Məhkəmə qərarları › İş №2-1(102)-1438/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1438/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1438/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina; iş üzrə icraata xitam verilməsi 15.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tar ixli, 2-1(105)-437/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş iddiadan imtina edilməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir

2. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-24/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında iddiaçıya köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti ver ərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-437/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkına yaxın ərazidə iddiaçıya köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehə həvalə olunmuşdur.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Kassasiya icraatı zamanı iddiaçı ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam ve rilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də cavabdehin iddiadan imtinaya etirazının olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi barədə ərizəsi təmin edilməli, iş üzrə icraata xitam verilməlidir.

9. Eyni zamanda, iddiadan imtina edilmənin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, iddiadan imtina edilməsi eyni pred met barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

10. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiadan imtina barədə iddiaçının ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar