Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1263/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xronometraj metodu ilə müşahidə aparılması, xronometraj metodu ilə müşahidənin nəticələrinə görə əlavə vergilərin hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1 MMC-nin direktoru İddiaçı2, nümayəndəsi Nümayəndə, onun vəkili X2, cavabdehin nümayəndəsi X1 və vəkili X6 iştirakı ilə, İddiaçı1 MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı1 MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********955200 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-96/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı «İddiaçı1” MMC cavabdeh Azərbaycan Res publikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı1 MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********955200 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxx 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən iddiaçı nizamnaməsinə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində daim öz üzərinə düşən öhdəlikləri vaxtı - vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı-vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Cavabdehin vergilərin hesablanması haqqında xx xxxxxx 2016-cı il tarixli, **********946800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləğinin ləğvi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmənin qərarına əsasən vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Cavabdehin vergilərin hesablanması barədə xx xxxxxxx 2018-ci il tarixli, **********786800 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində iddiaçıya 4715,48 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərardan iddiaçı şikayət ərizəsi ilə cavabdehə müraciət etmiş, lakin müraciətlərinə heç bir cavab verilməm işdir. Bu səbəbdən də həmin qərarın ləğvi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir və hazırda da iş icraatdadır. Buna baxmayaraq, cavabdeh yenidən vergilərin hesablanması barədə xx xxxx 2019-cu il tarixli, **********955200 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində iddiaçıya əlavə 53089,21 manat vergi məbləği hesablamışdır. Təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi məbləği isə 38872,13 manat təşkil etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamışdır və buna görə də belə bir qərarın qəbul edilməsi tamamilə əsassızdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(085)855/2019 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, cavabdeh in xx.xx.2019cu il tarixli, **********955200 saylı qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsaslıdır. Belə ki, vergi ödəyicisinin dövriyyəsinin xronometraj metodu ilə müəyyən olunan dövriyyədən az göstərməsi hər bir halda vergidən yayınma kimi qiymətləndirilməsi qəbul edilə bilməz. Əgər vergi ödəyicisinin həqiqətən də dövriyyəsini az göstərərək vergidən yayınmaq niyyəti və hərəkəti varsa, bunu hər bir halda inzibati orqan sübut etməlidir. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)96/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: T.O.Quliyev və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavənin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, 2 saylı Ərazi Vergilər Departamentinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" xx.xx.2018-ci il tarixli **********6980 nömrəli qərarına əsasən İddiaçı1 MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşay ış massivi ünvanında olan **********-31001 kodlu təsərrüfat subyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-14 seriyalı 016303 nömrəli yekun akta əsasən orta günlük dövriyyə 44183,50 manat müəyyən edilmişdir. İddiaçı1 MMC tərəfindən 2019-cu ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci (ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar) sətrində olan məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə məbləğindən az göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluq ilə bağlı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********493100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktu b göndərilmiş, dəqiqləşdirilmiş bəyannamənin və təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və təsdiqedici sənədlər təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 91961,34 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********955200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Göründüyü kimi, vergi orqanı öz hüququndan istifadə edərək vergi ödəyicisində xronometraj metodu ilə müşahidə keç irərək vergi ödəyicisinin orta günlük dövriyyəsini müəyyən etmiş və həmin dövriyyənin əsasında vergi məbləği hesablanmışdır. Lakin məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam araşdırmamış və xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə əsasında verginin hesablanmalı olması barədə Vergi Məcəlləsinin tələblərini nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının direktoru, nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzi bati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblə rdən irəli gəlir. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, mübahisələndirilən xx xxxx 2019-cu il tarixli, **********95520 nömrəli “Vergilərin hesablanması barədə” Qərar iddiaçı müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla qəbul edilmişdir. Vergi orqanı bundan əvvəl üç gün ərzində (11, 13 və xx xxxxxx 2018-ci il tarixlərdə) iddiaçı təşkilatda xronometraj metodu ilə müşahidə aparmışdır. xx xxxxxx 2018-ci il tarixli akta görə iddiaçının xx xxxxxx 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmişdir. 13 və xx xxxxxx 2018-ci il tarixli “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” aktlarda isə iddiaçının həmin tarixlərdə satış dövriyyəsinin olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitus iyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 37.4-cu maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq ucun vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilər inin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəy icisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronomet raj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük g östəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat s ənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. v ergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Qeyd olunmalıdır ki, xx xxxx 2019-cu il tarixli, **********95520 nömrəli “Vergilərin hesablanması barədə” qərarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin birinci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması nəticədə iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat (132550,49/3=44183,50) olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq 15 iş günü müddətində vaxt ı olmuşdur. Çünki müşahidə zamanı iki gün ərzində iddiaçının ümumiyyətlə satış dövriyyəsi olmamışdır ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat olmasını şübhə altına alır. Yəni, iddiaçının xx xxxxxx 2018-ci il tarixdən sonrakı günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı (iki gün ərzində satış dövriyyəsinin olmaması buna əsas verir) 2 saylı Ərazi Vergilər Departamentinə məlum olmamışdır. İddiaçının xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyəsi 2 saylı Ərazi Vergilər Departamentinə, həmçinin cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparat ına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, kollegiya hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Kollegiya qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə s özügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranm anı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, **********95520 nömrəli qərar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhk əmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-96/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1263/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1263/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver