Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1277/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mərhum atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 21(105)-14/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X12 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolu ilə Abşeron rayonu, Mehdiabad kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi X4 ayrılmışdır.
2. X6 xx.xx.2015 -ci il tarixdə vəfat etmiş və onun oğlu, hazırkı iş üzrə İddiaçı müraciəti əsasında Abşeron rayon 2 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
3. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin sədri və Abşeron rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışda ayrılmış 0.08 ha torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmişdir.
4. İddiaçı müvafiq torpaq sahəsi üzərində atasının hüquqlarını rəsmiləşdirmək üçün cavabdehə müraciətlər etmişdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina bildirişində göstərilmişdir ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülki yyət hüququ rəsmiləşdirilmədən əldə edilməsi aşkar edilmişdir. X7 Komissiyasının qərarı ilə ona artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X12 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırı lmışdır ki, iddiaçının mərhum atası uzun müddət Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsində işləmişdir. Ona görə də X2na Abşeron rayon X9 komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli protokolu ilə təsdiq olunaraq 386 saylı aktla əmlakdan pay ayrılmışdır. Sonra həmin akta və Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsi X12 komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokola əsasən Abşeron rayon Mehdiabad qəsəbəsində 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri və Abşeron rayon Mehdiabad Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlə təsdiqlənərək atasına təqdim olunmuşdur. X2 vəfat etdikdən sonra iddiaçı qanuna müvafiq olaraq vərəsəlik işi açdırmış və atasının əmlakı, o cümlədən qeyd olunan torpaq sahəsi vərəsəlik üzrə ona keçmişdir. Həmin torpaq sahəsini adına dövlət qeydiyyatında rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə dair yazılı etirazında imtina bildirişinin məzmununa istinad etmiş, əlavə olaraq göstərmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” JN-1436, KOD 30800027 saylı Dövlət aktı tərtib edilmişdir. Həmçinin, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddə sinə uyğun olaraq hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər.
9. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2021 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X12 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından yalnız kolxoz və sovxozların torpaqlarının özəlləşdirilməsi zamanı vətəndaşlar tərəfindən torpaqların alınması üçün məhdudiyyət mövcuddur. Başqa sözlə, həyətyanı torpaq sahələrinin ayrılmasına dair qeyd olunan məhdudiyyət mövcud deyil. İş materiallarında isə müəyyən olunur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 0.11 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi ayrılmışdır. Ona görə də cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır.
11. Cavabdeh təşkilatın imtinasında gətirdiyi digər arqumentlə bağlı məhkəmə qeyd etmişdir ki, ayrılmış torpaq sahəsinin bələdiyyə torpaqlarına heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının sahibliyində olan hər iki torpaq sahəsi bələdiyyələr təsis olana qədər iddiaçının sahibliyinə verilmiş və həmin torpaq sahələrinin üzərində hansı əsasla bələdiyyənin mülkiyyətinin rəsmiləşdirilməli olması cavabdeh təşkilat tərəfindən əsaslandırılmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-14/2023 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Abşeron üzüm istehsalı və emalı müəssisəsinin əmlak payçıları və X12 Komissiyasının birgə iclasının 11 iyun 1999-cu il ta rixli 19 nömrəli protokoluna əsasən həmin iclasın gündəliyinə müəssisənin əmlakının əmlak payçıları arasında bölüşdürülməsi və əmlak bölüşdürülərkən onun altında olan torpaq sahəsinin yeni sahibkarlara verilməsi barədə məsələlər daxil edilmiş və iclasın nəticəsi olaraq müəssisənin əmlakının payçılar arasında qrup şəklində bölüşdürülüb verilməsi (1); əmlak bölüşdürülərkən ona aid torpaq sahələrinin həmin əmlakı alan yeni sahibkara verilməsi (2) qərara alınmış, 410-cu sırada X3 əmlak payının dəyəri 4328 manat müəyyən edilmiş, X12 Komissiyasının sədri və B.Behbudov tərəfindən imzalanmış əmlakdan pay haqqının verilməsi barədə 386 nömrəli akta əsasən dəyəri 690 manat olan “fermada hasar – transformatorun sağ hissəsi” və dəyəri 3638 manat olan “fermada tövlə” – cəmi dəyəri 4328 manat olan əmlak X4 verilmişdir. Bundan əlavə iddiaçının əslini təqdim etdiyi Abşeron üzüm istehsalı və emalı müəssisəsi X12 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolundan çıxarışa əsasən yuxarıda qeyd olunan aktda göstərilən əmlak payı və əmlaka bitişik olan 0,08 ha sahə əmlak payçısı X4 verilmişdir. X1 0.08 ha torpaq sahəsi həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə ayrılmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.5, 9.1.2, 9.1.3 və 22.2-ci mad dələrinə və “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
17. Belə ki, mübahisələndirilən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0.08 ha torpaq sahəsi üzərində iddiaçı tərəfindən müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə etdiyi aşkar edilmişdir. X7 Komissiyasının qərarı ilə iddiaçıya artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmışdır. Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” JN-1436, KOD 30800027 s aylı dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyət hüququ **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Aparılan araşdırma zamanı, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı əsasında X5, İddiaçı və digər 4 nəfər ailə üzvlərinə 0,11 ha torpaq sahəsi ayrılması barədə JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edildiyi aşkar olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evə dair qeydiyyat vəsiqəsi və texniki pasport (mart 1993-cü il tarixli) tərtib edilmişdir. Həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi əsasında X3 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarı ilə Bilal Behbudova və ailə üzvlərinə 0.95 ha və 0.11 ha torpaq sahəsi ayrıldığından 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokola əsasən 0.08 ha torpaq sahəsi ayrıla bilməzdi.
18. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, X6 vəfat etmişdir, belə olan halda isə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Yəni qanunun tələblərinə əsasən vəfat etmiş Bilal Behbudovun adına çıxarış deyil, ona məxsus olması haqqında arayış (elektron çıxarış) verilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üz ərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti or qanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydi yyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müə yyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.... 22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbay can Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. 23. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi ola n fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan, Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Maddə
9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində sax lanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Maddə
11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası X9 Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlə r daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasib ləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 25-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən öz mövqeyini əsaslandırmışdır ki, X4 0.08 ha torpaq sahəsi həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun şəkildə ayrılmışdır.
30. Məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarl a bağlı dəlillərinə dair birinci növbədə qeyd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur.
31. Kassasiya şikayətinin dəlillərinə əsasən kassator iki məqamı mübahisələndirir: 1) Aqrar İslahat Komissiyasının qərarı ilə Bilal Behbudova və ailə üzvlərinə 0.95 ha və 0.11 ha torpaq sahəsi ayrıldığından 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokola əsasən 0.08 ha torpaq sahəsi ayrıla bilməzdi; 2) X6 vəfat etmişdir, belə olan halda isə onun adına çıxarış deyil, əmlakın ona məxsus olması haqqında arayış (elektron çıxarış) verilə bilərdi.
32. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmasına qiymət versə də, cavabdehin imtina məktubunda, iddia tələbinə yazılı etirazında və apellyasiya şikayətində göstərdiyi başlıca dəlili – Bilal Behbudova artıq bir dəfə ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını araşdırmamışdır.
33. Cavabdehin apellyasiya şikayətində qeyd edilən, eləcə də, kassasiya şikayətində təkrarlanan dəlilinə əsasən iddiaçının mərhum atasına və ailə üzvlərinə aşağıdakı torpaq sahələri ayrılmışdır: - Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” JN-1436, KOD 30800027 saylı dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyət hüququ **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. - Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı əsasında X5, İddiaçı və digər 4 nəfər ailə üzvlərinə 0,11 ha torpaq sahəsi ayrılması barədə JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edildiyi aşkar olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evə dair qeydiyyat vəsiqəsi və texniki pasport (mart 1993-cü il tarixli) tərtib edilmişdir. Həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi əsasında X3 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərinə uyğun olaraq qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli olduğu halda, bunu etməmiş, iş üzrə obyektiv nəticəyə gəlmək üçün kifayət qədər ziddiyyətli olan həmin dəlilləri İnzibati Prosessual Məcəllənin 12 və 58-ci maddələrinin tələblərinə əsasən tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır.
35. Belə ki, cavabdeh iddia tələbinə yazılı etirazında və apellyasiya şikayətində qeyd etdiyi, kassasiya şikayətində isə təkrarladığı dəlilə əsasən iddiaçının mərhum atasına Aqrar İslahat Komissiyasının həm xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı, həm də xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə müvafiq olaraq 0,95 ha və 0,11 ha torpaq sahəsinin ayrıldığını qeyd edir. Kassatorun dəlillindən göründüyü kimi 1998-ci ilin yanvar və noyabr aylarında qəbul edilən qərarların qəbul edildikləri gün (ayın 10-u) və nömrələri eynidir. Lakin bu xüsusat nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
36. Bundan başqa, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə ayrılmış 0,95 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN-1436, KOD 30800027 saylı dövlət aktı və həmin dövlət aktı əsasında verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış iş materiallarına əlavə edilməmiş, bununla da, cavabdeh inzibati orqanın imtinasının əsaslarından birini təşkil edən həmin xüsusat məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.
37. Eləcə də, cavabdeh inzibati orqan qeyd edir ki, Aqrar İslahat Komis siyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı əsasında X5 və digər 4 nəfər ailə üzvlərinə 0,11 ha torpaq sahəsi ayrılması barədə JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş, bundan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evə dair qeydiyyat vəsiqəsi və texniki pasport (mart 1993cü il tarixli) tərtib edilmişdir. Həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi əsasında X3 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş materiallarına əlavə edilsə də, cavabdehin özünün də qeyd etdiyi kimi həmin torpaq sahəsinə və üzərində olan fərdi yaşayış evinə dair 1993-cü ilin mart ayında qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. Cavabdeh tərəfindən təqdim olunan və işin 57-ci vərəqəsində olan qeydiyyat vəsiqəsinə əsasən 76,2 kv.m yaşayış sahəsi, 35,8 kv.m köməkçi sahəsi (ümumi 112,0 kv.m) olan fərdi yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 08/08 nömrəli qərarı əsasında iddiaçının mərhum atasının adına qeydə alınmış, işin 58-61-ci vərəqəsində olan texniki pasportda qeyd edilən məlumatlarda isə torpaq sahəsinin faktiki ölçüsü 1100,0 kv.m (0,11 ha) göstərilmişdir.
39. Qeyd edilən fərdi yaşayış evinə dair X3 mülkiyyət hüququ xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla (MA 0055926) dövlət qeydiyyatına alınm ışdır. Həmin çıxarışda fərdi yaşayış evinin yaşayış və köməkçi sahələri yuxarıda qeyd edilən qeydiyyat vəsiqəsində göstərilənlərlə eyni olmuş, lakin torpaq sahəsinin ölçüsü 1993-cü ilin mart ayında tərtib edilən texniki pasportdan fərqli olaraq 0,11 ha deyil, 0,0912 ha olaraq göstərilmişdir.
40. İşin ziddiyyətli hallarından göründüyü kimi iddiaçının mərhum atasına həm 0,95 ha (AİK-nın xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı), həm 0,11 ha (AİK-nın xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı), həm də 0,11 ha (mart 1993-cü il tarixli texniki pasport, sonradan çıxarışa əsasən 0,0912 ha) torpaq sahələrinin ayrılması vurğulanır.
41. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən və cavabdeh inzibati orqanın əsas dəlilini təşkil edən ziddiyyətli halları tam və hərtərəfli yoxlamamış, nəticə etibarilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır.
42. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən ziddiyyətli hallar – AİK-nın qərarlarının tarixi və nömrələrindəki uyğunsuzluqlar araşdırılmalı, müvafiq qərarların, JN-1436, KOD 30800027 saylı dövlət aktının və **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əldə edilərək yoxlanılmalı, iddiaçının mərhum atasına ayrılmış torpaq sahələrinin (AİK-nın qərarlarına əsasən 0,95 ha və 0,11 ha, eləcə də, çıxarışa əsasən 0,0912 ha) faktiki yerləşmə yerləri müəyyən edilməli, yalnız bundan sonra hazırkı iş üzrə mübahisə predmeti olan 0,08 ha torpaq sahəsin in yuxarıda qeyd edilən torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşməməsi araşdırılmalıdır.
43. Aparılan araşdırmalar nəticəsində hazırkı mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmış torpaq sahələrindən kənarda yerləşməsi müəyyən edilərsə, buna müvafiq olaraq həmin torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə məsələyə hüquqi qiymət verilməlidir.
44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin digər dəlili – ölmüş şəxsin adına çıxarış deyil, əmlakın ona məxsus olması haqqında arayışın (elektron çıxarış) verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. İlk öncə, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digə r şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində qeyd edilmişdir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Yəni, ölən şəxsin adına əmlakın ona məxsusluğu barəd ə arayış (çıxarış) verilə bilər.
48. Təlimatın 7.2-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən şəxs daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarış almadan öldük də onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. 50. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir.
51. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları birbirindən fərqləndirilmişdir.
52. Ona görə də, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən səhvə yol vermiş, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış ilə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (elektron çıxarış) anlayışlarını eyniləşdirmişdir.
53. İddia tələbi də yanlış olaraq 0,08 ha torpaq sahəsinə dair mərhum X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
54. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar baxışı zamanı hazırkı qərarın 42-43-cü bəndlərində qeyd edilən halların araşdırılması iddiaçının hüquqi marağı baxımından müsbət yeku nlaşarsa, o zaman, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçıya yardım etməklə iddia tələbinin dəqiqləşdirilməsi (mübahisələndirilən 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxsə - X4 məxsus olması haqqında arayışın verilməsi) ilə bağlı təklif verməli və bunun nəticəsinə uyğun olaraq yekun qərara gəlməlidir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 20-25-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
56. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)14/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
57. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
58. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
59. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-14/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.