Məhkəmə qərarları › İş №2-1(102)-1203/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1203/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1203/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ ( Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın mübahisələndirilməsi; riskli vergi əməliyyatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3820/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli 026 saylı mal materialların alqı-satqısı müqaviləsinə əsasən, satıcı “X2” MMC alıcı İddiaçı MMC-yə malı müqavilənin ayrılmaz hissəsi olan qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişləri qəbul etməyi və alıcıya təhvil verməyi, alıcı isə malı müqavilənin ayrılmaz hissəsi olan qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşma protokoluna əsasən, satıcı “X2” MMC xx.xx.2021-ci il tarixdə 25.790,40 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBM seriyalı, 570889 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə tərtib edilmişdir. 3. xx.xx.2021-ci il tarixli 21/11 saylı müqaviləyə əsasən, satıcı "xxxx" MMC alıcı İddiaçı MMC tərəfindən sifariş edilən miqdara əsasən malı həmin müqavilədə müəyyən edilmiş formada alıcıya təhvil verməyi, alıcı isə təhvil aldığı malların dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokoluna, əlavələrə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

4. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış razılaşma protokoluna əsasən, satıcı " xxxx" MMC xx.xx.2021-ci il tarixdə 99.379,70 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBM seriyalı, 240623 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir.

5. Satıcı “X4” MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mal materialların alqı-satqısı müqaviləsinə əsasən görünür ki, satıcı müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları satır. Müqaviləyə əsasən satılan malların ümumi dəyəri 7.947,20 manat müəyyən edilmişdir.

6. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşdırılması haqqında protokola əsasən, satıcı “X4” MMC xx.xx.2021-ci il tarixdə 7.947,20 manat dəyərində malı alıcı İ ddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBO seriyalı, 646059 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir.

7. Satıcı “X4” MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mal materialların alqı-satqısı müqaviləsinə əsasən, satıcı müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları satır. Müqaviləyə əsasən satılan malların ümumi dəyəri 3.084,30 manat müəyyən edilmişdir.

8. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşdırılması haqqında protokola əsasən, satıcı “X4” MMC xx.xx.2021-ci il tarixdə 3084,30 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBO seriyalı, 707669 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir.

9. İcraçı İddiaçı MMC ilə sifarişçi Naxçıvan MR Təhsil Nazirliyi arasında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sifarişçinin müraciəti əsasında icraçı Naxçıvan MR Təhsil Nazirliyinə lazım olan STEAM avadanlıqları, elektrotexnika və ehtiyat hissələrinin satışı işlərinə dair öhdəlikləri öz üzərinə götürmüşdür. Sifarişçi 1 ay ərzində göstərilən xidmətin dəyərini icraçının hesabına köçürməlidir. İcraçı müqavilədə razılaşdırılmış tarixdən sifarişçini lazım olan STEAM avadanlıqları, elektrotexnika və ehtiyat hissələri ilə təmin edir. Sifarişçi ödənişi vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür.

10. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********609700 saylı qərarı ilə cavabdeh 2021-ci il üzrə iddiaçıya 27.240,32 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır.

11. Bu qərardan iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 94 saylı qərarı ilə təmin edilməmiş və Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********925700 saylı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********609700 saylı xx.xx.2022-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

12. İddiaçı xx.xx.2022-ci il t arixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********609700 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

13. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********609700 nömrəli Qərara əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 27.240,32 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərardan narazı qaldığından yuxarı vergi orqanına şikayət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət təmin edilməmiş, xx. xx.2022-ci il tarixli **********609700 nömrəli Qərar qüvvədə saxlanılmışdır.

14. İddiaçı MMC-nin elektron qaimə-faktura əsasında ümumilikdə 136.201,60 manat dəyərində mal aldığı 3 hüquqi şəxs - “X4” MMC, “X2” MMC və "xxxx" MMC-nin təqdim etdikləri malların alışına dair müvafiq təsdiqedici sənədləri olmadığına görə vergi orqanı tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxslərdən aldığı mallara münasibətdə əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi kimi qiymətləndirilməklə, 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 136,201.60 manat xərc əsassız hesab edilməklə silinmişdir.

15. Halbuki, iddiaçı əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığını müəyyə n etmiş və vergi orqanının uçot bazasında mövcud olan digər məlumatlardan xəbərdar olmamışdır və ola da bilməzdi. Həmçinin istər vergi qanunvericiliyində, istərsə də işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, “X4” MMC, “X2” MMC və "xxxx" MMC iddiaçı ilə alqı-satqı əməliyyatını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, bu da iddiaçının həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi olduqlarını və ya malların alışına dair sənədlərinin olmadığını əvvəlcədən bilmək və ya təxmin etmək imkanını istisna və mümkünsüz edir.

16. Bundan əlavə, vergi orqanı ilk öncə əməliyyatın əmtəəsiz olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqs ədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini hər hansı şübhəyə yer qalmadan tam şəkildə sübuta yetirməli, daha sonra isə vergi ödəyicisinin xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar və transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir.

17. Lakin hazırkı işin hallarından görünür ki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat həyata keçirmədən, iddiaçı ilə “X4” MMC, “X2” MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatının faktiki olaraq baş tutub-tutmaması barədə araşdırma aparmadan, sadəcə alış sənədinin olmamasını əsas götürərək, iddiaçının həmin malların alışı ilə bağlı xərclərini tam şəkildə silmişdir ki, bu da ver gi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə zidd olmuşdur. Cavabdehin etirazları:

18. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri (“X4” MMC, “X2” MMC və "xxxx" MMC) ilə aparılmış 136.201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edi lməsi haqqında” xx.xx.2022-ci il tarixli **********804800 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 27.240,32 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********609700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3588/2023 saylı qərarı ilə iddia təmin olunmuş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********609700 sayl ı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir.

21. İşin hallarından görünür ki, iddiaçı 09.11-xx.xx.2021-ci il tarixlərdə “X4" MMCdən, "X2" MMC-dən və "xxxx" MMC-dən elektron qaimə-fakturalar əsasında 136.201,6 manat dəyərində mal əldə etmiş, həmin MMC-lər riskli vergi ödəyiciləri hesa b edildiyindən cavabdeh iddiaçının onlarla bağladığı müqavilələrə əsasən ödənilən 136.201,6 manat pulun xərcə daxil edilməsini qəbul etməyərək həmin məbləğin 20 faizi məbləğində (27.240,32 manat) iddiaçıya əlavə vergi hesablamışdır.

22. Lakin işdə olan qərarlardan görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2021-ci il tarixli, **********048600 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC, xx.xx.2021-ci il tarixli, **********052100 nömrəli qərarı ilə “X2” MMC, xx.xx.2022-ci il tarixli, **********624100 nömrəli qərarı ilə “X4” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

23. Göründüyü kimi, “X4" MMC, "X2" MMC və "xxxx" MMC müvafiq olaraq x x.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyat 09.11- xx.xx.2021-ci il tarixlərə aid olmuş, həmin dövrdə “X4" MMC, "X2" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasi təsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

25. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "X4" MMC, "X2" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

26. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etməklə mənfəət vergisini hesablayarkən nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur.

27. Eyni zamanda, iddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid deyil və bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

28. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə apar ılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

29. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 141-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

30. İşdən görünür ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən MMC-lərdən aldığı malları elektron qaimələr əsasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, yəni dövlət orqanına təqdim etmiş, cavabdeh həmin malların Nazirliyə təqdim edilmədiyini sübuta yetirə bilməmişdir.

31. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də (anbarın qeydə a lınmaması, malların Naxçıvan MR-na daşınması ilə bağlı hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsi), Meyarların 2.1.2-ci bəndinə əsasən onun riskli vergi ödəyicisi olması barədə qərar qəbul etməmiş, bununla da həmin əməliyyatları şübhə altına alması əsassız olmuşdur.

32. Bundan əlavə, cavabdeh iddiaçının “X4" MMC, "X2" MMC və "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə 136.201,6 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 136.201,6 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə 27.240,32 manat mənfəət vergisi hesablanmışdır.

33. Cavabdehi n qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir.

34. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

35. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3820/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmışdır.

37. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

38. Məhkəmə əsassız və qanuna zidd şəkildə qərar qəbul etməklə işin faktiki hallarına qiymət vermədən, sadəcə iddiaçının göstərdiklərini nəzərə almaqla, təktərəfli şəkildə qərar qəbul etmiş və ədaləti məhkəmə baxışı prinsipini pozmuşdur.

39. İşə baxan Bakı Apellyasiya Məhkəməsi müvafiq qərarında iddia tələbinin təmin olunma əsası kimi birinci instansiya məhkəməsinin formal dəlili ilə razılaşaraq və məsələnin mahiyyətini araşdırmadan qeyd edir ki: - iddiaçının qarşılıqlı əməliyyat apardığı “X4" MMC xx.xx.2022-ci il tarix li **********624100 nömrəli, "X2" MMC xx.xx.2021-ciil tarixli **********052100 nömrəli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********048600 nömrəli Qərarlardan əsasında müvafiq tarixlərdə riskli vergi ödəyiciləri hesab olunmuş və müvafiq siyahıya daxil edilsələr də, əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında aparılmış, həmin vaxt qeyd edilən ödəyicilər riskli vergi ödəyiciləri olmamış və həmin ödəyicilərin riskli vergi ödəyiciləri olması barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytında axtarış zamanı qeyd edilən şəxslər barədə bildiriş olmamışdır.

40. Bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir.

41. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cüml ədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyi cisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

42. Qeyd olunanlardan göründüyü kimi adları sadalanan “X4" MMC, "X3" MMC, "xxxx" MMC tərəfindən aparılan əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan r iskli əməliyyatlar hesab edilmişdir. Və məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyiciləri həmin Meyarlarda qeyd edilən əsaslara görə riskli vergi ödəyiciləri hesab olunmuşdurlar.

43. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə araşdırılmadığından ilkin olaraq iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir. Əslində, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda ve rgi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir.

44. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.

45. Həmçinin, iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda konkret hansı əməliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Habelə məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tə ləb olunmamışdır.

46. Halbuki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrində aşağıdakılar göstərilir: - “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək; - qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; - qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; İşə baxan məhkəmə kollegiyası iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələblərini araşdırmadan qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

47. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası

48. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şi kayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli he sab olunur.

53. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən iddia təmin edilərkən yalnız iddiaçı ilə yuxarıda qeyd olunan sahibkarlıq subyektləri arasında əməliyyatın sonuncuların riskli vergi ödəyicisi qrupunda olmadıqları zaman aparıldığına istinad edilmişdir. Halbuki, əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəy icisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-10/2024 nömrəli qərarı).

55. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmi r və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarı).

56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3820/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar