Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1410/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1410/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, tərəflərin iştirakı olmadan, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2595/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) üçüncü şəxslər XXX və XXX cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2in Dövlət Reyestrində “xxxx” MMC ilə bağlı qeydə alınmış faktlarda dəyişiklik edilməsi və onun Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə, ev 2405-ci məhəllədə yerləşən “xxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 22 noyabr 2013-cü il tarixdə “xxxx” MMC-nin direktoru təyin edilmiş XXX 24 oktyabr 2016-c ı il tarixdə iddiaçıya müraciət edərək vəzifəsindən azad olunmasını xahiş etmişdir. “xxxx” MMC ilə XXX arasında bağlanmış əmək müqailəsinə 10 noyabr 2016-cı il tarixdə xitam verilmiş və bu barədə məlumat 19 noyabr 2016-cı il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”ində öz əksini tapmışdır. İddiaçının 06 yanvar 2018-ci il tarixdə cavabdehə müəssisədə rəhbər dəyişikliyinin olması barədə müraciət ünvanlamasına və müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, cavabdeh 15 yanvar 2018-ci il tarixli məktubu ilə imtina etmişdir. Halbuki, XXX klinikanın hüquqi və mühasibat sənədlərini iddiaçıya təqdim etmiş və 19 noyabr 2016-cı il tarixdən başqa klinikada işə başlamışdır. İddiaçı “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istin ad etməklə cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının səlahiyyətində olduğundan yeni rəhbərin təyin edilməsi barədə ümumi yığıncağın qərarı təqdim edilməlidir. Göstərilən əsas iddiaçının 50%-lik paya sahib olduğu müəssisənin nizamnaməsi ilə də təsdiqini tapmış, lakin iddiaçı müəssisənin digər 50%-lik payına sahib olan tərəflə razılaşa bilmədiyindən nizamnamənin tələblərinə uyğun olaraq müəssisənin direktorunun səlahiyyətlərinə xitam verilməsi barədə ümumi yığıncağın qərarını vergi orqanına təqdim edə bilməmişdir. Bu səbəbdən, iddiaçının hüquqları cavab deh tərəfindən deyil, müəssisənin daxili məsələləri həddində pozulmuşudur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(82)1468/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik cəmiyyətin icra orqanlarını yaratmağı və onların səlahiyyətlərinə xitam verməyi təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyəti kimi müəyyən etmişdir ki, eyni əsaslar iddiaçının pay sahibi olduğu müəssisənin nizamnaməsində də öz əksini tapmışdır. İddiaçının “xxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması ilə bağlı müəssisənin ümumi yığıncanğının qərarı mövcud olmamışdır. Həmin qərardan iddiaşı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmi şdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2595/2018 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Şərafət Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və hesab etmişdir ki, cavabdeh qeydiyyat orqanı olmaqla təqdim edilmiş müvafiq sənədlər əsasında qeydiyyat aparır. Cavabdehin müvafiq sənədlər olmadan iddiaçının müraciəti əsasında qeydiyyata dəyişiklik etmək səlahiyyəti yoxdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “X4 qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 9.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91, 91.3. 2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, qanunvericilik qanuni təmsilçinin dəyişdirilməklə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmuş halları müəyyən etmiş, cavabdeh isə imtinasında həmin hallardan heç birinə istinad etməmişdir. Bundan başqa bildirilmişdir ki, əmək qanunvericiliyi ilə əmək müqaviləsinin ləğv edilməsinin işəgötürənin əsasla ndırılmış əmri ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur ki, XXX ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə 10 noyabr 2016-cı il tarixdə xitam verilmişdir. 19 noyabr 2016-cı il tarixdən XXXnın digər bir tibb müəssisəsində baş həkim vəzifəsinə təyin olunmasına baxmayaraq, cavabdeh X2 Dövlət Reyestrində heç bir dəyişiklik etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verm əmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “xxxx” MMC-nin nizamnamə kapitalı 100,00 (bir yüz) manat həcmindədir və hər 25.000 (iyirmi beş min) manat olmaqla 4 (dörd) paydan ibarətdir. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi edilmişdir: - Vətəndaş - İddiaçı 50.00 manat, 2 (iki) pay, 50 %, pul şəklində. - Vətəndaş - X3 - 50,00 manat, 2 (iki) pay, 50 %, pul şəklində. “xxxx” MMC-nin Nizamnaməsinin 4.2-ci bəndində Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərin ə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarının dəyişdirmək; cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək; cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək; cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək; cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi; cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi; cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarmın aparılması qaydasını müəyyən etmək. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. X1 və nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. “xxxx” MMC Azərbaycan Respublikası Vergi lər Nazirliyi yanında X2 Dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçı X2in Dövlət Reyestrində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı qeydə alınmış faktlarda dəyişiklik edilməsi və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə, ev 2405-ci məhəllədə yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi (direktor) kimi qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh onun bu müraciətini təmin etməkdən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təqdim edilmiş müvafiq sənədlər əsasında qeydiyyat apardığından, müvafiq sənədlər olmadan iddiaçının müraciəti əsasında qeydiyyata dəyişiklik etmək cavabdehin səlahiyyətinə aid olmamışdır. Bu mövqeyi iddiaçı o əsasl a mübahisələndirmişdir ki, qanunvericilik qanuni təmsilçinin dəyişdirilməklə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmuş halları müəyyən etmiş, cavabdeh isə imtinasında həmin hallardan heç birinə istinad etməmişdir. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir və aşağıdakıların bildirilməsini zəruri hesab edir. “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun): - 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; - 9.2-ci maddəsinə əsas ən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Müddəaların mənasına görə, reyestrdə hüquqi şəxslərin qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır və bunun üçün dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. İddiaçı cavabdehə müraciət edərkən qeydə alnmış hüquqi şəxsin icra orqanı olan direktorunun (qanuni təmsilçisinin) dəyişməsi ilə bağlı özünün qanuni təmsilç i olduğunu bildirmiş, lakin bu faktın qeydə alınmasını xahiş etməklə onu təsdiq edən müvafiq sənədi təqdim etməmişdir. Belə ki, hüquqi şəxsin icra orqanının – onun qanuni təmsilçisınin qeydə alınması üçün təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) tələblərinə uyğun olmalıdır. Mülki Məcəllənin - 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir; - 47.2-ci maddəsinə əsasən. hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənl əşdirilir; - 91.1-ci madəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. (...) Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. - 91.2-ci maddəsinə əsasən, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; - 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək. Maddələrin tələ blərindən göründüyü kimi, hüquqi şəxslər öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdəliklərinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və təyin edilməsi qaydası mülki qanunvericiliyin imperativ qayları müəyyən edən tələblərinə və nizamnaməsinə əsasən həyata keçirilməlidir. Məhdud məsuliyyətli cəmiyyətə münasibətdə müəyyən edilmişdir ki, onun icra orqanlarının yaradılması və səlahiyyətlərinə xitam verilməsi həmin cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Eyni mahiyyətli müddəalar "xxxx” MMC-nin Nizamnaməsində aşağıdakı kimi müəyyən edilmişdir: - 4.2-ci bəndində əsasən, Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: (... ) cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək; - 4.5-ci maddəsinə əsasən, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Bununla isə müəyyən edilir ki, "xxxx” MMC-nin icra orqanının üzvlərinin təyin edilməsi cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğundan, ümumi yığıncağın bu barədə qəbul etdiyi qərar qeydə alınmş faktların sonrakı dəyişikliyi qeydiyyata alınması üçün tələb olunan sənəd kimi qiymətləndirilə bilər. Lakin işin hallarından göründüyü kimi, iddiaçı onun cəmiyyətin icra orqanının – direktorunun sə lahiyyətlərini həyata keçirən şəxs kimi təyin edilməsi barədə ümumi yığıncağın qərarını təqdim etməmiş və bu barədə cavabdeh tərəfindən ona bildirilmişdir. Qeyd edilmiş halda isə cavabdehin məktubu iddiaçının istinad etdiyi kimi “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinin tələbləri baxımından imtina kimi qiymətləndirilməməlidir. Bu halda iddiaçı tərəfindən istinad edilən Qanunun 9.2-ci maddəsində müəyyən edilmiş dispozisiya şərtləri yerinə yetirilmədiyindən, yəni müvafiq sənədlər təqdim edilmədiyindən, iddiaçının ərizəsi təmin edilməmişdir. Kassasiya şikayətinin digər dəlilində iddiaçı Cəmiyyətin direktorunun əmək qanunvericiliyin tələblərinə əsasən işdən azad olunması barədə bildirmişdir ki, məhkəmə kollegiyası həmin dəlilin qiymətləndi rilməsini mümkün hesab etmir. Belə ki, yuxarıda göstərilmiş qanunvericliyin tələbləri birmənalı şəkildə hansı qaydada qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı olduğu şərtlərini müəyyən etdiyindən və iddiaçı tərəf bu şərtlərə əməl etmədiyindən, cavabdehin üzərinə qanunla müəyyən edilməmiş öhdəliyin qoyulması əsaslı hesab oluna bilməz. İddiaçının təqdim edtdiyi sənədlərdən və iddia tələbinin əsaslandığı hallardan göründüy kimi, Cəmiyyətin iki təsisçiləri arasında yaranmış mübahisənin nəticəsi olaraq Cəmiyyətin icra orqanları ilə bağlı qeyri-müəyyənlik yaranmışdır. Lakin belə vəziyyətin aradan qaldırılması hazırki iddia vasitəsilə həyata keçirilə bilməz, çünki Cəmiyyətin təsisçiləri arasında yaranan mübahisə mülki qanunvericliyin tələblərinə əsasən həll olunmalı məsələdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2-1(103)-2595/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1410/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1410/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver