Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1278/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; digər instansiya məhkəməsi üçün verilmiş vəkil orderinin kassasiya şikayətinə əlavə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxxnə qarşı “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-171/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxxnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti vermişdirlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-171/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçılar kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəa ları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instan siyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Mülki Prosessual Məcəllə (MPM): Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olu nur.
8. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
10. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-c ü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır; kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
11. İddiaçıların kassasiya şikayəti vəkil tərəfindən tərtib olunub imzalansa da, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün təqdim etdiyi orderin surəti əlavə edilmişdir. 12. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən vəkil orderi müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir.
13. Yəni iddiaçılar i lə onların etibarnamə əsasında qanuni nümayəndəsi olan Vəkil arasında bağlanan müqavilə əsasında Sumqayıt İnzibati Məhkəməsində həyata keçirilməli olan tapşırığa görə tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* nömrəli vəkil orderi sadəcə birinci instansiya məhkəməsində vəkilin səlahiyyətlərini təsdiq edən sənəddir. Hazırkı iş üzrə kassasiya şikayəti tərtib edilən zaman iddiaçılar tərəfindən Vəkil təmsilçiliklə bağlı verilmiş etibarnamə qüvvədə olsa da (iş v. 99), Vəkil tərəfindən iddiaçıların kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı səlahiyyətlərini təsdiq edən vəkil orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bununla bağlı olaraq kollegiya, həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalandığı üçün prinsipcə, vəkil kassasiya ş ikayətinin tərtibinə dair formal tələbləri, eləcə də orderə dair tələbləri və bununla bağlı Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyənləşdirilmiş qaydaları bilmək və təcrübi fəaliyyətində tətbiq etmək öhdəliyi daşıyır.
14. Məhkəmə kollegiyası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə Vəkil göstərilən çatışmazlıqların xx.xx.2024-cü il tarixədək aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
15. Lakin qeyd edilən tarixədək Vəkil tərəfindən göstərilən çatışmazlıqlar aradan qaldırılmamışdır.
16. Beləliklə iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi olan Vəkil tərəfindən kassasiya şikayəti verilərkən qanunvericiliklə müəyyən edilmiş tələblərə (kassasiya şikayətinə vəkil orderi əlavə edilməlidi r) əməl edilmədiyindən, hazırkı şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
17. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(105)-171/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin.