Məhkəmə qərarları › İş №2-1(102)-135/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-135/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-135/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1598/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2018-ci il tarixdən SHXÇDX-nin Binəqədi rayon idarəsində qeydiyyatdadır. SQ Kom-nın xx.xx.2018-ci il tarixli 338 ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müva fiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. DSX-nin N saylı hərbi hissə komandirinin N (nizami hissə üzrə) nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır;

2. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan baş gizir kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan 15 dekabr 2021-ci il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı arvadı X1 adına Ağstafa rayonu, Qırılı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə payda 0,12 ha torpaq sahəsi mövcud olduğundan müraciətin müsbət həlli mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icra at

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan baş gizir kimi mənzil növbəsinə götürülməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh orqanın cavab məktubunda arvadı X1 adına Ağstafa rayonu, Qırılı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ümumi payda 0,12 ha torpaq sahəsinin mövcud olduğu bildirilmiş və bu səbəbdən imtina verilmişdir. O, 10 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətdə olmuş və xə stəliyə görə ehtiyata buraxılmışdır. Himayəsində 3 nəfər var. İki azyaşlı övladı və həyat yoldaşı ilə birgə kirayədə yaşayırlar.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülməsini və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7241/2022 saylı, 24 noyabr 2022-ci il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7341/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, İddiaçı 4 (dörd) nəfər ailə tərkibi (özü, arvadı və iki oğlu) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı gizir heyətinə aid olmaqla xəstəliyə görə ehtiyata buxarılmışdır. Belə olan halda iddiaçı xəstəliyə görə ehtiyata buraxılmış kateqoriya hərbi qulluqçu olduğundan onun mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququ vardır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1598/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə təmin o lunmasını nəzərdə tutmuşdur. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növü daşınmaz əmlak malik olub olmaması yoxlanılmalıdır. Yoxlanılma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının arvadının adına Ağstafa rayonu, Qırılı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-571A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur.

15. Daha sonra qeyd edilir ki, məhkəmə qərarında sözügedən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğunu əsas gətirərək Rayon İcra Hakimiyyəti tərəfindən ve rilmiş imtinanın əsassız olduğunu bildirmiş, lakin buna aid heç bir sübuta əsaslanmamışdır.

16. Bundan əlavə şikayətdə bildirilir ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunan torpaq sahəsinin özgəninkiləşdirmə, mənzil şəraitinin süni pisləşdirilməsi məsələsinə, özgəninkiləşdirmə tarixindən qanunvericilikdə gözlənilməsi nəzərdə tutulmuş 5 il müddətinin ötməməsi məsələsinə münasibət bildirmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmidir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə

12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ...

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət h ərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün puls uz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tik intisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.... Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə

55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır:... 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə

34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik q aydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkə məsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına istinad etməklə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

27. Belə ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iddiaçının əsassız ola raq mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi qeyd edilir. Bildirilir ki, iddiaçının arvadının adına torpaq sahəsi olmasına baxmayaraq onlar həmin torpaq sahəsini özgəninkiləşdirməklə mənzil şəraitini qəsdən pisləşdirmişdirlər.

28. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, özgəninkiləşdirilmiş mübahisəli torpaq sahəsi iddiaçıya deyil, onun arvadına məxsusdur və bu torpağı o birgə nikah dövründə deyil, daha əvvəl xx.xx.2005-ci il tarixdə əldə etmişdir. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur. (səh 55) Buna görə də iddiaçının həmin torpaq sah əsinə heç bir aidiyyəti yoxdur.

29. Cavabdeh Mənzil Məcəlləsinin 55-ci maddəsinə istinad edərək bildirmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir.

30. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən iddiaçının arvadına məxsusdur və onunla heç bir bağlı hüquqi bağlılığı yoxdur. Bu səbəbdən də qəsdən yaşayış sahəsini pisləşdirilməsi ilə əlaqədar müddəalar iddiaçıya münasibətdə şamil edilə bilməz.

31. Eyni zamanda həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində, həm də “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 saylı qərarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmə üçün yeganə meyar hərbi qulluqçunun yaşayış sahəsinin olmamasıdır. İddiaçının yaşayış sahəsinin olmaması mübahisə doğurmur.

32. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Binəqədi Bələdiyyəsi, Binəqədi rayon Xocasən Bələdiyyəsi, Bin əqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi, Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş arayışlardan məlum olur ki, iddiaçıya yaşayış sahəsinin tikintisi üçün bələdiyyələr tərəfindən, həmçinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər hansı torpaq sahəsi ayrılmamışdır.

33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki işlə bağlı xüsusi norma (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı) mövcud olduğundan cavbadehin qeyd etdiyi ümumi norma (Mənzil Məcəlləsinin 55-ci maddəsi) bu mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, hüquq nəzəriyyəsinə əsasən xüsusi norma ümumi normadan daha üstündür.

34. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

35. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1598/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar