Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1178/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin keçmiş dövr üzrə ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2008-ci ildən 2019-cu ilin aprel ayınadək ödənilməyən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(103)-1747/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2001-ci il tarixdən Qarabağ müharibəsi veteranıdır (Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci ildə verilmiş 064378 nömrəli vəsiqə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağır ış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 100 nömrəli arayışı).
2. İddiaçı xx.xx.2019-cu il tarixdə DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmiş və DSMF-nin Binəqədi rayon şöbəsinin müavinət və Prezident təqaüdü təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli **********5 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir.
3. İddiaçı keçmiş dövr üçün ödənilməyən müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağını və cavabının ********** telefon nömrəsinə zəng edilərək məlumat veriləcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2008-ci ildən 2019-cu ilin aprel ayınadək ödənilməyən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ona hazırkı qanunvericiliyə uyğun olaraq müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü təyin edilmişdir və bu səbəbdən onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı 06 sentya br 2019-cu il tarixdə DSMF Binəqədi rayon şöbəsinə müraciət etmiş və şöbənin müavinət və prezident təqaüdü təyin edən komissiyasının 11 sentyabr 2019-cu il tarixli **********5 nömrəli qərarına əsasən ona 01 aprel 2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir və hazırda ödənilməkdədir. 01 aprel 2019cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına a ylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 01 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Yəni, 2019-cu il 01 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezide ntinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1- ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də sözügedən müavinətlərin müraciət edilməzdən əvvəlki üç il üçün ödənildiyini müəyyən etmişdir. Lakin iddiaçıya müharibə veteranı vəsiqəsi 04 noyabr 2001-ci il tarixdə verilmiş ol sa da, iddiaçı əvvəlki dövrlərlə bağlı müavinətin ödənilməsi üçün 01 fevral 2022-ci il tarixdə müraciət etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 28 oktyabr 2022-ci il tarixli, 21(112)-7009/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 2008-ci ildən 2018-ci ilin may ayınadək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 2001-ci ildə “müharibə veteranı” adı və vəsiqəsi alması işin mübahisəli hallarına aid deyil. İddia tələbinin əsası kimi iddiaçının təqdim etdiyi “2006-cı ildən 2008-ci ilədək və 2018-ci ilin may ayından 2019-cu ilin aprel ayınadək müavinət verilməsi” xüsusatı isə, məhkəmə icraatında cavabdeh inzibati orqan tərəfindən təkzib olunmamışdır. Cavabdehin bildirdiyinə görə, iddiaçıya 2019-cu ilin aprel ayından etibarən “Prezident təqaüdü” ödənilir. Hazırkı inzibati mübahisə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin 2008-ci ildən 2018-ci ilin may ayınadək olan dövr üzrə verilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaətinə görə, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 2001-ci ildə verilsə də, bu statusa o, 2006-cı ildən əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan, eləcə də, ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət 2008-ci ilədək verildiyindən (bu xüsusat təkzib olunmur), habelə həmin müavinətin dayandırılması ilə bağlı hər hansı qərar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçıya 2008-20 18-ci illər üzrə müavinət məbləği tam şəkildə ödənilməlidir. Odur ki, cavabdehin imtinası qismən qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 22 noyabr 2023-cü il tarixli, 2-1(103)-1747/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdən xx. xx.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə verilən müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2008-ci ilədək ona müharibə veteranları üçün müavinətin ödənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun müavinətlər üzrə məlumat bazasında iddiaçıya hər hansı növ müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, iddiaçı “Veteranlar haqqında” Qanunun tələblərinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməsini tələb edə bilər. O da qeyd edilməlidir ki, cavabdeh iddiaçının əvvəlki dövrlərlə bağlı müavinətin ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə müraciət etməsini qeyd etməklə iddianın əsassız olduğunu bildirmişdir. Lakin iddiaçı ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi üçün xx.xx.2019-cu ildə müraciət etmişdir. Belə olan halda, ödənişin təyin edilməsi ilə bərabər onun hansı tarixdən ödənilməli olması məsələsi də həll edilməli idi. Keçmiş dövr üçün müavinətin ödənilməsi üçün ayrıca müraciətin edilməsi tələb edilmir. Qeyd olunanlarla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə müvafiq tələblə xx.xx.2019-cu ildə müraciət etdiyindən və ona xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü təyin edilərək ödənildiyindən, iddiaçıya müavinətin ödənilməsi müddəti 3 (üç) il əvvəldən, yəni xx.xx.2016-cı il tarixdən başlanılmaqla xx.xx.2019-cu il tarixlə məhdudlaşmalıdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçı ona Prezident təqaüdünün verilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən ona xx.xx.2019-cu il tarixdən təqaüd təyin edilmişdir. İddiaçının tələbi müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 3 il üzrə ödənilməmiş müavinətin ödənilməsindən ibarət olsa da, qanunvericiliyin tələbləri baxımından həmin dövrə görə müavinətin mövcud olmaması səbəbindən ödənilməsi mümkün deyildir. Prezident təqaüdünün isə geriyə şamil edilməsi üçün qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “S osial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;... Maddə
3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.... Maddə
4. Müavinətlərin növləri... 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir;... Maddə
6. Müavinət seçmək hüququ 6.1. Bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir;... Maddə
7. Müavinətlərin təyin olunması şərtləri... 7.0.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir.... 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanı 17. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fər manı Azərbaycan 18. ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hü quqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən müharibə veteranı olması iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.
27. İddianın hüquqi əsasında məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddiaçı cavabdehə müvafiq tələblə xx.xx.2019-cu il tarixdə müraciət etdiyindən və ona xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü təyin edilərək ödənildiyindən, iddiaçıya müavinətin ödənilməsi müddəti 3 il əvvəldən, yəni xx.xx.2016- cı il tarixdən başlanmaqla xx.xx.2019-cu il tarixədək ödənilməlidir.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(103)-1747/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.