Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1417/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi, İPM-in 87.7.1-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası) qarşı “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-702/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumata əsasən iddiaçıya 2 oktyabr 2017-ci il tarixli 0108004AAC1L saylı göndəriş (Forma 88) əsasında ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik v ə ya sağlamlıq imkanlarının məhdudluq müddəti 2 oktyabr 2022-ci il tarixədək müəyyən olunmuşdur.
2. Bakı şəhər 19 saylı Şəhər poliklinikası tərəfindən iddiaçı barəsində 0108003AAD56 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz 170 – Ateroskleroz Ateroskleroz; ağırlaşma 187.0 – postrombotik sindrom aşağı ətraf venalarının postrombotik sindromu; 183.0 – aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafların varikoz xəstəliyi, aşağı ətrafların İİ-İİİ dərəcəli varikoz çatmamazlığı, hər iki baldırın hipermepiqmentasiyası, çapıqları trofiki xorası kimi göstərilmişdir. 0108003AAD56 saylı göndərişin TSEK-ə göndərilməsi üçün əsas iddiaçının maşın alması olmuşdur.
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökumət portalından çıxarılmış 0108003AAD56 saylı Forma 88 üzrə məlumata əsasən bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və ya sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 16 dekabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza xidmətlərinin təşkili Departamentinin icraçıları X2 oğlu və X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yasamal rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) əlillik təyin olunan vaxtdan avtomobil növbəsinə götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar, onun xüsusi nəqliyyat almağı üçün avtomob il növbəsinə, əlilliyin təyin olunan vaxtdan “Forma 88 № 0108003AAC1L, xx.xx.2017-ci ildən” götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 5. 18 may 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində Forma 88 0108003AAC1L saylı göndəriş əsasında xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik 2 oktyabr 2017-ci ildən təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 0108003AAD56 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına onlayn sistemdə göndəriş verilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd olunan göstəriş üzrə heç bir münasibət bildirilməmişdir.
7. Məhkəmənin cavabdehə ünvanlandığı 18 may 2021-ci il tarixli məktubunda iddiaçı barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Y asamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndərişə dair münasibət bildirilib-bildirilməməsi, münasibət bildirildiyi halda həmin münasibətin surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
8. Cavabdehin iddiaçıya ünvanladığı 8 iyul 2021-ci il tarixli **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli məktubuna əsasən tibbi-sosial ekspertizasının keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb edilməsi cavabdehə həvalə edilmişdir. İddiaçı qeyd olunan məhkəmə məktubunun icrası məqsədi ilə əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə həftənin 2-ci və 4-cü günləri məktubu aldığı vaxtdan 10 gün ərzində cavabdehə dəvət olunmuşdur.
9. Bakı İnzibati Məhkəm əsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə cavabdeh inzibati orqana getməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1 və 97.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə cavabdehə verilmiş səlahiyyətin dis pozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. İmtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-702/2022 nömrəli qərardadı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və C.A.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilənin əksinə olaraq, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli məktubu ilə iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı cavabdehə həvalə edilməmişdir. Həmin mək tubda iddiaçı barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndərişə dair münasibət bildirilib-bildirilməməsi, münasibət bildirildiyi halda həmin münasibətin surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Göründüyü kimi məhkəmənin müvafiq məktubu iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmasının cavabdehin üzərinə qoyulması ilə bağlı olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunması barədə məhkəmə qərardadı da mövcud deyildir. Birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barəd ə qərardad və ya göndəriş məktubu mövcud olmamasına baxmayaraq, əsassız olaraq iddiaçının təyin edilməmiş əyani müayinəyə getməkdən imtina etməsinə istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh hesab edir ki, onlar tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökumət portalından çıxarılmış 0 108003AAD56 saylı Forma 88 üzrə məlumatda qeyd olunmuşdur ki, bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət etməsi tələb olunur. İddiaçıya ünvanlanan 8 iyul 2021-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunmuşdur ki, onun Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli məktubuna əsasən tibbi-sosi al ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı cavabdehə həvalə edilmiş, qeyd olunan məhkəmə məktubunun icrası məqsədi ilə əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə həftənin 2-ci, 4-cü günləri məktubu aldığı vaxtdan 10 gün ərzində cavabdeh inzibati orqana dəvət olunur. İddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə cavabdeh inzibati orqana getməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli məktubu ilə iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı cavabdehə həvalə edilməmişdir. Məhz bu əsasla işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması əsassızdır. Çünki, artıq iddiaçıya əyani müayinə dən keçməsi üçün məktub göndərilmişdir. Əgər buna zərurət var idisə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən də əyani müayinədən keçməsi üçün iddiaçıya yenidən məktub ünvanlana bilərdi. Ümumiyyətlə, əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət etməsi tələb olunur. Yəni burada məhkəmənin hər hansısa bir ekspertiza təyin edilibedilməməsindən asılı olmayaraq şəxs özü yaşayış yeri üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət etməlidir. Əks halda, əlil arabasına göndərişin verilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin qərard adının qüvvəyə minməsinə görə işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki hal ların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.... Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.... Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses işt irakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətl i sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... Maddə
98. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır.
21. Belə ki, iddiaçı cavabdehə qarşı məhkəməyə müraci ət edərək, 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
22. İddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyinə görə, “...iddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə cavabdeh inzibati orqana getməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1 və 97.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.”
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadın və ya göndəriş məktubunun mövcud olmamasına b axmayaraq, əsassız olaraq iddiaçının təyin edilməmiş əyani müayinəyə getməkdən imtina etməsinə istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmiş, ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraa tının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 1) inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 2) inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə işə baxan apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilən qərarı ləğv edərkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsində göstərilən tələblərə əməl etməmiş, birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən qanunvericilikdə nəzərdə tutulan müstə sna halları əsaslandırmamışdır.
27. İlk öncə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb qərar qəbul edildiyindən iş üzrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsində göstərilən halın olmaması işin mübahisəsiz halıdır.
28. Apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilən qərarı ləğv edərkən vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi məhkəmənin bu nəticəyə gəlməsinə səbəb ekspertiza təyin edilməsi barədə qərardadın və ya göndəriş məktubunun mövcud olmamasına b axmayaraq, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddiaçının təyin edilməmiş əyani müayinəyə getməkdən imtina etməsinə istinad edilməsi və buna görə iddia tələbinin rədd edilməsi olmuşdur.
29. Yəni hazırkı iş üzrə apellyasiya məhkəməsinin qərardadının əsası sadəcə bir sübutun – iddiaçının əyani müayinəyə getməməsinin araşdırılmasından ibarətdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu halı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsində nəzərdə tutulan müstəsna halla (inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunması) eyniləşdirmək yolverilməzdir. Çünki burada əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasından sö hbət getmir.
30. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır (82-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə).
31. Birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apellyasiya instansiyası məhkəməsi işdə olan materiallarla kifayətlənməyərək mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuş, lakin bunu edə bilməməsini qərardadda göstərməmişdir.
32. Qanunverici apellyasiya məhkəməsinə zəruri sənədləri tələb etmək, yeni təqdim olunmuş sübutlar və faktları nəzərə almaq, bu səbəbdən bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll etmək səlahiyyəti vermişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı halın araşdırılması Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsində təsbit edilən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva etmir.
34. Qeyd olunanlara əsasən ca vabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, apellyasiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından şikayət iddianın rədd edilməsi hissəsində təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-702/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.