Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1354/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərbəst toplaşma azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi; mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı “sərbəst toplaşma azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2020-ci il 19 fevral tarixli 2-1(103)-553/20 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 29 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2019-cu il tarixli, C-198/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun tutulması və Bakı şəhər Səbail rayon Polis Bölməsinin xx xxxxxx 2019-cu il tarixdə saat 10:50-də bölmənin inzibati binasında razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə iddiaçı barəsində tədbir görülməsinə dair xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsi həmin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında tanınmış iqtisadçı, Real partiyasının İdarə Heyətinin üzvüdür, keçmiş siyasi məhbusdur. İddiaçı dövlət sərhədini keçərkən qanunsuz sərhəd yoxlamasına məruz qalır. Bu hal aşağıdakı qaydada baş verir: a) iddiaçı dövlət sərhədini keçərkən (ölkədən çıxış və giriş zamanı) pasport yoxlamasında saxlanılır və saxlanılma ən azından yarım saat çəkir, bu müddətdə iddiaçının pasportu qaytarılmır; b) Dövlət Sərhəd Xidmətinin əm əkdaşının nəzarəti altında gömrük işçilərinə təhvil verilir və şifahi olaraq N5 olan şəxslərdən olduğunu bildirir; c) həmin gömrük əməkdaşı ərizəçinin üzərində bəyan olunmalı olmayan mallar və valyuta olduqda məcburi qaydada vergi bəyannaməsi yazdırır; d) bundan sonra iddiaçının əl və digər yükü yoxlamaya, axtarışa məruz qalır. Axtarış iddiaçının əl, digər yüklərinə aid edilir. Onun pul cüzdanına da baxış keçirilir. Fləş kartların olub-olmaması soruşulur. Bütün bu prosedurlar bir saata yaxın vaxt aparır və hər iki orqanın əməkdaşları şifahi olaraq bunun iddiaçının və digər eyni qəbildən olan yoxlamaya məruz qalan şəxslərin fəaliyyəti ilə bağlı olduğunu gizlətmirlər. Bu hal mütəmadi olaraq 2013-cü ilin ortalarından hal-hazırki vaxtadək davam edir. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komi təsinə qarşı bu halların səbəbinin izah edilməsi, bunlara son qoyulmasına dair müraciətlər nəticəsiz qalmışdır. Bu qanunsuzluqlara etiraz olaraq iddiaçı həmin dövlət qurumları qarşısında təkadamlıq piket keçirtməyi qərara almışdır. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda məlumat-xəbərdarlıq məktubu göndərmişdir: ‘‘2013-cü ilin noyabr ayından başlayaraq Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən (ölkəni tərk edərkən və ölkəyə qayıdarkən) Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən pasport yoxlamasında qanunsuz olaraq saxlanılmağı, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təhvil verilməyi və məcburi gömrük yoxlamasına məruz qalmağına və həmin dövlət qurumlarına müraciətləri ilə bağlı həmin yoxlamanın səbəbləri ilə bağlı əsaslandırılmış cavab ala bilmədiyinə görə etiraz əlaməti olaraq xx xxxxxx 2019-cu il tarixdə saat 15-00-da ünvan 1 ünvanının qarşısında təkadamlıq piket keçirdəcək. Piketdə “qanunsuz sərhəd yoxlamalarına son qoyulsun”, “insan hüquqlarını müdafiə etmək cinayət deyil” plakatları qaldırılacaq. Piket 30 dəqiqə çəkəcək. Eyni məzmunlu, eyni məqsəd və şüarlarla piket xx xxxxxx 2019-cu il tarixdə saat 15-00-da tərəfimdən təkadamlıq aksiya şəklində Bakı şəhəri İnşaatçılar prospektində yerləşən Dövlət Gömrük Komitəsinin qarşısında keçiriləcək.’’ Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda həmin piketin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən məqsədə müvafiq hesab edilməmişdir. Məktubda göstərilən məsələ ilə bağlı toplantı keçirmək deyil aidiyyətı orqanlara müraciət etmək tövsiyə olunur. Həmin cavab-hərəkət qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5161/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmadığından və iddiaçının mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etmədiyindən hazırkı mübahisənin inzibati icraat qaydasında baxılması mümkünsüzdür. İddiaçı həmin qərardad dan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 fevral tarixli 21(103)-553/20 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstəril ənlər təşkil edir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 49, 60, 71, 147-ci maddələrinin, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7.1, 11-ci maddələrinin tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərard adının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür. “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməy ə şikayət verə bilər. Qanunun tələbindən göründüyü kimi, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın verilməsi üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət olunmalıdır. Yəni, inzibati orqan müvafiq kompensasiyanın ödənilməsindən rəsmi şəkildə imtina etdiyi halda iddiaçının həmin qərardan məhkəməyə müraciət etmək hüququ yaranır. Hazırkı halda iddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli h esab etmir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 fevral tarixli 21(103)-553/20 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1354/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1354/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver