Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1364/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X10 Xüsusi X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə prokurorluq işçisi kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X6 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X5, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X10 Xüsusi X4rşı “əlilliyə görə prokurorluq işçisi kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli 2-1(103)-1410/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı x xxxxxx 1958-ci ildə doğulmuş, x xxxx 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1977- 1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, x xxxxxxxx 1982-ci ildən xx xxxxxxxx 1984-cü ilədək hərbi xidmətdə olmuş, x xxxxxx 1985-ci ildən xx xxx 1987-ci ilədək Daxili İşlər Nazirliyində baş inspektor, xx xxxx 1987-ci ildən xx xxxxx 1988-ci ilədək hüquq bürosunda məsləhətçi, xx xxx 1988-ci ildən xx xxxxxxxx 1990-cı ilədək məsləhətçi - hüquqşünas, xx xxxxxxxx 1990-cı ildən xx xxxxxx 1992-ci ilədək notarius, xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1992-ci ilədək 2-ci dərəcəli məsləhətçi, xx xxxxxx 1992-ci ildən xx xxxxxxxx 1993-cü ilədək dövlət notariusu, xx xxxxxxxx 1993-cü ildən xx xxxxxx 1995-ci ilədək müstəntiq, xx xxxxxx 1995-ci ildən xx xxxxxx 1996-cı ilədək Bakı qarnizonu Hərbi prokurorluğunun müstəntiqi, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 2000ci ilədək 36 saylı dövlət notariat kontorunun məsləhətçisi, xx xxxxxx 2000-ci ildən xx xxxx 2010-cu ilədək dövlət notariusu vəzifələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya x xxxxxx 2011-ci il tarixdə 2-ci qrup əlilliyə görə ədliyyə işçisi kimi pensiya təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 20 noyabr tarixli məktubla müraciətin təmin olunmas ından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ona pensiya hüququ yarandığı xx.xx.2011-ci il tarixdən İİ dərəcəli əlilliyə (ədliyyə işçisi kimi) görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 15 faizi miqdarında əlavə haqq ödənilir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2017-ci il tarixli №11/988 saylı arayışında prokurorluq orqanlarında qulluq stajı 04 il 10 ay 19 gün təşkil etdiyindən tələbi təmin edilə bilməz. İddiaçı 2017-ci il 28 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 2 il 6 ay ali təhsil müddətini, 2 il 16 gün həqiqi hərbi xidmət keçmə müddətini 1 il 4 ay 23 gün Daxili İşlər Nazirliyinin X1 qulluq müddətini, ədliyyə orqanlarındakı 3 il 13 gün iş stajını prokurorluq orqanlarında işlədiyi 8 il 7 ay 2 gün hesablanması və 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsində xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1982-ci il tarixədək təhsil aldığı müddətin, xx xxxxxxxx 1982-ci il tarixdən xx xxxxxxxx 1984-cü il tarixinədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçmə müddətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah – X8 UA-38/1 0 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində xx xxxxxx 1986-cı il tarixdən xx xxx 1987-ci il tarixədək işlədiyi müddətin, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddətin, xx xxxxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1996-cı il tarixinə kimi Aviasiya prokurorluğunda və Bakı qarnizonu prokurorluğunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və Füzuli Hərbi prokurorluğunda çalışdığı xx xxxxxx 1996-cı ildən xx xxxx 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi he sablanması şərtilə 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, x xxxx 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən xx xxxxxx 1976-cı ilədək fəhlə, xx xxxxxx 1976-cı ildən xx xxxx 1976-cı ilədək sovxozda fəhlə, xx xxxx 1976-cı ildən xx xxxxxx 1977ci ilədək pasportçu vəzifələrində işləmiş, xx xxxxxx 1977-xx xxxxxxxx 1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, xx xxxxxxxx 1982-ci ildən xx xxxxxxxx 1984-cü ilədək hərbi xidmətdə olmuş, xx xxxxxx 1985-ci ildən xx xxxxxx 1986-cı ilədək Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzində, xx xxxxxx 1986-cı ildən xx xxx 1987-ci ilədək Daxili İşlər Nazirliyində baş inspektor, xx xxxx 1987-ci ildən xx xxxxx 1988-ci ilədək hüquq bürosunda məsləhətçi, xx xxx 1988-ci ildən xx xxxxxxxx 1990-cı ilədək məsləhətçi - hüquqşünas, xx xxxxxxxx 1990-cı ildən xx xxxxxx 1992-ci ilədək notarius, xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1992-ci ilədək 2-ci dərəcəli məsləhətçi, xx xxxxxx 1992-ci ildən xx xxxxxxxx 1993-cü ilədək dövlət notariusu, xx xxxxxxxx 1993-cü ildən xx xxxxxx 1995-ci ilədək müstəntiq, xx xxxxxx 1995-ci ildən xx xxxxxx 1996-cı ilədək Bakı qarnizonu Hərbi prokurorluğunun müstəntiqi, xx xxxxxx 1996-cı ildən xx xxxxxx 1998ci ilədək Fizuli qarnizonu Hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, xx xxxxxx 1998-ci ildən xx xxxxxx 2000-ci ilədək 36 saylı dövlət notariat kontorunun məsləhətçisi, xx xxxxxx 200 0-ci ildən xx xxxx 2010-cu ilədək dövlət notariusu vəzifələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli Qərarına, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(82)555/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Azərbaycan D övlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsində xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1982-ci il tarixədək təhsil aldığı müddətin, xx xxxxxxxx 1982-ci il tarixdən xx xxxxxxxx 1984-cü il tarixinədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçmə müddətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah – X8 UA-38/10 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində xx xxxxxx 1986-cı il tarixdən xx xxx 1987-ci il tarixədək işlədiyi müddətin, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddətin, xx xxxxxxxx 1993cü il tarixdən xx xxxxxx 1996-cı il tarixinə kimi Aviasiya prokurorluğunda və Bakı qarnizonu prok urorluğunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və Füzuli Hərbi prokurorluğunda çalışdığı xx xxxxxx 1996-cı ildən xx xxxx 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi hesablanması şərtilə 2ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olduğundan, əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-2653/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(102)-706/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə baxıla rkən məhkəmələr tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərarlar lazımi qaydada əsaslandırılmamış, cavabdehin imtinasının və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2653/2018 nömrəli qərardadı ilə cavabdeh Dövlət X10 Bakı şəhəri Nərimanov rayon Şöbəsi prosessual hüquq varisi Dövlət X10 X9 İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsində xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1982-ci il tarixədək təhsil aldığı müddəti, xx xxxxxxxx 1982ci il tarixdən xx xxxxxxxx 1984-cü il tarixədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçmə müddətini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 UA-38/10 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində xx xxxxxx 1986cı il tarixdən xx xxx 1987-ci il tarixədək işlədiyi müddəti, xx xxxxxxxx 1990-cı il tarixdən xx xxxxxxxx 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddəti, xx xxxxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1998-ci il tarixinə kimi prokurorluqda çalışdığı xidmət illərini prokurorluq orqanlarında xidmət illəri kimi nəzərə alınaraq prokurorluq işçisi kimi 2-ci qrup əlilliyə görə pensiya təyin edilməs i vəzifəsinin və prokurorluq orqanlarında xidmət illərinə görə əlavələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və Füzuli Qarnizonu Hərbi Prokurorluğunda çalışdığı xx xxxxxx 1996-cı il tarixdən xx xxxx 1998-ci il tarixədək xidmət illərinin 1 ayının 3 ay kimi və həmin prokurorluqda çalışdığı xx xxxx 1998-ci ildən xx xxxxxx 1998-ci il tarixədək xidmət illərinin 1 ayının 2 ay kimi hesablanaraq və prokurorluq orqanlarında xidmət etdiyi xx xxxxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1998-ci il tarixədək olan 4 il 10 ay 24 günün 8 il 7 ay 10 gün kimi hesablanaraq stajına daxil edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli 2-1(103)-1410/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının ali təhsil müddəti, həqiqi hərbi xidmət keçmə müddəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X2 UA-38/10 müəssisəsində baş müfəttiş vəzifəsində işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli Qərarında nəzərdə tutulmuş qaydada ədliyyə orqanlarında qulluq illərinə hesablanmaqla ədliyyə orqanlarında qulluq illərinin iddiaçının prokurorluqda xidmət illərinə daxil edilməsi, pensiyasının yenidən hesablanması və prokurorluq orqanlarında xidmət illərinə görə əlavələrin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən cavabdeh orqan tərəfindən iddiaçının həqiqi hərbi xidmət müddəti, ali təhsil müddəti, o cümlədən DİN-in X1 işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı Qərarının tələblərinə uyğun olaraq ədliyyə orqanlarında uzun müddət xidmət illərinə hesablanmalı idi. Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cavabdeh orqana təqdim edilmiş arayışda iddiaçının prokurorluq orqanlarında xidmət illərinin deyil, yalnız iş stajının qeyd edilməsi onun sosial təminat hüququnun pozulmasına və eyni vəziyyətdə olan şəxslərdən daha az pensiya almasına səbəb olduğundan, ədliyyə orqanlarındakı xidmət illəri prokurorluqdakı xidmət illərinə daxil edilməklə pensiyasının yenidən hesablanmalı və qulluq illərinə görə əlavələr hesablanaraq ödən ilməlidir. Məhkəmə iddianın rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının Füzuli Qarnizonu Hərbi Prokurorluğunda xidmət illərinin güzəştli şərtlərə hesablanması üçün qanuni əsaslar yoxdur. İddiaçı qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə əsassız olaraq qərarında iddiaçının Hərbi prokurorluqda çalışdığı xx xxxxxx 1996-cı ildən xx xxxx 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi hesablanması barədə qərar qəbul etmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasinın Nazirlər Kabinetinin 631 saylı xx.xx.1992-ci il tarixli Qərarının 1-ci maddəsinə əsasən qeyd edilən qərarın şamil edildiyi şəxslərin siyahısı göstərilmişdir. Həmin maddədə deyilir - “zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslər”. Həmin Qərarın 2-ci bəndinin “a” yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin 1 ayı 3 ay sayılmaqla nəzərə alınır. Göründüyü kimi, qeyd edilən Qərarda Prokurorluq orqanlarının əməkdaşları göstərilməmişdir. Həmçinin onu da xüsusilə qeyd etmək lazımdır ki, prokurorluq orqanın iş stajının hesablanması DSMF-nin səlahiyyətləri çərçivəsində deyil, qeyd edilən səlahiyyət Azərbaycan Respublikası Prokurorluğundadır. İddiaçı ona İİ dərəcəli əlilliyə görə pensiyanı məhz ədliyyə işçisi kimi təyin edildiyi ni bilsə də həmin qəbul edilmiş qərar onun tərəfindən mübahisələndirilməyərək hüquqi cəhətdən qüvvədə olmaqla etibarlılıq xüsusiyyətinə malik olmuş, həmin qərardan “İnzibati icraat haqqında” Qanuna və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra mətndə - İPM)uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. Həmin inzibati akt geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş, həmçinin iddia tələbinin Prokurorluqda işlədiyi müddətin hesablanmasına aid hissəsində əsl cavabdehə qarşı verilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xah iş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh məhkəmənin qərarını yanlış başa düşmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli qərarında iddiaçının tələbi qismən təmin etmiş, hərbi prokurorluqda xidmət illərinin 1 günü 2 gün və ya 1 günü 3 gün hesablanması hissəsində təmin olunmamışdır. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının h esablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci maddəsinə əsasən qeyd edilən qərarın şamil edildiyi şəxslərin siyahısını göstərmişdir. Həmin maddədə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin siyahısında Prokurorluq orqanlarının əməkdaşlarının göstərilmədiyini qeyd etmişdir. Cavabdeh kassasiya şikayətində yenidən yanlışlığa yol vermişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli qərarında iddiaçının ədliyyə işçisi olduğunu nəzərə alaraq, ali təhsil müddəti, həqiqi hərbi xidmət keçmə müddəti, Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyinin X2 38/10 saylı müəssisəsində baş müfəttiş vəzifəsində işlədiyi müddəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında nəzərdə tutulmuş qaydada ədliyyə orqanlarında qulluq illərinə görə hesablamış və prokurorluq orqanlarında xidmət illərinə daxil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, (xx xxxx 2017-ci il tarixədək olan redaksiyada) vətəndaşlar pensiya seçmək hüququna malikdirlər. Həmin maddə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Yəni Azərbaycan Respublikasının qanunvericiliyi müxtəlif pensiya hüququ olan şəxsə öz arzusu ilə sərbəst bir pensiya seçmək hüququ verir. Vətəndaşın həm sonuncu iş yeri, həm də əmək fəaliyyətinin müxtəlif dövrləri üzrə pensiya hüququ yarana bilər. Belə olan halda, vətəndaş hansı pensiya hüququndan istifadə etməsini sərbəst seçə bilər. İddiaçı və vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə-İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irə li gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli 11/988 saylı arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1998-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx xxxxxx 1998-ci il tarixli 312 nömrəli əmri ilə İddiaçı öz arzusuna əsasən xx xxxxxx 1998-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun x xxxx 1994-cü il tarixli 4541 №-li əmri ilə İddiaçı 3 dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı prokurorluq orqanlarında iş stajı 04 il 10 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 631 saylı qərarına əsasən (xx.xx.2013-cü il tarixədək qüvvədə olmuş redaksiyada), zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi birləşmələrdə həqiqi hərbi xidmət; zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən cavabdeh orqan tərəfindən iddiaçının həqiqi hərbi xidmət müddəti (xx.xx.1982-xx.xx.1984), ali təhsil müddəti (1977-1982), o cümlədən DİN-nin İslah X7 işlədiyi dövr (xx.xx.1986-xx.xx.1987) qeyd edilən qərarın tələblərinə uyğun olaraq ədliyyə orqanlarında uzun müddət xidmət illərinə hesablanmalı idi. İddiaçı xx.xx.1993-cü il tarixədək ədliyyə orqanlarında, həmin tarixdən sonra prokurorluq orqanlarında işə qəbul edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” xx xxxx 2001-ci il tarixli Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Qanunun qeyd edilən normasınd an göründüyü kimi, ədliyyə orqanlarından prokurorluğa işə keçirilmiş şəxslərin ədliyyə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi qanunla istisna edilmir, lakin xidmət illərinin Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada daxil edilməli olduğu qeyd edilir. Cavabdeh orqanın mövqeyinə görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” 32.5-ci maddəsinə əsasən iddiaçının ədliyyə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilməli və bu barədə arayış təqdim edilməli idi. Məhkəmə cavabdehin etiraz ərizəsində istinad etdiyi bu dəlili əsassız hesab edir. Belə ki, halhazıradək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən dig ər orqanlardan prokurorluğa işə keçirilmiş işçilərin xidmət illərinin hesablanması ilə bağlı xüsusi qayda müəyyən edilmədiyindən bu hesablama adi qaydada - ədliyyə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinin üzərinə toplanması ilə həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya verilmiş xx xxxxxxx 2017-ci il tarixli 11/988 saylı arayışda yalnız prokurorluq orqanlarında iş stajı (04 il 10 ay 19 gün) qeyd edilmiş, prokurorluq orqanlarındakı ümumi xidmət illəri hesablanmamışdır. Oxşar vəziyyətdə olan şəxslərin pensiya təminatında ayrı-seçkiliyə yol verilməməsi üçün cavabdeh orqan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş arayışda iddiaçının prokurorluqda xidmət illərinin qeyd edilməməsi əsası ilə pensiya təyinatı zam anı iddiaçının prokurorluq işçisi kimi xidmət illərinin qanunla müəyyən edilmiş qaydada hesablanmasından və xidmət illərinə görə qanunla nəzərdə tutulmuş əlavələrin verilməsindən imtina etməyə haqlı deyildi. “Əmək pensiyaları” haqqında Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.8.1-ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavə ödənilməsi nəzərdə tutulmuşdu. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nətic ə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 sentyabr tarixli 2-1(103)-1410/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1364/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1364/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver