Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1214/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; iddia müddəti; cavabdehə ilkin müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “rəyin mübahisələndi rilməsi və ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.01.2021-ci il tarixli, 2-1(103)-313/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 22 dekabr tarixli hökmünə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsxanada cəza çəkən məhkum İddiaçı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2017-ci il 8 iyun tarixli qərarı ilə İddiaçı “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklər Siyahısı”nda göstərilən xəstəliklərə düçar olub-olmadığını təsdiq etmək üçün onun şəhadətləndirilməsinin həyata keçirilməsi qərara alınmışdır.
2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xüsusi Həkim Ekspert Komissiyasının 2017-ci il 10 oktyabr tarixli 10 nömrəli “Məhkumun tibbi şəhadətləndirilməsi haqqında” rəyinə əsasən İddiaçı müəyyən edilmiş “Vegetativ sinir sisteminin somatotrop disfunksiyası. Xroniki prostatit. Xroniki sistit. Sidik turşulu datez. Sağ bilək nahiyəsinin hiqroması” yekun kliniki diaqnozun “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı”na uyğun olmadığını əsas götürərək yekdil səslə məhkum İddiaçı xəstəliklə əlaqədar cəza çəkməkdən azad edilməsi məqsədi ilə təqdim olunması üçün hazırda heç bir əsa sın olmadığı barədə qərar qəbul edilmişdir. Rəyin nəticəsinə görə, qeyd edilən yüngül xəstəlik məhkum İddiaçı cəza çəkməsinə mane olmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Ədliyyə Tibb Generalı Rəfael Mehtiyevin 10 oktyabr 2017-ci il tarixli məhkumların tibbi şəhadətləndirilməsi haqqında xüsusi həkim ekspert komissiyasının 10 nömrəli rəyini işdə olan digər tibbi arayışlarla və aktlarla mübahisələndirilməsi və 10 nömrəli rəyin ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi, cavabdehdən 10000 (on min ) manat maddi təzminat tutulması, cavabdehin iddiaçı barəsində 08.01.2003-cü il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 23 maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.03.2000-ci il tarixli 95 saylı əmri) “Dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilərək 12.02.2003-cü il tarixdə AO N-0493521 nömrəli hərbi biletlə təmin olunaraq hərbi vəzifələrin ehtiyatına verildiyini və 27 dekabr 2003-cü il tarixdən Qobustan həbsxanasına gətirildiyi vaxtdan həmin xəstəliklərdən daimi stasionar və ambulator müalicələr almağının tanınması və həmin xəstəliklər üzrə əlilliyin müəyyən edilməsi barədə müəyyən aktın qəbul edilməsinə dair həkim tibb ekspertizasını çağırması barədə qərar qəbul edilməsi, cavabdeh barəsində xüsusi qərar çıxarılmasını xahiş etm işdir.
4. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq durumunu qiymətləndirmək üçün məhkum bir müddət həkim nevroloqun dinamik müşahidəsində saxlanılmış, təkrar müayinələrdən keçirilmiş, müalicələr icra olunmuş və nəticələr müqayisə edilmişdir. Aparılan tibbi tədbirlərdən sonra məhkumun qeyd etdiyi subyektiv narahatlıqları aradan qalxmışdır. İddiaçının tələbi faktlara əsaslanmır və mötəbər sübutlarla təsdiqlənmir.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli, 2-1(112)-4605/2020 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddianın qaldırılması üçün müəyyən edilmiş müddəti buraxm ış, həmçinin məhkəməyə müraciət etməzdən əvvəl həkim ekspert komissiyası tərəfindən şəhadətləndirilməsi barədə cavabdehə müraciət etməmiş, onun imtinasını almamışdır.
7. İddiaçı məhkəmə qərardadından apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 yanvar tarixli, 2-1(103)-313/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli, 2-1(112)-4605/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Məhkə mə qərardadının iddiaçıya hansı tarixdə təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.
11. İddiaçı 2021-ci il 26 yanvar tarixində ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 yanvar tarixli, 2-1(103)-313/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 2021-ci il 23 fevral tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
12. İddiaçı 2021-ci il 30 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 yanvar tarixli, 2-1(103)-313/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddia tələbi ətraflı araşdırılmamış, obyektiv həqiqət üzə çıxarılmamışdır. Məhkəmənin hüquqi mövqeyi işin faktiki hallarına uyğun deyil. Məhkum olaraq hüquq və azadlıqları pozulur və qaldırdığı iddialar bütün hallada mümkün sayılmır. İddiaçının azadlıqda olarkən hərbi xidmətə dinc dövr üçün yararsız, müharibə dövrü məhdud yararlı hesab edilməsinə heç bir əhəmiyyət verilməmişdir. Lakin Cəzaların İcrası Məcəlləsinin 93-cü maddəsinə görə məhkumların tibbi-sanitariya təminatına əməl olunmalıdır. Həmin Məcəllənin 90-cı maddəsinə isə göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növünd ə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna malikdirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd edilənlər təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 2017-ci il 10 oktyabr tarixli XHEK-in qərarının ləğv edilməsi iddiasını məhkəmədə qaldırsa da, həmin komissiyanın 2021-ci il 30 mart tarixli qərarına görə də onun cəza çəkməsinə mane olan ağır xəstəliyə düçar olmadığı müəyyən edilmişdir. Bu hal da iddiaçının müraciət etmək hüququndan suiistifadə edərək əsassız şikayətləri ilə dövlət orqanlarının fəaliyyətində lüzumsuz vaxt itkisin ə səbəb olduğunu bir daha təsdiq edir.
15. Eyni zamanda, iddiaçı məhkəməyə müraciət edərkən onda olan patologiyaların ömürlük azadlıqdan məhrum edildiyinə görə cəza çəkməsinə mane olduğunu iddia edirdi, lakin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli Sərəncamı ilə iddiaçı əfv edilərək ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir və iddiaçı 18 ildən artıqdır ki, həbsxanada cəzasını çəkmişdir. Hazırda iddiaçının saxlanma rejimi dəyişildiyindən o, 2021-ci ilin may ayından 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin arad an qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imt inasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (1.4, 2.1, 2.3 və 9-cu bəndlər).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01. 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.
28. Hazırkı qərarın 22-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edi lib-edilmədiyini yoxlamalıdırlar.
29. Birinci instansiya məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və müəyyən etmişdir ki, cavabdehin 2017-ci il 10 oktyabr tarixli aktını iddiaçı 2020-ci il 19 may tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.
30. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul etmişdir.
31. Bundan başqa, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 22-ci bəndində göstərilən hüquqi mövqeyindən görünür ki, məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olubolmamasını, ayrı-ayrı iddia növ ləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından isə görünür ki, iddiaçı cavabdehdən 10000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu təqdim etməmişdir.
33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mövqeyi iddia tələbinin kompensasiya ödənilməsinə dair hissəsində də əsaslıdır.
34. İddia tələbinin digər hissəsi olan “iddiaçıya qarşı haqsızlıq etdiyi üçün Tibb Baş İdarəsinin rəsinin əməlinə qiymət verilməsi üçün məlumatın prokurorluğa göndərilməsi” barədə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi İPM-in 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı biri ilə uyğunluq təşkil etmir.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində məhkəmənin hərtərəfli araşdırma aparmadığını bildirsə də, məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması barədə həm prosessual tələblərə, həm də Ali Məhkəmə Plenumunun tövsiyələrinə riayət etmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 yanvar tarixli, 2-1(103)-313/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 yanvar tarixli, 21(103)-313/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.