Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1307/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-d ə qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyanın məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 ilə əvəz edilməsi barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-224/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından ərizəçi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1395/2018 nömrəli, 30 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim) iddia tələbi təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 iyun tarixli, 2-1(105)-334/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1551/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)1395/2018 nömrəli qərarı icraya yönəldilərək icra edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1395/2018 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəzlənmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə **********8 nömrəli, xx.xx.2022- ci il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsin də X1 işləməsi zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İşin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2004-cü il tarixli 78 nömrəli qərarı ilə xx.xx.1957-cı il təvəllüdlü E.Eyvazova İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. E.İ.Eyvazovun şöbəyə daxil olmuş xx.xx.2017-ci il tarixli 327-06 nömrəli arxiv arayışı əsasında 1987-ci il aprel ayı üzrə 6898,25 rubl, iyun ayı üzrə 8345,25 rubl və iyul ayı üzrə 9726,35 rubl əməkhaqqı əsas götürülməklə əmək pen siyası yenidən hesablanmışdır. Digər aylara münasibətdə əməkhaqqı cədvəlləri qeyd edilməmişdir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)1395/2018 nömrəli qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.1ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğ dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır.
10. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyas ının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses İştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
11. İş üzrə icraatın təzələnməsi üçün əsaslan təqdim edilir: E.İ.Eyvazov tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən saxtalaşdırılmışdır. Belə ki, sözügedən faktın müəyyən olunması məqsədilə saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X4 müvafiq sorğu göndərilmişdir. Nazirliyə xx.xx.2021-ci il tarixdə daxil olmuş X3 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1582 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəs i tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır.
12. E.İ.Eyvazovun müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Həmçinin, qeyd edilir ki, hazırkı iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yaranmışdır.
13. İddiaçının vəkili ərizəyə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci i l tarixli, 2-1(85)-1395/2018 saylı qərarı ilə İddiaçı oğlunun iddia tələbi təmin edərək Çernobıl ASD-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, daha sonra isə apelyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti də təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 saylı qərarı qü vvədə saxlanmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilmişdir. Daha sonralar məlum olmayan səbəblərdən inzibati orqan tərəfindən İddiaçı oğlunun təqdim etdiyi arayışın yenidən yoxlanması qərara alınmış, bununla bağlı Ukrayna Respublikasının Pensiya Fonduna müraciət edilmişdir.
14. Müraciətin cavabı ərizəçinin ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Təqdim edilən aktda sənədin saxtalaşdırılması ilə bağlı heç bir məlumat əks etdirilməsə də, yalnız ərizəçi arayışın saxtalaşdırılması barədə əvvəlcədən əsası olmayan qənaətə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin Maddə 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
15. İlkin icraat zamanı iş üzrə sübutların və ya halların əldə edilməsi ərizəçi üçün heç bir məhdudiyyət olmamışdır. Həmin dövrdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ukrayna Respublikasının müvafiq dövlət orqanlarına müraciət etmək imkanı olub. İddiaçı oğlu tərəfindən təqdim olunmuş arayışın mötəbərliyinin yoxlanması üçün bütün imkanlar olduğu halda inzibati orqan tərəfindən belə bir müraciət edilməyib. Daha sonra 2019-cu ilin əvvəllərində Azərbaycan Respublikası Hesablama Palatasının auditinin, 2019-cu ilin sonlarında DSMF-nin daxili auditinin aparmış olduğu yoxlam alarda iş üzrə hər hansı qüsur aşkar edilməmişdir. Göründüyü kimi sübutun ərizəçidən aslı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını təsdiq edən heç bir sübut mövcud deyildir və ərizəçi tərəfindən təqdim edilməmişdir. İPM-nin 103.1-cü mədəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Ukrayna Respublikasının Pensiya Fonduna Müraciətin cavabı ərizəçinin ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə isə 29 iyun 2022-ci il tarixdə yazılmış, beləliklə Məcəllə ilə müəyyən edilmiş 3 ay müddət də buraxılmışdır. İPM-nin 103.3-cü maddəsinə əsasən Bu Məcəllənin 103.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra bir neçə dəfə DSMF Abşeron rayon şöbəsində yoxlamalar aparılmış, lakin hər hansı bir çatışmazlıq aşkar edilməmişdir.
16. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1395/2018 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim C.Məmmədov) ərizə təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti ötürmüşdür.
18. Ərizəçi DSMF-nin Sosial Ödən işlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-224/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Ərizəçi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Ərizəçinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün məhkəmə qərarlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, TSEK-in 103133 №-li arayışı, xx.xx.2017-ci il tarixli (320-06 və 327-06 saylı) arxiv arayışları göstərilmişdir.
23. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən saxtalaşdırılmışdır. Sözügedən faktın müəyyən olunması məqsədilə saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X4 müvafiq sorğu göndərilmişdir.
24. Nazirliyə xx.xx.2021-ci i l tarixdə daxil olmuş X3 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1582 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır.
25. İddiaçının müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini İstintaq İdarəsində cinayət işi açılaraq istinta qı aparılır.
26. Həmçinin qeyd edilməlidir ki, məhkəmələrdə yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli 320-06 və 327-06 saylı arxiv arayışları barədə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia tələbi təmin edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Ka ssasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təm in edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASİYASİ MƏHKƏMƏSİNİN N ÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
33. Yeni sübutlar və hallar de dikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.
34. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.
35. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.
36. Ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan (xx.xx.2018) 3 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2022) məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir.
37. İPM-in 103.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
38. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.
39. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
40. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
42. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-224/2023 nömrəli, 28 fevral 2023-cü il tarixl