Məhkəmə qərarları › İş №2-1(102)-1405/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1405/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1405/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müafiə Nazirliyinə qarşı Müharibə veteranı vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2022-c i il tarixli 2-1(103)-695/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 30 dekabr 2020-ci il tarixli, 740 nömrəli protokolu ilə barəsində qəbul olunmuş qərarın ləğv edilərək, ona Müharibə veteranı vəsiqəsinin verilməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5525/2021 nömrəli qərarı ilə (hakim: H.A.Ağalarov) iddia təmin edilməmişdir.

3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və i ddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli 2-1(103)-695/2022 nömrəli qərarına əsasən (hakimlər: E.E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5525/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli 2-1(103)-695/2022 nömrəli qərarının ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

6. Eyni zamanda, iddiaçı ərizə təqdim edərək buraxılmış prosessual müddətin ötürülməsi səbəbinin üzrlü sayılmasını və müddətin bərp a olunmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, səhhətinin kəskin pisləşməsi nəticəsində (arterial təzyiqin artması) nəticəsində qanunda nəzərdə tutulmuş müddət ərzində kassasiya şikayətini hazır edib aiddiyəti üzrə göndərə bilməmiş, bununla da prosessual müddəti 3 gün ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ə rizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qə bulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

8. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli 2-1(103)-695/2021 nömrəli qərarı iddiaçıya 22 aprel 2022-ci il tarixində təqdim edilmiş, iddiaçı isə kassasiya şikayətini 25 may 2022-ci il tarixində vermiş, bununla da məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.

10. İddiaçı prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim etsə də, ərizədə qeyd olunan hallar müddətin bərpası üçün əsas hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, kassasiya şikayəti vəkil tərəfind ən tərtib olunur. İddiaçının səhhətinin pisləşməsi isə onun vəkili tərəfindən kassasiya şikayətinin tərtib edilməsinə maneə deyil. Odur ki, ərizədə göstərilən dəllilər əsassızdır.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli 21(103)-419/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar