Məhkəmə qərarları › İş №2-1(102)-1392/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1392/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1392/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-568/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarına əsasən iddiaçıya məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157-ci məhəllə, obyektin adı “Face Studio”, fəaliyyət növü bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti tədbiri keçirilmiş, aşkar olunmuş faktlar xx.xx.2021-ci il tarixli, 002446 saylı aktla rəsmiləşdirilmişdir. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsu liyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarı ilə 5 nəfər şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə iddiaçı barəsində 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəa liyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, məhəllə 3157-ci ünvanında yerləşən “FACE STUDİO” obyektində xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi yoxlamalarının nəticəsində qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərara əsasən 10.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Onun həmin qərardan verdiyi inzibati şikayəti Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, **********600000 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı ədalətsiz və qanunsuzdur. 27 may 2021-ci il tarixli 002446 nömrəli aktda və onun əlavəsində guya 5 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslər salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin aktda qeyd olunan 5 nəfər fərdi sahibkarlar da bildirmişdirlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymamışlar. Cavabdehin əməkdaşları iddiaçıya həmin şəxsləri öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün iddiaçının işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa, cavabdehin operativ vergi nəzarətinin həyat a keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanı əməkdaşının qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin mü ddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədlər təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, cavabdeh 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədl ərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh orqan operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər cavabdeh orqan qanunun tələblərinə uyğun olaraq vergi nəzar əti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntuların həqiqətən mövcud olub-olmadığını açıq-aşkar görmək olardı. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarına əsasən iddiaçıya məxsus AZ1138, ünvan 2 ünvanında yerləşən “Face Studio” adlı obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hans ı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus obyektdə 5 nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fizik i şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8451 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cər imələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli, 2-1(112)-2813/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilibedilməməsi yoxla nılmış, həmin 5 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmamışdır. Ona görə də bu, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz., operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu halına yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, mübahisələndirilən qərar qəbul edilərkən vergi və inzibati icraat haqqında qanunveric iliyin tələbləri pozulmamışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-568/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 9 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

13. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən adları qeyd edilmiş (X1, X6, X3, X4) şəxslərin hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim etmişdir. VÖEN **********, **********662000 nömrəli qəbzdən görünür ki, X1 fərdi qaydada bərbər fəaliyyəti göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 90,0 manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********806900 nömrəli qəbzdən görünür ki, X6 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verg inin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********379200 nömrəli qəbzdən görünür ki, X3 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 90,0 manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********9266700 nömrəli qəbzdən görünür ki, X4 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********37090 0 nömrəli qəbzdən görünür ki, X2 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. Həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər iddiaçının işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir.

14. Hazırkı iş ilə eyni predmetə malik başqa bir inzibati iş üzrə kassasiya instansiyasının qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsinə əsasən sadələşdirilmiş v ergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər.

15. Qəbul edilmiş qərarda hakimin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməli olduğu halda, hazırkı iş üzrə qərarda hakim mübahisəyə dair tətbiq edilməli normativ hüquqi aktların hərfi mənasının hazırkı işə tətbiqinin mümkünsüzlüyünə dair şəxsi (subyektiv) mülahizəsini ifadə etmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinin kobud pozuntusu ilə nəticələnmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsinə qar şı verilmiş etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri Maddə 24.0. Vergi orqanları:... 24.0.6-1. bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” verməyə borcludur. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödən ilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.... Maddə 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:... 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər... Maddə 220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul ol an bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:... Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat... Maddə 220.11. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;... Maddə 221.8. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.... 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır...

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsa slandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İddiaçı şikayətlərində qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Sabit qəbzlər, subicarə müqavilələri) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İddiaçı barəsində tərtib olunan qərarda adları uçotsuz işçi kimi qeyd olunan şəxslər barəsində olan sabit qəbzlər, subicarə müqavilələri olduğu halda, məhkəmə bu halları aydınlaşdırmaq, zəruri sübutları toplamaq istiqamətində hər hansı addım atmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişd ir ki, iddiaçının istinad etdiyi, 5 nəfər şəxslə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçirilməmiş, subicarə müqaviləsi əsasında onların adına qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmiş, bununla əlaqədar iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsinə, nədə hazırkı mərhələdə məhkəməyə sübutlar təqdim edilməmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi icarə müqavilələrinin qeydə alınmaması həmin müqavilələrin tərəflərinin icarə deyil, məhz əmək münasibətlərində olması nəticəsinə gəlməyə özü-özlüyündə əsas vermir və həmin xüsusat işin digər faktiki halları ilə birgə araşdırılmalı və qiymətləndirilməlidir.

25. Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinin tələbinə görə, b u Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 218.4.4-cü maddəsinin tələbindən göründüyü kimi, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar.

26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi barədə qəbzləri işin digər materialları ilə birgə araşdırmamış, onları qiymətləndirməm iş, həmin qəbzlərlə bağlı iddiaçının dəlillərinə hər hansı münasibət bildirməmişdir.

27. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-568/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar