Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1425/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: işdən azad etmə barədə əmrin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-171/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinin 20 oktyabr 2021-ci il tarixli, 353 nömrəli əmri ilə iddiaçı vəzifələrinin icrası zamanı mütəmadi olaraq yol verilmiş pozuntulara görə miqrasiya orqanlarından xaric edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miqrasiya orqanlarından xaric edilərək, qulluq keçməsinə xitam verilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynovun xx.xx.2021-ci il tarixli 353 saylı əmrinin ləğv edilməsi, onun miqrasi ya orqanlarına bərpa olunmaqla əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə iddiaçı xx.xx.2007-ci il tarixdən Dövlət Miqrasiya Xidmətində xidmətə başlamış, 2014-cü ilin oktyabr ayından isə X1 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 353 nömrəli qanunsuz və əsassız əmri ilə miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Belə ki, o, ailənin tək oğul övladı olmaqla himayəsində iki körpə uşağı, yaşlı və ikinci qrup əlilliyi olan anası, yataq xəstəsi olan atası olduğu üçün xidməti yerinin dəyişilməsi (B akı şəhərinə) ilə bağlı Xidmət rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətlər etmiş, lakin müraciətləri cavabsız qalmışdır. İddiaçı 2019-cu ildə X1 idarəsindən Qusar rayonunda yerləşən X2 xidmətə başlamış, xidmət 24 saat növbəli sutkalıq təşkil olunmuşdur və hər gün bir nəfər xidmətə düşürdü. Bölmə rəisi olmasına baxmayaraq, əməkdaş sayı az olduğundan o da növbəyə çıxırdı. 06-xx.xx.2021-ci il tarixində bir əməkdaş növbədən saat 21:00-də çıxaraq evinə, yəni Sumqayıt şəhərinə gəlmişdir. Bu məsələni idarə rəisi yuxarı rəhbərliyə əməkdaşın özbaşına xidməti yeri ataraq, tərk etməsi formasında raportlaşdırmış, nəticədə ağır cəza ona verilmiş və ona tutduğu vəzifəyə uyğun olmamağı barədə xəbərdarlıq tənbehi elan olunmuşdur. Bununla əmək haqqının 25 faizi kəsilmişdir, qeyri-rəsmi göstərişlə k irayə pulu da verilmirdi, əmək haqqı ilə kirayə tuta bilmədiyi üçün çətinliyi xidmət rəisinin köməkçisinə bildirdirmişdir. Bu problemi ilk öncə idarə rəisinə bildirdimişdir, amma heç bir cavab olmamışdır, eyni vaxtda cədvəl üzrə həm Xaçmaz RMİdə, həm də 100 km. arasında fərq olan Qusar rayonunda xidmətə getdiyi halda, ona kirayə haqqı ödənilməmişdir. O, xx.xx.2021-ci il tarixdən 2 ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və xidməti araşdırma aparılması üçün sərəncama çıxarılmışdır. Sonradan, yəni xx.xx.2021-ci il tarixdə əmək kitabçası ona qaytarılanda 20 oktyabr 2021-ci il tarixli 353 nömrəli Xidmət rəisinin əmri ilə işdən azad edildiyini bilmişdir. Onun yaşayış və əmək şəraitinin yaxşılaşdırılması barədə xidmət rəhbərliyinə etdiyi müraciətlər (xahişlər) etik d avranış qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Əmrdə ona intizam tənbeh tədbiri kimi xx.xx.2021-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” tətbiq edildiyi qeyd edilir. Bundan başqa əmrdə barəsində verilmiş raportların məzmunundan belə görünür ki, rəhbər şəxslər onun tutduğu vəzifənin (X1 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsi) öhdəsindən gələ bilmədiyini bildirmişlər, yəni ən pis halda onun vəzifəsi dəyişdirilə və ya aşağı salına bilərdi. Onun miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsinə heç bir əsaslar müəyyən edilmir.
4. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, cari ilin iyul ayında regional idarənin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin fəaliyyəti ye nidən təşkil edilmiş, işçilərə xidməti ərazini tərk etməmə və kirayə mənzil şəraiti ilə təmin olunmaları barədə tapşırıq verilmiş, lakin kiçik miqrasiya xidməti müşaviri İddiaçı verilən tapşırığı yerinə yetirməyərək, müxtəlif bəhanələr gətirmiş, kirayə mənzildə məskunlaşmaqdan imtina etmiş, Bakı şəhərində iş yeri ilə təmin edilməsini tələb etmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı xx.xx.2021-ci il tarixdə xidməti fəaliyyəti zamanı yaranmış problemlərin həlli ilə əlaqədar DMX-nin rəisinin müavini tərəfindən qəbul edilərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydasını pozmuşdur (əsas Dövlət Miqrasiya Xidməti rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin 1541 nömrəli xx.xx.2021-ci il tarixli raportu). Xidməti araşdırmanın gedişində məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı izahatlarında da “bölmə rəisi vəzifəsinə təyin edilməklə bağlı razılığı təhdidlə vermişəm” (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli izahatlar), “işçinin intizamsızlığı qarşısında acizəm” (xx.xx.2021-ci il tarixli izahat), “Xidmətin rəhbər şəxslərinə tapşırmağa adamım yoxdu” (xx.xx.2021-ci il tarixli izahatlar) kimi ifadələr işlətməklə etik davranış qaydalarını pozmaqda davam etmişdir. Həmçinin müəyyən edilmişdir ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında DMX rəisinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, xx.xx.2020- ci il tarixli T-4676 nömrəli ərizəsi əsasında DMX rəisinin xx.xx.2020-ci il tarixli 503 nömrəli əmri ilə yenidən X1 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. X1 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə də kiçik miqrasiya xidməti müşaviri İddiaçı mənfi yöndə xarakterizə olunmuşdur. DMX-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokoluna əsasən işçinin qulluq keçməsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-4289/2022 nömrəli qərarı (hakim: N.İ.Abıyev) ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin qəbul etdiyi inzibati a kt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı halların hüquqi əsasları mövcud deyildir.
7. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-171/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilmə miş, Bakı İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(112)-4289/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materialları üzrə tədqiq olunan sənədlərələ müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, yaranmış çətinliklərin həlli ilə əlaqədar xidməti vəzifəsindən irəli gələn öhdəliyini icra etməmiş, etik davranış qaydalarını da pozmuş, ona edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə əsaslı olaraq hesab etmişdir ki: «...sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin və xidmətin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 99-cu maddəsidir. Həmin Əsasnamənin 99-cu maddəsinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozunt ulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər..» Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir.
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 71ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12, 14, 58.3, 82-ci maddələrinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.
12. Belə ki, iddiaçı iş şəraitinin yaxşılarşdırılması barədə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət etdiyinə görə ona qarşı qərəzli raport yazılmışdır. Bundan başqa iddiaçı barəsində tərtib edilmiş intizam tənbehi işi ilə bağlı materialları ilə tanı ş olduqda müəyyən edilmişdir ki, iş materiallarının əsas hissəsi 2021-ci ilin iyul ayında iddiaçının tabeliyində olan digər əməkdaş tərəfindən xidmət yerinin müvəqqəti tərk etmə səbəbi ilə aparılmış araşdırma materialları (raportlar, izahatlar, arayışlar və s.) təşkil edir. Həmin materiallarda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevin 1541 nömrəli, xx.xx.2021-ci il tarixli raportuna istinad edilir ki, bu raportda qeyd edilənlərdən İddiaçı qəbul zamanı etik davranış qaydası pozuntusu nədən ibarət olduğu müəyyən edilmir. İddiaçı həmin qəbulda heç bir etik davranış pozuntusuna yol vermədiyi barədə məhkəməyə ətraflı bildirmişdir. Mübahisələndirilən əmrin surətindən və digər sənədlərdən görünür ki, işəgötürən İddiaçı işdən azad edərkən Əmək Məcəlləsinin, əmək qanunvericiliyinə və miqrasiya qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməmiş, Xidmətin qanuni mənafeyinə və nüfuzuna ciddi xələlin, kobud pozuntuların nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Qeyd edilən hallar məhkəmə baxışında da müəyyən edilməmişdir.
13. Daha sonra qeyd edilir ki, İddiaçı yaşayış şəraitinin yaxşılaşdırılması barədə xidmət rəhbərliyinə etdiyi müraciətlər (xahişlər) etik davranış qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə" Bənd 16.5 Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dö vlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür 16. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” Bənd
30. Miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etməli; 30.2. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 30.3. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 30.4. başqa işçilərin işini çətinləşdirə n, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 30.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 30.6. lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 30.9. qulluq etdiyi miqrasiya orqanının rəhbərinə hər il öz gəlir ləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 30.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi-həkim komissiyasında müayinə keçməli; 30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir. Bənd 95 Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onu n barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.1. irad tutma; 95.2. töhmət; 95.3. şiddətli töhmət; 95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 95.5. aşağı vəzifəyə keçirmə; 95.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 95.7. vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir); 95.8. miqrasiya orqanlarından xaric etmə; 95.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə. 17. “Azərbaycan Respublikası miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları” Bənd 2.4.3. İşçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Bənd 2.7. Mədəni davranış prinsipi: 2.7.1. İşçi bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli, təmkinli və səbrli olmalıdır; 2.7.2. İşçi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır; Bənd 3.1. İşçinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilm əsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. İşçinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır. Bənd 3.2. İşçinin xidməti davranışı bu Qaydalara və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir.... Bənd 3.4. İşçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.... Bənd 3.8. İşçi subordinasiya məsələlərinə riayət etməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir. Bənd 7.1. İşçi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür. Bənd 7.4. Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İş materiallarında olan “İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi haqqında” 353 №-li xx.xx.2021-ci il tarixli əmri ilə müəyyən edilir ki, iddiaçı vəzifələrinin icrası zamanı mütəmadi olaraq yol verilmiş pozuntulara görə miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş və bu zaman “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamə”nin 95.8-ci və 111.11-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 16.5-cı bəndi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsi və 144-cü maddəsinin 2-ci və 4-cü hissələri rəhbər tutulmuşdur.
22. İddiaçı mübahisələndirmə haqında iddia vasitəsilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli, 353 saylı əmrinin ləğv edilməsini və hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir.
23. Birinci və apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab etməyərək verilmiş iddia tələbini rədd etmişlər. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması əsası ilə ləğv edilməsini xahiş etmişdir.
24. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının mövqeyi əsaslı sayıla bilməz. Belə ki, cavabdeh tərəfindən İddiaçı miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsi aşağıdakılarla əsaslandırılmışdır. Cavabdehin “başqa vəzifəyə keçirilmə haqqında” 503 №-li, xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən Xidmətin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsindən azad edilərək, X1 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifədə çalışarkən, X1 İdarə rəisi tərəfindən onun barəsində Xidmət rəhbərliyinə xx.xx.2021-ci il tarixli raport təqdim edilmişdir. Həmin raportda Xidmət rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev qeyd etmişdir ki, o və Kadrlar və kadr hazırl ığı idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vəfa Əsədova 05 avqust 2021-ci il tarixdə xidməti fəaliyyəti ilə əlaqədar İddiaçılə söhbət aparmış və işçi dinlənilmişdir. Lakin İddiaçı qəbul zamanı subordinasiya qaydalarına riayət etmədiyinə görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq etik davranış qaydalarını pozmaqda davam etmişdir. Məhz buna görə Xidmət rəhbərliyi qarşısında “töhmət" intizam tənbehinin tətbiq olunmasına dair vəsatət qaldırılmış, bununla əlaqədar ondan xx.xx.2021-ci il tarixli tarixində yazılı izahatlar alınmışdır.
25. Eyni zamanda Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 241 saylı əmrindən isə görünür ki, iddiaçı növbətçilik edərkən bölmənin digər əməkdaşlarından Ə.Şahbazovun xx.xx.2021-ci il tarixində (19:52), xx.xx.2021-ci il tarixində (19:10) isə İ.Xəlilovu n xidmət yerini tərk etmələrindən xəbərinin olmadığını bildirmiş, bununla bağlı İdarənin fəaliyyətinin təşkilinə dair Təlimatın 8.1-ci bəndinin tələblərini pozduğuna görə tutduğu vəzifəyə tam uyğun olmaması barədə ona xəbərdarlıq iltizam tənbehi verilmişdir. Bundan əlavə, işdən görünür ki, onun barəsində Xidmətin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ikinci bir raportdan da görünür ki, Xidmətin Təşkilat-nəzarət baş idarəsi tərəfindən xidməti yoxlama aparılarkən, iddiaçı xidməti vəzifələrinə uyğun olmayan məsələlərlə maraqlandığı, kirayə yaşamaq üçün mənzildən imtina edərək yaşayış yerinin olmamasını nümayişkaranə şəkildə göstərdiyi, Xidmətin nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyi halda, peşə fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və y uxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuş, ondan izahat alındıqda, “işçisinin intizamsızlığı qarşısında aciz olduğunu”, “onun Xidmətin rəhbər işçilərinə tapşırmağa adamı olmadığını” bildirən etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla bağlı Xidmət rəhbərliyindən iddiaçının qulluqukeçməsinə xitam verilməsi rəhbərlikdən xahiş olunmuşdur.
26. Məhkəmə tərkibi qeyd edir ki, işə əlavə olunmuş iddiaçı barəsində aparılmış xidməti araşıdırmanın nəticələrini əks etdirən arayışlarda və ondan alınmış çoxsaylı izahatlarda raportlarda təsbit olunan məlumatlarla təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zaman ı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının kobud pozuntuları təşkil edir.
27. Beləliklə, iş materialları üzrə tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, yaranmış çətinliklərin həlli ilə əlaqədar xidməti vəzifəsindən irəli gələn öhdəliyini icra etməmiş, etik davranış qaydalarını da pozmuş, ona edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır.
28. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğunda n dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
29. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçınln kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-171/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.