Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1209/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; iddiaçının subyektiv hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı “mənzilin özəlləşdirilməsi” tələbinə dair iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)-275/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi belə əsaslandırlımışdır ki, hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Ünvan1 evdə yerləşən 40 saylı mənzil 1990-cı ildə atasının adına özəlləşdirilmişdir. 1989-cu ildə X2 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Lakin sonradan ailə münasibətləri pisləşmiş və 1996-cı ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı 1996-cı ildə evdən çıxıb getmişdir. Sumqayıt şəhər məhkəməsinin 14 mart 1997-ci il tarixli qətnaməsi ilə onun qeydiyyatda olduğu və yaşadığı Ünvan1 evdə yerləşən 40 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Lakin Xx mənzilə köçüb yaşamamış, bu günə kimi də yaşamır və özünün Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində ayrıca mənzili vardır. Xx 2003- cü ildə onun atası X3 və qeyrilərinə qarşı Sumqayıt şəhər məhkəmə sinə müraciət edərək, Sumqayıt şəhər 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilə dair 1990-cı ildə aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi, onun qızı ilə həmin mənzilə köçürülməsi və mənzilin bölünərək 19 və 15 kv.m. olan otaqların ona verilməsi, adına ayrıca kirayə müqaviləsinin bağlanmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən X1 Ünvan1 evdə yerləşən 40 saylı mənzilin 15,0 kv.m. sahəsi olan otağı tutmaq üçün 19 mart 2004- cü il tarixli 90 saylı order verilmişdir. Buna baxmayaraq, Xx bu vaxta kimi göstərilən 15,0 kv.m. ayrı girişi olan otağa köçməmiş və otaqla onun hər hansısa bağlılığı yoxdur. X2 20 ildən çoxdur ki, həmin ünvanda yaşamır. Həmin ota q Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır. Bununla əlaqədar iddiaçı həmin otağın özəlləşməsi xahişi ilə Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etsə də onlar məhkəməyə müraciət etməyi məsləhət etmişlər. 25 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş və 10 saylı Mənzil İstismar sahəsi tərəfindən təsdiq edilmiş akta əsasən, Sumqayıt şəhər 12-ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzildə qeydiyyatda olan X2 1996-cı ildən göstərilən ünvanda yaşamır. Belə olan halda, X2 ilə bağlanmış sahənin sosial kirayə müqaviləsi ləğv edilməlidir. O, dəfələrlə qarşı tərəfə kompensasiya təklif etsə də o bu təklifi rədd edir və 30 000 (otuz min ) manat məbləğində pul tələb edir. O, mülkiyyət sahibi olaraq 4 otaqlı mənzilə sərəncam verə bilmir və onun mülkiyyət hüquqları kobud şəkildə pozu lur. Bu səbəbdən hesab edir ki, istifadəsiz qalmış otaq özəlləşməlidir.
3. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Ünvan1 mənzilinin 2/3 hissəsi mülkiyyət hüququ ilə iddiaçıya, qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyildir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-349/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev)
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı digər bir şəxsə aid hüququn qeydiyyatını xahiş edir ki, digər bir şəxsə aid hüququn qeydiyyatı üçün subyektiv hüquq olmalıdır. Bundan əlavə məhkəmədən xahiş olunan tələbə cavab verən orqanda Sumqayıt şəhər İcra Hakimiyyəti deyil. Mübahisənin yaranma əsası iddi açı ilə üçüncü şəxs arasında olan mülki hüquq münasibətləridir. Ona görə də, hüquq müdafiə vasitəsi olaraq yalnız mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməsi məqsədəmüvafiq ola bilər.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)-275/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Məhəmmədəli Rzayev) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)349/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Məhkəmə qərardadı iddiaçıya 20.05.2021-ci il tarixində təqdim edilmişdir.
10. İddiaçı 24.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)275/2021 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları qiymətləndirməmişdir. Bununla da işə baxan məhkəmə iddiaçının məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. İddiaçı, eyni zamanda, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olduğunu qeyd etmişdir. Bu mövqeyini Mülki Məcəllənin 6.1.8, 16.1, 560.1-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
14. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hes ab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmas ından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olu bolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüquq un digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Subyektiv mənada id dia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.
24. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.
25. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
26. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, haz ırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamışdır.
27. Göründüyü kimi, iddiaçı məhkəmənin lazımi araşdırma aparmadığını bildirsə də, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının subyektiv hüququnun olub-olmaması araşdırılmış və cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edilməsi öz təsdiqini tapmamışdır.
28. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumu və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır.
29. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)-275/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.04.2021-ci il tarixli, 2-1(105)-275/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.