Məhkəmə qərarları › İş №2-1(102)-14/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-14/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-14/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kompensasiyanın ödənilməsi ilə bağlı 3-cü şəxsin kassasiya şikayətinin mümkünlüyü) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Zakir Quliyevdən ibarət tərkibdə, İddiaçı-nin Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi t ələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli, 2-1(103)-49/2021 nömrəli iş üzrə qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində yerləşən 1, 3748 ha torpaq sahəsi və üzərində yerləşən 430.9 kv.m ümumi, 322.0 kv.m əsas, 108.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı-yə məxsus olmuşdur.

2. Bakı şəhər İcra Hakimiyyətinin 03.10.2012-ci il tarixli, 428 nömrəli “Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamına əsas ən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.09.2012-ci il tarixli, 22/MQ-819 saylı razılıq məktubu və Gənclər və İdman Nazirliyinin 06.08.2012-ci il tarixli, 1997/R2-06/16 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, 20-ci sahə, Ak.Əhəd Yaqubov küçəsi ilə Qazalin küçəsi arasında yerləşən 6.0 ha torpaq sahəsi hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün həmin nazirliyin daimi istifadəsinə verilmişdir.

3. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 03.12.2013-cü il tarixli, 488 nömrəli “Gənclər və İdman Nazirliyinə idman obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.10.2013-cü il tarixli, 22-1378 saylı, Cavabdeh 07.11.2013-cü il tarixli, 1/10-963 saylı razılıq məktubları, Gəncl ər və İdman Nazirliyinin 20.09.2013-cü il tarixli, 3178/R-06/16 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, Qazalin küçəsində (20-ci sahə) yerləşən 16.0 torpaq sahəsi idman yarışlarının keçirilməsi nəzərdə tutulan idman obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin Nazirliyin daimi istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kompensasiyanın ödənilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində 1.3748 ha torpaq sahəsi və üzərində yerləşən 1 a nömrəli,430.9 kv.m ümumi, 322.0 kv.m əsas, 108.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı-yə məxsus olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 428 nömrəli, 03.10.2012-ci il tarixli “Gənclər və İdman Nazirliyinə hovuz kompleksinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.09.2012-ci il tarixli, 22/MQ-819 saylı razılıq məktubu və Gənclər və idman Nazirliyinin 06.08.2012-ci il tarixli, 1997/R2-06/16 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, 20-ci sahə, Ak.Əhəd Yaqubov küçəsi ilə Qazalin küçəsi arasında yerləşən 6.0 ha torpaq sahəsi hovuz kompleks inin tikintisinin layihələndirilməsi üçün həmin nazirliyin daimi istifadəsinə verilmişdir. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 488 nömrəli, 03.12.2013-cü il tarixli “Gənclər və İdman Nazirliyinə idman obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24.10.2013-cü il tarixli, 22-1378 saylı, Cavabdeh 07.11.2013-cü il tarixli, 1/10-963 saylı razılıq məktubları və Gənclər və İdman Nazirliyinin 20.09.2013-cü il tarixli, 3178/R-06/16 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, Qazalin küçəsində (20-ci sahə) yerləşən 16.0 torpaq sahəsi idman yarışlarının keçirilməsi nəzərdə tutulan idman obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin nazirliyin daimi istifadəsinə verilmişdir. Bundan son ra, Cavabdeh tərəfindən onlara məlumat verilmədən torpaq sahəsində olan tikililər sökülmüş, tikinti materialları və avadanlıqlar icra hakimiyyətinin əməkdaşları tərəfindən aparılmışdır. Bununla əlaqədar, Cavabdehnə müraciət etmişdir. İcra hakimiyyəti tərəfindən ona bildirilmişdir ki, müəssisəyə məxsus sahə üzgüçülük kompleksinin tikintisi məqsədi ilə sökülmüşdür və buna görə kompensasiya ödəniləcəkdir. Lakin, uzun zaman keçməsinə baxmayaraq ona heç bir kompensasiya ödənilməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(81)22/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində İddiaçı-nin mülkiyyətində olan 1,3748 ha torpaq sahəsində yerləşmiş 1 a nömrəli 430,9 kv.m ümumi, 322,0 kv.m əsas, 108,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyr-yaşayış binasının sökülməsi ilə əlaqədar olaraq İddiaçı-yə 2 986 000.0 (iki milyon doqquz yüz səksən altı min) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 246-cı maddələrinə istinadla hesab etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən 2 986 000 (iki milyon doqquz yüz səksən altı milyon) manat məbləğində kompensasiya Cavabdehndən alınaraq İddiaçı-y ə ödənilməlidir.

8. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(103)-49/2021 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya məhkəməsinin qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilmişdir. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi bar ədə qərarın qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Üçüncü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu olduqca yüksək və şişirdilmiş qiymətdir və qanunvericilik aktlarına, habelə analoji işlər üzrə məhkəmə təcrübəsinə və hazırki bazar qiymətlərinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri üçün kompensasiyanın məbləğinə tamamilə ziddir. Eyni zamanda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin abadlaşdırılması qanunvericiliklə torpaqların dövlət ehtiyacları üçün alınması üçün əsas olan hallardan biri kimi nəzərdə tutulmadığından, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməsi əsassızdır.

12. Həmçini n, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.

13. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 aprel 2012-ci il tarixli, 332-İVQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə» 01 iyun 2012-ci il tarixli Fərmanının 2.1- ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1ci, 246.2-ci və 246.3-cü maddələrində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Azərbaycan Respublikas ının Nazirlər Kabineti nəzərdə tutulur. Lakin iddiaçıya məxsus sahənin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının l əğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4 İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məh kəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ na malikdirlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edild iyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı

1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslər məhkəmə aktlarını İPM-in 81.2 və 90.2-ci maddələrinə uyğun olaraq müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər.

2. Məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şə xslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

17. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsi oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur.

18. Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədinə xidmət edən İPM-in 98-1-ci maddəsində təsbit edilmiş mexanizm Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini təmin edən üsullardan biri kimi qəbul edilməlidir.

19. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 saylı Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsinə və onların hüquqi müdafiə vasitələrindən istifadə imkanlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqe formalaşdırılmışdır.

20. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyasının aşağıdakı hüquqi mövqeyi ifadə olunmuşdur: “69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızl ığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasi ya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.

74. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə, həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

75. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə mün asibətdə isə aşağıdakılar nəzərə alınmalıdır.

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə v ə ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi stat us yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı i craatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə, məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən o rqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.

79. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunulan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur”.

21. Məhkəmə kollegiyası hazırkı mübahisəyə 17 fevral 2022-ci il tarixli qərardadın kontekstində qiymət verərək bildirir ki, məhkəmə icraatında cavabdeh qismində Cavabdeh çıxış edir. Azərbaycan Respublikas ının Maliyyə Nazirliyi həmin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2-1(81)22/2019 nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsində İddiaçı-nin mülkiyyətində olan 1,3748 ha torpaq sahəsində yerləşmiş 1 a nömrəli 430,9 kv.m ümumi, 322,0 kv.m əsas, 108,9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyr-yaşayış binasının sökülməsi ilə əlaqədar olaraq İddiaçı-yə 2 986 000.0 (iki milyon doqquz yüz səksən altı min) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir.

23. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi və cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin həmin qərarından apelyasiya şikayəti verilmişd ir.

24. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(103)-49/2021 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apelyasiya məhkəməsinin qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilmişdir. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərarın qəbul olunması xahiş edilmişdir.

26. Göründüyü kimi, məhkəmələr tərəfindən qəbul edilmiş qərarla kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi yalnız Cavabdeh üzərinə qoyulmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, 17 fevral 2022-ci il tarixli qəra rdadda ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün, ümumiyyətlə əsaslar mövcud olmamış və aşağı instansiya məhkəmələri tərəfindən onun məhkəmə icraatına cəlb olunması ilə bağlı məsələyə düzgün qiymət verilməmişdir. Belə ki, hazırkı mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı üçüncü şəxs Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadında ətraflı şərh olunmuş səbəblərdən toxunma vəziyyəti yaratmır. Bu baxımdan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli, 2-1(103)-49/2021 nömrəli qərarından üçüncü şəxs Maliyyə Nazirliyi tərə findən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 90.2, 96, 98-1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli, 21(103)-49/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar