Məhkəmə qərarları › İş №2-1(102)-1432/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1432/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1432/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması; apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin ə qarşı “siyahıdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-586/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi orqanının xx.xx.2023-cü il tarixli **********839600 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi“ barədə Qərarının ləğv edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, İddiaçı MMC-nin rəhbəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarix li 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğu üçün riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023cü il tarixli və **********839600 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq risk meyarını aradan qaldırmaqla yenidən müraciət etməyiniz tövsiyə olunur.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli Qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. Məhkəmənin qərardadı il ə iddiaçının ərizəsi əsasında iddia tələbi “İNTER STAR" BEYNƏLXALQ ŞİRKƏTİ-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda səbəb olaraq göstərilmişdir ki, “cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.8-ci yarımbəndinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab edilir. Qeyd olunanlardan aydın olduğu kimi, riskli vergi ödəyicisinin anlayışı Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən daxil edilmiş, riskli vergi ödəyicisinin meyarları isə xx.xx.2020-ci il tarixdən təsdiq edilmişdir. İddiaçı şirkətin rəhbəri X1 təsisçisi və rəhbəri olduğu digər müəssisələr 2020-ci ildən əvvəlki tarixlərdə təsis edilmiş və ya rəhbər təyin edilmiş, 2020-ci ildən sonra isə adına hər hansı yeni hüquqi şəxs təsis edilməmiş və ya hər hansı hüquqi şəxsə rəhbər təyin edilməmişdir.

7. Yəni, Məmmədov Fəxrəddin beşdən çox hüquqi şəxs təsis edən və hüquqi şəxslərin ya rəhbəri təyin edilən zaman riskli vergi ödəyicisi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud olmamışdır. Bu isə o deməkdir ki, vergi orqanı hazırkı iş üzrə Vergi Məcəlləsinin normalarını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixl i 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarını qüvvəyə minməzdən əvvəlki tarixlərdə baş vermiş münasibətlərə tətbiq edir ki, bu da qanunvericiliyin tələblərinin pozuntusu deməkdir.

8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, vergi orqanı vergi qanunvericiliyinin müddəalarını geriyə şamil edərək iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır. Halbuki, iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək adına beşdən artıq hüquqi şəxs təsis etmişdir ki, qanunda bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə, Məmmədov Fəxrəddin hüquqi şəxsləri müxtəlif şəxslərin adına qeydiyyatdan keçirib idarə edən şəxslərdən fərqli olaraq, bütün məsuliyyəti öz üzərinə götürərək və hər hansı əməliyyatı pərdələmədən bütün hüquqi şəxsləri öz adına qeydiyyatdan keçirmişdir. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi olan İddiaçı-nin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanı nın rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 (doqquz) sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğuları:

10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, vergi ödəyicisi olan İddiaçı-nin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir. X1 rəhbəri olduğu "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2015-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2006-cı il, "xxxx" MMC (ləğv prosesindədir ) xx.xx.2014-cü il, "xxxx" Beynəlxalq Şirkət (aktiv) xx.xx.2004-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2017-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013cü il tarixdə təsis edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6875/2023 saylı qərarı ilə iddia təmin edilmiş və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbu l edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının müvafiq mənbəyi bəlli olan məlumatları üzrə uyğunsuzluq müəyyən edilərək riskli vergi ödəyicisi hesab olunmuş, riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə vergi orqanı xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul etmişdir. İddiaçı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına əsas cəmiyyətin icra orqanının rəhbəri olan X1 xx.xx.2023-cü il tarixə 33 sayda fəaliyyəti passiv, 9 sayda fəaliyyəti aktiv olan, ümumilikdə 42 sayda müəssisənin rəhbəri olması göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8ci yarımbəndi (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) rəhbər tutulmuşdur.

13. Cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndi əsas götürülərək, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, X3 hazırda fəaliyyətdə olan beş hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" Beynəlxalq Şirkət, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icra orqanının rəhbəridir, təsisçisi olduğu digər müəssisələr isə fəal iyyəti passiv olmaqla ləğv prosesindədir. Ləğv prosesində olan müəssisələr hər hansı bir əməliyyat aparmaq səlahiyyətinə malik olmamaqla yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərirlər.

14. Göründüyü kimi İddiaçı-nin icra orqanının rəhbəri X1 rəhbəri olduğu müəssisələrin sayı beşdən artıq olmamaqla, fəaliyyəti qanunvericiliyin qeyd olunan tələbinə zidd olmamışdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-586/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6875/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Cəmiyyətin icra orqanının rəhbəri olan X1 xx.xx.2024-cüil tarixdə 13 (on üç) sayda müəssisənin rəhbəri olduğundan müvafiq risk meyarı aradan qalxmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(103)-586/2024 nömrəli qərarında iddia tələbinin təmin olunma əsası kimi birinci instansiya məhkəməsinin formal dəlili ilə razılaşaraq və məsələnin mahiyyətini araşdırmadan qeyd edir ki: X2 42 sayda müəssisəsinin deyil, hazırda 5 fəaliyyətdə olan hüquqi şəxsin ( "xxxx" MMC, İddiaçı, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icra orqanının rəhbəri olması iş materialları ilə öz təsdiqini tapmışdır. Onun təsisçisi olduğu digər müəssisələr isə fəaliyyəti passiv olmaqla ləğv prosesindədir.

21. Məhkəmənin mövqeyinə dair cavabdeh bildirir ki, hazırkı halda müəssisənin beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğu üçün riskli vergi ödəyicisi hesab edilmiş və bu barədə qərar qəbul edilmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:... - beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquq i şəxslər.

23. Qanunvericilikdə beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslərin riskli olmasını istisna edən hallar nəzərdə tutulmadığı halda, məhkəmə X1 rəhbəri olduğu, lakin fəaliyyətin aktiv olmadığı yaxud ləğv prosesində olan müəssisələri istisna edərək onun ancaq 5 (sayda) müəssisənin rəhbəri olduğuna və risk meyarının aradan qalxdığına dair yanlış qənaətə gəlmişdir.

24. Məhkəmə bu mülahizəsini qanunvericiliyin hər hansı norması ilə əsaslandırmamış və cavabdeh orqanın konkret olaraq hansı hərəkətlərinin inzibati aktın ləğvi üçün əsas olduğuna dair hər hansı dəlil göstərməmişdir.

25. Yuxarıda qeyd olunanları nəzərə almadan məhkəmə əsassız və qanuna zidd şəkildə qərar qəbul etməklə işin faktiki hallarına qiymə t vermədən, sadəcə iddiaçının və birinci instansiya məhkəməsinin göstərdiklərini nəzərə almaqla qərar qəbul etmiş və ədaləti məhkəmə baxışı prinsipini pozmuşdur.

26. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

28. Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Barəsində şikayət olunan məhkəmə qərarı qanunsuz və əsassızdır.

30. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

31. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəli llərə hər hansı münasibət bildirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Mülki Məcəllə Maddə

44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.... Maddə

59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.... Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.... Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası... 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

35. Kassasiya şikayə ti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

38. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, X3 hazırda fəaliyyətdə olan beş hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" Beynəlxalq Şirkət, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icra orqanının rəhbəridir, təsisçisi olduğu digər müəssisələr isə fəaliyyəti passiv olmaqla ləğv prosesindəd ir. Ləğv prosesində olan müəssisələr hər hansı bir əməliyyat aparmaq səlahiyyətinə malik olmamaqla yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərirlər. Göründüyü kimi İddiaçı-nin icra orqanının rəhbəri X1 rəhbəri olduğu müəssisələrin sayı beşdən artıq olmamaqla, fəaliyyəti qanunvericiliyin qeyd olunan tələbinə zidd olmamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, X3 fəaliyyətdə olan beş hüquqi şəxsin icra orqanının rəhbəri olmaqla yanaşı, həm də təsisçisi olduğu, lakin fəaliyyəti passiv olan digər hüquqi şəxslərin də icra orqanının rəhbəridir. İddianın təmin olunmasının əsası kimi də məhkə mələr məhz digər (beşdən artıq olan) hüquqi şəxslərin fəaliyyətinin passiv olduğuna istinad etmişlər. Halbuki, həmin hüquqi şəxslərin istər ləğv prosesində olmaları, istərsə də onların fəaliyyətlərinin dayandırılması həmin hüquqi şəxslərin hüquq qabiliyyətinə, onların varlığına xitam vermir.

41. Başqa sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndində nəzərdə tutulmuş “beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər” meyarına cavab vermə, barəsində qərar qəbul edilmiş hüquqi şəxsin fəaliyyətinin aktiv və ya passiv olması ilə müəyyən edilmir. Yetər ki, həmin hüquqi şəxslər, onların ləğvi barədə qərar qəbul edilmiş olsa belə, möv cuddurlar. Nəzərə alınmalıdır ki, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Hazırkı halda bu, baş verməmişdir.

42. Beləliklə, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə vergi orqanının qərarının qanuni əsası olmuşdur. İddiaçının istinad etdiyi hallar iddianın təmin olunmasına əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-586/2024 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar