Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1289/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşıişi üzrə QƏRARİ (Açar sözlər: hakim kimi əmək pensiyasının təyin edilməsi; prokurorluq orqanların əməkdaşı hakim vəzifəsinə təyin olunarkən prokurorluqdakı xidmət illərinin hakimlik stajına daxil edilməsi; əmək pensiyasının yenidən hesablanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əl i qızından ibarət tərkibdə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2-1(103)-3053/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək prokurorluq orqanlarında xidmət etmiş, xx.xx.2 008-ci il tarixdən Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2011-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2021-ci ildə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə xitam verilmişdir.
3. İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 19 yanvar 2022-ci il tarixli və 17 avqust 2022-ci il tarixli məktublarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının hakim kimi stajı 15 ildən az (13 il 2 ay 25 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106cı maddəsinin doqquzuncu hissəsinə əsasən, hakimlik stajının hər ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması z amanı nəzərə alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsindən 19 yanvar 2022-ci il tarixli **********2 nömrəli və 17 avqust 2022-ci il tarixli **********5 saylı imtinasının qanunvericiliyin tələbləri bax ımdan əsasız hesab edilməklə ləğv edilməsi və ona sabiq prokurorluq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinə xitam verilərək, prokurorluq orqanlarında 25 il 10 ay 25 gün olan xidmət müddətinin hakim kimi əmək stajına daxil edilib hakim vəzifəsində işlədiyi 13 il, 2 ay, 25 gün xidmət stajının üzərinə əlavə edilib cəmi 39 il 20 gün hakim fəaliyyəti üzrə əmək stajı hesablanmaqla, «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.4 və 20.7-ci və digər maddələrinin müddəalarına uyğun olaraq ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunması, həmin əmək pensiyasının hakim kimi səlahiyyətlərinə xitam verildiyi 01 noyabr 2021-ci il tarixdən hesablanaraq, həmin vaxtdan sabiq prokurorluq əməkdaşı kimi ona güzəştli şərtlərlə yaşa görə təyin edilmək lə ödənilmiş məbləğ nəzərə alınmaqla, bununla bağlı ödənilməli olan pensiya məbləğ üzrə yaranmış fərqin ona birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı il təvəllüdlü olmaqla 1973-cü ildə Göyçay rayonunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ilin oktyabr ayından 1976-cı ilin dekabr ayınadək keçmiş Sovet Ordusu sıralarında çağırış üzrə müddətli hərbi qulluqda olmuşdur (2 il bir ay hərbi xidmət). 1976-cı ilin dekabr ayında Rusiya Federasiyası Tomsk Dövlət Universitetində hüq uq fakültəsinin hazırlıq kurslarına daxil olmuş və həmin universitetə qəbul olunaraq 1977- 1982-ci illərdə həmin universitetin hüquq fakültəsinin əyani şöbəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinat üzrə 11 oktyabr 1982-ci il tarixdən 23 noyabr 1989-cu il tarixədək Rusiya Federasiyası Krasnoyarsk diyarı X9 prokurorluq orqanlarında xidmət etmişdir (7 il şimal bölgəsində xidmət). Daha sonra köçürmə yolu ilə 04 dekabr 1989-cu il tarixdən 18 iyun 1991-ci il tarixədək Qazaxıstan Respublikası Quryev şəhər Prokurorluğunda böyük müstəntiq və Quryev (hazırki Atırau) vilayət prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Daha sonra köçürmə yolu ilə 21 iyun 1991-ci il tarixdən 25 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Prokurorluğu, Milli Təhlükə sizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış Vahid İstintaq və Əməliyyat Qrupunun tərkibində (keçmiş) Dağlıq Qarabağ üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. İş fəaliyyəti ilə bağlı o 25 fevral 1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında daimi işə qəbul olunaraq, 2000-ci ilin iyun ayınadək Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində çalışmışdır. Sonra isə 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna köçürülərək İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, sonra isə Dövlət ittihamının müdafiəsi üzrə idarə prokuroru vəzifəsi ndə işləmişdir. 2005-ci sentyabr ayında Bakı şəhəri Nəsimi rayon prokurorluğuna prokuror-kriminalist vəzifəsinə, 2006-cı ilin mart ayında isə Bakı şəhər prokurorluğu Prokurorluqda İstintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunaraq həmin vəzifələrdə çalışmışdır. 06 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2979 №-li sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və bununla bağlı prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləməklə həmin vəzifə üzrə son yaş həddinə, 65 yaşa çatdığına görə 01 noyabr 2021-ci il tarixdə səlahiyyələrinə xitam verilmişdir və beləliklə o, 13 il 2 ay 25 gün hakim vəzifəsində işləmişdir. Prok urorluq orqanlarında təqvim illəri üzrə 25 ildən artıq müddət ərzində qulluq etmiş olması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə (köhnə red.) əsasən 2007-ci ilin noyabr ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin prokurorluq orqanlarındakı xidməti ilə bağlı təqvim üzrə yalnız 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Bundan sonra doqquz ay ərzində prokurorluq orqanlarında çalışdıqdan sonra, yuxarıda qeyd etdiyi kimi hakim vəzifəsinə təyin olunmuşdur. Qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunda ona xx.xx.2007-c i ildən dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28.15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edildiyi, onların gəldiyi qənaətə görə sonradan dövlət qulluqçusu kimi yenidən işə qəbul edildiyi üçün həmin tarixdən ona əmək pensiyası hesablanan zaman qulluq stajına görə əlavə 50% hesablanmalı olduğu halda 100% həcmində hesablandığı, bununla əlaqədar xx.xx.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil etməklə, xx.xx.2019cu ilə 119922,17 manat artıq vermə yarandığı bildirilmiş və müvafiq olaraq xx.xx.2019-cu il tarixdən ona hesablanmış əmək pensiyasının məbləği mühüm dərəcədə azaldılmışdır. Bununla əlaqədar olaraq o həmin məsələnin qanunauyğun olaraq həll edilməsini, ondan asılı olmayan səbəblərə görə ona artıq hesablanmış əmək pensiyas ı məbləğinin azaldılmasına etiraz etmədiyini, bununla yanaşı onun əmək stajı hesablanan zaman ordu sıralarında xidmət dövrünün, şimal bölgəsində xidmət müddətinin nəzərə alınması, Müharibə veteranı olmaqla döyüş bölgəsində xidmət müddətinin ikiqat hesablanmasını və faktiki olaraq xx.xx.2017-ci il tarixədək mənim fasiləsiz olaraq 40 ilə yaxın əmək stajının olmasını və digər halların nəzərə alımasını xahiş etmişdir. Lakin, qeyd etdiyi hallar tam nəzərə alınmamışdır. Son yaş həddi ilə bağlı 01 noyabr 2021-ci tarixdə hakim kimi səlahiyyələrinə xitam verildiyinə görə, 2021-ci ilin dekabr ayında mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona sabiq prokurorluq əməkdaşı kimi Dövlət Sos ial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinə xitam verilərək, prokurorluqda xidmət müddətinin hakim kimi iş stajına hesablanmaqla ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin müraciətinin 19 yanvar 2022-ci il tarixli məktubla təmin edilməkdən imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(112)-2645/2023 nömrəli qərarı ilə (hakim X8) iddia tələbi təmin edilmiş, İddiaçı prokurorluq orqanlarında xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə ona xx.xx.2019-xx.xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 10 ildən yuxarı hakimlik stajının hər ili üçün 5 faizi miqdarında (cəmi 80 faiz) əlavə hesablanmaqla xx.xx.2021-ci il tarixdən hakim kimi əmək pensiya sının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının prokurorluq orqanlarında olan 25 il 09 ay 11 gün stajını onun hakimlik stajına 13 il 02 ay 25 günə əlavə edildikdə iddiaçının hakimlik stajının 39 ildən çox olduğu müəyyən olunur. Belə olan halda iddiaçının 10 ildən yuxarı hakimlik stajının hər ili üçün 5% olmaqla orta aylıq əmək haqqının 80% miqdarında pensiyaya əlavə hesablanmalıdır.
9. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı vəfat etməsi ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3053/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli protokol qərardadı ilə arvadı X2 hüquqi varis kimi əvəz edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3053/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X6 və X7) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(112)-2645/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
15. Kassator bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü, 20.7.1ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, hakim vəzifəsində iş stajı 15 ildən az (13 il 2 ay 25 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) olduğundan iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır.
16. Həmçinin, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32. 5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiya sı. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
32. Prokurorluqda qulluq keçmənin yaş həddi 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. 21. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
106. Hakimlərin maddi təminatı Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçıya məhz hakim kimi pensiya təyin edilməsindən ibarətdir. Cavabdehin imtina və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, o cümlədən onun prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı nəzərə alınmadığından, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir.
30. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik və əlavələr xx.xx.2017-ci il tarixdə qüvvəyə mininə qədər hakim vəzifəsinə təyin olunmuş və xx.xx.2021-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan ha kim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.
31. Cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluq orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.
32. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Qeyd olunan normada məhz, prokurorluq işçilərinin prokurorlu qdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
33. Beləliklə, hazırkı iş üzrə iddiaçının prokurorluq orqanlarında olan 25 il 09 ay 11 gün stajını onun hakimlik stajına 13 il 02 ay 25 günə əlavə edildikdə iddiaçının hakimlik stajının 39 ildən çox olduğu müəyyən olunur. Belə olan halda iddiaçının 10 ildən yuxarı hakimlik stajının hər ili üçün 5% olmaqla orta aylıq əmək haqqının 80% miqdarında pensiyaya əlavə tələb etməkdə haqlı olmuşdur.
34. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, oxşar yanaşma Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(102)1927/2023 saylı, 22 f evral 2024-cü il tarixli, 2-1(102)-387/2024 saylı qərarlarında da mövcuddur. Həmin işlərdə də mövqe bundan ibarət olmuşdur ki, şəxsin prokurorluq orqanlarındakı xidmət illəri hakim kimi xidmət illərinə daxil edilməlidir.
35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3053/2023 nömrəli iş üzrə 12 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.