Məhkəmə qərarları › İş №2-1(102)-127/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-127/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-127/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Antatolyevna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaya müavinət təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Anatolyevanın cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 20 aprel 2021-ci il tarixli, ********* nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızı xx.xx.1986-cı il təvəllüdlü Qafarova (Bayramova) Gülnaz Mobil qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-1134/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxar aq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur.

2. İddiaçının qızı X2 16 fevral 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2016-cı il tarixdə X4 ilə nikaha daxil olmuşdur.

3. İddiaçının qızı iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə karlıq, nitq pozğunluğu, anadangəlmə, İİİ dərəcə əlildir. Əlilliyin səbəbi uşaqlıqdan, əmək zəmanəti Eşitmənin aktiv iştirakına, ehtiyac olmayan yüngül fiziki işlərdə işləyə bilər, əlilliyin müddəti müddətsiz göstərilmişdir.

4. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etdiyi üçün ona yaşa görə müavinət təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 20 aprel 2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə və Azərbaycan Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında iddiaçının qızının sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumat olmadığından, müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 20 aprel 2021-ci il tarixli, ********* nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona qanunla hüququ yarandığı gündən, yəni xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızı xx.xx.1986-cı il təvəllüdlü Qafarova (Bayr amova) Gülnaz Mobil qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayev) 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1095/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən doğuşdan fiziki imkanları məhdud qızı – xx.xx.1986-cı il təvəllüdlü Qafarova (Bayramova) Gülnaz Mobil qızını 8 yaşınadək tərbiyə etdiyi üçün yaşa görə müavinətin təyin olunması və ödənilməsi öhdəliyi c avabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının əsasını iddiaçının əlil övladı X1 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğuna dair Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarının təqdim olunmaması təşkil edir. Halbuki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mövcud olan 2003-cü il tarixli müayinə protokoluna əsasən (iddiaçının övladının həmin zaman 17 yaşı olmuşdur) müəyyən edilmişdir ki, iddiaçının övladı Qafarova (Bayramov) Gülnaz Mobil qızında olan əlillik “anadangəlmə” olmuşdur. Bundan əlavə, iddiaçının qanunvericiliklə müəyyən edilmiş sosial müavinət almaq hüququ verən yaş həddinə (57 yaş) çatması, həmçinin sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 10 iyul 2023-cü il tarixli, 21(103)-1134/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci tarixli, 2-1(112)-1095/2022 nömrəli qə rarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının qızının əlilliyinin müəyyən olunması zamanı müvafiq qərar qəbul edilməmişdir. Buna baxmayaraq, məhkəmələr protokoldan çıxarış və tibbi kartoçkaya əsaslanaraq qərar qəbul etmiş, beləliklə də maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı et iraz təqdim edərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci il 1 iyul tarixindən 2021ci ilin 1 iyul tarixinədək qadınların müavinət yaşı 62 yaş müəyyən edilmişdir. Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər... 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar... 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır.... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri... 7.0.2. Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.... Maddə

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1.1. Yaşa görə sosial müavinət ömürlük təyin edilir.... Maddə

11. Müavinətlərin ödənişinin dayandırılması... 11.1.2. Yaşa görə müavinət ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə d air tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barəd ə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxı şının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi i stinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının qızının əlilliyini təsdiq edən qərar mövcud deyildir. Bu səbəbdən iddiaçıya sağlamlıq imkanları məhdud qızını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə müavinət təyin edilə bilməz.

27. Cavabdehin imtina və kassasiya dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırması zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş 71 nömrəli xx.xx.2003-cü il tarixli protokolda iddiaçının 17 yaşlı uşağının əlilliyinin səbəbi “anadangəlmə” göstərilmişdir.

28. Həmçinin, iddiaçının qızının əlilliyini təsdiq edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışdan görünür ki, həqiqətən şəxsin ilk müayinə tarixi xx.xx.2003-cü il tarixdə (17 yaşda) olmuş və ona həmin müayinənin nəticəsi olaraq “uşaqlıqdan” üçüncü dərəcə əlillik verilmişdir.

29. Yasamal rayonu 16 saylı şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli ambulator kartasından çıxarışından görünür ki, iddiaçının qızı 2004-cü il tarixdən poliklinikanın otolarinqoloq kabinetində iki tərəfli kaxilyar nev rit. İİİİV dərəcə, anadangəlmə praktiki karlıq, nitqin pozulması diaqnozu ilə dispanser qeydiyyatdadır. İİİ qrup müddətsiz əlildir. Mütəmadi olaraq müayinə olunur, həkim nəzarətindədir.

30. Bundan əlavə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş müayinə məlumatlarından görünür ki, iddiaçının qızı 16 saylı şəhər Poliklinikasında tibbi nəzarətə götürülmüş və onun əlilliyinin təkrar müayinə edilmə müddətinin qurtarması səbəbindən xx.xx.2013-cü il tarixdən növbəti qiymətləndirmənin nəticəsi olaraq ona üçüncü dərəcəli əlillik “müddətsiz” verilmişdir.

31. Göründüyü kimi, iddiaçının xx.xx.1986-cı il təvəllüdlü qızının iki tərəfli kaxilyar nevrit. İİİ-İV dərəcə karlıq, nitq pozğunluğu diaqnozu ilə anadangəlmə İİİ dərəcə əlil olması apa rılmış məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanunla hüququ yarandığı 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə müavinət təyin olunmalıdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır.

33. Hazırki iş üzrə iddiaçının qızı xx.xx.1986-cı il təvəllüdlü olmaqla, məhz həmin tarixdən sağlamlıq imkanı məhdud olmuş və xx.xx.2018-ci il tarixədək müayinə olunmaqla protokol tərtib edilmişdir.

34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-1134/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar