Məhkəmə qərarları › İş №2-1(102)-140/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-140/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-140/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilər üzrə ümidsiz borcun silinməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təs ərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borclarının silinməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(107)-13/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergi borcunun ümidsiz borc hesab edilərək silinməsini xahiş etmişdir.

2. Cavabdeh 2017-ci il 07 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 2017-ci il 07 dekabr tarixə 229.143,15 manat borcu olub, həmin borcun tələb etmə müddəti bitməmişdir. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən 2012-ci il 30 noyabr tarixdən 2017-ci il 30 noyabr tarixədək olan dövr ərzində dövlət büdcəsinə edilmiş ödənişlər yaranma ardıcıllığı gözlənilməklə 2017-ci il 30 noyabr tarixədək yaranmış borcların bağlanılmasına aid edildiyindən hazırda müəssisənin ödəmə müddəti bitmiş borcları müəyyən olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2017-ci il 13 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergi borcunun ümidsiz hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdı r ki, iddiaçının əsas fəaliyyət növləri “Dövlət mənzil fondunun istismarı, saxlanılması və yaxşılaşdırılması, xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətləri göstərmək habelə Nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri” göstərməkdən ibarətdir. İdarə vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrlər üzrə idarənin fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir. Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış ve rgilər üzrə iddiaçının 2012-ci il 30 noyabr tarixə 265.306,27 manat məbləğində borcu olmuş və həmin borc məbləğindən 2017-ci il 24 noyabr tarixə qalıq qrafasında 196.696,40 manat vergilərin tutulması mümkün olmamış və həmin məbləğ qalıq kimi qalmışdır. Dövlət büdcəsinə 2012-ci il 30 noyabr tarixə olan 265.306,27 manat məbləğində borc 2017-ci il 09 avqust tarixinə İdarənin şəxsi hesab vərəqəsi üzrə 171.346,72 manat təşkil etmişdir. Tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə əlaqədar cavabdehə müraciət edilsə də, cavabdeh əsassız olaraq müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 2017-ci il 09 avqust tarixə dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 193.453,10 manat borcu mövcud olmuşdur ki, həmin borcun 171.306,72 manatı əsas borcdan, 22.106,38 manatı faiz borcundan və 40 manatı isə maliyyə sanksiyası üzrə borcdan ibarət olmuşdur. İddiaçının ümidsiz borc hesab edilərək silinməsini tələb etdiyi 171.346,72 manat borc məbləği 2017-ci il 09 avqust tarixə olan yeni yaranmış və dövlət büdcəsinə ödənilməmiş borc məbləğləridir. İddiaçının ümidsiz borc hesab edilərək silinməsini iddia etdiyi 171.346,72 manat məbləğ o halda ümidsiz borc olardı ki, 2017-ci il 09 avqust tarixdən 5 il əvvələ, yəni 2017-ci il 09 avqust tarixə olan borc məbləğindən sonra bu günədək olan dövrdə hər hansı ödəniş edilməmiş olsun və 2012-ci il 09 avqust tarixdən sonra yaranmış borclar istisna olmaqla həmin ta rixə mövcud olan borclar ümidsiz borc hesab edilsin. Ancaq iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, 2012-ci il 09 avqust tarixə olan borcundan sonra vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ümumilikdə 1.019.867,66 manat məbləğində ödəniş edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsində vergilər üzrə borcların ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin əvvəlki illərdən borcu vardırsa, onun cari il üçün nəzərdə tutaraq ödədiyi vergi məbləği Vergi Məcəlləsinin 88.0.1-ci maddəsində nəzərdə tutulduğu kimi əvvəlki ildən və ya illərdən qalan vergi borcuna aid edilir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə 2012-ci il 09 avqust tarixə ümumilikdə 414.228,80 manat məbləğində borcu olmuş, həmin borcun da 186.890,54 manatı vergi, 181.984,56 manatı faiz, 45.353,70 manatı maliyyə sanksiyası üzrə borclardan ibarət olmuşdur. Vergi Məcəlləsinin tələbindən də göründüyü kimi, vergi ödəyicisinin 2012-ci il 09 avqust tarixə mövcud olan 186.890,54 manat məbləğində əsas vergi borcundan sonra dövlət büdcəsinə 1.019.867,66 manat məbləğində vəsait ödənmişdir ki, bu da nəinki həmin tarixə olan əsas vergi borcunun ödənməsi, həmçinin ödəniş həcmində həmin tarixdən sonra yaranmış digər borcların da ödənməsi deməkdir. Hazırda vergi ödəyicisinin Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş tələb etmə müddəti bitmiş borcu olmadığından iddia tələbi rədd edilməlidir.

6. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 iyul tarixli 2-1(84)-154/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2012-ci il 30 noyabr tarixədək yaranmış 171.346,72 manat mə bləğində əsas vergi borcunun ümidsiz borc hesab edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Qanunverici ümidsiz borcların silinməsini vergi orqanının hüququ yox, vəzifəsi olaraq müəyyən etmişdir. Buna baxmayaraq, vergi orqanı həmin borcu silməyərək vergi ödəyicisi tərəfindən ödənilmiş vergiləri Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əvvəlki borcun ödənilməsinə yönəltmişdir ki, bu da qanunvericiliyin tələbinə ziddir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci 18 oktyabr tarixli, 2-1(107)-523/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(102)-1040/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın xx xxxxxxx 2018-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Ali Məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli 6901 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyində xx.xx.2017-ci il tarixədək 171.346,72 manat borcun tutulma müddətinin, yəni 5 illik müddətin ötürüldüyü qeyd edilmişdir. Qeyd olunan rəyi mübahisəsiz sübut kimi qəbul edən həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi bu rəyi yoxlamamış və düzgün qiymətləndirməmişdir. Başqa sözlə, aşağı instansiya məhkəmələri yoxlanılmamış və qiymətləndirilməmiş sübuta istinad etməklə qərar qəbul etmişlər. Ekspertiza rəyinə münasibətdə cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, 2012-ci il 09 avqust tarixdən 2017-ci il 09 avqust tarixədək iddiaçı ümumilikdə 1.019.867,66 manat ödəniş etmiş, lakin ekspert ümidsiz borc məbləğini müəyyən edərkən bu ödənişin çox cüzi hissəsini – yalnız sərəncam əsasında tutulmuş məbləği nəzərə almışdır. Halbuki, vergi qanunvericiliyinə görə borcun ödənilməsi üçün ödənişin xarakteri, yəni könüllü ödənilməsi, yaxud məcburi tutulması heç bir əhəmiyyət daşımır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(107)-13/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmam asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Məhkəmə qərar qəbul edərkən hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 may tarixli qərarındakı tövsiyələri tam nəzərə almamış və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 96.11-ci maddəsinin tələblərini pozmuşdur.

18. İddiaçının məhkəmədə iddia qaldırmaqla mübahisə edilən məbləği ödəmədiyini bildirərək həmin borcun ümidsiz borclardan ibarət olmasını iddia etməsi Vergi Məcəlləsinin 88-ci maddəsinin təsiri altına düşərək ödədiyi ödənişlərlə təkzib olunur.

19. Qanunvericilikdə 88-ci maddə ilə borcların ödənməsinin qaydasının müəyyən edilməsi heç də təsadüfi deyildir. Həmin maddə ilə borcların ödənməsinin qaydasını müəyyən edilməsi zərurətdən yaranmış və vergi ödəyicisi vergi öhdəlikləri üzrə məbləğləri mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Əgər iddiaçının tələbindəki kimi Vergi Məcəlləsinin 88-ci maddəsi nəzərə alınmasa onda hər bir vergi ödəyicisi yeni yaranmış borclarını ödəyər və ya yeni yaranmış öhdəliklərini yerinə yetirər qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra həmin tələb etmə müddəti keçmiş borclarının silinməsini tələb edərdi.

20. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən 5 il əvvəlki tarixə ödənilməmiş, tələb etmə müddəti keçmiş hər hansı borc məbləği mövcud olmamışdır. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsi ilə, ödənişlər barədə məlumatlarla da müəyyən olunur ki, iddiaçı ödənişləri illər üzrə ardıcıl olaraq həyata keçirmişdir. Vergi ödəyicisinin dövlət büdcəsinə borcu yarandıqca vergi orqanı borc məbləğlərinin ödənilməsi ilə bağlı öz vəzifələrini yerinə yetirərək, həmin məbləğlərinin mütəmadi olaraq ödənilməsinə nail olmuşdur. Yəni o halda məhkəmə qərarı haqlı hesab edə bilərdi ki, iddiaçının 2012-ci ilədək şəxsi hesab vərəqəsi üzrə borcu mövcud olsun, o, 2017-ci ilədək heç bir ödəniş həyata keçirilməsin, vergi orqanı 2012-ci ildən əvvəlki borc məbləğini silməsin və iddiaçı tərəfindən 2017-ci ildən sonra ödənilmiş ödənişlər isə 2012-ci ildən əvvəlki borclara aid edilmiş olsun. 21. 2012-ci il 09 avqust tarixədək yaranmış borcların tələbetmə müddətinin keçməsinə dair məhkəmənin göstərdikləri sadəcə mülahizələrdən ibarətdir və iş üzrə toplanmış hər hansı materialla sübut olunmur.

22. Göründüyü kimi, məhkəmə tərəfindən iş üzrə təqdim olunmuş sübutlar düzgün araşdırılmamış, həmin sübutlara düzgün hüquqi qiymət verilməmiş, vergi orqanı tərəfindən təqdim olunmuş sübutlara nəyə görə istinad edilmədiyi, həmin sübutların nə ilə təkzib olunduğu göstərilməmişdir.

23. İş üzrə xüsusilə diqqətəlayiq məqam isə Şəki Apellyasiya Məhkəməsi təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizası üzrə alınmış 2019-cu il 30 dekabr tarixli və 2020-ci il 07 avqust tarixli ekspert rəylərinin nəticə hissələrini qərarın əsaslandırıcı hissəsinə köçürdüyü halda bu rəylərdən hansını mötəbər sübut kimi qəbul edi b ona əsas qərar qəbul etdiyini qərarında qeyd etməməsidir. Bu ondan irəli gəlir ki, hətta məhkəmə kollegiyası belə verilmiş ekspert rəylərinin tədqiqat və nəticə hissələrinin işin faktiki halları ilə açıqaşkar ziddiyyət təşkil etdiyini anlamış və məhz bu səbəbdən konkret hansı tarixli ekspert rəyini sübut qismində qəbul etdiyini qeyd etməkdən yayınmışdır.

24. Qeyd olunan ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməsinə yol verməyən kifayət qədər əsaslar vardır. Həmin əsaslar cavabdeh tərəfindən hazırlanmış yazılı sənədlə məhkəmə kollegiyasına təqdim olunmasına baxmayaraq bu əsaslara məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir.

25. İş üzə alınmış sonuncu, yəni 2020-ci il 07 avqust tarixli, 9/352 nömrəli ekspert rəyinə münasibətdə cavabdeh bildirir ki, 2012-ci ilin noyabr ay ından 2017-ci ilin noyabr ayınadək olan dövrdə müəssisə tərəfindən ödənilmiş məbləğlərə nəzər saldıqda görünür ki, ekspert tərəfindən hesablanmış məbləğlərlə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən ödənilmiş məbləğlər arasında ümumilikdə 557,96 manat fərq mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2012 - xx.xx.2017-ci il tarix aralığında 1.010.953,59 manat ödəniş edildiyi halda ekspert rəyində bu məbləğ 1.010.395,63 manat göstərilmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, eyni ekspert tərəfindən verilmiş əvvəlki xx.xx.2019-cu il tarixli 23834 nömrəli rəydə xx.xx.2012 xx.xx.2017-ci il tarix aralığında dövlət büdcəsinə edilmiş ödənişlərin məbləğini 836.695,70 manat göstərilmişdir. Ekspert rəyində ekspertizanın tədqiqat hissəsində müəyyən olunan fak tlarla ekspertin gəldiyi nəticələr arasında tam ziddiyyət mövcuddur, yəni ki, ekspert tədqiqatla müəyyən etdiklərinin əksinə nəticəyə gəlmişdir.

26. Ekspert birinci sual üzrə nəticəyə gəlmişdir ki, iddiaçı müəssisənin iş materiallarında olan sənədlərə və şəxsi hesab vərəqəsinə əsasən 2012-ci il 30 noyabr tarixə 265.306,27 manat borcun olması təsdiq olunur.

27. Ekspert ikinci sual üzrə cavab verərkən birinci abzasda müəssisə tərəfindən xx.xx.2012-ci il tarixdən - xx.xx.2017-ci il tarixədək büdcəyə 1.010.395,63 manat ödəniş edildiyini göstərir. Lakin ardınca xx.xx.2012-ci il tarixdən - xx.xx.2017-ci il tarixədək 70.209,87 manat məbləğində ödəniş edildiyini bildirmiş və 195.196,40 manat məbləğin tutulmasının mümkün olmadığı qeyd edilmişdir.

28. Ekspertin rəyində göstərdiyi 70.209,87 manat məb ləğində ödəniş edilməsini qeyd etdiyi rəqəmin haradan alındığı məlum olmadığı kimi gəldiyi nəticə üzrə 195.196,40 manat məbləğində heç bir səbəb göstərilmədən 171.346,72 manata endirilməsi aydın olmayan məqamlardandır.

29. Ekspert rəyində göstərilir ki, müəssisənin 2012-ci il 30 noyabr tarixinə hesablanmış faiz nəzərə alınmadan borcu 265.306,27 manat olmuşdur. Bu isə o deməkdir ki, ekspertin birinci sual üzrə gəldiyi nəticənin əsaslı olması üçün həmin 265.306,27 manat borc məbləğinin 2017-ci il 30 noyabr tarixə 171.346,72 manat hissəsinin ödənilməmiş qalması tələb olunur. Bundan ötrü isə, xx.xx.2012-ci il tarixdən 2017-ci il 30 noyabr tarixədək iddiaçı tərəfindən ödənilmiş borc məbləği 93.959,55 manat olmalıdır. Lakin ekspert rəyində həmin müddətdə vergi ödəyicisi tərəfindən ödənilmiş borc məbləğinin 1.010.395,63 manat olduğu göstərilmişdir ki, bu da öz növbəsində 2012-ci il 30 noyabr tarixə mövcud olan 265.306,27 manat borc məbləğinin 2017-ci il 30 noyabr tarixə ödənilməmiş qalmasını istisna edir. Yəni ekspert rəyin nəticə hissəsində tədqiqatla müəyyən etdiyindən fərqli nəticəyə gəlmişdir ki, bu ekspert tərəfindən qanunvericiliyin, daha dəqiq desək Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini nəzərə almaması səbəbindən olmuşdur.

30. Məhkəmənin ekspertizanın təyin edilməsi barədə 2020-ci il 02 mart tarixli qərardadında bildirməsinə baxmayaraq, Vergi Məcəlləsinin 2020-ci il 01 yanvar tarixədək qüvvədə olan redaksiyasının 88.0.1-ci maddəsinin tələblərini nəzərə almamaqla ekspert yanlış nəticəyə gəlmişdir.

31. Ekspertin 3-cü sual üzrə gəldiyi nəticə isə xüsusilə diqqətəla yiqdir və ekspertin iş üzrə rəy vermək imkanının olmamasını sübut edir. Belə ki, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

32. İddiaçı müəssisənin 2012-ci il 30 noyabr tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarətdir?

33. Həmin suala verilmiş cavabda ekspert göstərmişdir ki, iddiaçı müəssisənin xx.xx.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarət olması sualının cavablandırılması mümkün deyildir. Yəni ekspert öz rəyində göstərir ki, onun hər hansı bir tarixə olan vergi borcunun yaranma tarixi və hansı vergi növlərindən ibarət olması barədə rəy vermək imkanı yoxdur. Halbuki, hər hansı borc məbləğinin, o cümlədən iddiaçının ümidsiz borc olduğunu iddia etdiyi, şəxsi hesab vərəqəsində 2012-ci il 30 noyabr tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasının müəyyən edilməsi onun 5 illik tələbetmə müddətinin keçməsi qənaətinə gəlinməsi üçün zəruridir. Qalıq borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasını ekspert müəyyən edə bilməsə də bu barədə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (cədvəllər) mövcuddur.

34. Göründüyü kimi, ekspert rəyinin özündə həmin rəyin sübut kimi qəbul edilməsini istisna edən kifayət qədər əsaslı faktlar olsa da məhkəmə bu faktları nəzərdən qaçırmış, ekspert vergi ödəyicisinin qalıq borc məbləğinin tərkibinin hansı vergi nö vlərindən ibarət olması və hansı dövrləri əhatə etməsi barədə rəy vermək imkanının olmamasını bildirdiyi halda məhkəmə vergi ödəyicisinin 2017-ci il 30 noyabr tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin 5 illik tələbetmə müddətinin keçməsini ekspertin hansı riyazi hesablamalara əsasən hesabladığını aydınlaşdırmağı lazım bilməmişdir. Ekspert 171.346,72 manat məbləğində vergi borcunun nə vaxt yaranmasını, hansı növ vergilərdən ibarət olmasını və həmin borcun nə üçün ümidsiz borc olmasını izah etmədən birbaşa həmin borcun ümidsiz borc olması nəticəsinə gəlmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia tələbinə və ekspert rəylərinə etiraz etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir

36. Göründüyü kimi özü özünü təkzib edən ekspert rəyinə əs aslanan məhkəmə ekspertin ekspert rəyində göstərdiklərini təkzib edən və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməməklə İPM-in 58.7-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

37. İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

38. Cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil 2021-ci il 02 fevral tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

39. İddiaçının nümayəndəsi X7 və vəkili 2021-ci il 02 fevral tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsini n qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

40. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə va sitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məh kəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslı lığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

44. Apellyasiya instansiyası məhkəməsi qənaətinin əsası kimi qeyd etmişdir ki, “Qanunverici ümidsiz borcların silinməsini vergi orqanının hüququ yox, vəzifəsi olaraq müəyyən etmişdir. Buna baxmayaraq, vergi orqanı həmin borcu silməyərək vergi ödəyicisi tərəfindən ödənilmiş vergiləri Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əvvəlki borcun ödənilməsinə yönəltmişdir ki, bu da yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə ziddir. “.

45. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 88-ci maddəsinin iddiaçının vergi öhdəliklərinə münasibətdə tətbiqinin Verg i Məcəlləsində vergi orqanının hüquqlarına dair 23.1.6, 23.1.8, 85.4-cü maddələri, vergi orqanının hüquqlarının həyata keçirilmə üsullarını müəyyən edən 65, 89 və 90-cı maddələri ilə ziddiyyət təşkil etdiyinə dair gəldiyi nəticəni əsaslandırmamış, həmin ziddiyyətlərin məhz nədə ifadə olunduğunu göstərməmişdir.

46. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi həmin qənaəti ilə, həmçinin təsdiq edir ki, cavabdeh vergi orqanı vergi ödəyicisi tərəfindən 2012-2017-ci illərdə ödənilmiş vergi məbləğlərini vergi ödəyicisinin borclarının ödənilməsinə, həm də Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq yönəltmişdir. Cavabdehin də əsas dəlili ondan ibarətdir ki, o, iddiaçının vergi öhdəlikləri ilə bağlı məhz Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun davranmış, bu səbəbdən də iddiaç ının vaxtı ötmüş borcu qalmamışdır.

47. Apellyasiya instansiyası məhkəməsi sübutlarla bağlı qənaətini əsaslandırarkən qeyd etmişdir ki, (1) “...ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.”; (2) “...cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya məhkəməsində iddia tələbinə, eləcə də ekspert rəylərinə etiraz etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.”.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına və İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

49. Belə ki, məhkəmə qərarda dı ilə ekspert qarşısında qoyulmuş 3-cü sual “İddiaçı müəssisənin xx.xx.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarətdir?” məzmunda olmuş, həmin suala verilmiş cavabda ekspert göstərmişdir ki, iddiaçı müəssisənin xx.xx.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarət olması sualının cavablandırılması mümkün deyildir. Halbuki, hər hansı borc məbləğinin, o cümlədən iddiaçının ümidsiz borc olduğunu iddia etdiyi, şəxsi hesab vərəqəsində xx.xx.2012-ci il tarixə olan qalıq 171.346,72 manat borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasının müəyyən e dilməsi onun 5 illik tələbetmə müddətinin keçməsi qənaətinə gəlinməsi üçün zəruridir.

50. Cavabdeh haqlı olaraq qeyd edir ki, qalıq borc məbləğinin hansı vergi növlərindən ibarət olması və hansı dövrdə yaranmasını ekspert müəyyən edə bilməsə də, bu barədə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (cədvəllər) mövcuddur.

51. Ekspert rəyi ilə bağlı yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin təqdim etdiyi yazılı mülahizələrində göstərilsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini, həmin dəlillərə aid sübutları ekspert rəyi ilə birgə tədqiq etməmiş, onlara münasibət bildirməmişdir.

52. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 2020-ci il 2 mart tarixli qərardadında ekspertə iddiaçının etdiyi ödənişləri h esablayarkən Vergi Məcəlləsinin 88, 88.0.1-ci maddələrinin tələblərini nəzərə almağı tapşırsa da, qərardadın həmin hissədə icra olunub-olunmadığı rəyin məzmununa görə müəyyən deyil.

53. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

54. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(107)-13/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar