Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1382/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-107/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1301 saylı Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospektindəki körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı (indiki ünvan ünvan 1i xidmət məntəqəsinin köçürülməsi məqsədi ilə torpaq sahəsi ayrılmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalm a Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən sifarişçi məişət xidməti üzrə müstəqil "xxxx" KM-nə Bakı şəhəri Binəqədi rayonu, K.Marks prospektinin 3120-ci məhəlləsində “avtomomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi üçün” 0,29 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu verilmişdir.
3. Qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmiş və X5 kitabında xx.xx.2014-cü il tarixdə 37297 nömrə ilə 2900 kv.m torpaq sahəsi uçota qeyd edilmişdir.
4. Həmin qeyri-yaşayış obyektinin Eskiz Layihəsi 022612 nömrəli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 2013-cü ildə tərtib edilmişdir. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2013-cü il tarixli aktı ilə qəbul komissiyası təqdim edilmiş sənədlərə əsasən (Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, 022612 nömrəli Eskiz Layihəsi) obyektin istismara qəbul edilməsi qərara alınmışdır.
5. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş “Memarlıq-planlaşdırma göstərişləri” sənədində Bakı şəhəri, Binəqədi rayonu, K.Marks prospekti ilə A.Yusifzadə küçəsinin kəsişmədə yerləşən yerdə, şimal-qərbdən oksigen stansiyasının ərazisi, şimal qərbdən dəmir yolu xətti ilə, cənub-şərqdən keçid ilə, cənub qərbdən-Yusifzadə küçəsi ilə əhatə olunmuş 0,29 ha torpaq sahəsi "xxxx " KM-nə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə ayrılması həmin sənəddə öz əksini tapmışdır.
6. Obyektin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03 oktyabr 1995-ci il tarixli, 1301 saylı Sərəncamını ilə ünvan 2 ünvanında yerləşən 2900 kv.m torpaq sahəsinin "xxxx" KM-nə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün daimi istifadəsinə ayrılması öz əksini tapmişdır.
7. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş aktda obyektin tikintiquraşdırma işlərinin memarlıq-tikinti konstriktiv xüsusiyyət ləri - layihə üzrə; fasad, xarici və daxili tamamlama, bəzək və abadlaşdırma işlərinin yerinə yetirildiyi və obyektin tikintiquraşdırma işləri 2013-cü ildə başa çatdırıldığı və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, 022612 nömrəli Eskiz Layihəsi əsasında obyektin istismara qəbul edilməsi qərara alınması öz əksini tapmışdır.
8. Həmin qeyri-yaşayış obyektinin Eskiz Layihəsi 022612 nömrəli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və layihə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin möhürü ilə tərəfindən təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və QəzaXilasetmə İşləri Baş İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən “Məişət Xidmətləri üzrə müstəqil “Servis KM” torpaq sahəsi ayrılması barədə”sində verilmiş 730 nömrəli xx.xx.1995-ci il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən məişət xidməti kompleksinin layihələndirilməsi üçün 0,29 ha torpaq sahəsi qüvvədə olan qanunvericilik və normativ aktların o cülədən 02.07.01-89 Şəhərsalma Şəhər və X4 Planlaşdırılması və Tikintisi TH və Q-nin 1 nömrəli məcburi əlavəsi və 2.12.b 11.93.-74 “Avtomobillərə Xidmət Müəssisələri” TH və Q tələbləblərinə riayət etmək şərti ilə yararlı hesab edilmişdir.
10. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
11. Cavabdeh 18 mart 2020-ci il tarixli məktub la müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd olunan qeyri-yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərarı əlavə olunmamış, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilməmiş və layihə isə (surətdir) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Bundan başqa sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, etibarnamə təqdim olunmamışdır və əlavə edilmiş kadastr planının elektron baza məlumatı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən İddiaçı1nə məxsus qeyriyaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mənə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaç ı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr Sərəncamı ilə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinə (Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən indiki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Bakı şəhəri, Binəqədi rayonu, K.Marks prospektindəki (ünvan reyestrindən verilmiş arayışa əsasən indiki adı: Əliyar Əliyev küçəsi 90A) körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı boş ərazidə 2.900 kv.m torpaq sahəsi avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə daimi istifadə üçün ayrılmış və bu məqsədlə də Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Paspo rtu verilmişdir. Həmin qeyri-yaşayış obyektinin Eskiz Layihəsi Lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və tikintiquraşdırma işləri həmin layihəyə uyğun həyata keçirildikdən sonra Qəbul Komissiyasının “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda" xx.xx.2013-cü il tarixli aktı ilə obyektin istismara qəbul edilməsi qərara alınmışdır. Obyektin yerləşdiyi torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" (A № 496169) tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin X5 kitabında xx.xx.2014-cü il tarixdə 37297 nömrə ilə uçota alındığı göstərilmişdir. Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfi ndən tərtib olunmuş M 1:5000 miqyaslı "Bakı şəhər xəritəsindən çıxarış ”da bilavasitə öz əksini tapmışdır. Qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün bütün zəruri, hətta qeyri-zəruri sənədləri təqdim etməklə cavabdehə dəfələrlə müraciət etmişəm. Lakin cavabdehi təmsil edən məsul şəxslər hər dəfə müxtəlif bəhanələr gətirərək obyekt üzərində mülkiyyət hüququnun qeydə alınması üçün gözləmək lazım olduğunu bildirmiş, odur ki, bu minvalla iddiaçı 7 il gözlədiyini qeyd edir, lakin məsələ hələ də öz həllini tapmamışdır.
14. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
15. Daha sonra İddiaçı2 ərizə ilə məhkəməyə mür aciət edərək iddiaçını əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
17. Sonradan iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş.
18. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1( 112)-134/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlaka dair müvafiq sərəncamın olması, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması, həmçinin ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus qeyri-yaşayış obyektinin layihəsi müvafiq icra hakimiyyətin o rqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına yararlı olmasına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirir.
21. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-107/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 / məruzəçi/, X3 və X2) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun həm 8.0.9.2-ci, həm də 8.0.10.1-ci maddələrinin tələbləri tam ödənilməmişdir. Eyni zamanda iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilməsini tələb etdiyi ünvan 6 ünvanındakı qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttinin mühafizə zolağına düşmüşdür. Belə olan halda cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
24. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Şikayətdə “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
26. Kassator bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi qeyri-yaşayış sahəsinə verilmiş sərəncamda ölçülərinin qeyd olunmaması ilə bağlı gətirdiyi dəlillər qətiyyən qanuni deyildir. Belə ki, iş materiallarında olan sənədlərdə qeyriyaşayış sahəsinin ölçüləri aydın şəkildə əks olunmuşdur. Həmin sənəddə qeyd olunan çatışmazlıq formal xarakterli hal kim i qiymətləndirilməsi və bu hal həmin sənədin mötəbərliyini şübhə altına almamalıdır. Həmçinin, qeyd edilən həmin sənədlərin tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyünü onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu nəzərə alındıqda, istinad olunan əsaslar iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli sərəncamın ləğv olunması və ya geri çağırılması nəinki cavabdeh, eləcə də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən də iddia olunmur.
27. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi cavabdeh inzibati orqanın "istismara qəbul aktının tam təsdiqlənmədiyi" dəlili ilə razılaşsa da, bu tam əsassızdır. Bel ə ki, tikinti obyektinin istismarına icazə verilməsinə dair səlahiyyətlər xx.xx.2018-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarına verilmişdir. Hazırki iş üzrə tikinti obyektinin istismarına qəbul Aktı müvafiq yerli icra hakimiyyəti orqanı (Binəqədi rayon İcra Hakimiyyəti) tərəfindən verilmişdir. Həmçinin qəbul komissiyasının tərkibini iddiaçının müəyyən etmək öhdəliyi olmamışdır və həmin komissiya tərəfindən qəbul edilmiş Aktın nəzərdə tutulan digər dövlət qurumları tərəfindən təsdiq edilməməsi vətəndaşın təqsiri kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də cavabdehin bu dəlili və apellyasiya instansiya məhkəməsinin bu mövqeyi də tamamilə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minən ədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:.... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin mema rlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
30. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir....
31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il № 695 Fərman: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümlə sində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə A zərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə): 1 avqust 2018-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 avqust 2018-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1676) ilə 4.7-1.2-ci yarımbənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə). 32. “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”: 4.11.13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq ərazidə tikintiyə və tikinti obyektlərinin istismarına icazələr vermək və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsind ə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək; [19 iyul 2023-cü il tarixli 2232 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 957) ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13-cü və 4.11.14-cü yarımbəndləri yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəy işikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq; 4.11.14. müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək; 4.18. Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər: 4.18.1. Bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra haki miyyəti başçılarına aid edilmir. 4.18.2. Bu Əsasnamənin 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
33. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları: 3.1. Stansiyalarda, ayırma və ötmə məntəqələrində, qovşaqlarda dəmir yolları üçün ayrılan torpaq sahələrinin eni dəmir yollarının dərəcəsindən, layihə üzrə nəzərdə tutulmuş qurğu və tikililərin sahə həcmindən asılı olaraq müvafiq qaydada müəyyənləşdirilir. 3.2. Stansiyalarda, ayırma və ötmə məntəqələrində torpaq yatağı üçün ayrılan torpaq sahəsinin eni kənar yolun oxundan təhkim z olağının kənarına qədər 10 metrdən az olmamalıdır. Stansiyalar, ayırma və ötmə məntəqələri kənd təsərrüfatı əhəmiyyətli torpaqlarda yerləşdirildikdə, bu məsafə 6 metrə qədər azaldıla bilər. 3.3. Stansiyalarda bina və tikililərin yerləşdirilməsi üçün ayrılan torpaq sahəsinin eni aşağıda göstərilən şərtlər və qaydalar nəzərə alınmaqla müəyyənləşdirilir: 3.3.1. yeni çeşidləmə və iri stansiyalar xüsusi normalar nəzərə alınmaqla şəhərin hüdudlarından kənarda yerləşdirilməlidir; 3.3.2. birbaşa əhaliyə xidmətlə əlaqəsi olmayan digər stansiya və obyektlər də şəhərin əhali olmayan və ya əhalisi az olan rayonlarında yerləşdirilməlidir; 3.3.3. şəhərin yaşayış massivlərində və ya yaşayış massivlərinin salınması nəzərdə tutulan ərazilərində çeşidləmə və iri stansiyaların yerləşdirilməsinə, mövcud çeş idləmə və iri stansiyaların genişləndirilməsinə, bir qayda olaraq, icazə verilməməlidir; 3.3.4. qalaqlanan və tozlanan yüklər üçün nəzərdə tutulmuş yük stansiyaları və yük həyətləri şəhərin yaşayış massivlərindən və ya yaşayış massivlərinin salınması nəzərdə tutulan ərazilərdən kənarda, yükgöndərən və yükalan təşkilatlara mümkün qədər yaxın məsafədə yerləşdirilməlidir. 3.4. Yuyucu-dezinfeksiya stansiyaları (məntəqələri) digər dəmir yol obyektlərindən və yaşayış məntəqələrindən təcrid edilməli və onlardan kənarda aşağıda göstərilən məsafələrdə yerləşdirilməlidir: 3.4.1. texniki və xidməti binalardan - 250 m və daha artıq məsafədə; 3.4.2. yaşayış məntəqələrindən - 500 m və daha artıq məsafədə. 3.5. Yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 met rdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. 3.6. Dəmir yol xətləri hündürlüyü 2 metrdən artıq olan tökmə yataqda yerləşdiyi halda qəza hadisələri zamanı istismara aid olmayan tikililərin təhlükəsizliyinin təmin edilməsi baxımından kənar yolun oxundan həmin tikililərə qədər olan məsafə 50 metrdən az olmamalıdır. 3.7. Sanitariya-mühafizə zonasının eninin 50%-dən az olmayan hissəsində ağac və ya digər çoxillik bitkilər əkilməlidir.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hə dləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.
38. İddiaçının hüquqi marağı ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlıdır. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə görə daşınmaz əmlaka hüququn qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim olunmalıdır.
40. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1301 saylı sərəncamı ilə əvvəllər iddiaçıya məxsus olan avtomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi üçün indiki ünvan ünvan 7 ayrılmışdır.
41. Cavabdehin və onunla razılaşan apellyasiya məhkəməsinin mövqeyinə görə qeyd olunan qeyri yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərar mövcud olmamışdır.
42. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1301 saylı sərəncamının məzmu nundan görünür ki, iddiaçı əvvəllər avtomobillərə texniki xidmət məntəqəsindən istifadə etmiş, həmin məntəqənin sərəncamda göstərilən ünvana köçürülməsi nəzərdə tutulmuşdur, yəni iddiaçı boş torpaq sahəsi ilə təmin olunması ilə yanaşı, həmin torpaq sahəsi ona avtomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi məqsədilə verilmişdir.
43. Digər tərəfdən, sərəncamda həmçinin qeyd edilmişdir ki, sifarişçiyə (iddiaçıya) tapşırılsın ki, ərazinin və obyektin memarlıq planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın, torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır. Obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri razılaşdırıldıqdan sonra başlanılsın. Tikintini qeydiyyatdan keç irmək və ona başlamaq üçün texniki sənədləri Bakı Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinə vaxtında təqdim etsin.
44. Göründüyü kimi, sərəncamda torpaq sahəsinin avtomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi məqsədilə verilməsi ilə yanaşı, obyektin tikintisinin aparılması məqsədilə ilə də verilməsi nəzərdə tutulmuşdur.
45. Odur ki, sərəncamda tikintiyə icazə verilməsinin nəzərdə tutulmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
46. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1301 saylı sərəncamında ayrılan torpaq sahəsinin qeyd edilməməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qərarında həmin dəlilə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası i sə həmin dəlillə bağlı qeyd edir ki, istinad olunan sərəncamda obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan sonra başlanılması qeyd edilmişdir.
47. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən iddiaçıya avtomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi üçün torpaq sahəsi ayrılmasına dair 12 fevral 1996-cı il tarixdə təsdiq edilmiş 9750 nömrəli inşaat pasportunda 0,29 ha torpaq sahəsinin ayrılması müəyyən edilmiş, inşaat pasportuna ayrı-ayı təşkilatların rəyləri, həmçinin ərazinin (0,29 ha torpaq sahəsinin) ayrıc aktı və cizgi əlavə edilmişdir.
48. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1301 saylı sərəncamında ayrılan torpağın sahəsi yazılmasa da, sərənca m əsasında tərtib edilmiş inşaat pasportunda, ayrıc aktında və cizgidə həmin sərəncama istinad edilərək torpaq sahəsinin 0,29 ha olması göstərilmiş, nəticədə qanuni əsasla torpaq sahəsinin ayrılması təsdiqini tapmışdır. Bu səbəbdən torpaq sahəsinin ölçüsünün sadəcə olaraq sərəncamda qeyd edilməməsi qeyri-yaşayış sahəsinə hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.
49. O da vurğulanmalıdır ki, 2900 kv.m torpaq sahəsinə 4 fevral 2014-cü ildə iddiaçının adına Dövlət Kadastr kitabında qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin planı və ölçüsündə Bakı şəhər İcra Hakimiyyəti başçısının 3 oktyabr 1995-ci il tarixli 1301 nömrəli sərəncamına istinad edilmişdir.
50. Tikintinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının müvafiq icra ha kimiyyəti orqanı tərəfindən tam təsdiq olunmadığı barədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın tətbiq edilən hüquq bölməsində sadalanan hüquq normalarına görə istismara qəbul aktının verilməsi həmin vaxt Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 1 may 2013-cü il tarixdə tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı təsdiq edilmiş, qəbul komissiyası qərara almışdır ki, Binəqədi rayonu, Əliyar Əliyev küçəsində qeyri-yaşayış sahəsində tikinti işləri başa çatdığından istismara qəbul edilə bilər. Aktda ümumi sahə 1326,6 kv.m yazılmışdır. Akt komissiyanın sədri və üzvləri tərəfindən tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş, yekunda həm də rayon icra hakimiyyəti tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
51. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş aktda həmçinin obyektin tikintiquraşdırma işlərinin memarlıq-tikinti konstruktiv xüsusiyyətləri- layihə üzrə; fasad, xarici və daxili tamamlama, bəzək və abadlaşdırma işlərinin yerinə yetirildiyi və obyektin tikintiquraşdırma işləri 2013-cü ildə başa çatdırıldığı və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il 1301 nömrəli sərəncamı, xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu, 022612 nömrəli Eskiz Layihəsi əsasında obyektin istismara qəbul edilməsi qərara alınması öz əksini tapmışdır. Həmin qeyri-yaşayış obyektinin Eskiz Layihəs i 022612 nömrəli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və layihə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin möhürü ilə tərəfindən təsdiq edilmişdir.
52. Cavabdeh etirazında bildirmişdir ki, qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, layihə Baş İdarə tərəfindən təsdiq edilməsə də, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 18 oktyabr 2010-cu il tarixdə təsdiq edildiyindən, daha sonra isə səlahiyyətli orqan olan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən istismara qəbul edildiyindən, layihənin Baş İdarə tərəfindən təsdiq olunmaması qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imti na üçün əsas sayıla bilməz.
53. Elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin və apelyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları QSC xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı1 MMC-yə məxsus qeyri-yaşayış obyekti ilə bağlı aidiyyəti qurumları tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, qeyd edilən ərazi dəmir yolunun Keşlə stansiyası 2653 km pk 1-də yolun kilometr artımı istiqamətində düşür. Həmçinin qeyd edilmişdir ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi müh afizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən həmin ərazidə dəmir yolunun təhkim zolağının eni 50 metr müəyyən edilmişdir. Həmçinin, icraat zamanı əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/7062 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsinin döngə nöqtələrinin koordinatları xəritə proqramı vasitəsilə yığılmış və həmin qeyri yaşayış sahəsi ilə yaxınlıqda olan dəmir yolu xətti arasındakı məsafənin 64.70 metr təşkil etdiyi müəyyən olunmuşdur. Ekspertin rəyində o lan fotoşəkildə də qeyri yaşayış sahəsi ilə dəmir yolu xətti arasındakı məsafə 64.70 metr göstərilmişdir.
54. Həm ekspert rəyində, həm də rəylə bağlı sxemdə qeyri yaşayış sahəsi ilə yaxınlıqda olan dəmir yolu xətti arasındakı məsafənin 64.70 metr təşkil etdiyi müəyyən olunmuşdur. “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarına əsasən həmin ərazidə dəmir yolunun təhkim zolağının eni 50 metr müəyyən edilmişdir. Məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş Azərbaycan Dəmir Yolları QSC xx.xx.2021-ci il tarixli məktubunda mühafizə zolağının 50 m olmasını bildirmişdir. Ekspert rəyi ilə iddiaçının inşa etdiyi tikilinin dəmiryol xətti nin 67.40 metrliyində olması, nəticədə mühafizə zolağına düşmədiyi sübuta yetmişdir. Odur ki, obyektin bir hissəsinin mühafizə zolağına düşməsi barədə gətirilən dəlil əsaslı olmamışdır.
55. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində tələb olunan şərtlər-şəhər icra hakimiyyətinin tikilinin inşa edilməsinə icazə barədə qərarı, torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə, rayon icra hakimiyyətinin təsdiq etdiyi istismara qəbul aktı mövcud olmuşdur.
56. Odur ki, apelyasiya instansiya sı məhkəməsi iddianın təmin olunmaması barədə düzgün nəticəyə gəlmədiyindən kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
57. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 yanvar 2024-cü il tarixli 21(103)-107/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (obyekti) üzərində mülkiyyət hüququnun İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.