Məhkəmə qərarları › İş №2-1(102)-1250/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1250/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1250/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1178/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 Departamentinin 23.04.2019-cu il tarixli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişi ilə iddiaçıya 23.04.2019-cu il tarixinə ümumilikdə 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc və faiz hesablanmışdır.

2. Həmi n borcun müəssisənin "xxxx" ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli sərəncam verilmişdir.

3. Sonradan cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli saylı yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün "xxxx" ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57.928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssis əyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun müəssisənin "xxxx" ASC-də olan bank hesabından dövlət büdcəsinə alınması haqqında Banka icra sənədi olan 15.08.2018-ci il tarixli sərəncam verilmişdir. Sonradan isə cavabdeh tərəfindən 29.10.2019-cu il tarixli yeni sərəncam qəbul edilmiş və həmin sərəncam hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləğinin Şirkətin bank hesabından dövlət büdcəsinə alınması üçün "xxxx" ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. Şirkətin 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun hesabından həmin pul vəsaitinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması Şirkətin maliyyə vəziyyətini ç ıxılmaz hala salacaqdır.

7. Daha sonra iddiaçı əlavə olaraq yenidən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78.584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda onun əmlakı hesabına ondan həmin pul vəsaitinin tutulması ə sassızdır, həmin məbləğin şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərraca çıxarılması şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X8, 2-1(112)-1333/2020 saylı iş) 11 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələri təmin edilərək cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamının icrası dayandırılmış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınması cavabdehə müvəqqəti olaraq qadağan edilmişdir.

10. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi ni və ərizənin rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6məruzəçi, X4 və X18, 2-1(103)-1216/2020 saylı iş) 5 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar iddiaçının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyy atları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, iddiaçının digər - məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınması cavabdehə müvəqqəti olaraq qadağan edilmişdir.

12. İddiaçı qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinin təmin edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X9-məruzəçi, X5 və X1, 2-1(102)-2018/2020 saylı iş) 27 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun bank hesabından pul vəsaitlərinin dövlət büdcəsinə alınması haqqında sərəncamın icrasının dayandırılmasını tələb edir. Məhkəmə də məhz həmin məzmunda tələbi həll etməli olduğu halda, tələbdən kənara çıxaraq tərəflərin mübahisələndirmədiyi “pul vəsaitlərinin dondurulması ilə bağlı” məsələni həll etmişdir. Apellyasiya instansiyası məhkəməsinin “ərizənin qismən təmin edilməsi” barədə qərarı iddiaçının, əslində həmin ərizə ilə arzuladığı nəticəni hər hansı hissədə təmin etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 52-ci maddəsinin tələ bi pozulmuşdur. Bu isə, öz növbəsində İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulmasını ehtiva edir. Belə ki, işin halları və həmin hallara aid dəlillər ərizənin predmetinə, ərizəçinin arzuladığı nəticəyə uyğun araşdırılmalı və qiymətləndirilməli idi. İddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və İPM-in 40.3-cü maddəsinin məqsədlərinə uyğun deyil. Cavabdeh tərəfindən borcun iddiaçının əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlığı iddiaçıya gözlənilən müdaxilədən qorunmaq üçün İPM-in 40.3-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə ü sulundan yararlanmağa əsas verir. Cavabdeh orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə mane törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə, ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi (İPM-in 41.2 maddəsi). b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X21məruzəçi, X10 və X11, 2-1(103)-11 78/2021 saylı iş) 26 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının ərizəsi “cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli sərəncamın icrasının dayandırılması” hissəsində mümkünsüz hesab edilmiş, “məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində isə rədd edilmişdir.

16. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** hesablaşma hesabına sərənc am qoyulmasına dair icra ödəniş sənədi olan 09.12.2020-ci il tarixli **********6 saylı sərəncam təqdim edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, bu sərəncam qəbul edildikdən sonra, əvvəlki bütün alınmalı sərəncamların icrası dayandırılmalıdır. Yəni iddiaçının icrasının dayandırılmasını istədiyi 29.10.2019-cu il tarixli sərəncam artıq mövcud deyil. Belə olan halda mövcud olmayan sərəncamın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi üçün də heç bir əsas yoxdur. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavədə 57.928,39 manat borcun silinməsini tələb etdiyi kimi, özünün etiraf etdiyi 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsini xahiş edir. Haz ırkı halda iddiaçı tərəfindən ödənilməsinin gecikdirilməsi xahiş edilən borcun mövcud olmasının mübahisələndirilməməsi, iddianın uğurluluq ehtimalının müəyyən edilməsinin qeyri-mümkünlüyü ərizənin “iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində rədd edilməsi üçün əsasdır.

17. İddiaçı 26 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlillər i

18. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ödənilməsinin gecikdirilməsini xahiş etdiyi borcu ödəmək istəmədiyini və ya həmin borcu ödəməkdən yayındığını göstərməmişdir. Yəni əgər məhkəmə iddiaçının iddia ərizəsini “ödənilməmiş qalan 20.656,55 manat borcun ödənilməsi müddətlərinin 5 il müddətinə dəyişdirilməsi hissəsində təmin etməzsə, bu o demək deyildir ki, iddiaçı həmin borcu ödəməyəcək və həmin borc mütləq iddiaçının əmlakına yönəldilməlidir.

19. Ona görə də barəsində iddia qaldırılan borc məbləğinə dair mübahisə məhkəmədə davam etdiyi zaman həmin borcun iddiaçının əmlakı hesabına silinməsi artıq iddiaçıya təzyiq vasitəsi olduğu kimi, eyni zamanda da məhkəməyə əhəmiyyət verilməməsi kimi başa düşülməlidir.

20. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, əmlakın siyahıya alınmasının hal-hazırda cavabdeh tərəfindən iddiaçıya hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 78.584,94 manat borcun ödənilməsinə yönəldiləcəyini, yəni iddiaçıya məxsus 78.584,94 manat dəyərindən əmlakın siyahıya alınacağını göstərmişdir.

21. Bu isə o deməkdir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsi təmin edilmədiyi təqdirdə, 78.584,94 manat dəyərində iddiaçıya məxsus əmlak siyahıya alınaraq həmin əmlakın istifadəsi iddiaçıya qadağan ediləcəkdir ki, bu hal iddiaçının faktiki olaraq fəaliyyətinin dayandırılması ilə nəticələnəcəkdir.

22. Məhkəmə cavabdehin apellyasiya şikayətinə baxan zaman iddiaçının iddiasının “borcun öd ənilməsi müddətlərinin 5 il müddətinə dəyişdirilməsi” hissəsində uğurluluq ehtimalının müəyyən edilməsinin qeyri-mümkün olmasını göstərmişdir.

23. Yəni məhkəmə iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 57.928,39 manat borcun silinməsi hissəsində uğurluluq ehtimalını istisna etməmişdir. Çünki bu hissədə iddia tələbi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə sübuta yetir.

24. Qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 2-1(81 )-399/2018 saylı qərarı ilə iddiaçının 01.01.2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun 12701,36 manat (əsas borc - 9290,79 manat, penya - 3410,57 manat) olması müəyyən edilmişdir.

25. Həmin qərarla müəyyən edilmiş 3410,57 manat penya borcu “Məcburi dö vlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələbinə əsasən pozulmuşdur. 26. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

27. Yəni, iddiaçının 1 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun 9290,79 manat olması işin mübahisə edilməyən halıdır.

28. Şikayətin maddi hüquqi əsası kimi İPM-in 41.2-ci, 43.1.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

31. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq

32. Vergi Məcəlləsi: Maddə

63. Vergi orqanında şikayətə baxılma (-). 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Maddə 65.2. Vergilər üzrə borcların alı nması qaydası (-). Maddə 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. (-). Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Ə mlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. (-).

33. İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. (-). Maddə

41. İnzibati aktın icrasının dayandırılması (-). Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması bar ədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etm ədikdə. (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

34. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardad ının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

35. Apelyasiya məhkəməsinin qərardadı ərizənin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən əmlakın siyahıya alınmasının cavabdehə qadağan edilməsi hissəsində işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57.928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə - 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsində cavabdeh tərəfindən onun hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

39. İddiaçı əlavə olaraq yenidən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

40. Müvəqqəti xarakterli müdafiə barədə birinci ərizə “29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının dayandırılması” barədədir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** hesablaşma hesabına sərəncam qoyulmasına dair icra ödəniş sənədi olan 09.12.2020-ci il tarixli **********6 saylı sərəncam təqdim etmişdir. Həmin sərəncamda qeyd edilir ki, bu sərəncam qəbul edildik dən sonra, əvvəlki bütün alınmalı sərəncamların icrası dayandırılmalıdır.

41. Yəni iddiaçının icrasının dayandırılmasını istədiyi 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncam artıq mövcud deyil. Belə olan halda mövcud olmayan sərəncamın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin edilməsi üçün də heç bir əsas yoxdur. Cavabdeh özünün qəbul etdiyi 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə 29 oktyabr 2019-cu il tarixli sərəncamın icrasını dayandırmışdır. Müvəqqəti xarakterli müdafiə barədə ərizədə 29 oktyabr 2019-cu il tarixli sərəncamın icrasının dayandırılması xahiş olunmuşdur.

42. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 22 aprel 2021-ci il tarixli məhkəmə iclas protokoluna istinad edərək vurğulayır ki, iddiaçının nümayəndəsi həmin məhkəmə iclasında iştirak etmiş, cavabdehin qəbul etdiyi 9 dekabr 2020-ci il tarixli sərəncamdan məlumatlı olmuşdur.

43. Odur ki, bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə birinci instansiya məhkəməsinə təqdim etdiyi sonrakı ərizəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

45. Bu hissədə apelyasiya məhkəməsinin inzibati kollegiyasının qərardadını ləğv edib işi yeni apelyasiya baxışına göndərərkən kasasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə k üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə ərizəsinə münasibətdə də apelyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı və İPM-in 40.3-cü maddəsinin məqsədlərinə uyğun deyil. Həmin normaya görə, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən borcun iddiaçının əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlığı iddiaçıya gözlənilən müdaxilədən qorunmaq üçün İPM-in 40.3-cü maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə üsulundan yararlanmağa əsas verir (qərarın 36-cı bəndi). Cavabdeh orqan tərəfindən məcburi dövl ət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasına müvəqqəti olaraq qadağa qoyulmasının qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsinə maneə törədə biləcəyi ilə bağlı qənaətə gəldikdə, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə, ilk növbədə iddianın uğurluluq ehtimalının yoxlanılmasından, iddianın uğurluluq ehtimalının aydın olmadığı halda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra gələ bilərdi (İPM-in 41.2 maddəsi). Hazırkı halda, bu cür yoxlamanın və qiymətləndirmənin aparıldığı qərardadda öz əksini tapmamışdır (qərarın 37-ci bəndi). Apelyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 52, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulm ası ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir (qərarın 38-ci bəndi).

46. Apelyasiya məhkəməsi İPM-in 96.11-ci maddəsinin tələbinə əməl etməyərək Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almamış, qərarda olan göstərişlərə əməl etməmiş, əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsinə dair ərizəyə baxarkən bütövlükdə iddia tələbi həddində iddianın uğurluluq ehtimalını yoxlamamışdır.

47. Bəhs olunanlara əsasən iddiaçının kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan ed ilməsinin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissədə iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan ərizənin təmin olunması hissəsində şikayət təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1178/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi iddiaçının əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsinin rədd olunması hissəsində ləğv olunsun. Bu hissədə iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar