Məhkəmə qərarları › İş №2-1(102)-1359/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1359/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1359/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; distant təhsil forması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadə tnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-687/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş bakalavr diplomunun tanınmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 14 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı təhsili almaq üçün Türkiyə Respublikasında tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qe yri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 19 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Türkiyə Respublikasının Anadolu Universiteti tərəfindən ona verilmiş bakalavr diplomunun tanınması haqqında və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona verilən diplom və əlavə apostil edilərək leqallaşdırılmışdır. Həmçinin, təhsil almaq üçün tələb olunan müddətin qarşılığını cavabdeh deyil, Universitet təyin edir. İddiaçının təhsil forması açıq, yəni distant olduğundan, təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasında tam ştat çalışdığından, Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. İddiaçı göstərilənlərə və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2554/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında tədris aldığı Türkiyə Respublikasında qısa müddət ərzində olmuşdur.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-687/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRA ATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçı aldığı təhsil müddəti ərzində Azərbaycan Respublikası ərazisində tam ştat üzrə çalışdığı üçün, Türkiyədə hər il fərqli tarixlərdə, yalnız imtahanlarda iştirak etmişdir. Həmçinin, lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün universitetin elektron portalından istifadə etmiş və bu da ona imtahanlara kifayət qədər yaxşı hazırlaşa bilmək imkanını vermişdir. Cavabdehin Universitetə ünvanladığı rəsmi sorğusuna cavab olaraq universitet tərəfindən iddiaçının həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Azərbaycan Respublikasının qoşulduğu “Avropa reg ionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Beynəlxalq Konvensiyaya görə cavabdeh həmin ixtisasın Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə onun ölkə ərazisində sadəcə ekvivalentliyini müəyyən etməlidir. Yəni həmin ixtisasın Azərbaycan Respublikasında mövcudluğunu və ölkə ərazisində uyğunluğunu tanımalıdır. İş materiallarından da göründüyü kimi Biznesin idarə edilməsi ixtisası Azərbaycan Respublikasında mövcuddur.

13. İPM-in 12.1-ci maddəsinə uyğun olaraq məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə işə qeyri obyekti v yanaşmışdır. 14. “Təhsil haqqında” Qanunun 13-cu maddəsinin 1.2 və 1.3-cü bəndlərinə əsasən, Azərbaycanda qiyabi və əlavə olaraq distant (məsafədən) təhsil almaq formaları tanınır. İddiaçının aldığı təhsil müddəti isə 2012-2016-cı illərdə yəni bu qanunun qüvvəyə minməsindən sonra olub. Lakin məhkəmə bunu nəzərə almadan qərar çıxarmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Təhsila lma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat).

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsin də ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəru ridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması.

19. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhk əməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Mad də 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğ v edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nı, 3.6 və 37-ci bəndlərinə uyğun olaraq tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında tədris aldığı Türkiyə Respublikasında qısa müddət ərzində olmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məzmunda əsaslandırması İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun deyil.

25. İddiaçı təsdiq edir ki, o, təhsilini distant formada almışdır. Təhsil müddəti ərzində Azərbaycan Respublikası ərazisində tam ştat üzrə çalışdığı üçün, Türkiyədə hər il fərqli tarixlərdə, yalnız imtahanlarda iştirak etmişdir. Həmçinin, lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün universitetin elektron portalından istifadə etmiş və bu da ona imtahanlara kifayət qədər yaxşı hazırlaşa bilmək imkanını vermişdir. Cavabdehin Universitetə ünvanladığı rəsmi sorğusuna cavab olaraq universitet tərəfindən iddiaçının həmin universitetin tələbəsi və məzunu olmağı təsdiqlənmişdir.

26. Yuxarıda istinad edilən normativ aktların müddəaların dan göründüyü kimi, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulan hall ar istisna edilməklə) əsası kimi çıxış edə bilməz.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün iddiaçının dəlillərini və işin hallarını təhsil haqqında qanunvericiliyin yuxarıda istinad edilən müddəalarının tələbləri nəzərə alınmaqla yoxlamalı və qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.

28. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin ol unması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-687/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar