiklərindən, birinci instansiya məhkəməsinin və apelyasiya instansiyası məhkəməsinin protokolları imzalandıqdan sonra 3 gün ərzində onunla tanış olmalarını bildirmədiklərindən, bu barədə vəsatət iş yalnız kasasiya məhkəməsinin icraatında olarkən verildiyindən iddiaçıların bu vəsatəti əsaslı sayıla bilməz.

29. İşlə tanış olmaları barədə iddiaçıların vəsatəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 31.1-ci maddəsinə əsasən iddiaçıların yaxın qohumları vasitəsilə inzibati məhkəmə icraatında təmsil olunmaq hüququ olmuş, lakin bu hüquqdan istifadə edib işdə olan sənədlərlə tanış olmadıqlarından vəsatətləri əsaslı sayıla bilməz.

30. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və X1 Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-556/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadından verdikləri şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Vəsatətlər təmin edilməsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar