Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1395/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2021 nömrəli iş üzrə 23.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,02 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçıya Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli, 08 saylı qərarı ilə 0,02 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması qərara alınmış, 2006-cı il 6 iyun tarixdə iddiaçı ilə Mirzəməmmədkənd Bələdiyyəsi arasında bağlanmış Torpağın alğı-satqısına dair aktla həmin torpaq sahəsi ona satılmış, torpağın dəyərini 2006-cı il 28 aprel tarixdə bələdiyyənin hesabına ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)450/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Quba rayonu Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli qərarı ilə ayrılmış 0.02 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin planə və ölçüsünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
4. Birinci instansi ya məhkəməsi qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina»nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamış, imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.”
5. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsini xahiş edilmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.02.2019-cu il tarixli, 2-1(105)522/2019 nömrəli (Zaur Məmmədov sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)-450/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.06.2020-ci il tarixli, 2-1(102)-887/2020 nömrəli (İlqar Hüseynov sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə apelyasiy a instansiyası məhkəməsinin 25.11.2019-cu il tarixli, 2-1(105)-522/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Ali Məhkəmə həmin nəticəyə gələrkən İPM-nin 12.1, 12.2, 58.7,-ci maddələrinə, Torpaq Məcəlləsinin 8-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1, 6.3, 7.1, 7.1.1, 7.1.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, “İstinad edilən normaların tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, keçmiş DTXK-nın Quba rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan Torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid olduğu qeyd edilsə də, Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli, 08 saylı qərarında iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsinə aid olduğu göstərilmişdir”. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli, 21(105)-46/2021 nömrəli ( Hökümə Babayeva sədrlik edən və məruzəçi, Məhəmmədəli Rzayev və Elman Əhmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.03.2019-cu il tarixli, 2-1(085)-450/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apelyasiya ainstansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1, 6.3, 7.1.2-ci maddələrini, “İnzibati icraat haqqında ” Qanunun 19-cu maddəsini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11, 15-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
13. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 26.04.2006-ci il tarixli, 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərd ə tutulmuş torpaq sahələrinə aid deyildir.
14. Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayonu şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştamp yoxdur.
15. Bundan əlavə Bələdiyyə tərəfindən təsdiq edilmiş yer quruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nın Quba rayon şöbəsinin RİH-nin Memarlıq və Tikinti şöbəsinin möhürü yoxdur.
16. Göstərilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, İddiaçı ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur.
17. Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 08 saylı qərarından görünür ki, İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsindən şəxsi ev tikmək məqsədilə 0,02 ha torpaq sahəsinin satı lması qərarı alınmışdır.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
19. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
20. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərabaycan Respublikası vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları və digər torpaqlar.
21. Həmin Məcəllənin 11-ci maddəsində torpaq sahələrinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyy ən edilir. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
23. Qeyd edir ki, kənd təsərrüfatına az yararlı torpaq sahələrin həyətyani məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nın Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştamp, habelə Bələdiyyə tərəfindən təsdiq edilmiş yer quruluşu xəritəsindən və baş planından, çıxarışlarda DTXK-nın Qub a rayon şöbəsinin və RİH-nin Memarlıq və Tikinti şöbəsinin möhürü olmamışdır.
24. Bununla yanaşı bildirir ki, mövcud qanunvericiliyə əsasən, əsasən kənd təsərrüfatlı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2-1(105)-46/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsin i xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin rədd ediəməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
28. İşdə iştirak edən şəxslər m əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
31. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına u yğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiy ası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
34. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə yuxarıda göstərildiyi kimi artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasında məhkəmə baxışı predmeti olmuş və Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.06.2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilməklə, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
35. Ali Məhkəmə həmin qərarda öz hüquqi mövqeyini belə bildirmişdir ki, “yuxarıda istinad edilən normaların tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmi n olunmamışdır. Belə ki, keçmiş DTXK-nın Quba rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid olduğu qeyd edilsə də, Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli 08 saylı qərarında iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsinə aid olduğu göstərilmişdir. Cavabdeh bu xüsusatı digər dəlillərlə birlikdə apelyasiya şikayətində də qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etməmiş, hazırkı işdə hüquqların dövlət qeydiyyatından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcud olmadığına əsaslanmışdır.”
36. Beləliklə apelyasiya məhkəməsinin 25.11.2019-cu il tarixli qərarının ləğv edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, sözügedən torpaq sahəsi keçmiş DTXK-nın Quba rayon şöbəsinin rəyində və Quba rayonu Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli qərarında müxtəlif kateqoriyalara aid edilsə də, apelyasiya məhkəməsi bu məsələni tam və hərətərfli araşdırmamış, nəticə etibarı ilə inzibati mübahisəni düzgün həll etməmişdir.
37. Məlum olduğu kimi İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
38. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi hazırkı işə təkrar baxarkən İPM-nin 96.11-ci maddəsinə riayət etməklə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almış və sözügedən məsələni tam və hərtərəfli araşdırmışdır.
39. Belə ki, bununla bağlı apelyasiya məhkəməs i tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mütəxəssis rəyi alınması ilə bağlı sorğu göndərilmişdir və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: 40.
1. Quba rayonu Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006cı il tarixli, 08 saylı qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsi məqsədli təyinatına görə hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aiddir? 41.
2. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığı hansı (yararlı, az yararlı, yararsız) səviyyədədir?
42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak ın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2020-ci il tarixli, **********41 saylı mütəxəssis rəyində Quba rayon Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 08 saylı qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu, eləcə də həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaqlara aid olduğu qeyd edilmişdir.
43. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin sözügedən mütəxəssis rəyinin nəticəsinin qiymətləndirilməsi zaman maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
44. Belə ki, Torpaq Məcəlləsinin 8-ci maddəsinə görə, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunverici liklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. 45. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır.
46. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 47. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (zaman görə qüvvədə olan redaksiyada) 6.3-cü maddəsinə görə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.
48. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə ve rilə bilər. 49. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 50. 8.0. və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 51. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə u yğun olmalıdır. 52. 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
53. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına alınmasından imtinası üçün müəyyən edilmiş əsaslar olmadan, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarını qeydə almaqdan imtina etmişdir.
54. Belə ki, apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, kənd təsərrüfatına az yararlı torpa q sahəsidir, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir.
55. Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştampın olmaması, bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nin Quba rayon şöbəsinin və RİH memarlıq və tikinti şöbəsinin möhürünün olmaması ilə bağlı kasasiya şikayətinin dəlillərini əsassız hesab edir, belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hes ab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
56. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər mötəbər olmaqla, ondan əlavə sənədlərin tələb edilməsi qanunla qadağandır. Eyni zamanda sadalanan nöqsanlar iddiaçının təqsiri üzündən baş vermədiyindən onun mülkiyyət hüquqlarının məhdudlaşdrılmasına səbəb ola bilməz.
57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhk əməsinin 23.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci il tarixli, 2-1(105)-46/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.