Məhkəmə qərarları › İş №2-1(102)-118/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-118/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-118/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın təyin olunmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu Rayon Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-311/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı xx.xx.2018-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla iddaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, əmək kitabçasında olan qeydlər “Arzu-NAM” firmasının əmr kitablarında olan qeydlərlə uyğunsuzluq təşkil etdiyindən həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Odur ki, iddiaçının tələb edilən sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək “Arzu-NAM” şirkətində çilingər vəzifəsində işləmişdir və bu barədə qeyd onun əmək kitabçasında göstərilmişdir. Cavabdeh isə buna baxmayaraq iddiaçıy a pensiya verilməsindən imtina etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2858/2019 nömrəli qərarına əsasən (hakim – X.X.İmanov) iddianın təmin edilməsi, iddiaçıya 64 yaşdan, yəni xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1997ci ildən xx.xx.2005-ci ilə kimi “X1” firmasında işlədiyi illər də nəzə rə alınmaqla (19 il 06 ay 08 gün + 08 il 08 ay 24 gün) ümumilikdə, 28 il 03 ay 02 gün əmək stajının olduğu müəyyən edilir. Beləliklə, onun 63 yaşı xx.xx.2017-ci ildə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşdan, yəni xx.xx.2018-ci ildən yaranır.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsinə və iddianın tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.A,Cəmilova) ilə cavabdehin apellyasiya şi kayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2858/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının ümumilikdə 28 il 03 ay 02 gün iş stajı qeyd olunsa da, apellyasiya baxışı zamanı qeyd olunan iş stajının mötəbər sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edilmişdir.

12. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdi r.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş sta jı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 20. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəal iyyət müddətləri sığorta stajına daxil edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apelly asiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

26. İddiaçının kassasiya şikayətinin əsasını apellyasiya instansiyası məhkəməsinin iş üzrə sübutlara düzgün qiymət verməyərək əsassız qərar qəbul etməsi təşkil edir.

27. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək “X1” firmasında işlədiyini iddia etsə də, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan halları ilə iddiaçının yalnız xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək çilingər-yağlayıcı işlədiyi dövr üzrə maaş hesablandığı qeyd olunaraq “X1” firması tərəfindən müvafiq cədvəldə təqdim edildiyi müəyyən edilmiş, onun xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək və xx.xx.2003-ci ildən xx.xx.2005-ci ilədək işlədiyini iddia etdiyi dövrlər üzrə əmək haqqı alması nı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının yalnız xx.xx.2000-xx.xx.2003-cü illərdə “X1” firmasında çalışdığı və tələb olunan 25 il sığorta stajını toplamadığı qənaətinə gəlmişdir.

28. Odur ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilə n hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-311/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar