Məhkəmə qərarları › İş №2-1(102)-1223/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1223/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1223/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkün sayılmaması; vəkilin orderi) Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimi Zakir Quliyev (sədrlik edən və məruzəçi hakim), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, Gülarə İmanovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğvi və qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilərək qaçqın statu su verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2-1(103)-997/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə 30 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğvi və qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilərək qaçqın statusu verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsini n (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 26.10.2020-ci il tarixli, 2-1(112)-5229/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)5229/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilmədi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.04.2021-ci il tarixli, 2-1(103)-997/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Namiq Cəfərov) qərarı ilə apelyasiy a şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5229/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları

5. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

6. Apelyasiya instansiyası məhkəməsinin 07.04.2021-ci il tarixli, 21(103)-997/2021 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.

7. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.

8. Ap elyasiya instansiyası məhkəməsi bununla bağlı iddiaçıya yardım etmiş, nöqsanları aradan qaldırılmasını təklif etmişdir.

9. Həmçinin Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 30 iyun 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kasasiya şikayətin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir.

10. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

13. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

14. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı: İddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.04.2021ci il tarixli, 2-1(103)-997/2021 qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar