Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1365/2021 14.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)287/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1965-ci ildə doğulmuş, 1984-cü ildən 1986-cı ilədək 1 №-li Bakı Tibb məktəbində təhsil almış, 02.08.1982-ci ildən 01.12.1982-ci ilə qədər ofisiant, 16.07.1983cü ildən 31.08.1984-cü ilə qədər Veteranların ailəvi istirahət pansionatında ofisiant işləmiş, 01.09.1984-cü ildən 01.07.1986- cı ilə qədər 1 №-li Bakı Tibb Məktəbində təhisl almış, 01.12.1986-cı ildən 14.12.2005-ci ilə qədər Semaşko adına Şəhər Klinik Xəstəxanasının 11, 12 və 9-cu yoluxucu şöbələrində tibb bacısı və baş tibb bacısı, 15.12.2005-ci ildən 02.09.2014-cü ilə qədər X1 9-cu yoluxucu şöbəsində tibb bacısı vəzifələrində çalışmışdır, 10.10.2014-cü ildən hal-hazıra qədər AR SN Respublika QİÇS-lə Mübarizə Mərkəzində RQMM-nin stasionar şöbəsində tibb bacısı işləyir.
2. İddiaçı 08.01.2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 24.01.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyası nın minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********0 nömrəli 24.01.2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, onun 01.09.1984-cü ildən 01.07.1986-cı ilədək Səhiyyə Nazirliyinin Bakı Tibb Məktəbində əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 02.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir
5. İddia tələbini belə əsaslandırmışdır ki, işlədiy i peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında əks olunub. Güzəştli iş stajı 01.01.2006-cı ilə qədər 19 il 1 aydır. Həmçinin, qanunvericiliyin normalarına əsasən onun 1984-cü ildən 1986-cı ilədək 1 nömrəli Bakı Tibb Məktəbində əyani təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməlidir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləği ndən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edildiyi tarixədək (10.03.2017-ci il) iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddinə çatmamışdı. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini iddia edə bilməz. Cavabdehin imtinası “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3, 9.1, 9.8 və 45-ci maddələrinə uyğundur.
7. Bakı İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-2912/2020 nömrəli qərarına əsasən (hakim Şəlalə Həsənova) iddia tələbinin qismən təmin edilməsi, iddiaçının 01.09.1984-cü ildən 01.07.1986-cı ilədək Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə ona 02.12.2017-ci ildə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinə qədər 20 il ümumi, 10 il güzəştli iş stajının olması iş materialları ilə sübut olunduğundan iddia tələbi bu hissədə təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud olmadığından həmin hissədə iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Vida di Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-2912/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 24.05.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 14.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2021 saylı, 15.03.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kass asiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və etirazda qeyd olunanlar təşkil edir. Cavabdeh imtinasını əsaslı hesab edərək ona istinad edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yalnız yaşa və staja görə əvvəlki qanunvericiliyə istinad edilməsi imkanını nəzərdə tutur. Zəruri sığorta kapitalının toplanması ilə bağlı isə həmin Qanunun 9.1-ci maddəsində göstərilən və yuxarıda qeyd edilən şərt iddiaçıya münasibətdə ödənilmir. Belə olan halda, iddia tələbi əsassızdır və məhkəmələr əsassız olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. b. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmə k pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələr in və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
21. Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yar ımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
23. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zə rərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində 22600000-1754b - bilavasitə xəstələrə xidmət edən işçilər 2260000a - a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində - 2260000a orta tibb heyəti peşəsi qeyd olunmuşdur
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
28. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Hazırkı qərarın 19-24-cü bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyi n olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.
33. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 12 ildən artıq güzəştli iş stajı mövcuddur. Cavabdeh özü də iddiaçının zəruri stajının olmasını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir.
34. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapita lı ilə bağlı qeyd edilən tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yen i müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
35. Məhkəmə kollegiyası əlavə olaraq edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanı lmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2021 saylı, 15.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.