Məhkəmə qərarları › İş №2-1(102)-1446/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1446/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1446/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi ayrılması ilə bağlı sənədlərin ləğvinə dair sərəncamın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-487/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli, 109 nömrəli “iaşə obyektinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə Bakı Metropoliteninin 16 fevral 2010-cu il tarixli, 40N-10/3-115 nömrəli rəyində qoyulmuş texniki şərtlər daxilində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V növbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və iddiaçı tərəfindən istifadədə olan 9775 kv.m. torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 311 nömrəli, 17 iyul 2012-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli, 109 nömrəli sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində iddiaçıya iaşə obyektinin tikintisi üçün ayrılmış 0,9775 ha. torpaq sahəsinə 0,5022 ha. torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1,4797 ha. torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir.

3. İddiaçıya ayrılan yuxarıda qeyd olunmuş torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci il tarixli, 12/94 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı tərtib olunmuşdur.

4. Fövqəla də Hallar Nazirliyi X1 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, 19 sentyabr 2017-ci il tarixli rəyə əsasən “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.

5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 46 nömrəli, 30 yanvar 2018-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə iddiaçıya icazə verilmişdir.

6. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Tikinti İşlərinə Başlanılm ası üçün əsas olan 248 nömrəli, 4 may 2018-ci il tarixli Xüsusi nişana əsasən, iddiaçıya “Dərnəgül” metro stansiyasının qərb hissəsindəki ərazidə yerləşən, məişət və iaşə obyektlərinin – 6 ədəd 7 mərtəbəli (-8,40 m. səviyyəsində yeraltı avtodayanacaq, 4,20 m. səviyyəsində xidməti sahə); idman mərkəzi (3 mərtəbəli, zirzəmi mərtəbəsi, köməkçi sahə və avtodayanacaq) tikinti işlərinə başlanılmasına xüsusi nişan verilmişdir. 7. “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlər in görülməsinin təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

8. Fərmanın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən 6 aprel 2018-ci il tarixli, 237 nömrəli sərəncam qəbul edilmiş və sərəncamda digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinə 4 X4 yaradılması ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı tapşırıq verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq Agentlik tərəfindən 4 X4 yerləri dəqiqləşdirilmiş və aidiyyəti qurumlara bu barədə təkliflər irəli sürülmüşdür.

9. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 aprel 2018-ci il tarixli 302 nömrəli sərəncamı ilə “Dərnəgül” metrostansiyası ətrafında X4 yaradılması ilə əlaqədar, iddiaçıya Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metrosta nsiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli, 109 nömrəli, 17 iyul 2012-ci il tarixli, 311 nömrəli və 30 yanvar 2018-ci il tarixli, 46 nömrəli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir.

10. İddiaçı sərəncamların ləğv edilməsinin əsasları ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 11 oktyabr 2018-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən “Dərnəgül” metrostansiyası ətrafında X4 yaradıldığı və 17 mart 2017-ci il tarixindən istifadəyə verildiyi nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 aprel 2018-ci il tarixli 302 nömrəli sərəncamı ilə iddiaçıya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010cu il tarixli 109 nömrəli, 17 iyul 2012-ci il tarixli 311 nömrəli və 30 yanvar 2018-ci il tarixli 46 nömrəli sərəncamları və həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçınə dair “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli 109 nömrəli, 17 iyul 2012-ci il tarixli 311 nömrəli və 30 yanvar 2018-ci il tarixli 46 nömrəli sərəncamlarının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 aprel 2018-ci il tarixli 302 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli 109 nömrəli sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçınə iaşə obyektinin tikintisi üçün ayrılmış 0,9775 ha. torpaq sahəsinə 0,5022 ha. torpaq sahəsi əlavə edilmiş, ümumilikdə 1,4797 ha. torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. 23 iyul 2012-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinə 12/94 nömrəli ayrıc aktı verilmiş, 13 sentyabr 2012-ci ildə isə 17 iyul 2012-ci il tarixli, 311 nömrəli sərənc am ilə 12/94 nömrəli ayrıc aktına əlavə edilmişdir. 24 dekabr 2013-cü il tarixdə iaşə obyektinin təqdim olunmuş işçi layihəsinə baxılaraq, 3 ədəd 7 mərtəbəli, 1 ədəd 3 mərtəbəli tikintinin memarlıq hissəsi razılaşdırılmışdır. 19 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X1sı Baş İdarəsi tərəfindən 24162 nömrəli rəy verilmişdir. 30 yanvar 2018-ci il tarixində obyektin tikintisinə 8 nömrəli icazə verilmişdir. 4 may 2018-ci il tarixində İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə başlanması üçün əsas olan 248 saylı xüsusi nişan verilmişdir. 30 yanvar 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 46 nömrəli sərəncamı ilə İddiaçınə obyektin tikintisinə icazə verilmişdir. 20 apre l 2018-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti başçısının 302 nömrəli sərəncamı ilə “Dərnəgül” metro stansiyası ətrafında “X7”nin yaradılması ilə əlaqədar İddiaçınə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin layihələndirilməsi və tikintisinə icazə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20 mart 2010-cu il tarixli, 109 nömrəli, 17 iyul 2012-ci il tarixli, 311 nömrəli və 30 yanvar 2018-ci il tarixli, 46 nömrəli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. 1 iyun 2018-ci il tarixdə isə həmin sərəncam rəsmi qaydada İddiaçınə verilmişdir. Bu səbəbdən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərini n başlanması üçün əsas olan 4 may 2018-ci il tarixli, 248 nömrəli xüsusi nişan verilməsindən sonra əvvəlki tarixə yəni, 20 aprel 2018-ci il tarixində ləğv edilmiş qanunsuz inzibati akt (sərəncam) ləğv olunmalı və əvvəlki yəni qanunsuz və əsassız ləğv edilən inzibati aktın bərpa edilməsi öhdəliyi Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

13. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2-1(112)-695/2020 nömrəli qərardadı ilə (hakim A.A.Abdullayeva) Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Üçüncü şəxs etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi Agentlik tərəfindən 17 mart 2017-ci il tarixindən etibarən X7 kimi istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmis “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də X7 üçün zəruri olan tələblər müəyyən edilmis, buraya sərnişin axınının nisbətən sıx olması, bir neçə şəhərdaxili marşrut xəttinin kəsişməsi, eləcə də ictimai nəqliyyatın digər növlərinə, o cümlədən metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar, taksilərə keçidin rahat və əlverişli olması aid edilmişdir. Bundan əlavə, həmin “Tələblər”də X7ndə pavilyonların, dispetçer məntəqəsinin olması imperativ qaydada göstərilmiş, kiçik ticarət və iaşə xidmətləri köşkləri, sanitar qovşağının yerləşdirilməsi isə mümkün hesab edilmişdir. Agentlik tərəfindən də dörd X4 yerləri dəqiqləşdirilərkən həmin ərazilərin ictimai nəqliyyatın axını baxımından rahat və əlverişli olması, habelə ərazinin sahəsi baxımından isə sərnişinlərə və sürücülərə xidmət göstərilməsi üçün müvafiq tikililərin inşası üçün kifayət qədər sahəyə malik olması əsas götürülmüşdür. Dərnəgül X4 inşası üçün nəzərdə tutulan torpaq sahəsi ilə iddiaçıya iaşə obyektinin inşası üçün ayrılmış 1,4797 ha. torpaq sahəsi tam üst-üstə düşür. Yaradılması nəzərdə tutulan mərkəzdə nəqliyyat vasitələri və sərnişinlərin axınının yüksək olacağı diqqətə alındıqda 6 ədəd 7 mərtəbəli iaşə obyektinin, habelə idman mərkəzinin inşası həmin mərkəzin fəaliyyətini iflic edər. Belə bir vəziyyət isə normal X4 inşasını mümkünsüz edir.

15. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-395/2021 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, işin hallarına əsasən cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli sərəncam qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir.

17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətinə 27 mart 2021-ci il tarixində üçüncü şəxslə bağladığı barışıq razılaşmasının surətini əlavə etmişdir. Həmin razılaşmaya əsasən iddiaçı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 yanvar 2018-ci il tarixli 46 nömrəli Sərəncamı ilə tikintisinə icazə verilmiş, bu razılaşmanın Əlavəsi olan Planda göstərilən (1, 2, 4 və 5 nömrəli obyektlər istisna olmaqla) 3, 6 və 7 nömrəli obyektlərin tikintisindən imtina etmiş, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5,825 kv.m. olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına etiraz etmədiyini bildirmiş, razılaşma qüvvəyə mindiyi tarixdən 15 təqvim günü müddətində qeyd edilən torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına dair məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi öhdəsinə götürmüşdür. 1

9. Həmin razılaşmaya əsasən Bakı Nəqliyyat Agentliyi, iddiaçı tərəfindən bu razılaşmanın Əlavəsi olan Planda göstərilən 1, 2, 4 və 5 nömrəli ictimai-iaşə obyektlərinin razılaşmanın 2.1.3-cü yarımbəndinə əməl etməklə tikilməsinə etiraz etmədiyini bildirmiş, tikilməsi nəzərdə tutulan 1, 2, 4 və 5 nömrəli ictimai-iaşə obyektlərinin yerləşdiyi torpaq sahələrinə dair hər hansı tələb hüququnun olmadığını bəyan etmiş, bu razılaşma qüvvəyə mindiyi gündən 15 təqvim günü müddətində bu razılaşmanın Əlavəsi olan Planda göstərilən 3, 6 və 7 nömrəli ictimai-iaşə obyektlərinin yerləşdiyi ümumi sahəsi 5,825 kv.m. olan torpaq sahəsinin Agentliyə ayrılmasına dair məktub ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi öhdəsinə götürmüşdür. b. Apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2-1(103)-487/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.S.Hüseynov, hakimlər S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2-1(112)-395/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, iddiaçının apellyasiya şikayətində istinad etdiyi barışıq sazişinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış barışıq sazişinin şərtləri (bu Sazişin tərəfləri arasında mübahisəli torpaq sahəsinin aralarında bölüşdürülməsi şərtləridir) cavabdeh üçün hər hansı öhdəlik və ya vəzifə yarada bilməz. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2010-cu il tarixli, 109 nömrəli; 17 iyul 2012-ci il tarixli, 311 nömrəli və 30 yanvar 2018-ci il tarixli, 46 nömrəli sərəncamlarının qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi üçün cavabdeh haqlı olaraq həmin sərəncamları ləğv etmişdir.

22. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli 2-1(103)-487/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, əvvəlki qanunsuz ləğv edilmiş sərəncamların və onların icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsin də qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.1, 68.1, 68.2.1, 68.3.2-ci maddələrinin tələbləri pozulmuşdur Belə ki, qanuni əlverişli inzibati aktın (sərəncamla) ləğvi qanunla nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda ləğv edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinə zidd olaraq 10 il əvvəl verilmiş sərəncamlar və 4 may 2018-ci il tarixində verilmiş sonuncu 248 nömrəli xüsusi nişana dair sərəncamdan əvvəlki tarixə, yəni 20 aprel 2022-ci il tarixli 302 nömrəli sərəncamla 109, 311, 46 nömrəli əvvəlki sərəncamlar əsassız və qanunsuz olaraq əvvəlki tarixə ləğv edilmişdir. Bu da maddi hüquq normasının düzgün tətbiq olunmamasını göstərir.

24. Öz sə lahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilər. Bakı Şəhər İcra Hakimiyyətində 6 iyun 2012-ci il tarixli “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 6.1-ci bəndinə uyğun 2010, 2012, 2018-ci illərdə qanunvericilik sisteminə daxil olan normativ xarakterli aktlara zidd olmayan 109, 311, 46 nömrəli sərəncamlar qəbul etmişdir. Buna baxmayaraq, müvafiq icra hakimiyyəti orqanlarının arasında X4 yaradılmasına dair olan yazışmaları məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasının 148.5-ci bəndindən üstün tutaraq 109, 311, 46 nömrəli sərəncamların ləğv edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş qanuni və əsaslı olmayan 302 nömrəli sərəncamın haqlı olaraq ləğv ed ilməsi qənaətinə gəlmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 5-ci bəndinin və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanının yerli icra hakimiyyətlərinin aktları bölməsinin 6.1, 6.2, 6.9-cu bəndlərinin tələblərini pozmuşdur.

25. Bundan başqa, 27 mart 2021-ci il tarixli barışıq sazişi Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinin nəzdində olan zaman bağlanmışdır və həmin sazişlə X3 Mərkəzinin tikintisi və istifadəsi üçün lazım olan qədər torpaq sahəsinin tərəflərinin barışıq sazişi əsasında ayrılması ona dəlalət edir ki, 109, 311 və 46 nömrəli sərəncamların qüvvədə qalması (bərpa edilməsi) dövlət və ictimai maraqlara zidd olmamışdır. Həmin barışıq sazişi B akı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. Lakin həmin sazişə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməməklə İPM-in 66-cı, MPM-in 191-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin ərazidə bir-birindən ayrıayrılıqda yerləşən mübahisə edilən torpaq sahəsinin qarşısında piyada keçidləri, avtomobil dayanacaqları, avtomobillərin hərəkəti üçün yollar mövcuddur.

26. Səlahiyyətli inzibati orqanlar tərəfindən BNA-ya “Dərnəgül” metro stansiyasının ətrafından və digər ərazilərdən Nəqliyyatın mübadilə mərkəzi inşası üçün 7,3578 kv.m. torpaq sahəsinin ayrılmasına dair indiyədək nə sərəncam, nə də baş plan verilməmişdir. Ümumiyyətlə, göstərilən torpaq sahəsi “Dərnəgül” metro stansiyasının ətrafında mövcud deyil. "xxxx" MMC-nin 108 nömrəli 31 may 2022-ci il tar ixli rəyində göstərilir ki, “Dərnəgül” metro stansiyasının ətrafında bir-birindən ayrı-ayrılıqda yerləşən 7 hissədən ibarət olan cəmi 1,4797 ha. torpaq sahəsi sərəncamla müəssisənin istifadəsinə ayrılmışdır. b. Etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

21. İnzibati icraatda mara qlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-). Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (-). Maddə

25. İnzibati icraat materialla rı ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. (-). Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. (-). Maddə

36. İnzibati icraatda iştirakçılar 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək s əlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; (-). Maddə

61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz s ayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə

68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.

29. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosess ual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

33. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 nömrəli “iaşə obyektinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V növbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və "xxxx" Kiçik Müəssisəsi tərəfindən istifadədə olan 9775 kv.m torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 311 nömrəli, xx.xx.2012-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamı ilə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsinə 0.5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1.4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.

34. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 311 saylı sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin Şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının Qərb hissəsində iaşə obyektinin tikintisi üçün ayrılan torpaq sahəsinə dair iddiaçının adına 2012-ci il tarixli, 12/94 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı” və ona əlavə tər tib olunmuşdur.

35. Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, xx.xx.2017-ci il tarixli rəylə sifarişçi "xxxx" KM-nin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır.

36. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 46 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə icazə verilmişdir. “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəh ərsalma Baş İdarəsi Tikinti İşlərinə Başlanılması üçün əsas olan” tikinti obyektinin sifarişçisi kimi "xxxx" Kiçik Müəssisəsinə “Dərnəgül” metro stansiyasının qərb hissəsindəki ərazidə yerləşən, məişət və iaşə obyektlərinin /6 ədəd 7 mərtəbəli (-8.40 m səviyyəsində yeraltı avtodayanacaq, - 4.20 m səviyyəsində xidməti sahə)/; idman mərkəzinin (3 mərtəbəli, zirzəmi mərtəbəsi, köməkçi sahə və avtodayanacaq) tikinti işlərinə başlanılmasına 248 nömrəli, xx.xx.2018-ci il tarixli Xüsusi nişan, həmçinin X-403305, Y-4475576 tikinti koordinatlarında tikinti işləri aparılmasına icazə verilmişdir.

37. Cavabdeh 302 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə “Dərnəgül” metrostansiyası ətrafında X4 yaradılması ilə əlaqədar, "xxxx" X6 rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiy asının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında özünün xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işlərini ləğv etmişdir.

38. İlk öncə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərinə görə cavabdeh qəbul etdiyi inzibati aktı ləğv etmək səlahiyyətinə malikdir.

39. Lakin işdə olan sənədlərlə cavabdehin belə aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməsi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən 20 aprel 2018-ci il tarixli sərəncam qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun müddəaların a əməl edib-etməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır.

40. Azərbaycan Respublikası Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin.

41. İşdə olan sənədlərdən görünür ki, Fərmanın icrası ilə bağlı ayrı-ayrı dövlət orqanları arasında yazışmalar olmuş, apellyasiya instansiyası məhkəməsi Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı torpaq sahəsinin hansı həcmdə, harada, o cümlədən məhz iddiaçının istifadəsində olan torpaq sahəsinin olduğu yerdə (koordinatları daxilində) nə qədər ayrılması ilə bağlı səlahiyyətli dövlət orqanlarının qərarı (razılaşmaları) olub-olmaması barədə araşdırma aparmamışdır.

42. İaşə obyektinin tikintisi üçün iddiaçıya ayrılan torpaq sahəsinin ayrıc aktında torpaq sahəsi 6 sahə üzrə hər bir sahənin koordinatları qeyd edilmişdir.

43. Apellyasiya məhkəməsi tərəfindən Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ayrılmalı torpaq sahəsinin ayrıc aktında göstərilən hər bir (hansı) sahə üzrə üst-üstə düşüb-düşməməsi barədə araşdırma aparılmamışdır.

44. İddiaçı ilə üçüncü şəxs Bakı Nəqliyyat Agentliyi arasında bağlanmış 27 mart 2021-ci il tarixli barışıq sazişində iddiaçı ilə üçüncü şəxs razılığa gəlmişlər ki, cavabdehin 30 yan var 2018-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş bu razılaşmanın əlavəsi olan planda göstərilən (1, 2, 4 və 5 saylı obyektlər istisna olmaqla) 3, 6 və 7 saylı obyektlərin tikintisindən imtina edir, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5.825 kv.m olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına etiraz etmir.

45. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış barışıq sazişinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti üçün hər hansı vəzifə və öhdəlik yaratmadığını bildirmiş, lakin bununla bağlı cavabdehin münasibətini öyrənməmiş, üçüncü şəxsə ayrılan torpaq sahəsinin sərhədlərini müəyyən etməmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyət i başçısına göndərdiyi 3 sentyabr 2019-cu il tarixli məktubda bildirmişdir ki, “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırığı verilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən 4 X4 yerləri dəqiqləşdirilmiş və həmin məlumatlar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ərazilərin baş planları tərtib edilmiş, koordinatları təqdim edilmişdir. Müasir tələblərə cavab ve rən X4 yaradılması nəzərdə tutulan ərazilərdən biri də, hazırda faktiki olaraq həmin məqsəd üçün istifadə edilən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq, “Dərnəgül” metro stansiyasının isə qərb hissəsində yerləşən torpaq sahəsidir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 avqust 2018-ci il tarixli, **********69 nömrəli məktubunda (qoşmasında) həmin ərazidə yerləşən və Agentliyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin 7.3578 ha olduğu və sözügedən ərazinin xüsusi mülkiyyətdə olmadığı göstərilmişdir. Digər tərəfdən, həmin ərazinin bir hissəsinin "xxxx" Kiçik Müəssisəsinə ayrılması, həmçinin orada iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamları 20 aprel 2018-ci il tarixli, 302 nömrəli digər sərəncam ilə ləğv edilmişdir. Yuxarıda göstərilənləri və tapşırığın icra müddətini bitməsini nəzərə alaraq, “Dərnəgül” metro stansiyasının çıxışları arasında olan 7.3578 ha torpaq sahəsinin Agentliyin istifadəsinə ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir.

47. Apellyasiya məhkəməsi Bakı Nəqliyyat Agentliyinin cavabdehə ünvanlandığı bu məktubla bağlı da araşdırma aparmamış, Fərmanın icrası ilə bağlı mübahisə olunan ərazidə Agentliyin fəaliyyətinin təmin edilməsi üçün nə qədər torpaq sahəsinin ayrılmasının zəruriliyi müəyyən edilməmişdir.

48. Cavabdehin nümayəndəsi apellyasiya icraatı zamanı iddianı qəbul etdiyini, təmin edilməsinə etiraz etmədiyini bildirmiş, apellyasiya məhkəməsi qərarında cavabdehin iddianı qəbul etməsinə münasibət bildirm əmiş, İPM-in 67-ci maddəsinə uyğun hərəkət etməmişdir.

49. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın təmin olunması hissəsində şikayət təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-487/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar