Məhkəmə qərarları › İş №2-1(102)-1354/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1354/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1354/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pediatr ixtisası üzrə sertifikasiyaya cəlb edilmə; rezidentura təhsilinin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “pediatr ixtisası üzrə sertifikasiyadan keçməsi üçün imtahanın təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-332/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2008-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona pediatriya ixtisası verilərək adına AT seriyalı 000567 nömrəli baza ali tibb təhsili diplomu verilmişdir.

2. İddiaçı pediatriya ixtisası üzrə sertifikasiyadan keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, rezidenturada pediatriya ixtisası üzrə hazırlıq keçdikdən sonra həkim-pediatr vəzifəsində fəaliyyət göstərə bilər. Baza ali tibb təhsilinə əsasən müalicə işi ixtisası üzrə sertifikasiyaya cəlb oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pediatr ixtisası üzrə sertifikasiyadan keçməsi üçün imtahanın təşkil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinin 2014-cü il məzunudur. Yəni, baza ali tibb təhsili pediatriya üzrədir və diplomda da qeyd edildiyi kimi, baza ali tibb təhsilinə uyğun peşə fəaliyyəti ilə məşğul ola bilər. Uşaq poliklinikasında sahə həkimi-pediatr olaraq fəaliyyət göstərə, ambulator olaraq poliklinik şöbədə pediatrik pasientləri qəbul edə bilər. Səhiyyə N azirliyində pediatriya ixtisası üzrə registr kodu və şəxsi kabineti artıq 2018-ci ildən mövcuddur. Sertifıkasiyadan keçmək üçün Səhiyyə Nazirliyinə müraciət etdikdə isə həmin qurumdan bildirilmişdir ki, o, müalicə işi baza ixtisası üzrə sertifıkasiyadan keçməlidir. Halbuki, o, Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq kursu keçib (xx.xx.2022 - xx.xx.2022) pediatriya ixtisası üzrə ******* nömrəli şəhadətnaməni əldə etmişdir. İnternatura olmayan dövrdə pediatriya fakültəsini bitirənlər və rezidentura keçməyənlər baza ali tibb təhsilinə uyğun olaraq pediatriya üzrə deyil, pediatriya baza üzrə sertifikasiyadan keçməlidirlər və belə də olur. Yəni, iddiaçı kimi pediatriya fakültəsini bitirib internatura və rezidentura keçməyənlər pediatri ya bazadan imtahan verirlər. Ancaq, Səhiyyə Nazirliyi isə əvvəl pediatriya ixtisası üzrə işləyə biləcəyini bildirməyinə baxmayaraq, indi isə əksini iddia edir - müalicə işi baza üzrə sertifikasiyadan keçməli olduğunu bildirir. Bu tamamilə yanlış mövqedir və heç bir hüquqi əsaslandırması yoxdur.

5. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 31 may 2023-cü il tarixli 21(112)-5918/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ali təhsil müəssisəsini bitirdiyi 2014-cü ildə, hətta 2011-ci ildən başlayaraq rezidentura təhsili və həmin səviyyədə “Pediatriya” ixtisası mövcud olmuşdur. İddiaçının təhsili əsas (baza ali) tibb təhsi lidir və onun ixtisas dərəcəsi həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi ilə eyniləşdirilməməlidir. Əgər “Pediatriya” ixtisası üzrə həkim ali peşə ixtisas dərəcəsi həkimpediatr kimi fəaliyyət göstərmək və sertifikasiyadan keçmək üçün yetərli olsaydı, rezidenturaya “Pediatriya” ixtisası 2016-cı ildən sonra əlavə edilərdi. Yalnız “Pediatriya” ixtisası üzrə əsas (baza ali) tibb təhsilini almış şəxslərin, əsas (baza ali) tibb təhsilindən (“Müalicə işi” və ya “Pediatriya”) sonra 4 il həmin ixtisas üzrə rezidentura təhsili almış şəxslər kimi pediatriya ixtisası üzrə sertifikasiyaya buraxılması qanunvericiliyə uyğun olmamaqla yanaşı, ədalətli də deyildir.

8. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-332/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər bir təhsil səviyy əsinə malik şəxs öz ixtisası və səviyyəsinə (orta ixtisas, ali, rezidentura) uyğun suallardan tərtib edilmiş imtahanı verməklə sertifikasiyadan keçir. Apellyasiya məhkəməsi onun tələbinə düzgün qiymət verməmiş və bunun da səbəbi olaraq tələbi əsassız rədd etmişdir. Halbuki, iddiaçı da tələbində ona “ümumi müalicə işi”ndən deyil, məhz öz baza tibb təhsilinə və ixtisasına uyğun suallardan formalaşmış imtahan verməklə sertifikasiyadan keçməyə şərait yaratmağı xahiş edir. Apellyasiya məhkəməsi isə bunu əksinə başa düşməklə, ümumiyyətlə yalnız baza tibb təhsili olan şəxs kimi sertifikasiyadan keçmək hüququnun olmaması kimi qəbul edir. Yəni hesab edir ki, yalnız baza tibb təhsili olan şəxslər sertifikasiyadan keçə bilməz. Halbuki, onun malik olduğu “pediatriya” (baza təhsili) ixtisası əsasında f ormalaşmış imtahan testləri bazasında sertifikasiyadan keçməsinə qanuni şərait yaradılmalıdır. Artıq bir ilə yaxınlaşır ki, ona əsassız olaraq imtahandan keçməyə şərait yaradılmır və işsiz qalması davam edir. Yalnız 2011-ci ilədək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçə bilmək hüququnun olması “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə inkar edilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim mütəxəssis hazırlığı forması;... 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə ixtisas dərəcəsi; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; … Maddə

22. Ali təhsil … 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”: Bənd 1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına int eqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. … 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. … Bənd 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. ("Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əlavə: Pediatriya - 4 il) … Bənd 5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutul masına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. …

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”: Bənd 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəka rlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. … 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. … Bənd 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. … 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. …

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarş ı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kol legiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı 2008-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin fakültəni bitirərək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır.

25. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən 2011-ci ilədək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlay araq isə “Pediatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçə bilərlər. Başqa sözlə, şəxsin “Pediatriya” ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi olmalıdır.

27. Belə ki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də “Pediatriya”dır və təhsil müddəti 4 ildir. İddiaçının ali təhsil müəssisəsini bitirdiyi 2014-cü ildə, hətta 2011-ci ildən başlayaraq rezidentura təhsili və həmin səviyyədə “Pediatriya” ixtisası mövcud olmuşdur. Başqa sözlə, iddiaçı təhsilini bitirdiyi zaman qanunvericiliyin bu tələbindən məlumatlı olmuşdur. İddia çının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi ilə eyniləşdirilməməlidir.

28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-332/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar