Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul vəsaitinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul vəsaitinin geri qaytar ılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli, 2-1(103)-723/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10177 nömrəli, xx.xx.2018-ci il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 87 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 132.5 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil Ko mmunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilə kimi müəyyən edilmişdir.
2. İcarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m. qeyri-yaşayış sahəsini tam dəyərlə 30000.00 (otuz min) manata alıcı İddiaçı satmışdır. 3. xx.xx.2018-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m qeyri-yaşayış sahəsi 6889 nömrəli, x x.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 (otuz min) manat ödənilməklə İddiaçı adına özəlləşdirilmişdir.
4. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 294 nömrəli arayışından görünür ki, İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanda yerləşən qeyri yaşayış sahəsi üçün xx.xx.2018 il tarixdə bağlanmış «10177» saylı icarə müqaviləsi üzrə 06 aprel 2018-ci il tarixə kimi mövcud olan borc tam ödənilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə icarə haqqı borcu yoxdur. 5. xx.xx.2018-ci il tarixli 11 nömrəli qəbzdən görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinə 29.000 manat məbləğində, xx.xx.2018-ci il tarixli 09 saylı qəbzə əsasən isə 1000 manat məbləğində ödəniş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-229/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” ilk, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə mülki işə baxılmış, ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, 13137 saylı icarə müqaviləsi bağlandığı andan etibar sız hesab edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi əsasında özünə məxsus olmuş ünvan 2 ünvandakı binanın zirzəmisində yerləşən sahəsi 146,8 kv.m. olan qeyri-yaşayış sahəsinin qanunsuz və özbaşına sökdüyü üçün tam bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya qiymətləndirərək dəyərinin ödənilməsi, zirzəmidən götürülmüş dəyəri 11143 manat olan əşyaların dəyərinin cavabdehdən xeyrinə tutulması, verdiyi əzab, əsəb və iztirablara görə, eləcə də bütün bu müddətdə yerdən istifadə etmək imkanından məhrum olduğu üçün 15000 manat təzminat ödəməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8120/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(011 )-229/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxılmış, k assasiya şikayətləri təmin edilməmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, müraciətdə qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bu səbəbdən həmin qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D-0075/03-8/2023 nömrəli və 01 fevral 2024-cü il tarixli, 3-21- 3/2-D-0010/02-8/2024 nömrəli imt inanın əsassız hesab edilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə tərəfindən ödənilmiş 30000 (otuz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması (bank uçot dərəcəsi, hüquqi xidmətə görə ödəniş də daxil olmaqla) öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pul vəsaitinin geri qaytarılması öhdəliyinin 75%-nin cavabdeh qismində çıxış edən Maliyyə Nazirliyinin, yerdə qalan 25%-nin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikas ının Maliyyə Nazirliyi cavabdeh qismində cəlb edilməklə, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bildirişinə uyğun əsaslandırılmışdır
12. İddiaçı bildirir ki, onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m. olan qeyri-yaşayış sahəsi 30000 manata ona satılmışdır. Müqavilə əsasında tərəfindən Komitənin hesabına 30000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 09 aprel 2018-ci il tarixli 6889 nömrəli müqavilə ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev k üçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsi onun adına keçirilməli olduğu halda, həmin öhdəlik indiyədək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə məktub ilə müraciət olunaraq 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsinin 20 gün ərzində onun adına rəsmiləşdirilməsi və onun istifadəsinə verilməsini təmin edilməsi və ya ödədiyi pul vəsaitinin ona geri qaytarılması xahiş olunmuşdur. Lakin, həmin orqan tərəfindən 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D0075/03-8/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan qeyriyaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir və buna görə də qeyri-yaşayış sahəsinin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. 01 fevral 2024-cü il tarixli, 3-21- 3/2-D-0010/02-8/2024 nömrəli məktub ilə də eyni məzmunlu cavab verilmişdir. Halbuki məlum olduğu kimi həmin ərazidə qeyri-yaşayış sahəsinin inşa edilməsi Əmlak Məsələləri Dövlət Xidmətini müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsindən əvvəl cavabdehlə aralarında dövlət əmlakının icarəyə verilməsi haqqında 29 mart 2018-ci il tarixli, 10177 nömrəli müqavilə bağlanmışdır. Lakin daha sonra "xxxx" MMC tərəfindən həmin müqavilənin etiba rsız hesab edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur və Xətai Rayon Məhkəməsinin 2(011)229/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8120/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 26 dekabr 2019-cu il tarixli, 2(102)-8167/2019 nömrəli qərarı ilə cavabdehlər tərəfindən verilən kassasiya şikayətləri təmin edilməmişdir. Lakin 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi hələ də qüvvədədir və göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti müqavilə üzrə öhdəliklərini indiyədək yerinə yetirməmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Ş irin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahə "xxxx" MMC şirkətinin faktiki istifadəsindədir. Buna görə də, hazırda 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə ödədiyi pul vəsaitinin ona geri qaytarılması barədə qərarın qəbul olunması zərurəti vardır.
13. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaya etiraz edir və bildirir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyd edilən vəsait dövlət büdcəsindən ödənildiyindən, Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə və im kanına malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 30000 (otuz min) manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər.
14. Cavabdeh Maliyyə Nazirliyi təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı D.Pakizə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında ünvan 3 ünvanında yerləşən sahəsi 132.5 kv.m olan qeyri-yaşayış sahəsinin satın alınması barədə xx.xx.2018-ci il tarixdə 6889 nömrəli “İcarəyə verilmiş əmlakın alqısatqısı” Müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı ha qqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflər arasında müqavilə imzalanarkən yəni sözügedən məsələ ilə bağlı iddiaçı və cavabdeh arasında hüquq və vəzifələr müəyyənləşdirilərkən bu hüquq münasibətlərində Maliyyə Nazirliyi tərəf kimi çıxış etməmiş və müqavilədə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən Maliyyə Nazirliyinin bu prosesə cavabdeh kimi cəlb olunması və üzərinə hər hansı öhdəliyin qoyulması tələbi əsassızdır. Həmçinin Maliyyə Nazirliyinin 1-193 saylı Əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz. Yəni xəzinədarlıq qaydalarına görə köhnə illərin borclarına görə öhdəlik g ötürülmür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir, iş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vur ulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşın maz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edil miş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 30.000 (otuz min) manat pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (məbləğin 25% hissəsində) və dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin (məbləğin 75% hissəsində) üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti onun la əsaslandırılmışdır ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Qanunvericiliyə əsasən əmlakın özəlləşdirilməsi və digər bu kimi xidmətlər Maliyyə Nazirliyi tərəfindən deyil, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Odur ki, iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyatı olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən məsələlər araşdırılmamış və lazımi sübutlar əldə edilməmişdir.
18. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli, 2-1(103)-723/2025 nömrəli qərarı ilə (C.B.Məmmədov/məruzəçi və sədrlik edən/, Ş.A.Məmmədova və P.A.Hüseynov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyiin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)7550/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qismən ləğv edilməsi, xx.xx.2018-ci il tarixli, 6889 nömrəli alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 30.000 manat pul vəsaitinin 75% hissəsinin də İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həqiqi niyyətinin 09 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi 30.000 manat pulun geri qaytarılması ilə bağlı olması müəyyən edilmiş, yenidən dəqiqləşdirmə ərizəsinin alınması zəruri hesab edilməmiş və tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edilmişdir ki, apellyasiya şikayəti təmin edilməli və ödənilmiş məbləğin 75% hissəsinin də iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır.
21. Belə ki, hazırki işin hallarından görünür ki, qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçi İddiaçı müddətli istifadəsinə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.20 18-ci il tarixli, 87 nömrəli Sərəncam verilmiş və icarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən satın alınmışdır. İddiаçı alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş əmlaka görə 30 000 manat pul vəsaitini bilavasitə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürmüşdür. Belə ki, ƏMDX-nin məhkəməyə təqdim etdiyi Mərkəzi Bankın tranzit hesab vasitəsi ilə dövlət büdcəsinə köçürülmüş əməliyyatlardan görünür ki, 10 aprel 2018-ci ildə 09 saylı orderdə qeyd olunmuş və İddiaçı alınan 30.000 manat puldan 1.000 manatı M/H:AZ74 NABZ ******************** saylı müxbir hesabla Mərkəzi banka, yerdə qalan 29.000 manatı 09 aprel 2018-ci ildə yuxarıda qeyd olunan he saba köçürülmüşdür. Lakin ƏMDX-nin məhkəməyə təqdim etdiyi 09 yanvar 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş 09 və 10 aprel 2018-ci il tarixli müxbir hesabın çıxarışda olan müxbir hesabdan fərqli olmasını göstərir. Belə ki, müxbir hesab ******************** olmaq əvəzinə çıxarışlarda ******************** kimi qeyd olunmuşdur. Bu isə ƏMDX-nin İddiaçı aldığı vəsaitin 75 % hissəsinin 10 və 12 aprel 2018-ci ildə Mərkəzi Bankın tranzit hesabına köçürülən 57.4850 və 59.865 manat vəsaitin içərisində olmamasını istisna etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30.000 manat vəsaitin ona geri qaytarılması Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmalıdır.
22. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, sonra dan özəlləşmənin etibarsız sayılması barədə qətnamə qəbul edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır.
23. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçı tərəfindən ödənilmiş 30000 (otuz min) manat pul vəsaitinin 25 %-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-nin isə Maliyyə Nazirliyindən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun imtinası və yazılı etirazında irəli sürdüyü dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
28. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunu: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə o lunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.
29. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”:
1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.
2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsi onlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.
3. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, onlara məxsus səhmlərin satışı zamanı alıcılarının ödəyəcəkləri pul vəsaitinin həcmi və onun ödəmə müddəti qanunvericilik aktlarına müvafiq olaraq alıcı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) arasında bağlanan müqavilə əsasında, müsabiqə və hərrac şərtlərinə uyğun olaraq müəyyən edilir.
4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
5. Ödəniş sənədlərində alıcılar bank rekvizitlərini, ödənişin təyinatını, vəsaitin köçürülməsinin əsasını, özəlləşdirilən obyektin adını və sair göstərməlidirlər.
8. Bu Qaydaların 9-cu hissəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Dövlət Xidməti həyata keçirir.
30. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı: 13.1. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumları n ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. 13.2. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəl i gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayaraq apellyasiya instansiyasının mövqeyi ilə razılaşır və xüsusilə qeyd edir ki, sonradan özəlləşmənin etibarsız sayılması barədə qətnamə qəbul edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Eləcə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə baxılan mübahisədə iddianın predmetinin “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” olmasına baxmaya raq, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının sonuncu vərəqində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbləri baxımından əhəmiyyətsiz olması öz əksini tapmışdır və bu, Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən preyudisial əhəmiyyət daşıyır. Əhəmiyyətsiz əqd isə Azərbaycan Respublikası Mülki Məcələnin 337.3cü maddəsinə əsasən məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir. Nəticədə, iddiaçının alqı-satqı müqaviləsi üzrə ödədiyi 30.000 manat pulun xx.xx.2018-ci il tarixli 6889 saylı alqı-satqı müqaviləsinin məhkəmə qaydasında ləğv edilmədən də cavabdeh təşkilatdan tələb etməkdə su byektiv hüququ vardır.
38. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Buna görə də, apellyasiya instansiya məhkəməsi 30.000 manat pul vəsaitinin 75% hissəsinin də İddiaçı geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasına dair qərarında haqlı olmuşdur.
39. Özəlləşdirmə ilə bağlı ödənilmiş, lakin iddiaçıya qaytarılmamış vəsaitin tamamının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməsi məsələsinə münasibətdə isə nəzərə alınmalıdır ki, özəlləşdirmə ilə bağlı münasibətlərə iddiaçı məhz Əmlak Məsələləri Dövlət Xidməti ilə daxil olmuş, vəsaitin məbləği və ödənilməsi qaydası onunla razılaşdırılmışdır. Həmin vəsaitin taleyinin sonradan dövlət orqanları arasında hansı qaydada bölüşdürülməsindən asılı olmayaraq iddiaçının tələb hüququ münasibət iştirakçısına yönəlməlidir.
40. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, ap ellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli, 21(103)-723/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.