Məhkəmə qərarları › İş №2-1(102)-1176/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1176/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; mədən vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 2-1(103)-3759/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş mədən vergisi bəyannamələrinə üzrə kameral vergi yoxlaması keçirilmiş və yoxlama nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********88000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci ilin iyun ayı üçün 7.390,06 manat mədən vergisi hesablanmışdır. Əsası: xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bə yannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan edildiyi müəyyən edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Lakin vergi orqanı şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Cavabdehin etirazı

4. Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, araşdırma zamanı xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan edildiyi müəyyən edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş elektron qaiməfakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********934400 nömrəli məktub göndərilərək müv afiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun ayı mədən vergisi üzrə 7390,06 manat vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********388000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar vergi ödəyicisinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2-1(112)-5715/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır k i, ddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında elektron qaimə əsasında qum və çınqıl mallarını satışını həyata keçirmişdir. İddiaçı özü də bu halı inkar etmir. Lakin iddiaçının xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan etmişdir. Cavabdeh vergi orqanı təqdim edilən elektron qaimə fakturaları əlaqəli məlumat kimi qəbul edərək iddiaçının mədən vergisi üzrə təqdim etdiyi bəyannamədə 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan etməsini vergidən yayınma halı kimi qəbul etmişdir. İddiaçı bu halın əksini sübut edəcək hər hansı sənəd məhkəməyə təqdim etməmiş, satdığı tikinti qumu və çınqıl xammalının başqa şəxslərdən almasına dair sübut təqdim etməmiş, həmçi nin satdığı məhdulları hansı qaydada əldə etməsini əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********934400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 21(103) -3759/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli **********388000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: – mədən vergisi faydalı qazıntıların çıxarılmasına, yəni hasilatına görə verilir və həm də hər ay hesabat ayından sonrakı ayın 20-dək həmin vergi bəyannaməsi vergi ödəyicisi tərəfindən təqdim edilməlidir –digər şəxslərlə bağlanmış müqavilələr əsasında iddiaçı, 2022-ci ilin yanvar ayında xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X1, xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X2 qum-çınqıl satışları həyata keçirmişdir. İyun ayında iddiaçının qum-çınqıl satışı mövcud olmamışdır. – İddiaçı tərəfindən verilmiş sübutlar araşdırıldıqda həqiqətən də müəyyən olunur ki, onun tərəfindən məhkəəyə təqdim olunmuş elektrik enerjisinin sərfiyyatı cədvəlində həqiqətən də 2022-ci ilin iyn ayında sərfiyyatın məbləği cəmi 84 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin sərfiyyatına münasibətdə təxminən 20 dəfə azdır. – İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Quba rayonu Talıbıqışlaq bələdiyyəsinin 103 saylı 22 oktyabr 2024-cü il tarixli arayışına və həmin bələdiyyənin “avtomatlaşdırılmış məlumat ssistemi”ndən çıxarışa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 2021-ci ildə qum-çınqıl karxanasının fəaliyyəti nəticəsində 1180 manat mədən vergisi bələdiyyənin hesabına köçürülmüşdür. – 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8.1.3-cü maddəsi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi) ləğv edilmişdir. Başqa sözlə, 2022-ci ildən etibarən mədən vergisi müstəsna olaraq yalnız 6.1.8-ci maddəsinə müvafiq olaraq dövlət vergilərinə aid olmaqla, üzərində nəzarət dövlət vergi orqanları tərəfindən həyata keçirilir. – Cavabdehin qərarı ilə iddiaçıya 2021-ci ildə hasil olunmuş, 2022-ci ildə isə satışı həyata keçirilmiş, həm də 2022-ci ilin iyun ayında belə bir satış da mövcud olmadığı, həm də qum-çınqıl xammalının qazılması, yəni hasilatı sübuta yetirilmədiyi halda, mübahisələndirilən qərarla 2022-ci ilin iyun ayı üçün ona, 2 021-ci ildə hasilata görə bələdiyyə orqanına mədən vergisi ödənilməsinə baxmayaraq, həmin ilin hasilatından 2022-ci ilə keçən qalığından həyata keçirilmiş satışına görə, təkrarən, iddiaçıya mədən vergisi hesablanmışdır.

10. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 3.5, 54.0.1, 54.0.2, 216.2, 217.2, 217.3-cü maddələrinə istinad etmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində aşağıdakıları bildirmişdir: – İddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından may ayına qədər mədən vergisinə görə heç bir bəyannamə təqdim e tməmiş, ən son iyun ayı üzrə hesablama aparılmışdır. İyun ayı üzrə isə aparılmış inzibati icraat zamanı cavabdeh tərəfindən müvafiq keçmiş aylarda iddiaçı tərəfindən faydalı qazıntıların təqdim edildiyi, dolayısı ilə istehsal etdiyi müəyyənləşdirilmişdir. – İddiaçı nəinki inzibati icraat zamanı sənədlər təqdim etməmiş, zəruri hesab olunan sənədləri yalnız apellyasiya instansiyası məhkəməsi dövründə təqdim etmiş, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. təqdim edilən sənədlər belə iddiaçının həmin faydalı qazıntıları məhz 2021-ci ildə çıxardığını və buna müvafiq mədən vergisi ödədiyini sübuta yetirə bilməmişdir. –2022-ci ilin iyun ayı üzrə iddiaçının elektrik enerjisi sərfiyyatının 84 manat olması sübut əhəmiyyətli dəlil hesab edilmir. Qərarla əlaqədar əsas götürülmü ş faktlar iddiaçının xx.xx.2022 və xx.xx.2022-ci il tarixindəki qum-çınqıl üzrə satışlarıdır. – Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən 2021-ci ilin elektrik enerjisi sərfiyyatı barədə məlumatın məhkəməyə təqdim edilməsinə baxmayaraq bu müqayisəni öz mülahizələrinə uyğun etməməli idi. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar elektrik enerjisi sərfiyyatının neçə kub faydalı qazıntının çıxarılmasına sərf edildiyini müəyyənləşdirmək xüsusi bilik tələb edən sahə olduğundan apellyasiya instansiya məhkəməsi belə bir müqayisənin aparılması üçün ilkin olaraq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etməli idi. Xüsusi biliyi olan ekspertlər tərəfindən müvafiq göstəricilər məhkəməyə təqdim edildikdən sonra məhkəmə bu müqayisəni aparmalı idi. Halbuki, hazırda belə faktların heç biri olmadan məhkəmə şəxsi mülahizələri əsasında iddiaçının dəlillərini əsaslı saymışdır. Bu isə qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır.

13. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 37, 216, 217-ci və İPM-in 12.1, 58.7, 69.4-cü maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 2-1(103)-3759/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi: Maddə

37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəll ənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən ver gilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə

213. Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Maddə

214. Vergi ödəyiciləri

214. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Maddə

215. Vergitutma obyekti Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbayc an Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir. Maddə

217. Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi 217.1. Mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır. 217.2. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir...

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə).

22. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşdən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mədən vergisi bəyannaməsi əsasında kameral vergi yoxlaması keçirilmiş və onun barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********183500 saylı 27 sentyabr 2023-cü-ci il tarixli qərarla 2022-ci ilin iyun ayı üçün ona 7.390,06 manat məbləğində mədən vergisi hesablanmışdır. İddiaçının hüquqi marağı da həmin qərarın ləğvinə yönəlmişdir.

24. Cavabdehin mövqeyinə görə xx.xx.2022-xx.xx.2022 dövrü ərzində təqdim edilən mədən vergisi bəyannamələrinə əsasən 0,0 kub metr həcmində tikinti qumu, çınqıl xammalı hasilatı bəyan edildiyi müəyyən edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 6790,06 kub metr həcmində çınqıl xammalı, 600,00 kub metr tikinti qumu təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunanlar mədən vergisi üzrə 7390,06 manat vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilir.

25. Hazırkı mübahisə iddiaçıya əlavə hesablanmış mədən vergisi ilə bağlı olduğundan, məhkəmə kollegiyası Vergi Məcəlləsinin XVİ fəsilində yer almış mədən vergisi ilə bağlı maddələri diqqətə çatdırmağı zəruri sayır.

26. Belə ki, Vergi Məcəlləsinin 213-cü m addəsinə əsasən Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur.

27. Həmin məcəllənin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

28. Həmin məcəllənin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.

29. Həmin məcəllənin 217-ci maddəsində isə mədən vergisinin hesablanması qa ydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi qaydası müəyyən edilmişdir. Qeyd olunan maddədə iddiaçının satdığı qum-çınqıl üzrə çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanması təsbit edilmişdir.

30. Göründüyü kimi, iddiaçının satdığı qum-çınqıl üzrə vergi hasilata uyğun olaraq hesablanır. Lakin cavabdeh elektron qaimə fakturaya əsasən mədən vergisini hesablamışdır.

31. Digər tərəfdən işdən görünür ki, digər şəxslərlə bağlanmış müqavilələr əsasında iddiaçı, 2022-ci ilin yanvar ayında xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X1, xx.xx.2022ci il tarixli e-qaimə faktura ilə "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli e-qaimə faktura ilə X2 qum-çınqıl satışları həyata keçirmişdir.

32. Göründüyü kimi, iyun ayında iddiaçı qum-çınqıl sat ışları həyata keçirməmiş və ümumiyyətlə iyun ayına iddiaçının hasilatla bağlı fəaliyyəti olmamışdır. Belə ki, bu müəssisənin elektrik enerjisi sərfiyyatının göstəriciləri ilə təsdiq olunur. İş materiallarında olan elektrik enerjisinin sərfiyyatı cədvəlində həqiqətən də 2022-ci ilin iyun ayında sərfiyyatın məbləği cəmi 84 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin sərfiyyatına münasibətdə təxminən 20 dəfə azdır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8.1.3-cü maddəsi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi) ləğv edilmişdir. (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) Başqa sözlə, 2022-ci ildən etibarən mədən vergisi müstəsna olaraq yalnız 6.1.8-ci madd əsinə müvafiq olaraq dövlət vergilərinə aid olmaqla, üzərində nəzarət dövlət vergi orqanları tərəfindən həyata keçirilir.

34. İddiaçının təqdim etdiyi Quba rayonu Talıbıqışlaq bələdiyyəsinin 103 saylı 22 oktyabr 2024-cü il tarixli arayışına və həmin bələdiyyənin “avtomatlaşdırılmış məlumat ssistemi”ndən çıxarışa əsasən müəyyən olunur ki, onun tərəfindən 2021-ci ildə qum-çınqıl karxanasının fəaliyyəti nəticəsində 1180 manat mədən vergisi bələdiyyənin hesabına köçürülmüşdür.

35. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2021-ci ildə qum-çınqıl xammalının hasilatına görə bələdiyyəyə mədən vergisini ödəmiş və 2022-ci il üçün iddiaçı tərəfindən qum-çınqıl xammalının qazılması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

36. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəb ul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 21(103)-3759/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar