Məhkəmə qərarları › İş №2-1(102)-1214/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1214/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1214/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hakimiyyətində yaradılmış komissiyanın qərarın etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “qərarın etibarsız sayılması və s.” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020 il ta rixli 2-1(105)-87/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri 36-cı məhəllə, 1/22 saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli 2-1(85)-818/2016 nömrəli qərarı ilə rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli2-1(105)-330/2016 qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edil miş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə yenidən baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2-1(102)-822/2017 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin xx xxxxx 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabde hin üzərinə qoyulmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Aparatının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının icrası ilə bağlı İcra Hakimiyyətində yaradılmış komissiyanın xx xxxxxx 2017-ci il tarixli 8 saylı qərarı ilə İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsi qanunsuz və əsassız hesab edildiyindən təmin edilməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən özbaşına aparılmış yenidən qurulması və yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığına, qonşuların həyat və sağlamlığına təhlükə yaratdığı üçün Az ərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə uyğun olaraq İddiaçı həmin yaşayış sahəsinin 3 ay müddətində əvvəlki vəziyyətinin bərpa edilməsinin tələb edilməsi qərara alınmışdır. İddiaçı 2018-ci il 27 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 8 saylı xx xxxxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evin xüsusi mülkiyyətində olan 32 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi 1/2 saylı evdə yerləşən 32 sayl ı mənzil onun mülkiyyətindədir. O, Sumqayıt şəhər İcra Hakimiyyətinin razılığına əsasən Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşlarının iştirakı ilə 1995-ci ildə mənzilin qapısını küçəyə açmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin razılaşmanın rəsmiləşdirilməsi üçün dəfələrlə İcra Hakimiyyətinə və Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etməsinə baxmayaraq müxtəlif səbəblərdən ona imtina cavabı verilmişdir. 2017-ci ilin avqust ayında İcra hakimiyyətinin işçiləri özbaşınalıq edərək və ona hədə-qorxu gələrək qapını hörərək bağlamışlar. Nəticədə, iddiaçıya xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Qonşuluqda yerləşən kommersiya obyektlərinin sahibləri isə küçəyə açılan pəncərəni qapı ilə əvəz edərək hazıradək fəaliyyət göstərirlər. Hazırkı iddia tələbindən öncə məsələ nin həlli ilə bağlı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması” ilə əlaqədar iddia tələbi məhkəmə instansiyalarında mübahisələndirilmişdir. Sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdehin xx xxxxx 2015-ci il tarixli J-30/2 saylı imtinası qanunsuz hesab edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizəsinə baxılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Yəni məhkəmə belə qənaətə gəl mişdir ki, imtina məktubla deyil, qərarla olmalıdır. Bundan sonra, cavabdeh İcra Hakimiyyətində yaradılmış komissiyanın xx xxxxxx 2017-ci il tarixli 8 saylı qərarı ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə ərizənin qanunsuz hesab edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, həmin qərar qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməli, cavabdehin üzərinə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və küçəyə pəncərənin yerindən qapının açılması barədə öhdəlik qoyulmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə, mənzilin yerləşdiyi binanın 1-ci mərtəbəsinin döşəməsində və zirzəmi mərtəbəsinin tavanında qanunsuz konstruksiya dəyişik liyinin baş verməsi, 2 pəncərənin yerindən qapının açılması, mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və tirlərin kənar çıxıntı hissələri ləğv edildiyindən binanın əsaslı konstruksiyasında ciddi dəyişiklik olunduğu və binanın dayanıqlığına zərər vurulduğu müəyyən olunmuşdur. Belə ki, mənzilin döşəməsi asfaltla bərabərləşdirilmişdir, halbuki, qonşuluqda yerləşən mənzillərdə bu hündürlük ən azı bir pilləkən hündürlüyündədir. İddiaçı bu cür dəyişiklikləri müvafiq icazələr alınmadan, layihə icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədən həyata keçirmişdir. Bununla iddiaçı binanın əsaslı konstruksiyasında özbaşına ciddi dəyişikliklər edərək binanın dayanıqlığına zərər vurmuşdur. Bu da öz növbəsində qonşuların həyat və sağlamlıqları üçün təhlükə yaratmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)147/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunverici tərəfindən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar konkret şəkildə sadalanmışdır. Lakin iddiaçının əsaslandığı hallardan heç biri cavabdehin xx xxxxxx 2017-ci il tarixli 8 saylı qərarının etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020 il tarixli 21(105)-87/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyi şdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, 1995-ci ildə iddiaçı yaşayış sahəsində qapı açdıraraq, oranın təmirinə xeyli pul xərcləyib onu qeyri-yaşayış sahəsinə çevirib. Bu hərəkəti etmədən əvvəl o, Sumqayıt şəhər İcra Hakimiyyətinə şifahi olaraq müraciət edib və qeyri yaşayış sahəsi kimi istifadə etmək üçün şifahi icazə alıb. Beləcə iddiaçı uzun illər həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirib. İddiaçı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə çevrilməsini rəsmiləşdirmək üçün dəfələrlə müraciət etsə də, bü rokratik maneələr səbəbindən bunu həyata keçirə bilməyib. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçı məhz bu normaya istinad edərək göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli qərarında Faiq Kərimovun imzası saxtalaşdırılıb, belə ki, həmin zaman F.Kərimov orada işləmirdi və həmin sənədə imza ata bilməzdi. Onun imzasının saxtalaşdırılması “İnzibati icraat haqqında” Qanunun 59.1.4 və 65.1-ci maddələrinin tələblərini pozub. İddiaçı həmin imzanın saxta olub-olmamasının müəyyənləşdirilməsi üçün xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət versə də, vəsatət təmin edilməmişdir. Cavabdehin imtinası Mənzil Məcəlləsinin tələblərinə uyğun olmayıb və Sumqayıt Apellyasiya Məhkəməsi də qanunsuz olaraq cavabdehin imtinasına haqq qazandırıb. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, “Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və ona əsaslanmışdır ki, qanunverici tərəfindən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar konkret şəkildə sadalanmışdır. Lakin iddiaçının əsaslandığı hallardan heç biri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın xx.xx.2017-ci il tarixli 8 saylı qərarının etibarsız hesab edilməsi üçün əsas deyildir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə istinad etmişdir... Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçının tələblərindən biri cavabdeh İcra Hakimiyyətində yaradılmış komissiyanın 8 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibat i icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının əsaslandığı hallardan heç biri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın 8 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsas deyildir. Başqa sözlə, məhkəmələrin “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə istinadları nəzərə alındıqda, həmin maddədə təsbit edilmiş əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Komissiyanın qərarında onun gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Normaların məzmunundan göründüyü kimi, həmin normalarda nəzərdə tutulan hallarda müvafiq qərarları komissiya deyil, razılaşdırmanı həyata keçirən orqan qəbul ed ir. Razılaşdırmanı həyata keçirən orqan dedikdə isə, müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur (Mənzil Məcəlləsinin 21.1 və 24.1-ci maddələri). Müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə yerli icra hakimiyyəti orqanları həyata keçirir (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 272 nömrəli Fərmanı). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsa sən, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərarı qəbul etmiş komissiyanın yaradılmasının və təyinatının hüquqi əsaslarını, onun hazırkı məzmunda – müraciətlərə baxmaq və həll etmək barədə (mübahisəli qərarın nəticə hissəsinin 1-ci bəndi), habelə müraciət etmiş şəxsin üzərinə öhdəlik qoymaq barədə (mübahisəli qərarın nəticə hissəsinin 2-ci bəndi) qərar qəbul etmək səlahiyyətinə malik olub-olmadığını, buradan, “İnzibati icraat haqqında” Qanunun 65.1, 65.1.2-ci maddələrində nəzərdə tutulmuş h alların mövcudluğunu araşdırmamışdır. İddiaçının digər tələblərinin hüquqi taleyi də məhz iddia olunan qərarın etibarlılığına dair məsələnin həllindən, deməli həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-822/17 saylı qərarının cavabdeh tərəfindən icrasının təmin edilib-edilmədiyindən asılıdır. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların təl əblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmini barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020 il tarixli 21(105)-87/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar