Məhkəmə qərarları › İş №2-1(102)-1178/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1178/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1178/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İstehsalat Birliyi “xxxx” XSC, İddiaçı2 və İddiaçı3 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyatına etirazla bağlı qərarın ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil2, Üçüncü şəxsin nümayəndələri X7 və Babaşov Emin Söhbət oğlunun, Üçüncü şəxsin vəkili Vəkil1 iştirakları ilə, İddi açılar İstehsalat Birliyi “xxxx” XSC, İddiaçı2 və İddiaçı3 Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: “xxxx” MMC) “qərarın ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli 2-1(103)-2560/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “xxxx” MMC hüquqi şəxs kimi xx xxxxxx 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və ona ********** № VÖEN Şəhadətnamə verilmişdir (təsis sənədləri). 2. “X” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələ ri üzrə və 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xx xxxxxx 2016-cı il tarixdə “xxxx” MMC-nin (AZ1040, Bakı şəhəri, Bakıxanov qəs., Bəşir Bünyadov küçəsi 17-A (AZ)) adına Azərbaycan Respublikasında 2016 1435 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – xx.xx.2016).

3. İddiaçıların nümayəndəsi cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “X” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatının etibarsız sayılmasını xahiş etmişdir.

4. Apellyasiya Şurasının 2018-ci il 20 aprel tarixli E-1532 saylı qərarı ilə etiraz təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ а. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı 2018-ci il 9 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddi a ərizəsi ilə müraciət edərək X3 xx xxxxx 2018-ci il tarixli E-1532 saylı qərarının tamamilə ləğv olunması və karamel “X” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxx 2016-cı il tarixli № 2016 1435 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X13 Komitəsini Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş və “xxxx” MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı 16-cı, 30-cu və 35-ci siniflərin əmtəələri və xidmətlə ri üzrə xx xxxxxxxx 2004-cü il tarixində 43003 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmış və qorunma müddəti xx xxxxx 2022-ci il tarixinədək uzadılmışdır. xx xxxxxxx 2017-ci il tarixindən etibarən “xxxx” adlı əmtəə nişanın sahibi Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

8. Eyni zamanda “xxxx” MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə “X” adlı kombinasiya edilmiş əmtəə nişanı xx xxxxxx 2016-cı il tarixində 2016 1435 nömrəsi ilə qeydiyyata alınmışdır. “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi x xxxxx 2014-cü il tarixində Ukrayna Respublikasının Kiyev şəhərində X4 tərəfindən onun işə götürəni “xxxx” İB-nin tapşırığı ilə yaradılmış və müəlliflik hüquqları “xxxx” İB-yə keçmişdir. 9. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”n ın 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və Bədii Əsərlər” terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur.

10. Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanununa əsasən, “xxxx” adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. 11. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1— 29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur.

12. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Hər iki nişanın qabaq planında eyni olan yaşıllıq da oturan gülümsəyən inək, onun arxa planında isə eyni formalı naxışlar təsvir olunub. Hər iki əmtəə nişanl arının sağ və sol tərəflərində dalğalı zolaqlar müşahidə olunur, onların forması, yerləşdirilməsi və rəngləri üst-üstə düşür. Əmtəə nişanlarında istifadə edilən sözlərin şrifti, yerləşdirilməsi üst-üstə düşür. Hər iki əmtəə nişanın “Mу” ilk sözün hecası həm fonetik, həmdə qrafik cəhətdən tam eynidir. Əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış, hərflərlə yazılmış sözlərin əlifbası üst–üstə düşür. Belə ki, hər iki əmtəə nişanında sözlər kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazılmışdır. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır. 13. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin ve rilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır.

14. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlərdə məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. 15. “xxxx” şirkəti və “xxxx” MMC arasında xx xxxxxxx 2010-cu il tarixində imzalanmış 1241/8/10 nömrəli və xx xxxxxx 2011-ci il tarixinədək qüvvədə olan, xx xxxxxx 2012-ci il tarixində imzalanmış 1266/8/12 nömrəli və xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olan və xx xxxx 2016-cı il tarixində imzalanmış 0108/8/16 nömrəli və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məm ulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxx” MMC “xxxx” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. xxxx və xxxx arasında olan axırıncı müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixində bitmişdir. 16. “xxxx” şirkəti və “xxxx” MMC arasındakı münasibətlərdən irəli gələn və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “xxxx” adlı məmulat mövcud idi. Müqavilələrdən görünür ki, “xxxx” MMC-nin “xxxx” TE, həm “xxxx” SC və həmçinin “xxxx” İB ilə əlaqəsi var idi. 17. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29 -cu maddəsini və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasın”ın 6 septies maddəsinin müddəalarını pozaraq “xxxx” şirkətinin icazəsi olmadan “xxxx” şirkətinin nişanını öz adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasında iddia ərizəsi vermişdir. Ukrayna Respublikası Paris Konvensiyasının üzv ölkəsi sayılır. xxxx şirkəti və “xxxx” MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzində “xxxx” MMC “X” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini vermişdir. xxxx şirkətinə məxsus “xxxx” adlı məmulat Azərbaycan Respublikasına “xxxx” MMC-yə məxsus “X” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. “xxxx” MMC xxxx şirkətinin distribyutoru olmuş və xxxx şirkətinin mallarını Azərbaycan Respublikasında təc hiz etmiş və xxxx şirkətinin məhsulları ilə yaxından tanış idi. Nəticədə isə “xxxx” MMC “X” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. 18. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Həmin Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanların qeydə alınm asına yol verilmir. 19. “xxxx” MMC-yə məxsus “X” əmtəə nişanı altında Azərbaycan Respublikasında istehsal olunan əmtəələr bazara buraxılsa belə, əmtəə nişanın adının kiril qrafikalı əlifbada, rus dilində verilməsi istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaradır. 20. “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsi və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 10 bis maddəsi pozulmuşdur. 21. “xxxx” MMC xxxx şirkətinə məxsus olan və əvvəlcədən qeydiyyata alınmasına dair iddia edilmiş “xxxx” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “X” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. “xxxx” MMC “X” adı altında məhsulları Azərbayca n Respublikasında sataraq istehlakçılar arasında yanlış təəssürat yaratmış və bununla da xxxx şirkətinin nüfuzuna zərər vurmuşdur. Cavabdehin etirazları:

22. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.

23. Etirazda göstərilmişdir ki,“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: “əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər-hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, ag entin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə”. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasın”ın 6 septies maddəsində qeyd olunmuşdur: Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmasza və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdi r.

24. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifakisayalardan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına “xxxx” adlı məmulat idxal edilmişdir. Lakin xxxx MMC tərəfindən “X” adlı əmtəə nişanı qeydiyyata alınmış və “xxxx” adlı əmtəə nişanı ilə oxşar deyil. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyy ətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Üçüncü şəxsin etirazları:

25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, “xxxx MMC tərəfindən “X” adlı kombinasiya edilmiş əmtəə nişanı xx xxxxxx 2016-cı il tarixdə 30 və 35-ci sinfin əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanı 30-cu sinif-konfetlər üzrə yaşıl, qəhvəyi, qırmızı, mavi, bej, sarı, ağ, qara rənglərindən ibarət olmaqla kombinasiya edilmiş nişan kimi qeydiyyata alınmışdır. İddiaçıya məxsus əmtəə nişanının isə Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. Qarşı qoyulmuş əmtəə nişanlarının təsvir hissəsi oxşarlıq təşkil etmir. “xxxx Rus” QSC ilə “xxxx” MMC arasında müqavilələrin olmasına baxmayaraq, mübahisə obyekti olan əmtəə nişan ları adı altında olan məhsullar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmiş və həmin müqavilələrdə də bu barədə heç bir məlumat mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 26. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)142/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında müqavilə münasibətləri mövcud olsa da, “xxxx” əmtəə nişanı olan karamelin “xxxx” MMC tərəfindən satışının həyata keçirilməsi sübuta yetirilməmişdir.

28. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2560/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2004-cü ildə iddiaçıların adına istinad edilən Konvensiyanın üzvü olan Ukrayna Respublikasında qeydə alınmış “X” adlı kombinasiya edilmiş əmtəə nişanındakı qrafik təsvir (yaşıllıqda oturan inək, arxa planda naxışlar) 3-cü şəxs “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydə alınmış “X” əmtəə nişanlarındakı qrafik təsvir eynidir. Fərq yalnız birincidə təsvirin altında “X” sözünün, ikincidə “X” sözünün qeyd edilməsidir ki, bu sözlər də birinci hecalarına görə oxşardır. İş materiallarına əlavə edilmiş, müqavilələr, həmin müqavilələr üzrə həyata keçirilmiş ödənişlər və gömrük sənədləri ilə “xxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətləri mövcud olduğu, “xxxx” MMC-nin distribütor kimi iddiaçılara məxsus əmtəə nişanlarının qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyi və həmin məmulatlardan birinin də “X” adlı qənnadı məmulatı (karamel) olduğu təsdiq olunur.

31. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını tələb edir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

32. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarında işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verilməmiş, işə birtərəfli qaydada yanaşmış, maddi hüquq normalarını dü zgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. 33. “xxxx” MMC-yə məxsus “X” əmtəə nişanı 30-cu sinif konfetlər, 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx xxxxxx 2016-ci il tarixində “xxxx’’ MMC-nin adına Azərbaycan Respublikasında 2016 1435 nömrəli qeydiyyata alınmışdır. Qeyd olunan əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X13 Komitəsində “xxxx’’ MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyata alınan zaman həmin nişanın qeydiyyatına mane olan hər hansı bir hal mövcud olmamışdır.

34. Bundan sonra, iddiaçı tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X13 Komitəsinin Apellyasiya Şurasında həmin nişanın ekspertizası aparılmış qeyd olunan əmtəə nişanının “xxxx” MMC-nin adına qeydiyyatına mane və məhdudiyyət yaradan hallar müəyyən olunmamış və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X13 Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1532 saylı qərarı ilə “X” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxx 2016-cı il tarixli, 2016 1435 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin etməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi bu hallara münasibət bildirməmiş işə birtərəfli qaydada yanaşmış və nəticədə yanlış qərar qəbul etmişdir.

35. Bundan başqa, iddiaçı tərəfindən qeyd olunan “X” adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyatı mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala da münasibət bildirməmiş və bu halı nəzə rə alınmamışdır. Əks təqdirdə apellyasiya instansiyası məhkəməsi belə bir qərar qəbul edə bilməzdi.

36. Ən maraqlısı isə iddiaçı tərəfin iddia etdikləri “xxxx” əmtəə nişanının kombinasiya olunmuş nişan kimi qəbul edilməsidir. Bu barədə qeyd olunmalıdır ki, “xxxx” əmtəə nişanı yalnız sözdən ibarət olan əmtəə nişanıdır. Həmin nişanın təsvirinə dair şəhadətnamə halhazıradək iş materialında mövcud deyildir. Lakin “xxxx” MMC-nin adına qeydiyyata alınmış “X” əmtəə nişanının həm sözə, həm də təsvirə dair şəhadətnaməsi vardır. Belə olan halda, hansı təsvirlərin müqayisəsindən söhbət gedə bilər? Göründüyü kimi apellyasiya instansiya məhkəməsi mövcud olmayanı mövcud olanla müqayisəsini aparmaqla işə obyektiv yanaşmamışdır. Əks təqdirdə məhkəmə belə bir qərar qəbul edə bilməzdi.

37. Məhkəmənin “Ədəbi və X8 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Belə ki, həmin Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltaraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analo ji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Qeyd olunan maddəsi ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Belə olan halda həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır.

38. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin ekspert rəyinin qəbul edilməməsi barədə qənaəti barədə üçüncü şəxs qeyd edir ki, ekspert əmtəə nişanlarının şəhadətnamələri üzrə tədqiqat aparmalı olduğu halda, konfet kağızları üzərində tədqiqatı aparmış və özünün utopiyalarını gerçəkliyə çevirməyə çalışmışdır. Belə ki, “xxxx” MMC-nin adına qeydiyyata alınmış “X” əmtəə nişanının təsvir hissəsində xxxx sözü mövcud olmadığı halda, ekspert rəyinin təsvir hissəsində sözü gedən təsvirdə “xxxx” sözünün yazıldığı kimi təsvir etmişdir.

39. Eyni zamanda, həmin ekspert rəyində təsviri hissəsi ilə nəticə hissəsi bir-birini tamamlamır. Belə ki, iş materialında olan “xxxx” MMC-nə məxsus 2016 1435 nömrəli şəhadətnamədə əmtəə nişanı yaşıl, qəhvəyi, qırmızı, mavi, bej, sarı, ağ, qara rənglərdən ibarətdir, sol və sağ tərəfində dalğavari xətlər, orta hissəsində bej rəngin fonunda nişanın ortasında ön planda otluqda oturan inəyin, onun arxasında mavi rəngli qrafiki təsvir, 45 dərəcə bucaqda “xxxx”, qrafiki təsvirin altında isə “Karamel” mətni (qeyd olunan təsvirlər təkrar olunur) yerləşdiyi qeyd olunur. Lakin təqdim etdi yimiz şəhadətnamədə bu qeyd olunanlar təsvir olunmamışdır. Buna görə də ekspertin məhkəməyə dəvət olunmasına və bu uyğunsuzluqlara aydınlıq gətirməsi ilə əlaqədar vəsatət verilmiş, lakin vəsatət təmin olunmamışdır.

40. Bundan başqa, “xxxx” MMC-yə məxsus olan 2016 1435 saylı şəhadətnamədə əmtəə nişanının adı “X” olduğu halda, apellyasiya instansiyası məhkəməsinin qərarında - hətta qərara aldı hissəsində belə “Mu-sə” kimi qeyd etmişdir.

41. Məhkəmə hazırkı işə baxılanda iddiaçıların nümayəndəsi və vəkili qismində X12 iştirak etmədiyi halda, qərarda onun iştirak etdiyi qeyd olunmuşdur. Bunlar da ciddi prosessual pozuntulardır.

42. Məhkəmənin qərarında “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüf at fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. 43. “xxxx” MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmişdir.

44. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və işə birtərəfli qaydada yanaşmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

45. Üçüncü şəxsin nümayəndələri və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

46. İddiaçıların vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

47. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildir işlərində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 48. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə

3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələ rə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Maddə

10. Əmtəə nişanının ilkinliyi Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarəd ən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə

29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə

31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin q eydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda;...

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:

29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlə rdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların m iqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlə dən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1 —29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.

50. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

52. İş üzrə üçüncü şəxs apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

54. Məh kəmə kollegiyası qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.

55. İş materiallarında olan Ukrayna Respublikasında əmtəə nişanlarının qeydiyyat reyestrindən çıxarışa əsasən (İ cild, iş v. 157), “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı 16-cı, 30-cu və 35-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2004-cü il tarixində “X5” QSC-nin adına Ukrayna Respublikasında 43003 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – xx.xx.2002); “xxxx” adlı əmtəə nişanın mühafizə müddəti xx xxxxx 2022-ci il tarixinədək uzadılmışdır. xx xxxxxxx 2017-ci il tarixində “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanına dair mülkiyyət hüququ Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. x xxxxxxxx 2015-ci il tarixdə “X9” Özəl Səhmdar Cəmiyyəti ilə İddiaçı3 arasında Xarici bazarlara məhsulun təchizatı zamanı əməkdaşlıq haqqında Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən tərəflər alıcıların keyfiyyətli qənnadı məhsullarla daha yaxşı təmin etmək və üçüncü şəxslər tərəfindən pozuntulardan hüquqların müdafi əsinə xərclərin optimallaşdırılması məqsədi ilə xarici bazarlara məhsulun təchizatında əməkdaşlıq etmək barədə razılıq əldə etmişlər. Həmin Razılaşmanın müddəti xx xxxxxx 2019-cu ilə qədər olmuşdur. Qeyd edilən sənədlərlə təsdiq olunur ki, “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı hazırkı iş üzrə iddiaçılara məxsusdur. 56. “X” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinfin “konfetlər” əmtəələri üzrə və 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xx.xx.2016-cı il tarixində “xxxx” MMC-nin (AZ1040, Bakı şəhəri, Bakıxanov qəs., Bəşir Bünyadov küçəsi 17-A (AZ)) adına Azərbaycan Respublikasında 2016 1435 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – xx.xx.2016). Əmtəə nişanının qeydiyyatında qeyd edilmişdir ki, “əmtəə nişanında “konfetı” söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir”.

57. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, 2004cü ildə iddiaçıların adına istinad edilən Konvensiyanın üzvü olan Ukrayna Respublikasında qeydə alınmış “X” adlı kombinasiya edilmiş əmtəə nişanındakı qrafik təsvir (yaşıllıqda oturan inək, arxa planda naxışlar) üçüncü şəxs “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydə alınmış “X” əmtəə nişanlarındakı qrafik təsvir eynidir. Fərq yalnız birincidə təsvirin altında “X” sözünün, ikincidə “X” sözünün qeyd edilməsidir ki, bu sözlər də birinci hecalarına görə oxşardır.

58. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş sübutlar və işə apellyasiya qaydasında baxılarkən iddiaçıların nümayəndəsi tərəfindən maddi sübut olaraq təqdim edilmi ş, iddiaçı və üçüncü şəxs tərəfindən istehsal edilən “xxxx” və “X” adlı əmtəələrin qablaşdırılma nümunələrinə baxış keçirərək müəyyən etmişdir ki, iddiaçının adına qeydə alınmış “xxxx” adlı kombinasiya edilmiş əmtəə nişanı ilə üçüncü şəxsin adına qeydə alınmış “X” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsviri qarışdırılacaq dərəcədə oxşardır. Hər iki nişandakı sözün ilk hecasının tam eyni olması, sözlərin ümumi görünüşü, eyni şriftdən istifadə edilməsi, qrafiki dizaynı belə qənaətə gəlməyə əsas verir ki, “X” əmtəə nişanının yaradılmasında və istifadəsində məqsəd istehlakçılarda məqsədli şəkildə çaşqınlıq (o cümlədən, əmtəənin istehsal edildiyi ölkə barədə) yaratmaq olmuşdur. 59. “X” markasının Azərbaycan Respublikasında tanınması ilə bağlı 540 respondent arasında “xxxx” Məhdud Məsuli yyətli Cəmiyyəti tərəfindən keçirilmiş sorğu zamanı respondentlərin 69 faizi həmin markanı tanıdığını təsdiq etmişdir.

60. Satıcı “X14” MMC ilə alıcı “xxxx” MMC arasında Ukrayna Respublikası Kiyev şəhərində bağlanmış xx xxxx 2016-cı il tarixli, 0108/8/16 TD saylı müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadı məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüşdür. Təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırkı müqavilə üzrə əldə edir. Müqavilənin müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. “xxxx İB” SC tərəfindən “xxxx” MMC-yə göndərilən məhsulların siyahısında “X” xxxx” karamel adlı məhsul göstərilmişdir. 61. “xxxx İB” SC tərəfindən “xxxx” MMC-yə göndərilən məhsulların siyahısında “X” karamel adlı məhsulun göstərildiyi cavabdehin qərarında da təsbit olunmuşdur.

62. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların tələblərindən irəli gələn hazırkı məzmunda tələb hüquq olmuşdur.

63. Üçüncü şəxsin şikayətində birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin sübut əhəmiyyəti ilə bağlı dəlilləri də vəziyyəti üçüncü şəxsin xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələbinə görə, ekspertiza o halda təyin edilir ki, işə ba xılarkən hər hansı sualı izah etmək üçün xüsusi bilik tələb edilsin. Hazırkı halda, iddia olunan nişanların qarışdırılacaq dərəcədə uyğunluğu (oxşarlığı) fakta dair məsələdir və ümumi qaydaya görə, məhkəmə tərəfindən ekspertiza keçirilmədən, sıravi (adi) istehlakçı mövqeyinə uyğun olaraq həll edilə bilər. Başqa sözlə, işin araşdırılmış faktiki halları istinad edilən ekspert rəyi olmadan da hazırkı məzmunda nəticəyə gəlməyə əsas verir.

64. Şikayətdə qeyd edilir ki, “xxxx” MMC-yə məxsus olan 2016 1435 saylı şəhadətnamədə əmtəə nişanının adı “X” olduğu halda, apellyasiya instansiyası məhkəməsinin qərarında - hətta “qərara aldı” hissəsində belə “Mu-sə” kimi qeyd edilmişdir.

65. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbu l etmir. Belə ki, mübahisələndirilən qərarın mətnində, bir neçə halda əmtəə nişanın adı qeydə alındığı məzmunda - “X” kimi göstərilmişdir. “X” sözünün bəzi hallarda “Mu-sə” kimi qeyd edildiyinin, kompüterin klaviaturasında şriftlərin rus və azərbaycan dillərində düzülüş qaydası nəzərə alındıqda, aşkar texniki şrift səhvi olduğu mübahisəsizdir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə İPM-in 76.1-ci maddəsinə əsasən, məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin aşkar yazı səhvinin hazırkı icraatda düzəldilməsi istisna edilmir.

66. Şikayətdə, həmçinin qeyd edilir ki, “Məhkəmə hazırkı işə baxılanda iddiaçıların nümayəndəsi və vəkili qismində X12 iştirak etmədiyi halda, qərarda onun iştirak etdiyi qeyd olunmuşdur. ”.

67. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 2 dekabr tarixli qərardadı ilə həmin yanlışlığı aradan qaldırmış, qərarın giriş hissəsində “iddiaçıların nümayəndəsi və vəkili X12”nun “iddiaçıların nümayəndəsi və vəkili Vəkil2” kimi oxunması qərara alınmışdır.

68. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

69. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2560/2019 nömrəli qərarı – qərarın mətnində “Mu-sə” sözü “X” sözü kimi oxunmaqla - dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar