Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1315/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Vergi mübahisələri (Açar sözlər: artıq ödəmə məbləğinin qaytarılması üçün vergi ödəyicisinə rəyin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Nazim Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Rahim Əlizadənin və vəkili Rəşad İbrahimovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Maliyyə Na zirliyinin iştirakı ilə) qarşı rəyin verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2-1(103)-114/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “90100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə biri nci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən şirkətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində 31.05.2016-cı il tarixli **********981600 nömrəli səyyar vergi yoxlaması aktı qəbul edilmiş, 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı olduqları barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmiş və müraciətləri əsasında 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla 0 8.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin yoxlama aktını və qərarını düzgün hesab etmədiyi üçün şirkət məhkəməyə müraciət etmiş və bütün mərhələləri keçərək sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən 30.04.2018-ci il tarixli 2-1(101)-685/18 saylı iş üzrə xeyirlərinə qərar qəbul edilmişdir. Qərarda yoxlama nəticəsində İddiaçı ASC-yə edilmiş cərimə və sanksiyalar ləğv edilmiş və tutulmuş məbləğin əsassız olduğu göstərilmişdir. Yazılanlara əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Səlirlər Departamentinə müraciət olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının qərarını icra etməyi təmin etmək xahiş edilmişdir. Müraciətə cavab olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında qərara ləğv haqqında 30.05.2018-ci il tarixli **********152155 saylı qərar qəbul edilmiş və SVY nəticəsində əsassız olaraq hesablanmış məbləğlər azaldıldıqdan sonra, hesabından silinmiş, qanunsuz olaraq müəssisədən tələb edilərək, alınmış 90100.00 (doxsan min yüz) manat ödənişlər şəxsi hesab vərəqəsində artıq ödəmə olaraq yaranmışdır. İddiaçı ASC maliyyə vəziyyətinin çətin olması ilə bağlı olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin "xxxx" ASC-də olan hesablaşma heabına keçirilməsini xahiş etmiş və 11.06.2018-ci il tarixdə artıq ödənilmiş v ergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. Artıq ödəməni tələb etməyinə baxmayaraq 05.07.2018-ci il tarixli **********301600 saylı məktubla rədd cavabı almış, imtina edilmişdir.
3. Daha sonra iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, İddiaçı ASC-nin 90 100 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 23.11.2018-ci il tarixli 2-1(82)3402/2018 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-yə artıq ödənilmiş 90100.0 manat məbləğin qaytarılması və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə görə hər bir gün üçün 0,1 faiz əlavə məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli, 2-1(103)1040/2019 nömrəli qərardadı i lə apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.11.2018-ci il tarixli, 2-1(82)-3402/2018 nömrəli qərarının ləğv edilməsi, inzibati işin mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. İş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, İddiaçı ASC-nin 90 100 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin 24.09.2019-cu il tarixli, 2-1(82)32 54/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsinin 11.10.2019-cu il tarixli, 2-1(82)3254/2019 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. birinci instansiya məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin 11.10.2019-cu il tarixli, 2-1(82)3254/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ASC tərəfindən 90 100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 11. 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi barədə r əyin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansya məhkəməsi həmin nəticəyə gələrkən Vergi Məcəlləsinin 3.2, 3.8, 14.2, 24.0, 8, 7.1, 87.3, 87.4-cü maddələrinə, Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” qaydalarının 1, 2, 3, 5, 7-ci maddələrin istinadən hesab etmişdir ki, iddia əsaslıdır.
13. Həmin qərardan cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.01.2020ci il tarixli, 2-1(103)-187/2020 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.10.2019-cu il tarixli, 2-1(82)-3254/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. kasasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2-1(102)-1014/2020 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.01.2020-ci il tarixli, 2-1(103)-187/2020 nömrəli qərarının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibat i Kolleggiyasının 19.03.2021-ci il tarixli, 2-1(103)-114/2021 nömrəli qərarı ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.10.2019-cu il tarixli, 2-1(82)-3254/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
18. Cavabdehin kasasiya şikayəti onunla əsasla ndırılmışdır ki, aşağı instansiya məhkəmələri maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir.
19. Məhkəmənin dəlili ondan ibarətdir olmuşdur ki, artıq ödənilmiş məbləğlırin sonrakı ödəmələrə aid edilməsinə dair iddiaçının razılığının alınmasına dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçının iyul 2018-ci il tarixinə vergilər üzrə dövlət büdcəsinə 103.051,24 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan artıq ödəniş məbləğin iddiaçının yaranmış olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etm işdir ki, bu da qanunun sözügedən müddəalarına ziddir.
20. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 87.1.2-ci maddəsi yanlış təfsir və tətbiq edilmişdir. Məhkəmə həmin normaya hərfi mənada yanaşmış və bu normanın tətbiqini Məcəllənin digər normaları və işin faktiki halları ilə əlaqəli şəkildə tətbiq etməmişdir.
21. Bildirmək istəyir ki, artıq ödənilmiş məbləğlərin vergi ödəyicisinin digər öhdəlikləri üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığın hər hansı bir yazılı formada olması qanunvericilikdə nəzərdə tutulmamışdır.
22. İddiaçının 14.06.2018-ci il tarixə 103.051,24 manat artıq ödəməsi mövcud olmasına baxmayaraq bundan sonrakı tarixlərdə büdcəyə 2017/07 ƏDV üzrə 5.256,77 manat, 2018/12 ƏDV üzrə 17.528 22 manat, 2018 4.rüb ÖMV üzrə 5.760,0 manat, 2019/02 ƏDV üzrə 11.786,70 manat, 2019/03 ƏDV üzrə 7.501,46 manat, 2019/05 ƏDV üzrə 10.736,37 manat, 2019/06 ƏDV üzrə 7,738,79 manat, 2019/07 ƏDV üzrə 30.119,63 manat və s. vergilər hesablamasına baxmayaraq bunlarla əlaqədar əlavə olaraq büdcəyə hər hansı bir ödəniş etməmişdir. Başqa sözlə desək, iddiaçının ərizəsində qeyd etdiyi artıq vergi ödəməsi də elə iddiaçının özü tərəfindən hesablanıb bəyan edilmiş vergilərin ödənilməsinə aid edilmişdir.
23. Əgər iddiaçı artıq ödənilmiş məbləğlərin digər öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razı deyildisə, o zaman 2017/07 ƏDV üzrə 5.256,77 manat 2018/12 ƏDV uzrə 17.528,22 manat, 2018 4.rübÖMV üzrə 5.760,0 manat, 2019/02 ƏDV üzrə 11.786,70 manat 2019/03 ƏDV üzrə 7.501,46 manat, 2019/05 ƏDV üzrə 10.736,37 ma nat, 2019/06 ƏDV uzrə 7.738,79 manat, 2019/07 ƏDV üzrə 30.119,63 manat hesablamaları bəyan etdiyi tarixlərdən dərhal sonra eyni məbləğdə ödənişi büdcəyə etməli idi. Halbuki, yuxarıda etdiyi çıxarışdan göründüyü kimi, hər hansı bir ödəniş edilməmişdir.
24. Məhkəmənin irəli sürdüyü digər dəlil də maddi hüquq normasının yanlış tətbiqi ilə müşayiət olunmuşdur. Məhkəmə qeyd etmişdir ki. iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzıbatı-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən yaranmışdır ki, həmin müddətdən də 5 il keçməmişdir
25. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düz gün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
26. Normadan göründüyü kimi 5 illik tələb etmə müddətinin axımı məhkəmə qərarının tarixindən deyil, vergi hesabatı dövrü qurtardıqdan sonrakı tarixdən başlanır.
27. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(103)-114/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kasasiya şikayətinə qa rşı üçüncü şəxs tərəfindən etiraz daxil olmamışdır.
29. Kasasiya şikayətinə qarşı iddiaçı etirazda cavabdehin kasasiya şikayətində gətirdiyi dəlilləri əsassız hesab edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(103)-114/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsin in 19.03.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
31. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.İbrahimov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
32. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi R.Əlizadə da vəkili R.İbrahimovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
33. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
36. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Ali Məhkəmənin İ nzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “90 100.0 manat artıq ödəməsinin geri qaytarılması və geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicis inə 0.1 faiz olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən şirkətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində 31.05.2016-cı il tarixli **********981600 nömrəli səyyar vergi yoxlaması aktı qəbul edilmiş, 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı olduqları barədə Azərbaycan R espublikası Vergilər Nazirliyinə müraciət etmiş və müraciətləri əsasında 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin yoxlama aktını və qərarını düzgün hesab etmədiyi üçün şirkət məhkəməyə müraciət etmiş və bütün mərhələləri keçərək sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən 30.04.2018-ci il tarixli 2-1(101)-685/18 saylı iş üzrə xeyirlərinə qərar qəbul edilmişdir. Qərarda yoxlama nəticəsində İddiaçı ASC-yə edilmiş cərimə və sanksiyalar ləğv edilmiş və tutulmuş məbləğin əsassız olduğu göstərilmişdir. Yazılanlara əsasən Verg ilər Nazirliyi yanında Bakı şəhəri Lokal Səlirlər Departamentinə müraciət olunmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarını icra etməyi təmin etmək xahiş edilmişdir. Müraciətə cavab olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında qərara ləğv haqqında 30.05.2018-ci il tarixli **********152155 saylı qərar qəbul edilmiş və SVY nəticəsində əsassız olaraq hesablanmış məbləğlər azaldıldıqdan sonra, hesabından silinmiş, qanunsuz olaraq müəssisədən tələb edilərək, alınmış 90100.00 (doxsan min yüz) manat ödənişlər şəxsi hesab vərəqəsində artıq ödəmə olaraq yaranmışdır. İddiaçı ASC maliyyə vəziyyətinin çətin olması ilə bağlı olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin "xxxx" ASC-də olan hesablaşma hesabına keçirilməsini xahiş etmiş və 11.06.2018-ci il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. Artıq ödəməni tələb etməyinə baxmayaraq 05.07.2018-ci il tarixli **********301600 saylı məktubla rədd cavabı almış, imtina edilmişdir.
40. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 24.04.2015-ci il tarixli **********893379 saylı qərarına əsasən İddiaçı ASC-də (VÖEN: **********) 01.04.2012ci il tarixdən 01.04.2015-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar ve rgi yoxlamasının nəticəsi 31.05.2016-cı il tarixli **********981600 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yazılmış aktdan və qərardan narazı qalan vergi ödəyicisi Vergilər Nazirliyinə şikayət etmişdir. Vergi ödəyicinin şikayəti araşdırılmış və 13.10.2016-cı il tarixli **********048340 nömrəli qərarla şikayəti qismən təmin edilərək 08.07.2016-cı il tarixli **********025851 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilmişdir. Lakin, buna baxmayaraq vergi ödəyicisi yoxlama aktının və qərarın tam ləğv edilməsi ilə əlaqədar məhkə məyə müraciət etmiş və nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.04.2018-ci il tarixli qərarına əsasən iddiası təmin olunaraq yoxlama nəticəsində İddiaçı ASC-yə 2012 və 2013-cü il vergi dövrləri üzrə ÖMV və ƏDV məbləğləri, həmçinin hesablanmış cərimə və sanksiyalar ləğv edilmişdir. Qeyd olunanlarla əlaqədar, SVY nəticəsində əlavə hesablanmış vergi məbləğləri vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmışdır. İddiaçı ASC 07.08.2018-ci il tarixli **********058200 nömrəli Ərizə ilə müraciət edərək artıq ödənilmiş 90100,31 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir.
41. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kab inetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir.
42. Belə ki, Vergi Məcəlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərar ı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur.
44. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin, ödəniş tarixinin, yaranma səbəbinin və tə diyyəsinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır.
45. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iş üzrə həm 1-ci, həm də apelyasiya instansiyaları məhkəmələri tərəfindən qərar qəbul edilərkən iddiaçının şəxsi hesab vərəqəsində artıq vergi ödəməsi mövcud olmamışdır. İddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlər onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edilmiş və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud deyildir. Belə olan halda isə, iş üzrə icraat a xitam verilməlidir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş artıq bir dəfə Ali Məhkəmədə məhkəmə baxışı predmeti olmuş, Ali Məhkəmənin 09.06.2020-ci il tarixli qərarı ilə apelyasiya məhkəməsinin 07.01.2020-ci il tarixli qərarı ləğv edilərkən apelyasiya məhkəməsi üçün müvafiq məcburi göstərişlər verilmişdir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
48. Ali Məhkəmə öz qərarında qeyd edir ki, hazırkı iş üzrə işə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olmaması görünür. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh hazırkı halda iddiaç ının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlərin onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edildiyini və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsinin mövcud olmamasını bildirir. Belə olan halda, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbi baxımından artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı idilər. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsində iddiaçının razılığının olub-olmaması istiqamətində araşdırma aparmalı və bundan so nra qərar qəbul etməlidir.
49. Bununla əlaqədar olaraq Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alan apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarından sonra vergi orqanının da etiraf etdiyi kimi və iddiaçının şəxsi vərəqəsindən göründüyü kimi İddiaçı ASC-nin 09.07.2018-ci il tarixə 103.051,24 manat artıq ödəməsi mövcud olmuşdur.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bunda n sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur.
51. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir.
52. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyici si büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
53. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi öd əyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar.
54. Həmin Qaydaların 6-cı bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir.
55. Beləliklə, iddiaçının 09.07.2018-ci il tarixinə vergilər üzrə dövlət büdcəsinə 103.051,24 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan artıq ödəniş məbləğin iddiaçının yaranmış olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etmişdir ki, bu da qanunun sözügedən mü ddəalarına ziddir.
56. Cavabdehin kasasiya şikayətindəki dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla sırf deklarativ və konkret olmayan xarakter daşıdığından əsassızdır.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.03.2021-ci il tarixli, 2-1(103)114/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.