Məhkəmə qərarları › İş №2-1(102)-1398/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1398/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1398/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1995, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 24 aprel 2020-ci il tarixdə E.Sosial.az-dan göndərilmiş SMS-dən müəyyən olunur ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyi X4ndən götürülmüş elektron məlumatdan müəyyən olunur ki, iddiaçıya 2020-ci il 14 aprel tarixdə 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi tərəfindən işsiz statusu verilmişd ir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2020-ci il 21 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə 2020-ci il 14 aprel tarixindən onu işsiz kimi qeydiyyata aldırmaq haqqında inzibati aktın qəbul edilməsini və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manatlıq birdəfəlik ödəniş 2020-ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat məbləğində cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödəniş 2020ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat məbləğin cavabdehdən tutularaq, ona ödənilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 8 aprel 2020-ci il tarixdə https6://asanlogin.my.gov.az/auth/with-pin saytı vasitəsilə cavabdehə müraciət edərək işsiz kimi qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyi yanında “X4”ndə qeydiyyata alınaraq 14 aprel 2020-ci il tarixdə işsiz statusu almışdır. Lakin cavabdehdən şəxsi istifadəsində olan nömrəsinə daxil olan 24 aprel 2020-ci il tarixdə SMS-də qeyd edilmişdir ki, “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinin 1-ci bəndini rəhbər tutaraq onu işsiz kimi qeydiyyata almaqdan imtina etmişdirlər. Bu səbəblə o, Nazirlər Kabinetini n qərarı əsasında cavabdeh tərəfindən pandemiya dövründə ödənilən aylıq 190 manatlıq birdəfəlik ödənişdən məhrum olmuşdur. “X4”ndə işsiz statusu hazırkı vaxtadək dəyişilməz olaraq qalmaqdadır. Hesab edilməlidir ki, şəxsi istifadəsində olan nömrəsinə 24 aprel 2020-ci il tarixdə göndərilən imtina SMS-i əsassızdır. Bununla bağlı 11 may 2020-ci il tarixdə cavabdehə etiraz məktubu yazaraq ədalətli qərar qəbul olunmasını xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir.

6. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmələrin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfə lik ödəmə üçün müraciət etmiş həmin Qaydaya uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan birdəfəlik (190 manat) ödəmənin verilməsindən imtina olunmuşdur. Bununla yanaşı, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxs qismində 1 iyul 2020-ci il tarixdə (VÖEN: 1********) qeydiyyatdan keçmişdir. Daha sonra 8 sentyabr 2020-ci il tarixdə 18 saylı vəkil bürosunda vəkil vəzifəsində işə başlamışdır. Hal-hazırda orada əmək fəaliyyətini davam etdirməkdədir. Həmçinin işaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli, 327 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyi yanında X1 şəhər, rayon məşğulluq mərkəzləri və “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1258/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin 2020-ci ilin aprel-may ayları üçün olmaqla cəmi 380 manat ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. İddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İnzibati Prosessual Məcəllənin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalı dır.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1641/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.B.Nuriyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxs olmadığından cavabdehin birdəfəlik ödəmənin verilməsindən im tinası əsaslı olmuşdur.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)176/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /məruzəçi/, R.S.Nəbizadə və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 23 iyul tarixli, 2- 1(103)-1641/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxs qismində 2020-ci il 1 iyul tarixində (VÖEN: 1********) qeydiyyatdan keçmiş, 2020-ci il 8 sentyabr tarixində 18 saylı Vəkil Bürosunda vəkil vəzifəsində işə başlamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə (iddia olunan aprel və may aylarında) MAS-da işsiz kimi qeydiyyata alınmış şəxs olmadığı nəticəsinə gəldiyini, “Müraciət vərəqəsi”nə görə iddiaçının 2020-ci il 8 aprel tarixdən MAS-da işsiz kimi qeydiyyata alındığına dair məlumatı iddiaçının tələbinin əsası kimi nə üçün qəbul etmədiyini qərarında əsaslandırmamışdır. Birdəfəlik ödəmənin təyin olunması və ödənilməsinin digər şərti, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olub-olmadığı, onun “Məşğulluq haqqında” Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alındığının təsdiq edildiyi halda yoxlanılmalıdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1258/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən X5 Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur.

19. Azərbaycan Respublikası Nazirlər Kabin etinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.

20. Cavabdeh X5 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda 10 minlərlə vakant vəzifələr vardır. İşsiz şəxs e-sosiai.az internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir.

21. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə h əyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır.

22. Cavabdeh X5 Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X2 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir.

23. Hazırda Qanuna uyğun olaraq X2 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsə dilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir.

24. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

25. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Birinci instansiya məhkəməsinə təqdim edilən AR X5 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 pay mülkiyyəti haqqında xx.xx.2020-ci il tarixli, ********** nömrəli elektron arayışdan, eyni zamanda məhkəmə tərəfindən göndərilmiş sorğunun cavabından da göründüyü iddiaçının heç bir torpaq pay mülkiyyəti olmamışdır. Cavabdehin bu cür yanaşması əsassızdır. Çünki həmin elektron arayışı elə məhz X5 Sosial Müdafiəsi nazirliyin rəsmi (e-sosial) saytından əldə edilmişdir.

27. Cavabdeh məhkəmənin “Mediasiya haqqında” Qanunun 31.1 -ci maddəsini əsas göstərərək məhkəmənin qanunvericiliyin bu imkanlarından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə mali yyə yükünə səbəb olmasını qeyd etmişdir.

28. Mediasiya haqqında qanunvericilik kommersiya, ailə və əmək mübahisələri üzrə mediasiyanın məcburiliyini qeyd etdiyi halda inzibati işlər üzrə bu tələb mövcud deyildir. Cavabdehin məhkəmənin bu şəkildə pozuntu etməsinin və dövlət büdcəsinə əlavə maliyyə yükünün səbəb olmasını qeyd etməsi isə tamamilə gülünc bir haldır.

29. Cavabdeh qeyd etmişdir ki, “birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Həmin məbləğ X5 Sosial Müdafiəsi Nazirliyinə ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur”.

30. Cavabdehin bu şəkildə əsaslandırma gətirərək eyni zamanda öz səhvləri ucbatından iddiaçının haqqı olan 380 manat ın ödənilə bilməməsini qeyd etməsi qanunvericiliyə ziddir.

31. Necə ki hansısa vətəndaşa artıq, haqsız yerə ödəmə etdikləri halda qanunvericiliyə uyğun olaraq geri tələb edə bilirlərsə, öz səhvləri ucbatından hüquqları pozulmuş vətəndaşın hüquqlarını bərpa etməkdə onların vəzifəsidir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;...

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”:... 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından a şağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.1 1. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara....

34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübut larla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılm asının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə riayət olunduğu müəyyən olunur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iş materiallarından aydındır ki, ca vabdeh orqana iddiaçı birdəfəlik ödəmənin verilməsindən imtina cavabında yalnız “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmasından imtina edildiyi qeyd edilmiş, məhkəməyə təqdim edilən yazılı etirazda isə iddiaçının kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan imtina cavabı verildiyi bildirilmişdir. 42. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddirlər.

43. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02 fevral 2021-ci il tarixli **********43 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir.

44. Eyni zamanda, cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazda mövqeyini əsaslandırarkən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxs qismində 01 iyul 2020-ci il tarixdə (VÖEN-1********) qeydiyyatdan keçməsi ilə əsaslandırmışdır. Daha sonra 08 sentyabr 2020-ci il tarixində 18 saylı Vəkil Bürosunda vəkil vəzifəsində işə başladığını qeyd etmişdir. Lakin qeyd edilən halların əsaslılığını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətinə əlavə etməmişdir”.

45. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıya 14 aprel 2020-ci il tarixdə 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi tərəfindən işsiz statusu verilmişdir.

46. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir.

48. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olara q ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir.

49. Qərarın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı d övlət sosial yardımı alan ailələrin üzvlərinə; əmək pensiyaçılarına; aylıq müavinət alanlara; aylıq təqaüd alanlara; özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; işsizlikdən sığorta ödənişi alanlara; peşə hazırlığına görə təqaüd alanlara; 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

50. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; yaşı 18-dən aşağı olanlara; Azərbaycan Respublikasının X5 Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11- ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır.

51. Hazırki işdə iddiaçının 19 0 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh onun verilməsi proqramının başa çatdırılaraq icrası müddəti bitdiyini, bir aydan az müddət ərzində 600 min şəxsi əhatə etdiyini, ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə istifadə olunması və iddiaçının aztəminatlılıq meyarlarına uyğun gəlmədiyi ilə əsaslandırmışdır.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçının birdəfəlik yardım almaq hüququ olmuş, iddiaçıların birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır.

53. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2-1-ci bəndində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğ ulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda birdəfəlik ödəmənin cari ilin aprel və may ayları üçün ödənilməsinin nəzərdə tutulması qeyd edilmişdir.

54. Prezidentin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamında 10.2-ci bəndin icrası ilə bağlı icra müddəti kimi 2020-ci ilin aprel və may ayları, Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarında birdəfəlik ödəmənin cari ilin aprel və may ayları üçün ödənilməsi əksini tapdığından birdəfəlik ödəmənin verilməsi proqramının başa çatdırılaraq icrası müddətinin bitdiyinə görə ödəmənin verilməsindən imtina barəd ə cavabdehin şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

55. Cavabdeh hesab edir ki, birdəfəlik ödəmə 600 min şəxsi əhatə etmiş və ayrılmış vəsait təyinatı üzrə istifadə olunduğundan iddia əsaslı sayıla bilməz. 56. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır.

57. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12. 1 və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır.

58. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə tinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1413/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar