Məhkəmə qərarları › İş №2-1(102)-1263/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1263/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1263/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı firmasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi ayrılması barədə sərəncamın ləğv edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı firmasının (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “Səhra-Q” firması, bundan sonra üçüncü şəxs) “sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası nın 2-1(103)-831/2020 saylı, 6 oktyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin 27 sentyabr 2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamı ilə iddiaçının 01.09.2000-ci il tarixli məktubu və “Səhra-Q” firmasının 01.09.2000-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Səbail rayonu, Salyan şosesi Şıx çimərliyində “Səhra-Q” firmasına ayrılmış ərazidə çimərlik təşkil olunması üçün 2 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Sərəncamın 2.1-ci bəndinə əsasən sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək sifarişçiyə tapşırılmışdır. Sərəncamın 4-cü bəndinə əsasən sərəncam inşaat pasportu ilə b irlikdə yalnız layihələşdirmə üçün əsasdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq sifarişçi Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktı (şəhadətnamə) və tərəflər arasında bağlanmış icarə müqavilələrini aldıqdan sonra tikinti işlərinə başlanmalıdır.

2. Cavabdehin 27 sentyabr 2000-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilməsi haqqında 30 yanvar 2018-ci il tarixli sərəncamının 1-ci bəndindən görünür ki, iddiaçının 19.01.2018-ci il tarixli müraciətini nəzərə alaraq, cavabdehin 27 sentyabr 2000-ci il tarixli sərəncamının 1-ci bəndindəki “çimərlik təşkil olunması üçün” ifadəsi, “istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisinin layihələndirilməsi üçün” ifadəsi kim i oxunmasına dair sərəncam verilmişdir.

3. Bakı Şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı firması (icarəçi) arasında bağlanmış 8 fevral 2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən cavabdehin 27.09.2000-ci il tarixli, 30.01.2018-ci il tarixli sərəncamları və 02.11.2000-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesindəki Şıx çimərliyində ayrılmış 20.000 kv.metr torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsi istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisi üçün verilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/131 saylı ayrıc aktına əsasən cavabdehin 27.09.2000-ci il tarixli və 30.01.2018ci il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şosesi, Şıx çimərliyi ərazisində yerləşən 20.000 kv.metr torpaq sahəsi iddiaçıya verilərək, ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Ayrıc aktı 08.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 sentyabr 2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının 09.07.2018-ci il tarixli və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.07.2018-ci il tarixli rəyini nəzərə alaraq, Səbail rayonu, Salyan şosesi, Şıx çimərliyində istirahət mərkəzi və iaşə xidməti binasının tikintisinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdı rılmışdır.

6. Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri (Zülfəli İsmayılov) tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavininə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, şəhər ərazisində qanunsuz tikililərin qarşısının alınmasına, torpaqların təyinatı üzrə istifadə edilməsinə və ərazilərdə məişət tullantılarının vaxtında daşınaraq təmizlənməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları ilə birlikdə Səbail rayonu ərazisində 05.11.2018-ci il və 06.11.2018-ci il tarixlərində monitorinq həyata keçirilmişdir. Aparılan monitorinq zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.09.2000-ci il tarixli sərəncamı ilə çimərliyin təşkili, sonradan isə 30.01.2018-ci il tarixli sərəncamı ilə təyinatı dəyişdirilərə k istirahət mərkəzi və iaşə obyektinin tikintisinin layihələndirilməsi üçün iddiaçıya torpaq sahəsi ayrılmasına baxmayaraq, qeyd olunan firma tərəfindən göstərilən sərəncamların müvafiq bəndlərinin tələblərinə əməl edilməmiş, torpaq sahəsi təyinatı üzrə istifadə edilməyərək uzun müddət istifadəsiz qalmış və ərazi antisanitariya vəziyyətinə gətirilərək zibilxanaya çevrilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya torpaq sahəsi ayrılması barədə cavabdehin 27.09.2000-ci il tarixli və 30.01.2018-ci il tarixli sərəncamlarının ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur.

7. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin 06.11.2018-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 27.09.2000-ci il tarixli və 31.01.2018ci il (mətnə uyğun) tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi qərara alınmışdır. Sərəncama əsasən cavabdehin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı iddiaçıya Səbail rayonu, Salyan şosesi, Şıx çimərliyi ərazisində çimərliyin təşkili üçün cavabdehin 27.09.2000-ci il tarixli sərəncamı ilə ayrılmış, sonradan istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisinin layihələndirilməsi üçün cavabdehin 31.01.2018-ci il tarixli sərəncamı ilə təyinatı dəyişdirilmiş sərəncamların müvafiq bəndlərinin tələbləri yerinə yetirilmədiyi, ərazinin uzun müddət istifadə olunmadığı və ayrılmış torpaq sahəsinin antisanitar vəziyyətinə çevrildiyi müəyyən edilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavinin 14.11.2018-ci il tarixli ləğvetməyə dair bildirişə əsas ən cavabdehin 06.11.2018-ci il tarixli sərəncamı əsas tutularaq, cavabdehin ilə iddiaçı arasında bağlanmış 27.09.2000-ci il tarixli və 30.01.2018ci il tarixli sərəncamlar ilə Səbail rayonu, Salyan şosesindəki Şıx çimərliyi ərazisində ayrılmış 20000 kv.m torpaq sahəsinə bağlanmış 08.02.2018-ci il tarixli müqaviləyə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 6 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.09.2000-ci il tarixli 940 saylı, 30.01.2018-ci il tarixli 44 saylı sərəncamlarının və 2000 kv.metr torpaq sahəsinə dair bağlanmış 1438 saylı, 08.02.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ba şçısının 06.11.2018-ci il tarixli 495 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra başçısının 06.11.2018-ci il tarixli sərəncamı əsas tutularaq 27.09.2000-ci il tarixli və 30.01.2018-ci il tarixli sərəncamlar və Şıx çimərliyindən ayrılmış 2000 ha torpaq sahəsinə dair bağlanmış 08.02.2018-ci il tarixli icarə müqaviləsinə qanunsuz xitam verilmişdir. İddianın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 21, 67-ci maddələrinə istinad edilmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.03.2019-cu il tarixli qərardadı ilə “Səhra-Q” firması üçüncü şəxs qismində işə cəlb edilmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(81)-629/2019 saylı iş iş) 25 oktyabr 201 9-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, monitorinq təşkil etmiş, lakin aparılmış monitorinqin nəticəsi olaraq iddiaçı tərəfindən sərəncamların müvafiq bəndlərinin tələblərinə əməl edilməməsi, torpaq sahəsinin təyinatı üzrə istifadə edilməyərək uzun müddət istifadəsiz qalması və ərazinin antisanitariya vəziyyətinə gətirilərək zibilxanaya çevirməsi müəyyən edilmişdir. Halbuki cavabdehin 27 sentyabr 2000-ci il tarixli sərəncamı üzrə sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, həmçinin müvafiq sənədlər əldə edildikd ən sonra tikinti işlərinə başlanması iddiaçıya tapşırılmışdır. Lakin iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. Buna görə də cavabdeh tərəfindən 27.09.2000-ci il tarixli, 30.01.2018-ci il tarixli sərəncamlar və həmin sərəncamların icrası istiqamətinə aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi barədə 6 noyabr 2018-ci il tarixli sərəncamının qəbul edilməsi əsaslı və qanuni olmuşdur. Cavabdehin 6 noyabr 2018-ci il tarixli sərəncamının ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir.

14. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apely asiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X7, 2-1(103)831/2018 saylı iş) 6 oktyabr 2020-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

16. İddiaçı 1 mart 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən göstərilən əsasların heç birini o cümlədən faktları və əhəmiyyətli sayda sübutları araşdırmamış, həmçin in maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. Belə ki, 17 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan alınmış torpaq sahəsinin yeni mülkiyyətçi X1 tərəfindən dərhal sənədləşmə işləri aparılmağa başlanmış və 08.06.2018-ci ildə ayrıc aktı alınmışdır. Bundan 2 ay sonra sənədləşmə işləri başa çatmadan həmçinin qanunda göstərilən 1 il keçmədən 30.01.2018 saylı sərəncam və digər sənədlər qanuni və hüquqi əsas olmadan ləğv edilmişdir. Hətta torpaq sahəsinin ayrılmasına və ləğv edilməsinə dair sərəncamların özündə müddət ümumiyyətlə göstərilməməsi ərazidən hansı səbəbdən istifadə edilməməsi nəzərə alınmamışdır. Ayrılmış sahənin isə uzun müddət istifadə edilməməsi, zibilliyə çevrilməsi heç bir sübutla (foto və video çəkiliş) sübut edilməmişdir. “İnzibati icraa t haqqında” Qanunun 21 və 68-ci maddələrinə, Yerli İcra Hakimiyyəti haqqında əsasnamənin tələblərinə, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələblərinə əməl edilməməklə maddi hüquq normaları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “İcarə haqqında” Qanun: Maddə 1.İcarə anlayışı İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Maddə

7. İcarə müqaviləsi

1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. (-). Maddə

8. İcarə haqqı

1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haq qının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-). Maddə

12. İcarənin müddətləri İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

21. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə:

4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri (-). 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: (-); 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələ rini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); (-). 6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. 6.9. Yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyrinormativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir.

22. Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq s ahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-). Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. (-). Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyəti ndə olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət rey estrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. (-). Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (-); torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (-). Maddə

75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüqu qlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir (-). 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin akt ın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: (-); 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; (-). 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziy an vura bildiyi hallarda. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şika yətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmiş dir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İşin mübahisə olunmayan hallarına əsasən cavabdehin 27 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şosesi, Şıx çimərliyində “Səhra-Q” firmasına ayrılmış ərazidə çimərlik təşkil olunması üçün 2 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Cavabdeh 30 yanvar 2018-ci il tarixli sərəncamı ilə 27 sentyabr 2000-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edərək “çimərlik təşkil olunması üçün” sözlərini, “istirahət mərkəzi və iaşə xidməti obyektlərinin tikintisinin layihələndirilməsi üçün” sözləri kimi qəbul edilmişdir. Tərəflər arasında 8 fevral 2018-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmış, torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/131 saylı ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş və istirahət mərkəzi və iaşə xidməti binasının tikintisinə dair Azərbayca n Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bundan sonra 27.09.2000-ci il tarixli və 44 saylı, 30.01.2018-ci il (mətnə uyğun) tarixli sərəncamların və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin ləğv edilməsi barədə cavabdeh 06.11.2018-ci il tarixli sərəncam qəbul etmişdir.

29. İddiaçının şikayətinin dəlillərinə görə 17 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı torpaq sahəsinin yeni mülkiyyətçisi olmuş və dərhal sənədləşmə işlərinə başlanılmış, torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir. Sənədləşmə başa çatmadan və qanunda göstərilən 1 il keçmədən cavabdeh qanunvericiliyin tələbini pozub 6 noyabr 2018-ci il tarixli i nzibati akt qəbul etmişdir.

30. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İddiaçıya torpaq sahəsi cavabdehin 27 sentyabr 2000-ci il tarixli sərəncamı əsasında icarəyə verilmişdir. Sərəncamda torpaq sahəsinin məqsədli təyinatı ayrılmış ərazidə çimərlik təşkil olunması ilə bağlı olmuşdur. 32. 27 sentyabr 2000-ci il tarixli sərəncamda qeyd edilmişdir ki, sifarişçiyə (iddiaçıya) tapşırılsın ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin (2.1-ci bənd), layihələndirməni vaxtı və qaydası üzrə memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin (2.2-ci bənd), ərazinin və obyektin memarlıq planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində memarlıq və şəh ərsalma baş idarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatandan sonra işçi layihəsini tam həcmdə baş idarəyə təqdim etsin (2.3-cü bənd), layihələndirmə işləri tam başa çatdıqdan sonra sənədlər qeydiyyatdan keçirilməsi üçün Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə təqdim edilməlidir (3-cü bənd). Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmək üçün əsasdır. Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq sifarişçi (iddiaçı) Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktı (şəhadətnamə) və tərəflər arasında bağlanmış icarə müqavilələrini aldıqdan sonra tikinti işlərinə başlanmalıdır (4-cü bənd).

33. İddiaçı 27 sentyabr 2000-ci il tarixli sərəncamda göstərilənlərlə bağlı ən azından cavabdehin 3 0 yanvar 2018-ci il tarixli sərəncamına qədər olan müddətdə hər hansı iş görməsi barədə məhkəmələrə sübut təqdim etməmişdir. 27 sentyabr 2000-ci il tarixli sərəncamın icrası ilə bağlı iddiaçının üzərinə qoyulan vəzifələrin və öhdəliklərin yerinə yetirilməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı həmin sərəncamın icrası ilə bağlı dövlət orqanlarının və yaxud ayrı-ayrı fiziki və hüquqi şəxslərin müdaxiləsi barədə də məlumat bildirməmişdir. 34. 2 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair 27 sentyabr 2000-ci il tarixdə sərəncam imzalanmış, torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında icarə müqaviləsi bağlanmamış, icarə haqqı, icarə müddəti müəyyən edilməmiş, torpaq sahəsinin planı tərtib edilməmiş, torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, planı və ölçüsünün tərtib edilməsi və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsi baş verməmiş, iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. 35. “İcarə haqqında” Qanunun və Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən normalarına iddiaçı tərəfindən əməl olunmadığından, iddiaçı torpaqdan məqsədli təyinatına görə istifadə etmədiyindən Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdehin sərəncamı ilə iddiaçının torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilmişdir.

36. İddiaçı 27 sentyabr 2000-ci il tarixli inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyindən və bu halı cavabdeh bildikdən sonra 1 il ərzində rəsmiləşdirdiyindən “İnzibati icraat haqqında” Qanunun 68.2.2-ci maddəsinə əsasən cavabdeh həmin aktı ləğv etməkdə s əlahiyyətli olmuşdur.

37. İddiaçı şikayətində torpaq sahəsinin alqı-satqısının 17 yanvar 2018-ci il tarixdə baş verdiyini və bundan dərhal sonra işlərin görülməyə başlandığını bildirsə də, 17 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi torpaq sahəsi ilə bağlı deyil, nizamnamə kapitalında olan payın satılması barədə olmuş, icarəyə verilmiş torpaq sahəsi alqı-satqı müqaviləsinin predmeti olmamış, torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla hələ 27 sentyabr 2000-ci il tarixli sərəncamla iddiaçının icarəsinə verilmişdir.

38. Bəhs olunanlara əsasən iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır.

39. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı firmasının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-831/2020 saylı, 6 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar