Məhkəmə qərarları › İş №2-1(102)-1293/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1293/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1293/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının Mərkəzi filiala təqdim etmiş olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 92 və 93 nömrəli arayışlarından görünür ki, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işləmişdir. 2. "xxxx" Açıq Səhmd ar Cəmiyyətinin 66 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından isə İddiaçı əmək haqqının yekun məbləğinin 1990-2006-cı illər arası 2.315,20 olduğu müəyyən olunmuşdur. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 92 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000-xx.xx.2002 (1 il 5ay 21 gün), xx.xx.2002xx.xx.2009 (7 il 2 ay) ümumilikdə xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur. 4. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021 — xx.xx.2024 ( 2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajı mövcuddur. 5. “X2” Məhdud Məsuliyy ətli Cəmiyyəti iddiaçının nümayəndəsinə ünvanlanmış M/291 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı ''Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir.

6. Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqq ında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 iyul 2023-cü il tarixli 3-17-1/2-Y-150015/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 12 mart 2024-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti o rqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyət ində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, mütəxəssislər yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 92 və 93 nömrəli arayışlarında xx.xx.1990- xx.xx.1991-ci il, xx.xx.2000xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələri isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 60 yaşının tamam olduğunu nəzərə alaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdı r ki, o, cavabdehə müraciət etmiş, lakin cavabdeh qurum əsassız olaraq imtina vermişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, mütəxəssisləri yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinin nəzərdə tutulması qeyd olunmuşdur. Eyn i zamanda imtina məktubunda Fondun mərkəzi filialına təqdim etdiyi “Europan Tobacco-Baku“ Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 92 və 93 saylı arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000- xx.xx.2017-ci il və xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrini tutduğu bildirilmiş və arayışda qeyd olunmuş tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələrinin isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun olmaması bildirilm işdir. Bunlara əsaslanaraq güzəştli iş stajının 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991xx.xx.1998-ci il tarixləri arasındakı) dövrü təşkil etdiyi bildirilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyinin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Cavabdehin imtinası əsassızdır. “X5” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş vəkil sorğusunda İddiaçı hansı müddətlərdə hansı vəzifələrdə və tutmuş olduğu vəzifələrin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən hansı zərərli sahəyə uyğun olması və həmin vəzifələrin təlimatı barədə məlumat verilməsi istənilmişdir. "xxxx " Açıq Səhmar Cəmiyyətinin 92 saylı, xx.xx.2024-cü il tarixli və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 saylı, xx.xx.2024-cü il tarixli arxiv fondu sənədlərinə əsasən təqdim etmiş olduğu arayışlarda xx.xx.1990-cı il tarixli, 142-L saylı əmrlə 6 aylıq sınaq müddəti ilə 1 nömrəli Siqaret sexinə tənzimləşdirici, maşinistin şagirdi vəzifəsinə qəbul edilməyi qeyd olunmuşdur. İddiaçı daha sonra xx.xx.1991-ci il tarixli, 59 saylı Əmrlə 5-ci dərəcəli tənzimləşdirici maşinist vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə, 159 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə siqaret sexinə fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixli, 70ş/h saylı əmrlə Siqaret sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixli 92ş/h saylı əmrlə Siqaret sexinə mexanik operator, xx.xx.2016-ci il tarixli 121-ş/h saylı əmrlə siqaret sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Sonra xx.xx.2017-ci il tarixində, 322/ş saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 101 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik-operator vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 119 ş/h saylı əmrlə 1 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqar et İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib, elə həmin gün yenidən 73/Q saylı əmrlə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci tarixli, 123-Q saylı X6 İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli 361 saylı Əmrlə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə işləyir. "xxxx" Açıq Səhmar Cəmiyyətinin xx.xx.2024cü il tarixli, 92 saylı arayışından da göründüyü kimi, xx.xx.1990-xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000- xx.xx.2002 (1 il 5 ay 21 gün), xx.xx.2002-xx.xx.2009 (7 il 2 ay) ümumilikdə 0 1.01 2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021- xx.xx.2024 (2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajının olması göstərilmişdir. Arayışlardan göründüyü kimi, iddiaçının zərərli sahələrdə iş stajı 15 ildən artıq, ümumilikdə stajı 32 ildən artıq olması göstərilmişdir. Eyni zamanda X1 vəkil sorğusuna cavab olaraq Xəzər Konsaltinq vəkil bürosuna göndərmiş olduğu M/291 saylı xx.xx.2024-cü il tarixli və 93 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının işlədiyi siqaret sexində mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) və b) yarımbölməsinə (mütəxəssislər) uyğun olması göstərilib. Həmçinin qeyd edilən qərarın a) yarımbölməsi üzrə (fəhlələr) fəhlə və tənzimləşdirici maşinist, tənzimləşdirici maşinistin şagirdi vəzifəsinə: papirossiqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri və tənzimləşdirici maşinist, 27.5.1-ci bölməsinin b) yarımbölməsi üzrə isə operator, mexanik operator və mexanik vəzifəsinə: tütün, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar olması qeyd edilmişdir. Hazırda qeyd edilmişdir ki, iddiaçı qanunvericiliyin ona tanıdığı imkanlar nəticəsində yaranmış hüququndan istifadə edir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı bütün zəruri sənədləri təqdim etməklə yanaşı mübahisələndirilən hüququ tam yaranmışdır. Belə ki, siqaret sexində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) və b) yarım bölməsinə uyğun gəlməsi X1 M/291 saylı, xx.xx.2024-cü il tarixli və 93 saylı, xx.xx.2024-cü il tarixli cavab məktublarında da öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh qurum imtinanı əsassız verməsi ilə yanaşı qanunvericiliyin tələblərini də pozmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ olduğu halda cavabde h qurum müxtəlif bəhanələr gətirməklə əsassız imtina etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: N.Nəbizadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək azı 16 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Lakin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən qeyd edilən tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli pensiya kapitalının mövcudluğu zəruridir. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən qeyd edilən tarixə iddiaçının 60 yaşı tamam ol duğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən təyin olunmalıdır. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən əlavə olaraq xx.xx.2022-ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasına zərurət yoxdur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda qeyd edilənlərlə oxşarlıq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada) 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsə nətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 17. "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barə də qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin tə şkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə məhkəmə kollegiyası işin hallarına əsasən qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 92 və 93 nömrəli arayışa görə, xx.x x.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 92 nömrəli xx.xx.2024-cü il tarixli arayışına görə, İddiaçı xx.xx.1990xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000-xx.xx.2002 (1 il 5ay 21 gün), xx.xx.2002xx.xx.2009 (7 il 2 ay) ümumilikdə xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur.“X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021 — xx.xx.2024 ( 2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajı mövc uddur.

26. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, işin apellyasiya araşdırılması zamanı müəyyən edilmişdir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının nümayəndəsinə ünvanlanmış M/291 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı ''Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, bö yük ustalar aiddir.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

28. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-765/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar